Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə109/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   105   106   107   108   109   110   111   112   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

220 


– Əslində, köhnəlmiş sayılan iki sözün yazınızda işlənməsi ilə bağlı sizinlə söhbət etmək 

istəyirdim. Amma bir məsələ var ki, həmin sözlər istifadədən lap son zamanlarda çıxarılıb. 

Yenidil Lüğətinin onuncu nəşrini görmüsünüz? 

– Xeyr, - deyə Uinston cavab verdi. - Son nəşrdən xəbərim yoxdur. Sənədləşdirmə 

Departamentində hələ də doqquzuncu nəşrdən istifadə edirik.  

– Mən biləni, onuncu nəşr bir neçə aydan tez çıxmayacaq. Amma siqnal nüsxələri hazırdır. Mənə 

də göndəriblər. Yəqin, onları gözdən keçirmək istərdiniz? 

– Çox maraqlı olardı, - Uinston dərhal cavab verdi. Söhbətin hara meylləndiyini anlamaq çətin 

deyildi.  

– Bəzi tapıntılar çox cəlbedicidir. Hələ fellərin sayının azaldılması! Bu cəhətlərinə görə kitabın 

xoşunuza gələcəyinə şübhəm yoxdur. Yaxşı, indi necə edək? Bəlkə, luğəti bir adamla sizə 

göndərim? Amma belə məsələlərdə unutqan olduğumdan, yanınızda yalançı çıxmaqdan 

qorxuram. Boş vaxtınız olanda kitabı mənzilimdən götürə bilərsiniz? Bircə dəqiqə. Qoyun 

ünvanı verim.  

Düz teleekranın qarşısında dayanmışdılar. O`Brayen fikri dağınıq halda ciblərini axtardı. 

Nəhayət, dəri cildli kiçik qeyd dəftərçəsi və qızılı düyməcikli qələm çıxardı. Ekranın arxasından 

müşahidə aparan adamın yazılanları sözbəsöz oxuya biləcəyi aydınlıqla ünvanı yazdı. Vərəqi 

qeyd dəftərçəsindən qoparıb Uinstona uzatdı. 

– Axşamlar evdə oluram, - dedi. - Mən olmasam da, xidmətçim lüğəti sizə verər.  

O`Brayen əlində kimsədən gizlətməyə ehtiyac duyulmayan vərəq tutmuş Uinstondan ayrılıb 

yoluna davam etdi. Uinston hər ehtimala qarşı ünvanı əzbərlədi. Vərəqi isə bir az sonra başqa 

lazımsız kağızlarla birlikdə yaddaş qutusuna atdı. 

Söhbətləri iki dəqiqədən artıq çəkməmişdi. Bu qısa görüşün yalnız bir məqsədi ola bilərdi: 

O`Brayen hansı yollasa ünvanını Uinstona çatdırmaq istəyirdi. Başqa yol yox idi. Çünki kimin 

harada yaşadığını yalnız onun özündən öyrənmək olurdu. Okeaniyada soraq kitabçalarından 

istifadə edilmirdi. “Əgər görüşmək istəyirsinizsə, məni filan ünvanda tapa bilərsiniz” - 

O`Brayenin qısa söhbətdən məqsədi, əslində, bu məlumatı çatdırmaq idi. Bəlkə, lüğətin arasında 

gizli məktub verəcək? İstənilən halda, məsələ aydınlaşıb: təşkilat mövcuddur. Uinston artıq onun 

bir addımlığında dayanıb. 

Tez, ya gec O`Brayenin çağırışını qəbul edəcəyini bilirdi. Onun yanına sabah, yoxsa bir müddət 

sonra gedəcəyini hələ dəqiqləşdirməmişdi. Bugünkü söhbət uzun illər öncəsi başlanan prosesin 

nəticəsi sayıla bilərdi. İlk addım gizli fikirləri, ikinci addım gündəlik yazması idi. Əvvəlcə 

fikirdən sözə keçmişdi. İndi sözdən işə keçmək vaxtıdır. Sonuncu addım Sevgi Nazirliyində baş 

verənlər olacaqdı. Uinston artıq taleyi ilə barışmışdı. Sonluq başlanğıcın təbii nəticəsi idi. 

Qorxulu yola qədəm qoyduğunu bilirdi. Qəbul etdiyi qərar canında həyat nəfəsi ola-ola ölümə 

getməyə bənzəyirdi. O`Brayenlə danışanda, dediyi sözlərin mənasını anlayanda bədənindən 

soyuq gizilti keçmişdi. Özünü təzəcə qazılmış nəm qəbrə yollanan kimi hiss etmişdi. Yaxşı heç 

nə ummurdu. Çünki qəbrin lap yaxında olduğunu görürdü. Qəbrin onu gözlədiyini bilirdi.  

 

 

– Prollar insandır, - deyə düşüncələrini bərkdən dilə gətirdi. - Biz isə insan deyilik. 



– Niyə? - yuxudan ayılan Culiya soruşdu. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

221 


Uinston bir anlıq fikrə daldı. Sonra tamam başqa mətləbə keçdi. 

– Heç ağlına gəlib ki, bizim ən yaxşı çıxış yolumuz buradan mümkün qədər tez çıxıb getmək və 

bir də heç vaxt görüşməməkdir? -deyə soruşdu.  

– Əlbəttə, əzizim. Bir neçə dəfə bu haqda fikirləşmişəm. Amma dediklərini eləyə bilməyəcəyəm. 

Mənim üçün daha heç nəyin fərqi yoxdur.  

– Hələlik bəxtimiz gətirir. Amma bu həmişə belə davam edə bilməz. Sən cavansan. Təmiz, 

günahsız adam kimi qəbul olunursan. Mənim kimilərdən uzaq gəzsən hələ əlli il bundan sonra da 

sağ-salamat yaşaya bilərsən.  

– Yox, hər şey haqqında fikirləşmişəm. Sən harada olsan, mən də oradayam. Özün də belə tez 

ruhdan düşmə. Mən salamat qalmağın yollarını bilirəm. 

– Biz bundan sonra birlikdə yarım il də ola bilərik, bir il də. Sonrasını heç kəs bilmir. Lakin 

axırda bizi mütləq ayıracaqlar. Onda necə ümidsiz tənhalıq içərisində qalacağımızı təsəvvürünə 

gətirirsən? Onların əlinə keçəndən sonra hər şey məhv olacaq. Hər şey! Nə sən mənim üçün, nə 

də mən sənin üçün heç bir şey edə bilməyəcəyik. Günahlarımı boynuna alsan da öldürüləcəklər, 

etirafdan boyun qaçırsam da öldürəcəklər. Mən nə etsəm, nə desəm, nəyi gizlətsəm də sənin 

ömrünü hətta beş dəqiqə uzada bilməyəcəyəm. Biri-birimizin ölüm-itimindən də xəbər 

tutmayacağıq. Tamam tənha, gücsüz, çarəsiz olacağıq. Lakin hər şeyə rəğmən bir məsələ çox 

vacibdir: sonrakı həyatımız üçün önəmi olmasa da, heç vaxt biri-birimizə xəyanət etməməliyik.  

– Əgər etirafı nəzərdə tutursansa, arxayın ol, hər şeyi etiraf edəcəyik. Orada hamı hər şeyi 

boynuna alır. Başqa cür mümkün deyil. Onlar işgəncə verirlər.  

– Söhbət nəyi isə boynuna almaqdan getmir. Etiraf xəyanət deyil. Sənin orada nə deməyinin, nə 

etməyinin heç bir əhəmiyyəti yoxdur. Mühüm olan hisslərdir. Əgər onlar sənə sevgimi yox edə 

bilsələr, bax, əsl xəyanət bu olacaq!  

Culiya uzun-uzadı fikrə getdi. 

– Onlar bunu edə bilməzlər! – deyə, nəhayət, dilləndi. -Bəlkə də bacarmadıqları yeganə iş budur. 

Onlar insanı hər şey deməyə məcbur edə bilərlər. Lakin səni dediklərinə inandıra bilməzlər! 

Sənin daxilinə nüfuz edə bilməzlər.  

– Elədir, - deyə Uinston nədınsə yarıkönül razılaşdı. -Düz deyirsən. Onlar insanın daxilinə nüfuz 

edə bilməzlər. Əgər hiss eləsən ki, heç nəyi qoruya bilməsən də, insan kimi qalmağı bacarırsan, 

artıq onları məğlubiyyətə uğratmış olursan.  

Uinston teleekranın hər şeyi eşidən qulaqları haqqında düşündü. Onlar gecə də, gündüz də səni 

izləyə bilərlər. Amma başını tamam itirməmisənsə, hələ vəziyyətdən çıxış yolu tapmaq olar. Nə 

qədər çalışsalar da, onlar heç zaman başqa insanın nə fikirləşdiyinin sirrini aça bilməyəcəklər. 

Odur ki, ələ düşmək hələ hər şeyin itirilməsi deyil. Sevgi Nazirliyinin divarları arasında nə baş 

verdiyindən heç kəsin xəbəri yoxdur. Amma ehtimal etmək mümkündür: işgəncələr, psixikaya 

təsir edən dərmanlar, əsəb reaksiyalarını qeydə alan həssas cihazlar, təklik, yuxusuzluq, fasiləsiz 

istintaqlarla adamı üzüb əldən salmaq... Olmuşları heç cür gizlədə bilməzsən. Onlar istintaq vaxtı 

faktları kələf kimi cözələyib açırlar, işgəncə metodları ilə sənin öz dilindən çıxarırlar. Lakin 

məqsəd sadəcə sağ qalmaq deyil, insan kimi qalmaqdırsa, sonda bunun nə fərqi var? Onlar sənin 

hisslərini dəyişə bilməzlər. Əslində, hətta istəsən belə, özün də o hissləri dəyişmək iqtidarında 

deyilsən. Onlar sənin nə etdiyini, nə dediyini, nə fikirləşdiyini ən xırda məqamlarına qədər 

aşkara çıxara bilərlər. Lakin hərəkət və istəkləri sənin özünə də sirli, qaranlıq qalan qəlbin 

qapılarını heç zaman onların üzünə açmayacaq.  

 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə