Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə107/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   103   104   105   106   107   108   109   110   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

216 


dözülməz deyildi. İndi Uinston teleekrana boğma çıxarmaq, yaxud səsinin gur yerinə salıb lənət 

yağdırmaq istəyindən də əl çəkmişdi. Artıq etibarlı istinadgahı, az qala evləri olduğu vaxtda 

fasilələrlə görüşmələri, bir yerdə iki-üç saatdan artıq qala bilməmələri də onlara çox böyük 

sıxıntı kimi görünmürdü. Xırdavat satılan dükanın üstündəki kiçik otaq nəyə desən dəyərdi. Belə 

bir təhlükəsiz yerin olduğunu bilmək onun həqiqi sahibinə çevrilməkdən az şey deyildi. Otaq 

onların nəzərində bütöv bir dünya, nəsli kəsilmiş heyvanların sığındıqları əski qoruq timsalında 

idi. Uinstonun təsəvvüründə mister Çarrinqtonun özü də nəsli kəsilmiş canlılardan sayıla bilərdi. 

Adətən otağa qalxanda həmişə bir neçə dəqiqə dayanıb ev sahibi ilə söhbət eləyirdi. Qoca, 

deyəsən, küçəyə çox az-az çıxırdı. Bəlkə heç qapının kandarından kənara ayaq basmırdı. 

Müştərisi də nadir hallarda olurdu. Görünür, bu səbəbdən də kiçik, qaranlıq dükanında daim bir 

həyulə kimi gəzib dolaşırdı. Arxada özünə yemək hazırladığı mətbəx dükandan da kiçik idi. 

Buradakı müxtəlif əşyalar içərisində nəhəng səs borusu olan qədim qrammofon diqqəti daha çox 

çəkirdi. Arabir Uinstonla söhbət etmək imkanının yaranmasından qocanın açıq-aşkar sevindiyi 

hiss olunurdu. Nazik sağanaqlı eynəyi, uzun burnu, məxmər pencəyinin altındakı batıq çiyinləri 

ilə o, dükanındakı dəyərdən düşmüş malları arasında ticarətçidən daha çox, kolleksiya 

həvəskarını xatırladırdı. Artıq əvvəlki atəşinliyini itirmiş şövqlə əlini dörd bir tərəfindəki 

mətahlara uzadır, gah Çin istehsalı olan büllur şərab şüşəsi tıxacını, gah sınıq tütün qabının 

rəngarəng naxışlarla bəzədilmiş qapağını, gah çoxdan ölmüş hansısa uşağın bir çəngə saçının 

saxlandığı bürünc medalyonu Uinstona göstərirdi. Heç vaxt ona mütləq nə isə bir şey satmağa 

can atmırdı. Sadəcə, bu əntiq əşyalara baxıb zövq almasını istəyirdi. Qoca ilə söhbət eləmək 

yeyilmiş plastinkaya qulaq asmağa bənzəyirdi. Hər dəfə yaddaşının dərinliklərindən unudulmuş 

şeir parçaları tapıb çıxarırdı. Onlardan biri iyirmi dörd qaratoyuq, o birisi qırıq buynuzlu inək, 

üçüncüsü isə yoxsul aşbaz Robinin ölümü haqqında idi. “-Sizə maraqlı görünə biləcəyini 

düşündüm” -deyə hər yeni şeir parçasını oxuyandan sonra günahkar əda ilə xəfifcəsinə 

gülümsəyirdi. Amma hər şeirin sadəcə iki-üç misrasını xatırlayırdı. 

Uinstonla Culiya indiki vəziyyətin uzun müddət davam etməyəcəyini yaxşı başa düşür, heç vaxt 

illüziyaya qapılmırdılar. Bəzən qarşıdan gələn ölüm onlara üstündə uzandıqları çarpayı kimi 

aydın, əyani görünürdü. Belə anlarda, əcəl zəngi çalınmamışdan beş dəqiqə əvvəl sonuncu tikəni 

də qamarlamağa çalışan ölüm məhbusu kimi, ümidsiz ehtirasla bir-birlərinə sarılırdılar. Elə 

günlər də olurdu ki, münasibətlərinin nəinki təhlükəsizliyi, hətta daimiliyi xülyası ilə təsəlli 

tapırdılar. Gözdən-könüldən uzaq, tənha otaqda daldalandıqları müddətdə özlərinə sədəmə 

toxunmayacağını düşünürdülər. Doğrudur, yolu həm çətin, həm də təhlükəli idi. Amma otaq əsl 

sığınacaq sayıla bilərdi. Belə düşüncələrə daldığı məqamlarda Uinston gözlərini zilləyib press-

papyenin düz ortasına baxır, bu şüşə dünyanın içərisinə yol tapa bilsə, orada zamanın özünü ram 

etməyin mümkünlüyü haqqında düşünürdü. Tez-tez xilas yolları haqda xəyallara dalırdılar. 

Bəzən, özlərini inandırırdılar ki, tale həmişə üzlərinə güləcək, həyatları təbii sonluqla başa çatana 

qədər məhəbbət sərgüzəştləri davam edəcək. Yaxud, Ketrin öləcək, Uinstonla Culiya, hansı yolla 

olur-olsun, ailə qurmağa icazə alacaqlar. Yaxud birlikdə intihar edəcəklər. Ya da gizlənəcəklər: 

özlərini tanınmaz şəklə salacaqlar, prolların ləhcəsində danışacaqlar, fabrikdə işə düzələcəklər və 

heç kəs tərəfindən tanınmadan uzaq məhəllələrin birində yaşayacaqlar. İkisi də gələcəklə bağlı 

planlarının xam xəyal olduğunu yaxşı başa düşürdü. Qarşıda xilas yolu görünmürdü. Yeganə yol 

intihar ola bilərdi. Lakin heç biri özünə qəsd etmək fikrində deyildi. Hər şeyə tab gətirərək 

günləri, həftələri yola vermək, sabahı görünməyən bu günlə yaşamaq hər ikisində qarşıalınmaz 

istəyə, instinktə çevrilmişdi. Udmağa hələ hava varsa, insan ciyəri də eynən bu cür instinktlə 

onun son udumunu öz içinə çəkməyə can atır.  

Bəzən isə Partiya əleyhinə fəal mübarizəyə qoşulmaqdan danışırdılar. Lakin bu yolda birinci 

addımın nədən ibarət olacağını təsəvvürlərinə gətirmirdilər. Hətta mifik Qardaşlıq təşkilatı 

mövcud olsa belə, ora yol tapmaq müşkül iş idi. Uinston özü ilə O`Brayen arasında yaranan 

yaxınlıq (yaxud yaxınlıq təəssüratı) haqqında Culiyaya danışmışdı. Bəzi hallarda hətta 

O`Brayenin yanına getmək, Partiyanın düşməni olduğunu demək və ondan kömək istəmək 

fikrinə düşdüyünü də açıb söyləmişdi. Nə qədər qəribə görünsə də, Culiya ideyanı tamam ağılsız 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

217 


bir hərəkət kimi dərhal rədd etməmişdi. Özünün dediyinə görə, adamlar haqda sifətlərinə 

baxmaqla müəyyən qənaətə gələ bilirdi. Odur ki, O`Brayenin gözlərinin ani parıltısının 

səmimiliyinə və nədənsə xəbər verdiyinə inanmağı təbii qarşılayırdı. Üstəlik, Culiya hər adamın, 

yaxud aşağı-yuxarı hər adamın gizlində Partiyaya nifrət bəslədiyinə, cəzasız qalacağı təqdirdə 

qaydaları pozacağına əmin idi. Lakin geniş, mütəşəkkil müqavimətin varlığına, hətta mümkünlük 

ehtimalına inanmaq istəmirdi. Qoldsteyn və onun gizli ordusu haqqında danışılanları Partiyanın 

öz məqsədləri üçün uydurduğu cəfəngiyyat adlandırırdı. Amma deyirdi ki, borcumuz özümüzü 

bu nağıllara inanan kimi göstərməkdir. Dəfələrlə Partiya yığıncaqlarında, kortəbii nümayişlərdə 

adlarını heç vaxt eşitmədiyi, boyunlarına qoyulan cinayətlərə qətiyyən inanmadığı adamların 

edam olunmalarını hamıdan uca səslə tələb etmişdi. Açıq proseslər zamanı səhərdən gecə 

yarısına qədər məhkəmə binasını əhatəyə alan Gənclər Liqasının üzvləri sırasında həmişə öz 

yerini tutmuş, fasilələrdə hamı ilə birlikdə “Satqınlara ölüm!” - şüarını qışqırmışdı. Qoldsteynin 

kim olduğu, nə tələb etdiyi haqda çox dumanlı təsəvvürü olsa da, Nifrət İkidəqiqəliklərində 

başqaları ilə müqayisədə onun ünvanına ən ağır təhqirlər yağdırmışdı. Culiya İnqilabdan sonrakı 

dövrdə böyümüşdü. Əlli-altmışıncı illərin ideoloji mübarizələrini xatırlamaq baxımından yaşı az 

idi. Hansısa müstəqil siyasi hərəkatın mövcudluğunu təsəvvürünə gətirə bilməzdi. Mənfi 

münasibət bəsləsə də, Partiyanı əbədi və sarsılmaz qüvvə sayır, keçmişdə mövcud olduğunu, 

gələcəkdə də mövcud olacağını düşünürdü. Partiyaya qarşı yalnız gizli itaətsizlik göstərməklə, 

kimisə öldürmək, haranısa partlatmaqla, təxribatlar və terror aktları törətməklə mübarizə 

aparmaq mümkündür.  

Bəzi məsələlərdə Culiya Uinstondan daha ağıllı görünürdü. Partiya təbliğatının təsiri altına 

ondan daha az düşdüyü hiss olunurdu. Bir dəfə Uinston Avrasiya ilə müharibədən danışanda qız 

etinasız şəkildə heç bir müharibənin olmadığını demiş, onu əməlli-bağlı qorxutmuşdu. Culiyanın 

fikrincə, hər gün Londonda partlayan mərmilər Okeaniya Hökumətinin öz əməli idi; “adamları 

daim qorxu altında saxlamaq” istəyirdilər. Bu fikir heç vaxt Uinstonun ağlına gəlməmişdi. Başqa 

bir dəfə Culiya Nifrət İkidəqiqəliklərində ən çətin şeyin boğazına tıxanan gülüşü boğub 

saxlamaq olduğunu deyəndə isə qıza paxıllığı tutmuşdu. Amma Culiya Partiya təlimini yalnız 

şəxsi həyatı ilə bağlı məsələlərdə şübhə altına alırdı. Qalan digər bütün məsələlərdə rəsmi Partiya 

mifologiyasını qəbul etməyə hazır idi. Çünki həqiqətlə saxtakarlıq arasındakı fərq qıza o qədər 

də əhəmiyyətli görünmürdü. Məsələn, məktəbdə öyrədildiyi kimi, təyyarəni ilk dəfə Partiyanın 

kəşf etdiyinə inanırdı. (Uinstonun məktəbli olduğu əllinci illərin sonlarında Partiya hələlik yalnız 

helikopterin kəşfinə iddialı idi. On-on iki il sonra, Culiya məktəbə gedəndə artıq təyyarə də 

Partiya zəkasının məhsulu sayılırdı. Daha sonrakı nəslin nümayəndələri isə buxar maşınının da 

Partiyanın icadı olduğunu öyrənəcəkdilər). Uinston təyyarənin Culiyanın deyil, hətta öz yaşından 

da əvvəl uçduğunu, ümumiyyətlə, İnqilabdan əvvəl mövcud olduğunu deyəndə bütün bunlar qıza 

qətiyyən maraqlı görünməmişdi. Axı təyyarəni kimin kəşf etməsinin nə əhəmiyyəti var? Amma 

Uinstonu heyrətləndirən tamam başqa şey olmuşdu. Bir dəfə sözarası işlətdiyi ifadədən 

Culiyanın dörd il əvvəl Okeaniya ilə Avrasiya arasında sülh, İstasiya arasında isə müharibə 

olduğunu xatırlamadığı aşkara çıxmışdı. Əslində o, müharibəni başdan-başa məharətlə 

düşünülmüş bir oyun sayırdı. Hətta belə olan halda da, ötən illər ərzində düşmənin dəyişməsinə 

diqqət yetirməməsi qəribə təsir bağışlayırdı. Odur ki, Culiya etinasızcasına “Elə bilirdim, həmişə 

Avrasiya ilə müharibə etmişik” - deyəndə sözlərindəki laqeydlik Uinstonu vahiməyə salmışdı. 

Təyyarənin kəşfi Culiyanın dünyaya gəlməsindən əvvəlki dövrlə bağlı idi. Müharibədə tərəflərin 

dəyişməsi isə vur-tut dörd il bundan qabaq baş vermişdi. Qızın belə bir mühüm hadisədən 

xəbərsiz qalması ağlasığan deyildi. Mübahisələri on beş dəqiqəyə qədər çəkdi. Nəhayət, deyəsən, 

Culiyanın yaddaşını bir az hərəkətə gətirə bildi. O, tərəddüdlə də olsa, Avrasiyanın deyil, 

İstasiyanın düşmən olduğunu təsdiq etdi. Amma məsələyə yenə də heç bir önəm vermədi. “- Axı 

nə fərqi var?” - deyə əsəbi halda soruşdu. “- Bir qanlı müharibə başqası ilə əvəz olunub. Yayılan 

xəbərlər isə başdan-ayağa yalandır”. 

Bəzən, Culiya Sənədləşdirmə Departamentinin işi, burada həyata keçirilən hüdudsuz 

saxtalaşdırılmalar haqda danışırdı. Lakin yenə də qətiyyən təəccüblənmədiyi hiss olunurdu. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə