Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə113/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   109   110   111   112   113   114   115   116   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

228 


– Çox vaxt götürürəm. 

– Portfeliniz nə rəngdədir? 

– Köhnə, qara portfeldir. İki qıfılla bağlanır.  

– Qara, iki qıfılla bağlanan köhnə portfel... Çox yaxşı. Lap yaxın vaxtlarda, amma təəssüf ki, 

gününü deyə bilməyəcəyəm, səhər alacağınız tapşırıqların birində yanlış çap edilmiş söz olacaq. 

Həmin mətnin təkrar göndərilməsini xahiş edərsiniz. Ertəsi gün işə portfelsiz gəlməlisiniz. 

Küçədə bir nəfər qolunuza toxunub deyəcək: “Deyəsən, portfelinizi yerə saldınız”. Və sizə 

içərisində Qoldsteynin kitabı olan portfel verəcək. Siz onu iki həftə ərzində oxuyub geri 

qaytarmalısınız. 

Bir müddət susdular. 

– Daha iki dəqiqə vaxtınız qalıb, - O`Brayen dedi. - Biz yenə görüşəcəyik. Əgər... görüşsək. 

Uinston onun gözlərinin içinə baxdı. 

– Heç zaman qaranlıq olmayan yerdə? -deyə tərəddüdlə soruşdu.  

O`Brayen təəccübləndiyini büruzə vermədən başını tərpətdi. 

– Heç zaman qaranlıq olmayan yerdə,-deyə ifadənin arxasında nə gizləndiyini bilən adam kimi 

əminliklə təkrarladı. - Ayrılmamışdan qabaq deyiləsi bir sözünüz yoxdur ki? Bir istəyiniz? 

Sualınız? 

Uinston fikrə getdi. Soruşulası başqa sual yox idi. Vidalaşma ərəfəsində bəlağətli sözlər deməyi 

isə xoşlamırdı. Qardaşlıq və O`Brayenlə birbaşa əlaqəsi olan mətləblər əvəzinə, fikrinə anasının 

həyatının son günlərini keçirdiyi yarımqaranlıq mənzil, mister Çarrinqtonun dükanının üstündəki 

balaca otaq, şüşə press-papye, çərçivəsi gül ağacından düzəldilmiş qravür kimi bir-biri ilə əlaqəsi 

olmayan şeylər düşdü. Özündən asılı olmayaraq soruşdu: 

– Siz təsadüfən “Mandarinlər, limonlar, Sent-Klement zəng çalar” misraları ilə başlayan köhnə 

bir şeir eşitməmisiniz ki?  

O`Brayen başını tərpətdi. Bir qədər ciddi, hətta təntənəli ahənglə şeri əvvəldən sona qədər əzbər 

dedi.  


Mandarinlər, limonlar 

Sent-Klement zəng çalar. 

Hey zəng çalır San Martin: 

- Qaytar mənə üç fartinq. 

Old Baley də cinlənir, 

- Borcumu qaytar! - deyir. 

- Pullananda qaytarram! 

Vurur zəng aram-aram. 

– Siz son misraları da bilirmişsiniz! - Uinston heyrətini gizlətmədi.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

229 


– Elədir, son misraları da bilirəm. Məncə artıq getmək vaxtınızdır. Bir dəqiqə dayanın. Qoyun 

sizə də həb verim. 

Uinston ayağa qalxdı. O`Brayen əlini uzatdı. Uinston onun güclü əlinin təması nəticəsində 

ovcunun sümüklərinin necə şaqqıldadığını hiss etdi. Qapıya çatanda çevrilib arxaya baxdı. 

O`Brayen deyəsən artıq onun da mövcudluğunu unutmuşdu. Fikri başqa şeylərlə məşğul idi. 

Əlini teleekranın düyməsində saxlayıb gözləyirdi. Uinston arxada yaşıl abajurlu lampa ilə 

işıqlanan masanı, nitqyazarı, hər iki tərəfdə qalaqlanmış sənəd dolu qovluqları gördü. Pərdə 

bağlanmışdı. Uinston fikirləşdi ki, yarım dəqiqədən sonra O`Brayen Partiyanın mənafeyi naminə 

gördüyü yarımçıq qalmış işlərə qayıdacaq.  

 

IX fəsil 



Uinston yorğunluqdan yapışqana dönmüşdü. Yapışqan lap yerinə düşən söz idi. Bu sözün ağlına 

haradan gəldiyini xatırlaya bilmirdi. Bədəni təkcə yapışqan kimi boş deyildi, həm də sanki 

şəffaflaşmışdı. Uinstona elə gəlirdi ki, əlini qaldırıb bir tərəfindən baxsa, o biri tərəfini görə 

bilər. Fasiləsiz əmək orqiyası bütün qanını içmiş, damarlarını qurutmuşdu. Yerində isə yalnız 

əsəblərdən, sümük və dəridən ibarət bir oyuq buraxıb getmişdi. Hissləri son dərəcə gərilmişdi. 

Kombinezonu çiyinlərini sürtürdü. Səki ayaqlarını yeyirdi. Hətta əlini açıb yummaq istəyəndə 

bütün əzələlərini gərməli olurdu.  

Beş gündə doxsan saatdan çox işləmişdi. Nazirlikdə hamı eyni vəziyyətdə olmuşdu. Artıq avral 

başa çatmışdı. Daha elə bir işi qalmamışdı. Sabah səhərə qədər heç bir Partiya tapşırığı yox idi. 

Vaxtının altı saatını gizli otaqlarında, qalan doqquz saatını isə evdə-yataqda keçirə bilərdi. 

Günorta günəşinin yandırıcı şüaları altında çirkli küçə ilə tələsmədən mister Çarrinqtonun 

dükanına tərəf gedirdi. Hərdənbir patrulların olub-olmadığını öyrənmək üçün ətrafına baxsa da, 

sövq-təbii ilə bu günorta üstü heç bir təhlükə ilə üzləşməyəcəyini hiss edirdi. Hər addım atanda 

əlindəki ağır portfel dizinə dəyirdi. Ağrı hissi yuxarıdan aşağı xəfif bir gizilti ilə ayağının 

dərisinə yayılırdı. Portfeldəki kitab idi. Onu altı gün əvvəl götürmüşdü. Amma bu altı gün 

ərzində kitabı nəinki oxumağa, heç arasını açıb baxmağa da imkan olmamışdı.  

Nifrət Həftəsinin altıncı günü - nümayişlər, nitqlər, çağırışlar, şərqilər, şüarlar, bayraqlar, filmlər, 

mum fiqurlar, təbil gurultuları, şeypur sədaları, asfalta zərblə çırpılan ayaq tappıltıları, tank 

tırtıllarının tükürpədici səsi, eskadrilyaların qulaq batıran uğultusu, top atəşlərinin parıltısı arxada 

qaldıqdan, neçə gündən bəri hamını bürümüş ictimai orqazm özünün ən yüksək nöqtəsinə 

çatdıqdan sonra, Avrasiyaya nifrətin yerə-göyə sığmadığı, tədbirin son saatlarında hamının gözü 

qarşısında dar ağacından asılan iki min nəfər Avrasiya müharibə canisini kütlənin diri-diri 

parçalamağa hazır dayandığı anda Okeaniyanın heç vaxt Avrasiya ilə müharibə vəziyyətində 

olmadığı elan edildi. Müharibə İstasiya ilə aparılırdı. Avrasiya isə müttəfiq sayılırdı.  

Siyasi kursun dəyişməsi ilə bağlı əvvəlcədən edilmiş xəbərdarlıqdan söhbət gedə bilməzdi. 

Sadəcə, gözlənilmədən, bir an içərisində düşmənin Avrasiya yox, İstasiya olması faktı aşkara 

çıxmışdı. Bu xəbər yayılanda Uinston Londonun mərkəzi meydanlarından birində keçirilən 

mitinqdə iştirak edirdi. Artıq gecə idi. İştirakçıların avazımış sifətləri və qırmızı bayraqlar zəif 

işığa qərq olmuşdu. Meydana bir neçə min adam toplaşmışdı. Onların arasında təxminən min 

nəfərə yaxın Kəşfiyyatçı geyimində məktəbli də vardı. Qırmızı qumaş çəkilmiş tribunada Daxili 

Partiyadan olan arıq, balacaboy, uzun qollu, iri və keçəl başının adda-budda yerlərindəki tüklər 

vız durmuş natiq çıxış edirdi. Nifrətdən qıvrılan cırtdan boylu adam əlinin biri ilə mikrafonun 

boğazından bərk-bərk yapışmışdı, iri sümüklü biləkləri olan o biri əli isə, qəzəblə başı üzərindəki 

havanı yumruqlayırdı. Onun reproduktorlardan metal cingiltisi ilə çıxan səsi saysız-hesabsız 

vəhşiliklər, qırğınlar, sürgünlər, soyğun və talanlar, qız və qadınların zorlanması, əsirlərə işgəncə 

verilməsi, mülki əhalinin bombardman edilməsi, təbliğati yalanlar, həyasız təcavüzkarlıq aktları, 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə