Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə85/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   81   82   83   84   85   86   87   88   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

172 


edirdi. Partiyanın fəlsəfəsi susmaq yolu ilə yalnız sənin idrakının gəlib çıxdığı həqiqətləri deyil, 

əbədi mövcudluğun özünü inkar edir. Ən qorxunc şey-sağlam ağıldır! Dəhşət səni fərqli fikrə 

görə öldürmələri deyil. Dəhşət birdən bu qərarlarında haqlı ola bilmələridir! Doğrudan da, iki 

vuraq ikinin dörd elədiyini biz haradan bilirik? Yaxud cazibə qüvvəsi necə təzahür edir? Yaxud 

keçmiş dəyişilməzdir? Əgər keçmiş də, mövcud varlıq da yalnız şüurda mövcuddursa, şüurun 

özü isə idarə olunandırsa, bəs onda? 

Yox! Uinston birdən-birə ürəyinə cəsarət dolduğunu hiss etdi. O`Brayenin siması hansısa 

asossiativ xatırlama nəticəsində sadəcə gözləri önündə canlanmadı, birbaşa şüuruna hakim 

kəsildi. Indi əvvəlkindən daha böyük qətiyyətlə O`Brayenin onun tərəfində olduğuna əmin idi. 

Uinston gündəliyi O`Brayen üçün yazırdı. O Brayenə müraciətlə yazırdı. Gündəlik heç kimin 

oxumayacağı sonu görünməyən məktub idi. Lakin bu məktub müəyyən bir şəxsə ünvanlanmışdı, 

öz ahəngini də buradan alırdı.  

Partiya səndən gözlərinin və qulaqlarının şahidliyinə inanmamağı tələb edir. Bu, Partiyanın ən 

son və ən mühüm əmridir. Özünə qarşı necə böyük bir qüvvənin birləşdiyini düşünəndə, hər bir 

Partiya ideoloqunun səni, inkar edilməsi bir yana qalsın, hətta mənasını başa düşə bilməyəcəyin 

hiyləgər dəlillərlə necə məğlubiyyətə uğradacağını yada salanda Uinstonun canına qorxu düşdü. 

Hələlik isə haqlı olan odur. Onlar yanlış yoldadırlar, Uinston Smit haqlıdır. Adi, aydın və həqiqət 

olan hər şey müdafiə edilməlidir. Adi həqiqətlər həqiqətdir – bu fikrin üstündə möhkəm dayan! 

Vahid dünya yerindədir, onun qanunları heç zaman dəyişmir. Daş – bərk cisimdir, su mayedir, 

istinadgahı olmayan hər şey cazibə nəticəsində Yerin mərkəzinə düşür. Uinston sanki bütün 

bunları O`Brayenə söylədiyini və mühüm aksiom irəli sürdüyünü göz önünə gətirərək 

gündəliyinə yekun fikrini yazdı: 

Azadlıq iki üstə gəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, 

qalan hər şey öz yerini tapacaq.  

 

VIII fəsil 



 

Haradansa dəhlizin dərinliklərindən qovrulmuş qəhvə ətri gəlirdi. "Qələbə" qəhvəsinin yox, əsl 

qəhvənin ətri! Uinston qeyri-iradi ayaq saxladı. Bir neçə saniyəliyinə uşaqlığının yarı unudulmuş 

dünyasına qayıtdı. Sonra qapı bağlandı. Qəfil qırılan səs bir daha eşidilmədiyi kimi qapı 

arxasında qalan qəhvənin qoxusu da kəsildi.  

Küçələrdə bir neçə saat dolaşdı. Ayağındakı varikoz yarası yenə zoqquldayırdı. Son üç həftədə 

artıq ikinci dəfə idi ki, İctimai Mərkəzin təşkil etdiyi axşamlara getmirdi. Kobud səhvə yol 

verirdi. Aydın məsələdir ki, orada davamiyyət diqqətlə yoxlanılır. Əslində, Partiya üzvünün boş 

vaxtı yox idi. Yuxu istisna olunmaqla o, heç zaman tək qalmırdı. İş, yemək və yatmaq 

saatlarından başqa qalan bütün vaxtını ictimai fəaliyyətə sərf etməli idi. Tənhalıq meylinə, hətta 

yoldaşsız, təkbaşına gəzib-dolaşmağa yaxşı baxılmırdı. Yenidildə bu meyllə bağlı xüsusi söz də 

vardı - özyaşar, yəni tənha, fərdiyyətçi, yalnız özü üçün yaşayan. Amma bu axşam Nazirlikdən 

çıxarkən aprel havasının ilıq mehi, riskə yol verdiyini bilsə də, onu təkbaşına qəzməyə 

şirnikləndirmişdi. Səmanın belə yumşaq, mavi tonunu son bir neçə ildə ilk dəfə görürdü. Bu ilıq 

bahar axşamı ilə müqayisədə İctimai Mərkəzdəki uzun, səsli-küylü tədbirlər, darıxdırıcı oyun və 

mühazirələr, yağlıtəhər cinin yaratdığı qeyri-səmimi yoldaşlıq ab-havası birdən-birə ona 

dözülməz görünmüşdü. Ani hissin təsiri ilə avtobus dayanacağından dönərək özünü Londonun 

başgicəlləndirici labirintinə atmışdı. Əvvəlcə cənuba, sonra şərqə, ardınca da şimal istiqamətinə 

yol almışdı. Axırda naməlum küçələrdə istiqaməti itirmiş, ayağının apardığı səmtə getməyə 

başlamışdı.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

173 


"Əgər tək ümid varsa, o da prollara olan ümiddir"-gündəliyində belə yazmışdı. Mistik inancın və 

gözgörəsi səfehliyin qarışığı olan bu ifadə bayaqdan beynində fırlanırdı. Deyəsən bir vaxtlar 

Sent-Pankras vağzalının yerləşdiyi şimal-şərq səmtinə, yoxsullar məhəlləsinə gəlib çıxmışdı. 

Əyri-üyrü qapıları olan kiçik ikimərtəbəli evlərin sıralandığı, daş döşənmiş küçə ilə gedirdi. 

Qapılar hamısı səkiyə açılırdı və bəlkə bu səbəbdən də adama siçovul yuvalarını xatırladırdı. 

Küçə boyu orada-burada çirkab gölməçələrinə təsadüf olunurdu. Həm giriş qapılarının önündə 

və içərisində, həm də hər iki tərəfə açılan dar dalanlarda xeyli adam gözə dəyirdi. Dodaqlarını 

bayağı tərzdə rəngləyib qızartmış gənc qızlar, onların dalınca sülənən ərgən oğlanlar, qızların on-

on beş ildən sonrakı vəziyyətlərinin əyani nümunəsi adlandırıla bilən iri dallı, şişman qadınlar, 

ayaqlarını bir-bir götürüb qoyan beli bükülmüş qarılar, çirkli gölməçələrdə oynayan, analarının 

qışqırtısını eşidən kimi qaçıb dağılışan ayaqyalın, başıaçıq, çirkli-paslı uşaqlar ətrafı bürümüşdü. 

Az qala hər üç-dörd pəncərədən biri sınıq idi, çalın-çarpaz taxtalarla mıxlanmışdı. Uinstona, 

demək olar ki, bir kimsə diqqət yetirmirdi. Amma arada onu ehtiyat qarışıq maraqla süzən tək-

tük adamlar da tapılırdı. Qapıların birinin qarşısında eni ilə uzunu eyni olan iki qadın qırmızı 

əllərini önlüklərinin üstündə çarpazlayıb oturmuşdu. Yaxınlaşanda danışıqlarının bir neçə 

cümləsi qulağına çatdı.  

- Hə, deyirəm, bunlar hamısı çox yaxşıdır, deyirəm. Mənim yerimdə olsaydın sən də eyni şeyi 

eləyərdin, deyirəm. Kənarda durub danışmaq asandır, mənim çəkdiklərimi sən də çəksəydin 

deyirəm...  

- Elədir, - deyə o birisi təsdiqləyirdi. - Elə məsələ də bundadır.  

Səslər qəfildən kəsildi. Tuşlarına çatanda qadınlar məkrli halda susub diqqətlə ona baxdılar. 

Düşmən kimi baxmırdılar, sanki qarşılarına indiyə qədər görmədikləri qəribə bir heyvan 

çıxıbmış kimi, qorxu və ehtiyatla gözdən keçirirdilər. Partiya üzvünün göy kombinezonu bu 

küçələrdə nadir hallarda görünürdü. Konkret bir işin olmadan belə yerlərə gəlməyin özü 

ağılsızlıq idi. Patrullarla rastlaşsaydı, mütləq saxlayacaqdılar. "Sizin sənədlərinizə baxa 

bilərikmi, yoldaş? Burada nə edirsiniz? Işdən saat neçədə çıxmısınız? Evə həmişə bu yolla 

gedirsiniz?" - və buna bənzəyən digər suallar. Evə hər dəfə fərqli yolla getmək qadağan 

edilməmişdi. Lakin Fikir Polisi hər gün yolunu dəyişməyindən xəbər tutsaydı, nəzarətə 

götürülməyin üçün kifayət idi.  

Birdən bütün küçə hərəkətə gəldi. Hər tərəfdən xəbərdarlıq çığırtıları eşidildi. Adamlar dovşan 

kimi qaçıb özlərini içəri saldılar. Uinstonun bir neçə addımlığındakı qapıdan cavan bir qadın 

küçəyə sıçradı, gölməçədə oynayan oğlan uşağının golundan yapışıb ani hərəkətlə önlüyünə 

bükdü, təzədən geri qaçdı. Eyni anda tində əyninə qarmonabənzər qara kostyum geyinmiş kişi 

göründü, Uinstona tərəf qaçıb əli ilə yuxarını göstərərək: 

- Parovoz! - deyə qışqırdı.-Yuxarı bax, komandir! Parovoz gəlir. Indicə düz başına düşəcək. Tez, 

tez ol yerə uzan.  

Prollar nədənsə raket mərmisinə parovoz deyirdilər. Uinston bir göz qırpımında üzü üstə yerə 

sərildi. Prollar belə təsadüflərdə heç vaxt yanılmırdılar. Mərminin səsdən sürətli hərəkət 

etməsinə baxmayaraq, elə bil hansısa bir instinkt düşmə istiqamətini bir neçə saniyə əvvəl onlara 

xəbər verirdi. Uinston əlləri ilə başını tutmuşdu. Partlayış səsi bütün küçəni lərzəyə saldı. Belinə 

yağış damlaları kimi tappıltı ilə nəyinsə töküldüyünün fərqinə vardı. Bir azdan silkələnib ayağa 

duranda şüşə qırıqları olduğunu gördü.  

Yoluna davam etdi. Təxminən iki yüz addımlıqda mərmi bir neçə evi dağıtmışdı. Göydən hələ də 

qara tüstü sütunu sallanırdı. Əhəng tozunun içindən güclə görünən adamlar artıq dağıntı yerinə 

toplaşırdılar. Düz qarşısında, səkinin ortasında kiçik əhəng tozu qalağı vardı. Üstündə tünd 

qırmızı rəngli ləkə görünürdü. Uinston qalağa yaxınlaşanda ləkə saydığı şeyin biləyindən 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə