Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə81/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   77   78   79   80   81   82   83   84   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

164 


istəyirdi. Səs-küyün, dəliliyin, ağrının köməyi ilə ürəyini parçalayan xatirələri qovub 

uzaqlaşdırmağa çalışırdı.  

"-Sənin ən qəddar düşmənin öz əsəb sistemindir!"-deyə düşünməyə başladı. Istənilən an daxili 

gərginliyin zahiri görkəmində üzə çıxa bilər. Bir neçə həftə əvvəl küçədə yanından ötüb keçdiyi 

sadə görünüşlü adamı xatırladı. Partiya üzvü idi. Otuz beş-qırx yaşlarında olardı. Arıq, uzun, 

portfelli adamdı. Bir-birlərinin üç-dörd addımlığına çatanda qəflətən kişinin sifətinin sol tərəfdən 

səyridiyini gördü. Bərabərləşəndə eyni hərəkət bir də təkrarlandı. Fotoaparat düyməsinin 

şaqqıltısını xatırladan çox qısa, ani səyrimə idi. Bəlkə də anadangəlmə vərdişdi. Uinston o zaman 

fikirləşmişdi ki, bu yazığın kitabı hər an bağlana bilər. Adam özü bəlkə də sifətində gəzdirdiyi 

təhlükədən xəbərsiz idi. Insanı ələ verə bilən ən böyük təhlükə isə yuxuda danışmaq idi. Nə 

qədər fikirləşsə də bundan qorunmağın yolunu görmürdü.  

Uinston nəfəsini dərib yazını davam etdirdi. 

...küçə qapısından keçib dalınca getdim. Həyətin arxa tərəfindəki yarımzirzəmi mətbəxə girdik. 

Divarın dibində çarpayı qoyulmuşdu. Masanın üstündə fitili aşağı salınmış lampa vardı. Qadın... 

Dişləri əsəbiliklə bir-birinə dəyirdi. Tüpürmək istəyirdi. Yarımzirzəmi mətbəxdəki qadınla eyni 

anda arvadı Ketrin də gözləri önünə gəldi. Uinston bir vaxtlar evli idi. Daha doğrusu, evli 

olmuşdu. Yəqin indi də evli sayılır. Bildiyi qədər, arvadı hələ sağdır. Sanki təzədən yarımzirzəmi 

mətbəxin çirkli paltar, taxtabiti və ucuz ətir iyinin bir-birinə qarışdığı qoxusunu sinəsinə çəkdi. 

Bu qoxu həm ürəkbulandırıcı, həm də şirnikləndirici idi. Çünki Partiya üzvü olan qadınlar 

bəzənib-ətirlənə bilməzdilər. Ətirdən yalnız prollar istifadə edirdilər. Ətir iyi Uinstonun 

təxəyyülündə həmişə zina işlərlə bağlı idi.  

Ardınca getdiyi qadınla əlaqəsi son iki ildə işləyəcəyi ilk günah olacaqdı. Təbii ki, fahişələrlə 

əlaqə qadağan idi. Lakin o, ara-sıra pozulması mümkün sayılan qadağalar sırasına daxildi. 

Təhlükəli addım olsa da, olum-ölüm məsələsi deyildi. Fahişə ilə birlikdə tutulsaydın, səni ən 

çoxu beş illik icbari əmək cəzası gözləyirdi. Bir şərtlə ki, başqa günahların olmayaydı. Amma 

qaçmaq bəhanəsi ilə cinayətinin üstünə həmişə ağırlaşdırıcı maddə qoya bilərdilər. Yoxsul 

məhəllələri bədənlərini satmaq istəyən qadınlarla dolu idi. Özünü hətta bir şüşə cinə təslim 

edənlər də tapılırdı. Prollara möhkəm içkilər satılmırdı. Partiya insanların içindəki buxarı 

buraxmaq üçün fahişəliyi müəyyən həddə qədər dəstəkləyirdi. Öz-özlüyündə pozğun davranışın 

elə bir önəmi yox idi. Amma bir şərtlə ki, əlaqə gizlində həyata keçirilməli və heç bir sevinc 

gətirməməli idi. Bədənini satan qadın isə, cəmiyyətin ən miskin, aşağı təbəqəsindən olmalı idi. 

Partiya üzvləri arasındakı əlaqə bağışlanmaz cinayət sayılırdı. Böyük təmizləmələr zamanı 

müttəhimlərin çoxu bu cinayətə qurşandıqlarını mütləq etiraf etsələr də, real həyatda onun 

mümkünlüyü ağlasığmaz görünürdü. 

Partiyanın məqsədi yalnız kişi ilə qadın arasında bəzən özlərinin də nəzarətindən çıxan əlaqələrin 

yaranmasına maneçilik törətmək deyildi. Partiyanın elan olunmayan gizli məqsədi ümumiyyətlə 

cinsi əlaqəni həzzdən məhrum etmək idi. İstər nikahda, istərsə də nikahdankənar münasibətlərdə 

əsas hədəf məhəbbət hissi yox, erotik duyğular sayılırdı. Partiya üzvləri arasındakı bütün 

nikahlara bu məqsədlə yaradılmış xüsusi komissiya tərəfindən icazə verilirdi. Açıq şəkildə etiraf 

olunmasa da, gələcək ər-arvadın bir-birləri üçün fiziki baxımdan cəlbedici göründüklərini hiss 

edən kimi nikahlarına qadağa qoyurdular. Ailənin yeganə məqbul hədəfi Partiyaya xidmət üçün 

uşaqların dünyaya gətirilməsi idi. Cinsi əlaqə əhəmiyyətsiz və xoşagəlməz müdaxilə (məsələn, 

imalə) kimi nəzərdən keçirilirdi. Düzdür, bu barədə açıq danışmırdılar, amma lap kiçik 

yaşlarından uşaqların beyninə hər şeyi məhz belə yeridirdilər. Hətta hər iki cinsdən olan 

cavanların bakirə həyat tərzini təbliğ edən Gənclərin Antiseks Liqası kimi könüllü təşkilatlar da 

fəaliyyət göstərirdi. Hamiləlik ictimai məntəqələrdə süni mayalandırma (Yenidildə sünmay) yolu 

ilə həyata keçirilməli idi. Uinston bu tələbin hələlik tam ciddi şəkildə irəli sürülmədiyini bilirdi, 

lakin bütünlükdə Partiyanın ideologiyasına uyğun addım sayıldığından da xəbərdar idi. Partiya 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

165 


cinsi həvəsi yerli-dibli öldürmək istəyirdi. Mümkün olmadığı təqdirdə isə cinsi əlaqəni yaramaz 

və çirkin iş kimi qələmə verməyə çalışırdı. Uinston bunun hansı zərurətdən yarandığını 

anlamırdı, amma təəccüblənməyə də əsas görmürdü. Qadınların tərbiyəsinə gəldikdə, Partiyanın 

bu sahədəki uğurları həqiqətən böyük idi.  

O yenə Ketrin haqqında düşünməyə başladı. Ayrıldıqları vaxtdan doqquz, on, bəlkə on bir il 

keçirdi. Ketrini nadir hallarda xatırlamasının özü də maraqlı idi. Bəzən nə vaxtsa evli olduğu 

günlərlə yerli-dibli yadına düşmürdü. Birgə yaşayışları təxminən on beş ay çəkmişdi. Partiya 

boşanmağa icazə vermirdi. Uşağı olmayanların ayrı yaşamalarına isə etiraz edilmirdi. Əksinə.. 

Ketrin uca boylu, sarı saçlı, düz qamətli, incə deyiləcək qədər arıq bir qız idi. Düzgün, qartal 

profilli sifətini ilk baxışdan gözəl və nəcib saymaq olardı. Lakin bu təsəvvürün ömrü qadının 

nəcib görünüşü arxasında necə boşluq dayandığını dərk edənə qədər çəkirdi. Evlilik həyatının ilk 

vaxtlarında Uinston bəlkə də başqaları ilə müqayisədə bu qadını daha yaxşı tanıya bilmiş, onun 

düşündüyündən də qat-qat səfeh, mənasız, bayağı məxluq olduğunun fərqinə varmışdı. Ketrinin 

başında şüarlardan başqa heç bir şey yox idi. Təpədən dırnağa qədər Partiyaya sadiq idi, 

Partiyanın ortaya qoyduğu bütün cəfəngiyyatı əzbərləmişdi. Həyatını Partiya direktivlərindən 

kənarda təsəvvürə gətirmirdi. Uinston öz aləmində arvadının adını "yeriyən qramofon" 

qoymuşdu. Amma yenə bircə şey-yataq məsələsi olmasaydı, bəlkə də birlikdə yaşamaları 

mümkün idi.  

Ketrinə barmağının ucu ilə toxunan kimi titrəyir, dərhal da daşa dönürdü. Onu qucaqlamaqla 

taxta manekeni bağrına basmağın heç bir fərqi yox idi. Hətta Ketrini özünə sıxanda Uinstonda 

elə təsəvvür yaranırdı ki, qadın eyni anda var gücü ilə onu həm də kənara itələyir. Dartılıb 

bərkiyən əzələləri də bundan xəbər verirdi. Yataqda gözüyumulu uzanırdı. Nə müqavimət 

göstərir, nə kömək edirdi. Sadəcə tabe olurdu. Bu çox utandırıcı, bəlkə də dəhşətli vəziyyət idi. 

Əgər bir də ikilikdə yatağa girməmək barədə razılığa gələ bilsəydilər, Uinston ailə həyatına yenə 

dözə bilərdi. Amma nə qədər təəccüblü görünsə də, Ketrin buna razılaşmırdı. Deyirdi ki, baş 

tutsa, mütləq Partiya üçün dünyaya övlad gətirmək lazımdır. Beləliklə, təbii maneələr olmayanda 

yataq məşğələləri dəyişməz ardıcıllıqla həftədə bir dəfə təkrarlanırdı. Hətta həmin günlərdə səhər 

Ketrin axşam nə iş görəcəklərini Uinstonun yadına salırdı. Ketrinin leksikonunda bu "işin" iki 

adı vardı. Biri "uşaq düzəltmək", o biri isə "bizim Partiya qarşısında borcumuz" (elə belə də 

deyirdi) idi. Tezliklə yataq məsələsinin yaxınlaşdığı günlər Uinstonda həqiqi qorxu yaratmağa 

başladı. Xoşbəxtlikdən, uşaq məsələsi alınmadı. Ketrin cəhdlərinə son qoymağa razı oldu. Bir 

müddət sonra tamam ayrıldılar.  

Uinston səssizcə ah çəkdi. Sonra qələmi götürüb yazmağa davam etdi.  

...özünü çarpayıya atdı, heç bir müqəddiməsiz-filansız, təsvirəgəlməz bayağılıq və ədəbsizliklə 

donunu yuxarı çəkdi. Mən... 

Uinston özünü yenidən o yarımzirzəmidə, tutqun lampa işığında gördü. Ucuz ətirin və bit-birənin 

kəsif qoxusu burnuna vurdu. Ürəyi həmin dəqiqələrdə, Ketrinin ağappaq bədəninin Partiyanın 

hipnozu ilə donub buza döndüyünü ilk dəfə gördüyü anlarda olduğu kimi, qəzəb və 

gücsüzlükdən sıxıldı. Niyə həmişə ehtirasını belə söndürməlidir? Niyə onun öz qadını yoxdur, 

niyə onun nəsibi illərlə ara verəndən sonra belə tələsik, çirkli, ürəkbulandıran cütləşmə 

olmalıdır? Gerçək məhəbbət romanı təsəvvürə gətirilməyəcək macəra sayılırdı. Partiya üzvü olan 

qadınlar hamısı bir-birlərinə oxşayırlar. Bakirəlik də Partiyaya sədaqət kimi beyinlərinin ən dərin 

qatına işləyib. Lap kiçik yaşlarından başlayaraq Partiya oyunlarla, yürüşlərlə, soyuq suda 

çimməklə, məktəbdə, Kəşfiyyatçılar dərnəyində, Gənclərin Antiseks Liqasında başlarına 

doldurulan cəfəngiyyatla, paradlarla, mahnılarla, şüarlarla, hərbi musiqi ilə qızların və gənc 

qadınların bütün təbii hisslərini öldürmüşdü. Ürəyi Uinstona deyirdi ki, bu vəziyyətdə də mütləq 

istisna olmalıdır. Beyni isə inanmaq istəmirdi. Qadınlar Partiyanın tələb etdiyi kimi-yəni 

əlçatmaz nemətə çevrilmişdilər. Uinston sevilməkdən daha çox, həyatında heç olmasa bircə dəfə 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə