Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə115/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   111   112   113   114   115   116   117   118   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

232 


pəncərəsiz kameraya salınmışdı. Gözə görünməyən lampalar üstünə soyuq işıq salırdı. 

Haradansa qulağı cırmaqlayan asta, lakin aramsız uğultu eşidilirdi.  Uinston bunun havalandırma 

qurğusunun səsi olduğunu düşündü. Qapını, bir də üzbəüzdəki  paraşanın yerini çıxmaq şərti ilə 

kamera boyu divarlara ensiz taxta oturacaqlar bərkidilmişdi. Dörd bir tərəfdən  kameraya dörd 

teleekran nəzarət edirdi.  

 

 



Qarnındakı küt ağrı sakitləşmək bilmirdi. Sancı onu üstüörtülü maşına basıb naməlum istiqamətə 

aparanda başlamışdı. Yemək istəyirdi. Nə isə qeyri-insani, vəhşi hissə çevrilən aclıq əhədini 

kəsirdi.  Bütöv bir gün, bəlkə də gün yarım idi ki, dilinə heç nə dəyməmişdi. Səhər, yoxsa axşam 

həbs edildiyini hələ də bilmirdi.  Yəqin  heç zaman da bilməyəcəkdi. Tutub bura gətirəndən 

sonra bir dəfə də olsun yemək verməmişdilər. 

 

 



Ensiz skamyada əllərini dizinin üstünə qoyub bacardığı qədər sakit oturmağa çalışırdı. Uinston 

ümumiyyətlə həmişə sakit davranmışdı. Burada isə gözlənilməz bir hərəkət eləyən kimi 

teleekran adamın üstünə qışqırırdı. Yemək istəyi get-gedə daha da şiddətlənirdi. Hər şeydən çox 

bir tikə çörək istəyirdi. Nədənsə Uinstona elə gəlirdi ki, kombinezonunun cibində çörək 

qırıntıları olmalıdır. Cibində nə vaxtdansa hətta bütöv bir dilim quru çörəyin qaldığını 

düşünürdü. Yoxsa arabir ayaqlarına toxunan bərk şey nədir? Axırda aclıq qorxuya qalib gəldi. 

Uinston əlini cibinə uzatdı. 

 

 



-Smit!-teleekran cımxırdı.-Altmış-yetmiş doqquz! Smit U.! Kamerada əlinizi cibinizə salmayın! 

 

 



Uinston təzədən əllərini dizinin üstünə qoyub donmuş vəziyyət aldı. Bura gətirməmişdən əvvəl 

onu başqa yerə aparmışdılar. Adi dustaqxana, ya da partulların sərəncamındakı ilkin həbs 

kamerası idi. Orada nə qədər saxlandığını bilmirdi. Hər halda bir neçə saat qalmışdı. Saatı 

olmadığından, üstəlik də, kameraya gün işığı düşmədiyindən, vaxtı təyin etmək mümkün deyildi. 

İlk həbs kamerası üfunət qoxuyan, səsli-küylü yer idi.  Təxminən indikinə bənzəyirdi, amma hər 

tərəfi  çirk içərisindəydi. Kiçik kameraya on, bəlkə də on beş məhbus doldurmuşdular. 

Əksəriyyəti adi cinayətkar idi. Amma aralarında siyasi ittihamlarla tutulanlar da gözə dəyirdi.  

Uinston hər tərəfdən çirkli insan bədənləri ilə sıxışdırılmış halda divarın dibində oturmuşdu. 

Qorxudan və qarnındakı sancıdan kamera yoldaşlarına heç bir maraq göstərmirdi. Lakin Partiya 

 

 



–––––––––––––––––––––––––––––––––––––––––––––– 

 

 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

233 


* Əvvəli jurnalımızın ötən saylarında 

 

 



üzvləri ilə digər məhbusların davranışları arasındakı heyrətamiz fərq diqqətindən yayınmamışdı. 

Partiya üzvlərinin hamısı səssiz-səmirsiz və qorxu içərisində idilər. Adi cinayətkarlar isə, sanki 

meydan sulayır, heç kimdən, heç nədən qorxmurdular. Onlar nəzarətçilərin ünvanına təhqir 

yağdırır, əllərindən bir şeyi almaq istəyəndə sərt müqavimət göstərir, divara və döşəməyə 

ədəbsiz sözlər yazır, paltarlarının kim bilir harasında isə gizlədərək kameraya  gətirdikləri ərzağı 

yeyir, hətta qayda-qanun tələb edən teleekrana çımxırmaqdan da çəkinmirdilər. Digər tərəfdən, 

adi cinaytətkarlardan bəzilərinin nəzarətçilərlə yaxşı münasibət qurduqlarını görməmək olmurdu. 

Onları ləqəbləri ilə çağırırdılar,  arada dilə tutub qapı deşiyindən siqaret almağa çalışırdılar. Güc 

tətbiq etmək lazım gələndə isə,  nəzarətçilər bu cinayətkarlarla daha yumşaq davranır, hətta əl-

qol atmalarına da göz yumurdular. Həbs olunanların əksəriyyəti göndəriləcəkləri icbari əmək 

düşərgələri haqqında çox danışırdılar. Eşitdiyi söhbətlərdən Uinston belə qənaətə  gəlmişdi ki,  

müəyyən əlaqələr yaratsan və hər şeyin yolunu-yatağını bilsən, düşərgədə baş saxlamaq 

mümkündür. Orada pulla ələ alma, kiminsə sevimlisinə çevrilmə və hər cür soyğunçuluq 

mövcuddur, pederastlıq və fahişəlik geniş yayılıb, hətta kartofdan gizlicə araq da çəkirlər. Adi 

cinayətkarlara etimad daha böyükdür. Xüsusən quldurlar və qatillər özünənəxsus həbsxana 

aristokratiyasıdır. Ən qara işlərə isə, həmişə siyasiləri göndərirlər. 

 

 

Kameradan biri-birinin ardınca müxtəlif dustaqlar gəlib keçirdilər. Onların arasında narkotik 



alverçiləri, oğrular, soyğunçular, qaçaqmalçılar, içki düşkünləri, fahişələr vardı. Əyyaşlar bəzən 

elə qalmaqal salırdılar ki, onları sakitləşdirmək üçün bütün kamera birləşməli olurdu. Dörd 

nəzarətçi əl-ayağından yapışdıqları təxminən altmış yaşlarında, döşləri sallanmış, pırpız 

saçlarının ağ şəridləri hər tərəfə dağılmış nəhəng qadını zorla kameraya salmağa çalışırdılar. 

Qadın qışqırır, söyür, təpik atırdı. Basa-basda ayaqqabılarını dartıb ayağından çıxarmışdılar. 

Axır ki, onu içəri  sürüyüb   düz Uinstonun dizlərinin üstünə atdılar. Az qalmışdı ki, ayaqlarını 

sındırsınlar. Qadın birtəhər qalxıb oturdu. Nəzarətçilərin ardınca "S... buradan, oğraşlar!" deyə 

qışqırdı. Yalnız bundan sonra kiminsə ayaqlarının üstündə oturduğunun fərqinə vardı. Birtəhər 

kənara çəkilib skamyada özünə yer elədi. 

 

 



-Bağışla, canım,-dedi. -Dizinin üstündə öz xoşuma oturmamışdım. Bu yaramazlar gətirib atdılar. 

Görürsən, xanımlarla necə rəftar eləməyi də bilmirlər. 

 

 

Qadın susdu, əli ilə sinəsini yüngülcə yumruqlayıb gəyirdi. 



 

 

-Bağışla, dedi,-heç özümdə deyiləm. 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə