Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə101/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   97   98   99   100   101   102   103   104   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

204 


maskalanmağın əvəzini sonra artıqlaması ilə çıxdığını deyirdi. Culiyanın fikrincə, kiçik 

qaydalara əməl etmək böyük qaydaları pozmağa imkan yaradırdı. O, Uinstonu da dilə tutub bir 

axşamını ictimai-könüllü işə qurban verməyə razı salmışdı. Nəticədə Uinston ən təəssübkeş 

Partiya üzvləri kimi hərbi sursat hazırlığında iştirak edən könüllülərin siyahısına yazılmışdı. İndi 

həftədə bir dəfə canını dişinə tutub axşam saatlarını içərisində yel vurub yengələr oynayan, hər 

tərəfi bürümüş çəkic taqqıltıları ilə teleekranın aramsız musiqisi biri-birinə qarışan yarıqaranlıq 

emalatxanada keçirir, çox güman ki, bombaların partladıcı mexanizmində istifadə edilən hansısa 

kiçik dəmir parçalarını döyəcləyib əyirdi. 

Kilsənin zəng qülləsində görüşdükləri gün kəsik-kəsik söhbətlərinin arasındakı boşluğu doldura 

bildilər. Bürkülü bir günorta idi. Zənglərin üstündəki kiçik dördkünc otağın durğun, boğanaq 

havasında nəfəs almaq olmurdu. Hər tərəfə göyərçin zılının kəsif iyi hopmuşdu. Artıq neçə saat 

idi ki, kağız və çör-çöp qırıntıları ilə dolu tozlu döşəmədə oturub danışırdılar. Arada hərdən gah 

Uinston, gah da Culiya ayağa qalxıb otağın dar pəncərəsindən ətrafa baxır, kimsənin gəlib-

gəlmədiyini yoxlayırdılar.  

Culiyanın iyirmi altı yaşı vardı. Otuz qızla birlikdə yataqxanada yaşayırdı. “Hər yerdən arvad iyi 

gəlir. Heç bilirsən bu arvadlara necə nifrət edirəm?!” - deyə sözarası yataqxananın dözülməz 

şəraitindən narazılığını dilə gətirmişdi. Əvvəlcədən də təxmin etdiyi kimi qız Ədəbiyyat 

Departamentində, roman yazan maşınlara texniki xidmət sahəsində işləyirdi. Güclü, lakin şıltaq 

elektrik motorlarına qulluq etmək xoşuna gəlirdi. İntellektual sahədə çalışmaq üçün Culiyanı 

kifayət qədər “ağıllı” saymamışdılar. Amma əlinin çevikliyinə, texnikadan yaxşı baş çıxardığına 

görə işini qiymətləndirirdilər. Romanların yazılması prosesini Plan Komitəsi tərəfindən 

direktivlərin verilməsindən tutmuş Son Redaktə Qrupunun tamamlama işlərinə qədər, bütün 

təfərrüatı ilə təsvir edə bilərdi. Böyük zəhmət bahasına yaranan hazır məhsul isə onu qətiyyən 

maraqlandırmırdı. “Oxumaq həvəskarı deyiləm”-deyirdi. Culiyanın təsəvvüründə kitab da alma 

cemi, yaxud çəkmə bağı kimi adi istehlak mallarından biri idi.  

60-cı illərdən əvvəlki dövrlə bağlı yadında heç nə qalmamışdı. Tanıdığı adamlardan İnqilaba 

qədərki hadisələr haqqında yalnız bir nəfər-səkkiz yaşı olanda gözlənilmədən yoxa çıxan babası 

danışmışdı. Məktəbdə xokkey komandasının kapitanı olmuşdu. İki il dalbadal gimnastika üzrə 

birinciliyi qazanmışdı. Kəşfiyyatçılar dərnəyində bölük komandiri, Gənclərin Antiseks Liqasına 

qoşulmamışdan əvvəl Yeniyetmələr İttifaqının sahə katibi vəzifələrini tutmuşdu. Hər yerdə adı 

yalnız yaxşılığa çəkilmişdi. Onu hətta Pornosekdə (bu da inanılmış şəxslərə göstərilən etimadın 

təzahürü sayılırdı) işə cəlb etmişdilər. Pornosek Ədəbiyyat Departamentinin şöbələrindən biri 

idi. Prolların arasında yaymaq üçün ucuz pornoqrafiya nümunələri hazırlayıb çap edirdi. Qızın 

dediyinə görə, hətta əməkdaşlar özləri həmin şöbəni “Peyin Damı” adlandırırdılar. Culiya orada 

təxminən bir il işləmiş, “Yaddaqalan tarixçələr”, “Qızlar məktəbində bir gecə” kimi kitabların 

hazırlanmasında iştirak etmişdi. Bu kitabları mağazalara ağzı bağlı zərflərdə göndərirdilər. 

Proletar gəncliyi onu gizlincə alır, bir müddət qadağan edilmiş ədəbiyyatla tanışlıq sevincinin 

təəssüratı altında yaşayırdı.  

– O kitablarda nə yazılır? - deyə Uinston soruşdu. 

– Dəhşətli cəfəngiyyat. Həm də darıxdırıcı şəkildə. Cəmi altı süjet var. Sadəcə, hər dəfə ora-

burasını dəyişdirirlər. Mənim işim yalnız kaleydoskopla bağlı idi. Son Redaktə Qrupunda heç 

vaxt olmamışam. Çünki, əzizim, hətta bu səviyyədə də ədəbiyyatdan başım çıxmır.  

Uinston təəccüb içərisində Pornosekin bölmə rəhbərlərindən başqa bütün işçilərinin cavan qızlar 

olduğunu öyrəndi. Çünki geniş yayılmış fikrə görə, qadınlarla müqayisədə kişilərdə cinsi 

instinkti nəzarətdə saxlamaq daha çətin sayılırdı. Onların təmasda olacaqları bu çirkabdan 

yoluxmaq ehtimalları daha böyük idi.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

205 


– Orada heç ərli qadınların da olmasını istəmirlər,-deyə Culiya sözünə davam etdi. Hesab edirlər 

ki, qızlar pak, təmiz varlıqlardır. Qarşında dayanan şəxs isə bunun tam əksi olan məxluqdur. 

Culiya ilk seksual təcrübəsini 16 yaşında, altmış yaşlı bir Partiya üzvü ilə yaşamışdı. Bir müddət 

sonra həmin şəxs həbsdən canını qurtarmaq üçün intihar etmişdi. “Çox düzgün seçim idi!”-deyə 

Culiya əlavə etdi. - Yoxsa istintaqda mənim adımı da dilindən çəkib qoparardılar”. O vaxtdan 

bəri müxtəlif kişilərlə gəzib-dolaşmışdı. Onun təsəvvürünə görə həyat çox sadə bir sxem 

üzərində qurulmuşdu. Sən yaxşı yaşamaq istəyirsən, “onlar” (Partiya üzvlərini nəzərdə tuturdu) 

isə buna imkan verməməyə çalışırlar. Onda sən də qaydaları bacardığın kimi pozmalı olursan. 

“Onların” yaxşı yaşamağa mane olmaq cəhdi Culiyaya özünün qaydaları pozmaq və ilişməmək 

istəyi qədər təbii görünürdü. Culiya Partiyaya nifrət edir, nifrətini də həmişə ən kəskin sözlərlə 

dilə gətirirdi. Lakin heç vaxt ictimai xarakterli tənqidə meyil göstərmirdi. Şəxsi həyatı ilə əlaqəli 

məsələlər istisna olmaqla, Partiyanın fəaliyyəti və təlimi Culiyanı qətiyyən maraqlanmırdı. 

Uinston gündəlik danışıq dilindəki tək-tük kəlmələrdən başqa, qızın Yenidil sözləri işlətmədiyinə 

də diqqət yetirmişdi. Qardaşlıq haqqında heç vaxt eşitməmişdi. Onun mövcudluğuna inanmaq 

istəmirdi. Partiya əleyhinə təşkil edilən, lakin uğursuzluğa düçar olacağı əvvəlcədən bilinən 

qiyam cəhdinə səfehlik kimi yanaşırdı. Culiyanın fikrincə, ağıllı iş qaydaları mənafeyinə uyğun 

şəkildə pozmaq və bu zaman sağ-salamat qalmağı bacarmaq idi. Uinston öz-özünə sual verirdi 

ki, görəsən İnqilab dövründə boya-başa çatan gənc nəslin sıralarında Culiya kimi çox şeydən 

xəbərsiz olan, Partiyanı torpaq, yaxud səma kimi əbədi, əzəli sayan, ona qarşı mübarizə 

aparmaqdansa, itin dişlərindən qurtardığına sevinən dovşan kimi gözdən yayınıb öz həyatını 

yaşamaq istəyənlərin sayı nə qədərdir?  

Evlənməkdən heç vaxt danışmırdılar. Bu o qədər əlçatmaz arzu idi ki, hədər yerə vaxt itirib 

müzakirə açmağa da dəyməzdi. Hətta Uinston möcüzə nəticəsində arvadından-Ketrindən xilas 

olsaydı belə, heç bir komitə onlara talelərini birləşdirməyə icazə verməzdi. Boş ümidlərlə 

yaşamağın mənası yox idi.  

– O qadın..., sənin arvadın necə adam idi?-deyə Culiya soruşdu. 

– Necə adam idi? Yeni dildə belə bir söz var: xoşgörülü. Bilmirəm, eşitmisənmi? Anadangəlmə 

mühafizəkar prinsiplərə etiqad edən, hətta xəyallarında belə həmin prinsiplərdən kənara çıxmağa 

qadir olmayan adamlar haqqında işlədilir.  

– Yox, dediyin sözü eşitməmişəm. Amma o tipli adamları yaxşı tanıyıram.  

Uinston ailə həyatından danışmağa başladı. Çox qəribə idi: Culiya danışdıqlarının bir çox 

mühüm məqamlarını əvvəlcədən bilirdi. Culiya ərinin əli toxunan zaman Ketrinin bədəninin az 

qala qıc olması, onu bərk-bərk qucaqladığı halda həm də sanki var gücü ilə özündən kənara 

itələməsi haqda elə dəqiq təsəvvürə malik idi ki, sanki qadının yerinə özü Uinstonla bir yatağa 

girmiş, aralarında olan hər şeyi özü yaşamış, özü hiss etmişdi. Belə məsələlərlə bağlı Culiya ilə 

söhbətin asan olduğunu dərhal başa düşmüşdü. Ketrinə gəldikdə isə, arvadı indi onun aləmində, 

iztirablı keçmişdən daha çox ürəkbulandıran xatirəyə çevrilmişdi.  

– Əgər bir məsələ olmasaydı, bəlkə hər şeyə dözərdim, - deyə Uinston Ketrinin hər həftənin eyni 

günü onu heç bir həzz duymadığı soyuq mərasimə məcbur etməsindən danışmağa başladı. - Özü 

də bu işə nifrət edirdi. Lakin məhz mühafizəkar münasibətinə görə heç vəhclə əsla ürəyindən 

olmayan bu istəyin qarşısını ala bilmirdi. Bilirsən, o işə necə ad qoymuşdu? Yox, heç 

təsəvvürünə də gətirə bilməzsən! 

– Bizim partiya borcumuz! - deyə Culiya fikirləşmədən cavab verdi. 

– Bunu haradan bilirsən? 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə