Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə105/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   101   102   103   104   105   106   107   108   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

212 


Batmaqda olan günəşin sarı şəfəqləri çarpayının ayaq tərəfinə düşür, qazançadakı suyun 

qaynadığı buxarını yüngülcə işıqlandırırdı. Həyətdən gələn mahnı səsi kəsilmişdi. Küçədən isə 

yenə də uşaqların boğuq qışqırtıları eşidilirdi. Uinston kədər qarışıq təəccüblə fikirləşirdi ki, 

qadağan olunmuş keçmiş çağlarda belə sərin yay axşamları qadınla kişinin eynən onlar kimi lüt 

soyunub yataqda uzanmaları, istədikləri vaxt sevişmələri, yerlərindən qalxmağa tələsmədən 

ağıllarına gələn şeylərdən danışmaları, küçədən eşidilən səslərə qulaq asmaları adi bir hal idi. 

Doğrudanmı, bütün bunların normal sayıldığı vaxtlar olmuşdu? Culiya yuxudan oyandı, 

gözlərini ovaladı, sonra dirsəklərinə dayanıb kerosinkaya baxdı.  

– Suyun yarısı buxarlanıb havaya uçub, - dedi. - Yaxşı, bir azdan durub qəhvə dəmləyərəm. Hələ 

bir saatımız da var. Sizin binada işıqları saat neçədə söndürürlər? 

– İyirmi üç otuzda. 

– Yataqxanada iyirmi üçdə söndürürlər. Amma bir az tez qayıtmaq lazımdır, çünki... Ay səni! 

Rədd ol buradan, yaramaz! 

Culiya cəld çarpayıdan aşağı əyildi, ayaqqabısını döşəmədən götürüb oğlansayağı cəld hərəkətlə 

eyni ilə Yenidil lüğətini Qoldsteynin portretinə tərəf tolazladığı kimi tuşlayaraq küncə atdı. 

– Orada nə vardı ki? - Uinston təəccüblə soruşdu.  

– Siçovul. Murdar burnunu panellərin arasındakı deşikdən bayıra çıxardığını gördüm. Yəqin 

döşəmənin altında yuvası var. Amma onu yaxşıca qorxutdum.  

– Siçovul?-Uinston pıçıldadı. - Otaqda siçovul? 

– Onlar hər yerdə olur, - Culiya heç nə olmamış kimi yenidən yerində uzandı. -Hərdən bizim 

yataqxananın mətbəxində də gözə dəyirlər. Londonun bəzi rayonlarını tamam başlarına 

götürüblər. Uşaqların üstünə hücum çəkdiklərini eşitməmisən? Həm də necə hücum çəkirlər! Elə 

məhəllələr var ki, qadınlar qorxularından körpələrini iki dəqiqəliyə də gözdən kənara 

buraxmırlar. Əsasən iri, qonur siçovullardan qorxmaq lazımdır. Ən pisi isə odur ki, murdarlar 

həmişə... 

– Qurtar bu söhbəti! - Uinston gözlərini bərk-bərk yumub qışqırdı.  

– Əzizim! Rəngin ağappaqdır. Nə olub? Yoxsa siçovuldan iyrənirsən? 

– Mən dünyada onlardan dəhşətli şey təsəvvür eləmirəm.  

Culiya Uinstonu qucaqladı. Əlləri, ayaqları ilə ona sarıldı. Bədəninin bütün istiliyi, hərarəti ilə 

onu sakitləşdirmək istəyirdi. Amma Uinston gözlərini dərhal aça bilmədi. Bir neçə saniyə hələ də 

həyatı boyu dönə-dönə yaşadığı dəhşətli xatirələrin yenidən qayıtmasının təəssüratı altında idi. 

Həmişə belə olurdu. Yuxularında tez-tez özünü qaranlıq divarın önündə görürdü. Divarın o biri 

tərəfində isə dəhşətli, insanda anlaşılmaz qorxu və xof yaradan mübhəm varlıq dayanırdı. 

Xəyallarındakı əsas hiss həmişə özünü aldatması idi. Çünki zülmət divarının o biri tərəfində 

hansı varlığın dayandığını yaxşı bilirdi. İstəsə, bəlkə, ağrılı əzablar bahasına, sanki beynini dartıb 

qoparırmış kimi o qorxunc varlığı gözləri önünə də gətirə bilərdi. Lakin həmişə qorxusunun 

səbəbi sona qədər aydınlaşmadan yuxudan ayılırdı. İndi Culiyanın yarıda kəsdiyi sözləri ilə 

mütəmadi yaşadığı həmin dəhşət hissi arasında birbaşa əlaqənin olduğunu anladı. 

– Bağışla, - dedi. - Fikir vermə. Hamısı boş şeylərdir. Sadəcə, siçovullardan xoşlanmıram. 

Vəssalam.  

– Narahat olma, əzizim. Bu murdarları bir də evimizə buraxmarıq. Gedəndə deşiyə bir şey 

tıxayaram. Gələn dəfə isə sement gətirib yollarını həmişəlik bağlayacağam.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

213 


Vahimənin xofu çəkilib getmişdi. Uinston hərəkətindən utanmış halda qalxıb çarpayının baş 

tərəfində oturdu. Culiya da yerindən durdu, kombinezonunu geyinib qəhvə hazırlamağa başladı. 

Qazançadan qalxan qoxu o qədər tünd, o qədər şirnikləndirici idi ki, tez pəncərəni bağladılar. 

Həyətdə kimsə qəhvə iyini hiss edib haradan gəlməsi ilə maraqlana bilərdi. Qəhvənin ləzizliyi 

ətrindən daha çox şəkərlə qarışıb adamın damağına qeyri-adi bir dad gətirməsində idi. İllər boyu 

qəhvəni saxarinlə içdiyindən Uinston həqiqi şəkərin tamını yerli-dibli unutmuşdu. Əlinin birini 

kombinezonunun cibinə qoyan, o birində isə yağla cem buterbrodu tutan Culiya otaqda gəzişir

laqeyd nəzərlərlə kitab rəfinə göz gəzdirir, açılıb-yığılan masanın necə təmir olunması ilə bağlı 

məsləhət verirdi. Aradabir möhkəmliyini və rahatlığını yoxlayırmış kimi özünü kreslonun üstünə 

atdı. Bir an sonra isə maraq dolu baxışlarla on iki siferblatlı qəribə divar saatını gözdən keçirirdi. 

Gün işığında daha yaxından tamaşa etmək üçün press-papyeni çarpayının yanına gətirdi. Uinston 

şüşəni qızın əlindən alıb narın yağış damlasını xatırladan rənginə heyranlıqla baxmağa başladı.  

– Səncə, bu nədir? - deyə Culiya soruşdu.  

– Doğrusu, özüm də bilmirəm. Fikirləşirəm ki, indiyə qədər onunla maraqlanan olmayıb. Elə 

buna görə də diqqətimi çəkdi... Şüşə parçası tarixin yenidən əl gəzdirməyə macal tapmadıqları 

kiçik bir hissəsidir. Mənasını anlayan üçün yüz il bundan əvvəl bizə ünvanlanmış xəbərdir.  

– Bəs şəkil? - Culiya başı ilə üzbəüz divardan asılmış qravürü göstərdi. - O da keçən əsrdən 

qalmadır? 

– Daha qədimdir. Bəlkə də iki yüz il əvvəlin yadigarı olduğunu deyərdim. Amma dəqiq tarix 

söyləmək çətindir. Axı indi heç nəyin yaşını təyin etmək mümkün deyil.  

Culiya daha yaxşı baxmaq üçün qravürə yaxınlaşdı.  

– Bax, o murdar başını buradan çıxarmışdı, - deyə düz şəklin altında döşəməni təpikləməyə 

başladı. - Bəs bura haradır? Deyəsən, şəkildəki binanı əvvəllər haradasa görmüşəm.  

– Kilsədir. Hər halda, tikiləndə kilsə olub. Adı Sent Klement Deyn kilsəsidir. - Birdən mister 

Çarrinqtondan eşitdiyi şeirin ilk misraları yadına düşdü. Nostalgiya dolu səslə onları sözlərinə 

əlavə etdi:  

Mandarinlər, limonlar,  

Sent Klement zəng çalar.  

Uinstonun təəccüblü baxışları altında Culiya sonrakı misraları oxudu: 

Hey zəng çalır San Martin

- Qaytar mənə üç fartinq! 

Old Baley də cinlənir, 

- Borcumu qaytar! - deyir.  

– Arxasını xatırlaya bilmirəm. Amma yadımdadır ki, şeir belə qurtarır: 

İki şam yandıraram,  

Səni dayandıraram. 

Qılınc çalsam bir kərə 

Başın düşəcək yerə.  




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə