Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə89/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   85   86   87   88   89   90   91   92   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

180 


yağış damlaları kimi tappıltı ilə nəyinsə töküldüyünün fərqinə vardı. Bir azdan silkələnib ayağa 

duranda şüşə qırıqları olduğunu gördü.  

Yoluna davam etdi. Təxminən iki yüz addımlıqda mərmi bir neçə evi dağıtmışdı. Göydən hələ də 

qara tüstü sütunu sallanırdı. Əhəng tozunun içindən güclə görünən adamlar artıq dağıntı yerinə 

toplaşırdılar. Düz qarşısında, səkinin ortasında kiçik əhəng tozu qalağı vardı. Üstündə tünd 

qırmızı rəngli ləkə görünürdü. Uinston qalağa yaxınlaşanda ləkə saydığı şeyin biləyindən 

qopmuş insan əli olduğunu gördü. Köpüklənmiş qıpqırmızı qanın dəymədiyi yerlərdə əlin sanki 

gipsdən düzəldilmiş kimi ağappaq və hamar olduğu diqqətini çəkdi.  

Təpiklə vurub əli çirkli gölməçəyə atdı. Adamlara yaxınlaşmamaq üçün sağ tərəfdəki döngəyə 

buruldu. Üç-dörd dəqiqə gedəndən sonra partlayış zonasından çıxdı. Ətrafdakı küçələr heç nə 

olmayıbmış kimi öz solğun və miskin həyatını sürdürməkdə idi. Axşam saat səkkizə yaxınlaşırdı. 

Prolların pivə dükanlarında (ona öz aralarında pab deyirdilər) iynə atsaydın yerə düşməzdi. 

Aramsız açılıb-örtülən çirkli qapılardan hər tərəfə turşumuş pivə, sidik və çürük taxta 

ovuntusunun iyi yayılırdı. Küçənin tinindəki evin yanında bir-birinə sıxılmış üç kişi dayanmışdı. 

Ortadakı əlində açıq qəzet tutmuşdu, qalan iki nəfər isə onun çiyinləri üzərindən diqqətlə qəzetə 

baxırdılar. Nisbətən yaxına gələndə də Uinston sifətlərinin ifadəsini seçə bilmədi. Amma 

hərəkətlərindən hansısa məsələ ilə çox bərk maraqlandıqları sezilirdi. Yəqin mühüm bir xəbəri 

oxuyurdular. Onlara lap yaxınlaşanda üçlük birdən ayrıldı. Iki nəfər əl-qollarını ölçə-ölçə qızğın 

mübahisəyə başladılar. Belə getsə bir az sonra yumruqlar işə düşəcəkdi.  

- Qulaq as, gör sənə nə deyirlər, başıboş! Yeddi rəqəmi ilə qurtaran nömrə axırıncı on dörd ayda 

bir dəfə də udmayıb.  

- Mən isə deyirəm udub! 

- Mən isə deyirəm yox! Son iki ilin bütün nəticələrini evdə kağıza yazmışam. Hər şeyi saat 

dəqiqliyi ilə qeydə alıram. Bir də sənə deyirəm ki, yeddi ilə qurtaran... 

- Yox, elə məhz yeddi ilə qurtaran udub. Mən o nömrəni əzbər bilirəm. Son rəqəmləri dörd və 

yeddi idi. Fevral ayında, fevralın ikinci yarısında... 

- Yalansa sənin lap!.. Dedim axı, hamısını olduğu kimi yazıram. Yenə deyirəm, bir dəfə də olsun 

sonu yeddi rəqəmi ilə... 

- Day bəsdir, qurtarın! -deyə üçüncü adam mübahisəyə qatıldı.  

Aydın idi-onlar Lotereya haqqında danışırdılar. Bir neçə addım aralanandan sonra Uinston 

çevrilib arxaya baxdı. Yenə sifətləri qızarıb pörtmüş halda, qışqıra-qışqıra, əllərini ölçə-ölçə 

mübahisə edirdilər. Lotereya özünün həftəlik nağılvari uduşları ilə prolların ciddi maraq 

göstərdiyi ən mühüm ictimai hadisə idi. Təxminən bir neçə milyon adam üçün Lotereya uduşu 

həyatın yeganə də olmasa, əsas məqsədlərindən biri sayıla bilərdi. Lotereya onların sevinci, 

ümidi, dəliliyi, intellektual fəallıq mənbəyi idi. Maraq o qədər böyük idi ki, hətta oxuyub-

yazmağı güclə bacaran adamlar da Lotereya söhbəti ortaya gələndə mürəkkəb hesablama 

məharəti və qeyri-adi yaddaş nümayiş etdirirdilər. Böyük bir dəstə uduş sistemlərinin, uğur 

qazanmaq ehtimallarının, hətta gözmuncuğularının satışından yaxşı pul qazanırdı. Uinstonun 

Rifah Nazirliyinin nəzarəti altında olan lotereya biznesi ilə heç bir əlaqəsi yox idi. Amma hər 

tirajdan sonra elan edilən böyük uduşların, əslində, mövcud olmadığını bilirdi. ( Partiyada bunu 

bilməyən yox idi). Yalnız kiçik məbləğlər ödənilirdi. Böyük məbləğləri isə xəyali şəxslər 

udurdular. Okeaniyanın ayrı-ayrı hissələri arasında normal əlaqənin olmadığı şəraitdə bu 

saxtakarlığı həyata keçirmək elə də çətin iş deyildi.  

"Əgər tək ümid varsa, o da prollara olan ümiddir". Bu fikirdən bərk yapışmaq lazımdır. Əlbəttə, 

onu sözlə ifadə edəndə güclü səslənir, ümid yeri saydığın adamlara yaxından baxanda isə, belə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

181 


fikrə düşməyin özü qəhrəmanlıq kimi görünür. Burulduğu küçə üzü aşağı enirdi. Buralar ona 

dumanlı da olsa tanış gəlirdi. Əsas küçə haradasa yaxınlıqda olmalı idi. Qabaqdan danışıq səsi 

gəlirdi. Dar küçənin qurtaracağında meydançaya enən pilləkənlər vardı. Bu meydançda çox vaxt 

köhnə, öləzimiş tərəvəz satırdılar. Yalnız indi harada olduğunu xatırladı. Buradan böyük 

prospektə çıxış vardı. Beş dəqiqəlik məsafədəki növbəti döngədə xırdavat dükanı yerləşirdi. İndi 

gündəliyini yazdığı qeyd kitabçasını da oradan tapmışdı. Bir az aralıdakı dəftərxana ləvazimatı 

satılan dükandan isə qələmlə mürəkkəb almışdı.  

Pilləkənin başında bir anlıq ayaq saxladı. Küçənin üzbəüz səmtində ilk baxışdan şüşələri tutqun 

görünən, əslində isə tozdan çirklənib-bozarmış balaca, çirkli pivəxana vardı. Beli bükülmüş, 

amma hərəkətlərindən diribaşlıq yağan, ağ bığları xərçəng ayaqlarını xatırladan bir qoca cırıltılı 

qapını açıb özünü pivəxanaya saldı. Dayanıb ətrafına baxan Uinston fikirləşdi ki, yaşı səksəni 

haqlayan bu qoca Inqilab zamanı yəqin orta yaşlı bir adam olub. Həm bu qoca, həm də onun 

həyatdakı tək-tük yaşıdları yoxa çıxmış kapitalizm dünyası ilə əlaqənin sonuncu bağlarıdır. 

Partiyada həyata baxışları Inqilabdan əvvəl formalaşan belə adamlar çox az idilər. Əllinci və 

altmışıncı illərin böyük təmizləmələri zamanı köhnə nəsil nümayəndələrinin çoxu məhv 

edilmişdi. Tək-tük salamat qalanları isə elə qorxutmuşdular ki, ağıl və düşüncə qabiliyyətlərini 

həmişəlik itirmişdilər. Odur ki, əsrin birinci yarısı haqqında az-çox həqiqəti danışmağa qabil 

adamları (əgər belələri vardısa) yalnız prolların arasından tapmaq olardı. Uinston uşaqlar üçün 

tarix kitabından gündəliyinə köçürdüyü sətirləri xatırladı. Ağlına dəli bir fikir gəldi. Bu dəqiqə 

pivəxanaya girəcək, qoca ilə tanış olacaq, suallarına cavab istəyəcək. Ona deyəcək: "Zəhmət 

olmazsa, danışın, uşaqlıq illərinizi necə keçirmisiniz? O zaman həyat necə idi? Yaşayış bizim 

vaxtdakından yaxşı idi, yoxsa pis?"  

Sonradan qorxub fikrindən daşınmamaq üçün tələsik addımlarla aşağı endi, dar küçənin qarşı 

tərəfinə keçdi. Ağılsızlıq etdiyini bilirdi. Düzdür, prollarla danışmağa, yaxud onların 

pivəxanalarına getməyə rəsmən qadağa qoyulmamışdı. Lakin belə qəribə hərəkətin diqqətdən 

kənarda qalacağını düşünmək də sadəlövhlük olardı. Əgər patrullar gəlsəydilər, qəflətən halı 

pisləşdiyindən bura girdiyini deyə bilərdi. Buna çətin inanacaqdılar. Qapını itələyib açan kimi 

qaxsımış pendir və qıcqırmış pivə iyi burnuna vurdu. İçəri girəndə pivəxanadakıların səs-küyü 

yarıbayarı azaldı. Uinston arxanı görməsə də hamının gözlərini onun göy rəngli partiya 

kombinezonuna zillədiyini hiss edirdi. Əllərindəki kiçik oxlarla küncdəki hədəfi nişan alıb atan 

oyunçular da azı yarım dəqiqəliyinə ara verdilər. Arxasınca gəldiyi qoca piştaxtanın qabağında 

barmenlə-iri bədəni, əyri burnu və kök əlləri olan cavan oğlanla höcətləşirdi. Əllərində pivə 

parçları dayanmış müştərilər bu mənzərəni seyr edirdilər. 

- Səndən adam kimi xahiş edirlər, - qoca sinəsini qabağa verib xoruzlanırdı. -Sən isə deyirsən ki, 

bu avara pivəxananda bir pintlik parç yoxdur.  

- Başa düşmürəm, bu pint dediyin nə zəhrimardır, - deyə barmaqlarının ucu ilə piştaxtaya 

dayaqlanan barmen soruşurdu.  

- Eşitdiniz nə deyir? Hələ adını barmen qoyub, pintin nə olduğunu bilmir. Pint yarım kvartadır. 

Dörd kvarta isə bir qallondur. Bəlkə burada sənə əlifba öyrətməliyəm?  

- Ömrümdə eşitməmişəm, - barmen eynini pozmadan dilləndi. - Biz litrlə, yarım litrlə satırıq. 

Pivə parçlarının hamısı da göz qabağındadır.  

- Istədiyim sadəcə bir pint pivədir, -qoca sakitləşmək bilmirdi. - Bir pint pivə süzmək sənə belə 

çətindir? Mənim vaxtımda sizin bu lənətə gəlmiş litrlər, yarım litrlər yox idi.  

- Sənin vaxtında hamımız ağacda yaşayırdıq,-barmen müştərilərə baxıb mübahisəyə son qoyan 

tərzdə dilləndi.  



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə