Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə102/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   98   99   100   101   102   103   104   105   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

206 


– Əzizim, mən də məktəbə getmişəm. On altı yaşı tamam olan şagirdlərlə ayda bir dəfə seksual 

münasibətlər mövzusunda söhbət aparılır. Sonra Yeniyetmələr İttifaqında olmuşam. Belə 

cəfəngiyyatı illərlə adamın beyninə yeridirlər. Hətta deyərdim ki, çox vaxt bəhrəsini də görürlər. 

Amma təbii ki, hamıya eyni gözlə baxmaq olmaz. Çünki insanlar əksərən qeyri-səmimidirlər. 

Culiya mövzu ilə bağlı fikirlərini şərh etməyə başladı. Söhbətə nədən başlasalar da, əvvəl-axır 

gəlib seksuallıq məsələsinin üstünə çıxırdılar. Bu məsələdə isə onun mülahizələri həmişə çox 

ağıllı səslənirdi. Uinstondan fərqli olaraq Culiya Partiyanın hər vasitə ilə puritanlıq təbliğatı 

aparmasının mənasını yaxşı başa düşürdü. Məsələ təkcə cinsi instinktin özünəməxsus dünyasının 

olmasında, yaxud Partiyanın öz nəzarətindən kənarda qalan həmin dünyanı bütün mümkün 

yollarla məhv etməyə çalışmasında deyildi. Məsələ seksual aclığın isteriya yaratmasında idi. Bu 

isteriya Partiyanın işinə yarayırdı. Çünki onu asanlıqla müharibə ehtirasına, yaxud rəhbərə 

pərəstiş hissinə çevirmək olurdu. Culiya mürəkkəb mətləbləri öz sadə məntiqi ilə izah edərək 

deyirdi: 

– Bir adamla yatanda enerji itirirsən. Amma özünü xoşbəxt sayırsan, dünyanı vecinə almırsan. 

Onlar isə heç vaxt heç kəsin xoşbəxtlik duyğusunu yaşamasını istəmirlər. Həmin enerjinin daim 

sənin içində qaynamasını istəyirlər. Bütün bu mənasız yürüşlər, şüarlar, bayraqların dalğalanması 

- seks istəyinin söndürülməsindən başqa bir şey deyil. Əgər sən daxilən özünü xoşbəxt 

sayırsansa, niyə Böyük Qardaşdan, Üç İllik Planlardan, Nifrət İkidəqiqəliklərindən və başqa 

mənasız cəfəngiyyatlardan ötrü həyəcanlanıb coşmalısan? 

Uinston ürəyində qızın dediklərinin hamısı ilə razılaşırdı. Həqiqətən də, seksual bakirəliklə siyasi 

mühafizəkarlıq arasında sıx və birbaşa əlaqə vardı. Güclü instinkti möhkəm əllərlə idarə 

etmədən, ondan qorxunc qüvvə kimi yararlanmadan qəzəbi, nifrəti, kütbeyin sədaqəti necə son 

həddə qədər qızışdıra bilərsən, onları hansı yolla işinə yarayan enerjiyə çevirə bilərsən? Cinsi 

ehtiras Partiya üçün qorxuludur. Bu səbəbdən də Partiya onu xidmətində dayanmağa məcbur 

edir. Eyni oyunu valideynlik instinktinin də başına açıblar. Ailə duyğusunu birdəfəlik aradan 

qaldırmaq mümkün deyil. Odur ki, keçmiş vaxtlarda olduğu kimi, valideynləri öz övladlarını 

sevməyə təşviq edirlər. O biri tərəfdənsə, uşaqları düşünülmüş şəkildə ata-analarının üstünə 

qaldırırlar. Onları casusluğa, valideynlərinin Partiya mövqeyindən yanlış görünən söz və 

hərəkətləri haqqında xəbərçiliyə alışdırırlar. Bütün bunlar mahiyyət etibarı ilə ailənin Fikir 

Polisinin əlavəsinə çevrilməsinə gətirib çıxarır. Hər insanın yanında gecə-gündüz fəaliyyətdə 

olan xəbərçi - onun ən yaxın adamı dayanır.  

Özü də fərqinə varmadan yenə Ketrini xatırladı. Əgər Ketrin beyninə doldurulmuş fikirlərə 

sədaqət baxımından həqiqətən də belə səfeh olmasaydı, ərini çox asanlıqla Fikir Polisinə təslim 

edə bilərdi. Həmin anda Ketrini yadına salan isə günortanın boğucu bürküsü, bir də dəhşətli 

istidən alnında muncuqlanan tər damlaları idi. On bir il əvvəl, eynən belə isti yay günü baş verən, 

daha doğrusu, baş verməyən hadisə haqqında Culiyaya danışmağa başladı. 

Evliliklərinin üçüncü, yaxud dördüncü ayı idi. Kent qraflığına ictimai turist yürüşü zamanı 

azmışdılar. Dəstədən cəmi bir neçə dəqiqəliyinə dala qalmışdılar. Nəticədə yolu səhv salmış, 

gedib dərin uçurumu xatırladan köhnə əhəng daşı karxanasının kənarına çıxmışdılar. Qarşılarını 

dibində sal qayalar görünən on, bəlkə də iyirmi metr dərinliyində qorxunc yarğan kəsmişdi. Yolu 

soruşmağa kimsə yox idi. Azdıqlarını bilən Ketrin bərk narahatlıq keçirirdi. Turistlərin səsli-

küylü dəstəsindən bircə dəqiqəliyə də olsun aralanmaq onun nəzərində intizamı kobud şəkildə 

pozmaq sayılırdı. Vaxt itirmədən gəldikləri yolla qayıdıb axtarışı davam etdirmək istəyirdi. Elə 

bu vaxt Uinston yarğanın dibindəki qayaların arasında topa-topa bitmiş kolları gördü. Onlardan 

birində, eyni budaqda al-qırmızı və bənövşəji rəngdə iki müxtəlif çiçək açılmışdı. Uinston 

ömründə belə şey görməmişdi. Tez Ketrini çağırdı ki, gəlib təbiətin qəribə möcüzəsinə tamaşa 

eləsin. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

207 


– Ketrin, bax! Bax, gör necə çiçəklər açılıb! Lap aşağıdakı o kolu deyirəm. Orada eyni koldakı 

iki müxtəlif rəngli gülü görürsən?  

Ketrin bir neçə addım aralanmışdı. Amma əsəbiliyini gizlədərək geri qayıtdı. Hətta Uinstonun 

göstərdiyi yeri görmək üçün yarğanın dibinə tərəf əyildi. Uinston bir az arxada dayanıb yüngülcə 

onun belindən yapışmışdı. Birdən fikirləşdi ki, burada tamam yalqızdırlar. İkisindən başqa 

ətrafda ins-cins yoxdur. Hər şey susub, hər şey dayanıb. Hətta ağacların yarpağı tərpənmir, hətta 

bir quş da ötmür. Belə yerdə gizli mikrofondan qorxmamaq olardı. Hətta mikrofon olsa belə, 

yazmağa bir səs yox idi. Günortanın ətalət və yuxu gətirən ən isti vaxtı idi. Günəş bütün hərarəti 

ilə yandırıb-yaxırdı, Uinstonun üzündə tər damlaları parıldayırdı. Qəflətən ağlına gəldi ki... 

– Niyə onu itələyib uçuruma yıxmadın? - Culiya sözünün dalını gətirməyə imkan vermədi. - Mən 

olsaydım, belə fürsəti əldən verməzdim.  

– Elədir, əzizim, qətiyyətliliyinə inanıram. İndiki ağlım olsaydı, yəqin mən də fürsəti əldən 

buraxmazdım. Bilmirəm. Bəlkə də yox... Əmin deyiləm.  

– Onu uçuruma itələmədiyinə görə təəssüflənirsən? 

– Aha. Ümumilikdə götürəndə, təəssüflənirəm. 

Tozlu döşəmədə yanaşı oturmuşdular. Uinston qızı özünə tərəf çəkdi. Culiyanın başı çiyinlərinə 

söykəndi. Saçlarının xoş rayihəsi göyərçin peyininin qoxusunu yoxa çıxardı. Uinston fikirləşdi 

ki, qız hələ çox cavandır, hələ həyatdan nə isə gözləyir. Başa düşmür ki, xoşuna gəlməyən adamı 

itələyib uçuruma yıxmaq heç nəyi həll etmir. 

– Əslinə baxsan, yenə də heç nə dəyişməyəcəkdi. 

– Bəs elə isə niyə təəssüf edirsən? 

– Hər hansı hərəkəti hərəkətsizlikdən üstün tutduğuma görə. Qoşulduğumuz oyunda qalib 

gəlməyimiz mümkün deyil. Sadəcə bəzi uğursuzluqlarımız qalanlarına nisbətən daha münasib 

görünür. 

Culiya çiyinlərini çəkməklə narazılığını bildirdi. Uinston belə danışanda həmişə etiraz edirdi. O, 

insanın daim məğlubiyyətə məhkumluğu fikrinin təbiətin qanunu olması haqda hətta eşitmək 

istəmirdi. Təbii ki, məhvə məhkum olduğunu, əvvəl-axır Fikir Polisinin əlinə düşüb ölümə can 

verəcəyini anlamamış deyildi. Amma beyninin hansısa hüceyrələri ilə gizli dünya qurmağın, 

orada istədiyin kimi yaşamağın mümkünlüyünə də inanırdı. Fikirləşirdi ki, bunun üçün gərək 

həm bəxtin gətirsin, həm də hiyləgər və cəsur olasan. Culiya hələ də başa düşmürdü ki, bu 

dünyadakı həyatda xoşbəxtlik deyilən şey yoxdur, qələbə yalnlz uzaq gələcəkdə, onlar yer üzünü 

tərk edəndən çox-çox sonra qazanıla bilər. Anlamırdı ki, Partiyaya müharibə elan etdiyin andan 

özünü canlı insan yox, meyid saymalısan.  

– Biz hamımız meyitik. - Bunu Uinston dedi. 

– Hələ meyit deyilik. - Culiya laqeyd şəkildə düzəliş verdi.  

– Cismən meyit deyilik. Altı ay, bir il, uzaqbaşı beş il. Mən ölümdən qorxuram. Sən gəncsən, 

deməli, məndən daha çox qorxmalısan. Aydındır ki, bacardığımız qədər ölümü yaxına 

buraxmamağa çalışacağıq. Amma bizim istəyimiz vəziyyəti çox az dəyişdirir. İnsan indiki 

halında qaldıqca, ölümlə həyatın heç bir fərqi olmayacaq. 

– Cəfəng sözlərdir! Mənimlə yatmaqdan daha çox həzz alırsan, yoxsa skeletlə? Məgər həyatda 

olduğuna, yaşadığına görə sevinmirsən? Mənə baxmaq, əllərimə, ayaqlarıma toxunmaq, 

yeridiyimi, nəfəs aldığımı, yaşadığımı görmək, bütün bunları hiss etmək sənə xoş deyil?  




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə