Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə77/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   73   74   75   76   77   78   79   80   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

156 


- Nəhayət ki, axtardığım adamı tapdım! - Uinstonun arxasında səs eşidildi.  

O, geriyə çevrildi. Qarşısındakı Araşdırmalar Departamentindən olan dostu Saym idi. Əslində 

"dost" sözü burada o qədər də yerinə düşmürdü. Indi heç kəsin dostu yox idi, yalnız yoldaşı 

vardı. Lakin bəzi yoldaşlarla ünsiyyət digərləri ilə müqayisədə daha çox ürəyə yatırdı. Saym 

filoloq və Yenidil üzrə mütəxəssis idi. Yenidil Lüğətinin On Birinci nəşrini hazırlayan nəhəng 

ekspertlər qrupunda çalışırdı. O, arıq bədənli, qara saçlı, balacaboy adamdı. Boyca hətta 

Uinstodan da balaca idi. Adamla danışdığı müddətdə onu diri-diri yeyən şişkin gözlərinin kədərli 

və gülməli ifadəsi olurdu. 

- Soruşmaq istəyirdim ki, bəlkə təsadüfən sizdə artıq ülgüc olar... 

- Yoxumdur, - Uinston günahkarcasına tələskənliklə cavab verdi. - Mən də hər yeri axtarmışam. 

Tapmaq mümkün deyil.  

İndi hamı üz qırxmağa bir şey axtarırıdı. Əslində, Uinstonun ehtiyatda iki təzə ülgücü vardı. 

Ülgüclər neçə ay idi ki, yoxa çıxmışdı. Hər ay Partiya mağazalarında gah bu, gah da digər çox 

işlənən mal qəhətə çəkilirdi. Gah düymə tapılmırdı, gah diş pastası, gah ayaqqabı bağı. Indi də 

ülgüc yoxa çıxmışdı. Onu min xahiş-minnətlə, həm də yalnız əl altdan "sərbəst" bazarda tapmaq 

olurdu. 


- Özüm də altı həftədir ki, üzümü eyni ülgüclə qaşıyıram, - deyə Uinston yalan danışdı.  

Növbə bir az irəlilədi. Hərəkət dayananda yenə Sayma tərəf çevrildi. Hərəsi masanın küncünə 

qalaqlanmış yağlı metal podnoslardan birini götürdü. 

- Dünən əsirlərin edamına baxmağa getmişdiniz? -Saym soruşdu.  

- İşim çox idi, - deyə Uinston cavab verdi. -Yəqin kinoda baxaram. 

- Gör nəyi nəylə əvəz eləyirsiniz! - Sam təəccübünü bildirdi.  

İstehza ilə qıyılan gözləri Uinstonun sifətində dolaşırdı. Baxışları sanki "Sizi yaxşı tanıyırıq! - 

deyirdi. - Üzünüzə baxan kimi əsirlərin edamına baxmağa niyə getmədiyinizi bilirəm". Saym 

ağıllı, həm də çox acıdil mühafizəkar kimi tanınırdı. O, helikopterlərin düşmən kəndlərinə 

hücumu, fikir cinayətkarlarının məhkəmə prosesləri və hər şeyi boyunlarına almaları, Sevgi 

Nazirliyinin zirzəmilərində yerinə yetirilən edam hökmləri haqqında xoşagəlməz şövqlə 

danışmağı bacarırdı. Uinston söhbət vaxtı imkan düşdükcə onun diqqətini belə mövzulardan 

yayındırmağa, həqiqətən də nüfuzlu mütəxəssislərdən biri kimi tanındığı, həmişə maraq və 

vurğunluqla söz açdığı Yenidil məsələlərinə yönəltməyə çalışırdı. İndi də onun iri, qara 

gözlərinin sınayıcı baxışlarından yayınmaq üçün başını bir az yana əydi.  

- Edam əla təşkil olunmuşdu, - Saym həvəslə danışırdı. - Amma əsirlərin ayaqlarının bağlanması, 

məncə, mənzərəni korlayır. Onların havanı təpikləmələri adama ləzzət eləyir. Ən ləzzətlisi isə 

sonluqdur-əsirin göyərmiş, dəqiq desəm, gömgöy göyərmiş dili ağzından bayıra çıxanda... Bu 

məqam çox xoşuma gəlir.  

- Növbə kimindir? - deyə ağ önlüklü, əli kəfkirli prol qadın kobud səslə qışqırdı. 

Uinstonla Saym podnoslarını piştaxtanın üstünə qoydular. Ikisinin də standart naharı bir dəqiqə 

sonra artıq qarşılarında idi: tənəkə kasada boz-çəhrayı rəngdə şorba, bir parça çörək, bir tikə 

pendir, bir fincan qaramtıl "Qələbə" qəhvəsi və bir həb saxarin. 

- Orada, teleekranın altında boş masa var,-deyə Saym başı ilə göstərdi. -Yolüstü cin də götürərik.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

157 


Cini qulpsuz çini fincanlarda verirdilər. Dolu zaldan keçib podnosdakı yeməkləri metal masanın 

üstünə düzdülər. Küncdə kimsə sous dağıtmışdı. Qatı, ürəkbulandıran məhlul qusuntunu 

xatırladırdı. Uinston fincanı götürdü, sanki cəsarətini toplamaq üçün azacıq ara verdi və 

yağımsov mayeni birnəfəsə başına çəkdi. Gözlərini yumub-açdı. Yalnız indi bərk acdığını hiss 

elədi. Şorbanı qaşıqlayıb yeməyə başladı. Boz-bulanıq mayenin içərisindən qaşığına arabir şişib 

formasını itirmiş qırmızımtıl kubiklər çıxırdı. Yəqin ət məhsulu sayılırdı. Kasalar boşalana qədər 

heç biri danışmadı. Uinstonun sol tərəfində, arxadakı masada kimsə tez-tez və aramsız danışırdı. 

Kobud səsi eynən ördək qaqqıltısını xatırladır, yeməkxananı bürümüş ümumi uğultuda aydın 

seçilirdi.  

- Lüğət üzərində iş necə gedir? - sözlərinin yaxşı eşidilməsi üçün Uinston da səsini qaldırmalı 

oldu.  

- Çox asta, - deyə Saym cavab verdi. - Indi sifətlər üzərində işləyirəm. Ləzzət verir.  



Yenidildən söhbət düşən kimi Saymın gözləri parıldadı. Kasasını yana itələdi, arıq əli bir tikə 

çörək götürüb pendir qıçasını üstünə qoydu və qışqıra-qışqıra danışmamaq üçün masanın 

üstündən Uinstona tərəf əyildi.  

- On Birinci Nəşr - son nəşrdir, - dedi. Biz dilə tamamlanmış şəkil veririk. Artıq başqa dildə 

danışılmayacaq. İşimizi sona çatdırandan sonra sizin kimi adamlar dili yenidən öyrənməli 

olacaqlar. Əminəm ki, fəaliyyətimizin əsas istiqamətinin təzə sözlər uydurmaq olduğunu 

düşünürsünüz. Qətiyyən elə deyil. Əksinə, biz sözləri məhv edirik. Hər gün onlarla, yüzlərlə 

sözü aradan götürürük. Biz dili sümüyə qədər bütün artıq ətdən təmizləyəcəyik. Iki min əllinci 

ildən əvvəl On Birinci Nəşrə daxil edilmiş heç bir söz köhnəlməyəcək.  

O, acgözlüklə çörəyindən ağızdolusu dişləm vurdu, çeynəyib uddu. Sonra əvvəlki pedant ədası 

ilə söhbətini davam etdirməyə başladı. Arıq, qarayanız sifəti canlanmışdı, gözlərindəki istehza 

ifadəsi yoxa çıxmışdı. Indi onlar daha çox xəyalpərvər adamın gözlərinə bənzəyirdilər.  

-Sözləri məhv etmək gözəl işdir. Zibillənmə ən çox fellərdə və sifətlərdə hiss olunur. Amma 

isimlərin içərisində də yüzlərlə artıq, mənasız söz var. Söhbət yalnız sinonimlərdən getmir, 

antonimlər də eyni vəziyyətdədir.. Məsələn, bir sözün əksi olan başqa söz nəyə lazımdır? Axı, 

hər bir söz özündə əksini də ehtiva edir. Məsələn, "sevinc" sözü varsa "kədər"ə nə ehtiyac qalır? 

"Sevincsiz" də pis deyil, əksinə, daha yaxşı səslənir. Həm də "sevinc"in tam əksidir, "kədər" isə 

tamam kənar sözdür. Yaxud, götürək sifətin çalarlarını və dərəcələrini. "Yaxşı"- baxır kimin 

üçün yaxşıdır. Amma "müsbət" deyiləndə subyektivliyin hər cür təzahürü aradan qalxır. Əgər 

sizə "müsbət"in daha güclü çaları lazımdırsa, o zaman "gözəl", "əla" və s. kimi yayğın sözlərə nə 

ehtiyac var? "Müsbətmüsbət", yaxud "ikiqat müsbət" eyni mənanı daha yaxşı ifadə edir. Sifətin 

şiddətləndirmə dərəcəsinə ehtiyac yaranarsa, o zaman "üçqat müsbət" deyə bilərsiniz. Düzdür, 

hələlik biz köhnə və yeni formalardan paralel istifadə edirik. Lakin Yenidilin son variantında 

köhnə sözlərə, ümumiyyətlə, yer qalmayacaq. Nəticədə, "yaxşı" və "pis" məfhumlarının bütün 

dərəcələri altı, daha dəqiqi iki sözlə ifadə olunacaq. Bütün bunların nə qədər gözəl səsləndiyini 

hiss edirsinizmi, Uinston? Əlbəttə, ideya Böyük Qardaşa məxsusdur,-deyə o, azacıq fikrə 

gedəndən sonra sözünü tamamladı.  

Böyük Qardaşın adı çəkiləndə Uinston dərhal sifətinə sevinc ifadəsi verməyə çalışdı. Lakin 

entuziazm çatışmazlığı Saymın diqqətli nəzərlərindən yayınmadı.  

- Siz ürəyinizdə Yenidili çox da yüksək qiymətləndirmirsiniz, Uinston! - deyə o, kədərlə 

sözlərinə davam etdi. -Hətta bu dildə yazanda da köhnə dildə düşünürsünüz. Sizin Tayms-da çap 

olunan bəzi yazılarınıza baxmışam. Kifayət qədər yaxşıdırlar, amma diliniz-tərcümə dilidir. 

Görürəm ki, bütün yayğınlığına, lüzumsuz məna çalarlarlarına baxmayaraq, tam şəkildə 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə