Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə75/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   71   72   73   74   75   76   77   78   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

152 


Sənədləşdirmə Departamentinin Uinstonun işlədiyi şöbədən də qat-qat böyük şöbəsində çalışan 

əməkdaşların yeganə işi dəyişdirilməsi, yaxud məhv edilməsi tələb olunan kitabların, qəzetlərin 

və digər çap məhsullarının axtarılıb tapıllması və toplanmasından ibarət idi. Tayms-ın siyasi 

yanlışlıqlar, yaxud Böyük Qardaşın uğursuz peyğəmbərlikləri ilə bağlı bəlkə də on dəfələrlə 

dəyişdirilən, yenidən yazılan sayları orijinal tarixlə nəşr edilib cildlənirdi və artıq dünyada bunun 

əksini sübut edəcək başqa bir nüsxə mövcud olmurdu. Kitablar da hər yerdən yığışdırılır, dönə-

dönə yenidən yazılırdı. Aparılan dəyişikliklərlə bağlı heç bir məlumat verilmirdi. Hətta 

Uinstonun icra üçün aldığı və yerinə yetirəndən dərhal sonra məhv etdiyi tapşırıqlarda da 

saxtalaşdırma tələbi ilə bağlı kiçik bir işarə də olmurdu. Söhbət yalnız dəqiqlik naminə aradan 

qaldırılması tələb edilən səhvlərdən, yanlışlıqlardan, mətbəə xətaları və təhrifə uğramış 

sitatlardan gedirdi.  

Əslində, Rifah Nazirliyinin rəqəmləri dəyişdirməsində Uinston hər hansı bir saxtalaşdırma 

görmürdü. Bu, sadəcə, bir cəfəngiyyatın başqa cəfəngiyyatla əvəz edilməsi idi. Başdan-başa ağ 

yalandan ibarət göstəricilər də daxil olmaqla, hazırlanan materialların əksəriyyətinin gerçək 

dünya ilə qətiyyən əlaqəsi yox idi. Statistika özünün həm ilk, həm də dəqiqləşdirilmiş 

variantında eyni dərəcədə fantaziya məhsulu sayıla bilərdi. Çox vaxt göstəricilərin özünü də 

barmaqdan sorub çıxarmaq lazım gəlirdi. Məsələn, Rifah Nazirliyi hər rüb 145 milyon cüt 

ayaqqabı istehsal etməyi planlaşdırırdı. Sonda isə faktiki 62 milyon cüt ayaqqabı hazırlandığı 

bildirilirdi. Uinston proqnoz üzərində yenidən işləyəndə 145 milyonu təxminən üç dəfə azaldıb 

57 milyona salırdı. Məqsəd, həmişəki kimi, planın artıqlaması ilə yerinə yetirilməsi görüntüsü 

yaratmaq idi. Amma istənilən halda 62 milyon gerçəkliyə 57, yaxud 145 milyondan zərrəcə 

yaxın deyildi. Bəlkə də, ölkədə ümumiyyətlə ayaqqabı istehsal olunmurdu. Heç kəs ayaqqabı 

istehsalının həcmini bilmir və bununla ümumiyyətlə maraqlanmırdı. Məlum olan yalnız bir şey 

idi: hər rüb kağız üzərində az qala astronomik sayda ayaqqabı hazırlanıb satışa çıxarılsa da, 

Okeaniya əhalisinin yarısı hələ ayaqyalın gəzirdi. Irili-xırdalı bütün sənədləşdirilmiş 

göstəricilərin mahiyyəti bundan ibarət idi. Hətta ayın tarixinin də dəqiq bilinmədiyi xəyali 

dünyada hər şey mənasını itirərək heçliyə qovuşmuşdu.  

Uinston zalın o başına baxdı. Qarşı tərəfdəki şüşə kabinədə Tillotson soyadlı balacaboy, səliqə-

sahmanlı, saqqalının rəngi qaraya çalan əməkdaş qəzeti dizinin üstünə qoyub, başını nitqyazarın 

mikrofonuna tərəf əyərək həvəslə işləyirdi. Elə oturmuşdu ki, sanki dediklərinin yalnız ikisinin-

özü ilə teleekranın arasında qalmasını istəyirdi.Arada başını qaldıranda elə bil eynəyinin 

şüşələrindən Uinstona qəzəb yağdırırdı.  

Tillstonu çox az tanıyırdı. Nə işlə məşğul olduğunu da bilmirdi. Sənədləşdirmə Departamentinin 

əməkdaşları işləri haqqında danışmağa çox da həvəs gösərmirdilər. Iki tərəfdən şüşə kabinələrin 

düzüldüyü, arasıkəsilməz kağız xışıltısı və nitqyazara diqtə olunan sözlərin uğultusundan başqa 

heç nəyin eşidilmədiyi uzun, pəncərəsiz zalda Uinstonun hətta adlarını bilmədiyi, amma hər gün 

koridorlarda tələsik addımlarla o baş-bu başa getdiklərini, Nifrət İkidəqiqəliklərində 

canfəşanlıqla əl-qol oynatdıqlarını gördüyü onlarla adam çalışırdı. Bilirdi ki, qonşu kabinədə 

oturan balacaboy, saçı kül rənginə çalan qadın bütün günü mətbuatı ələk-vələk edib buxara 

çevrilənlərin, - artıq həyatda olmayan adamların adlarını axtarıb tapmaq və hər yerdən pozmaqla 

məşğuldur. Işi ilə həyatı arasında müəyyən uyğunluq da vardı. Üç-dörd il əvvəl öz ərini də 

buxara çevirmişdilər. Uinstondan bir neçə kabinə o tərəfdə isə, yöndəmsiz, fikri dağınıq, 

xəyalpərvər bir adam - qulaqlarını dəhşətli dərəcədə tük basmış Amplfort soyadlı əməkdaş 

otururdu. O, vəzn və qafiyə sahəsində heyrətamiz istedadı ilə tanınırdı. Amplfort ideoloji 

tələblərə cavab verməyən, lakin bu və digər səbəblərə görə kitablardan çıxarılması 

məqsədəuyğun sayılmayan şeirlərin (onları kanonik mətnlər adlandırırdılar) formaca əvvəlkinə 

yaxın, lakin mənaca fərqli variantlarını hazırlayırdı. Əlliyə yaxın əməkdaşın çalışdığı zal sadəcə 

yarımbölmə, Sənədləşdirmə Departamentinin nəhəng orqanizminin bir hüceyrəsi idi. Sağda, 

solda, arxada, qabaqda digər yarımbölmələrdə, bölmələrdə və şöbələrdə az qala bir qoşunluq 

əməkdaş ən müxtəlif məsələlər üzərində işləyirdi. Burada öz redaktorları, poliqrafiya 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

153 


mütəxəssisləri olan nəhəng mətbəələr, foto-şəkillərin saxtalaşdırılmasına imkan verən 

mükəmməl təhcizatlı studiyalar fəaliyyət göstərirdi. Yüksək peşəkarlığı ilə seçilən 

mühəndislərin, rejissorların, lazımi səsləri məharətlə təqlid etməyi bacaran aktyorların toplaşdığı 

televiziya studiyaları vardı. Yenidən baxılmasına ehtiyac duyulan kitabların və dövri nəşrlərin 

siyahısını hazırlamaq üçün böyük referentlər ordusu nəfəs dərmədən çalışırdı. Təshih edilmiş 

sənədlərin saxlandığı ucsuz-bucaqsız anbarlar tikilmiş, orijinal nüsxələri yandırmaq üçün gizli 

sobalar quraşdırılmışdı. Və haradasa naməlum yerdə bütün bu işlərə rəhbərlik edən beyin 

mərkəzi tam məxfi şəkildə fəaliyyət göstərirdi. Bu mərkəz keçmiş irsin hansı hissəsini qoruyub 

saxlamaq, hansı hissəsini saxtalaşdırmaq, hansı hissəsini isə həmişəlik məhv etməklə bağlı siyasi 

xətti hazırlayır, görülən işləri əlaqələndirirdi.  

Nəhayət, Sənədləşdirmə Departamenti Həqiqət Nazirliyinin şöbələrindən yalnız biri idi. Onun 

əsas vəzifəsi təkcə keçmişi yenidən qurmaq deyil, Okeaniya sakinlərini qəzetlər, filmlər, 

dərsliklər, televiziya verilişləri, pyeslər, romanlar və s. ilə təchiz etmək idi. Əyləncəli 

materiallardan öyüd-nəsihətlərə, abidələrdən şüarlara, lirik şeirlərdən bioloji tədqiqatlara, məktəb 

dərsliklərindən Yenidil lüğətlərinə qədər - ağla gələn və gəlməyən bütün informasiya fəaliyyəti 

bu Departamentdə cəmlənmişdi. Nazirlik yalnız Partiyanın müxtəlif ehtiyaclarını təmin etmirdi, 

həm də proletariatın tələbatını ödəmək üçün nisbətən aşağı səviyyəli işləri də öz üzərinə 

götürmüşdü. Proletar ədəbiyyatı, musiqisi, dramaturgiyası, ümumilikdə proletar əyləncələri ilə 

məşğul olan şöbələrin böyük bir şəbəkəsi fəaliyyət göstərirdi. Həmin şöbələrdə bütün mövzusu 

yalnız idman, kriminal xəbərlər və astroloji proqnozlardan ibarət düşük qəzetlər, beş qəpiklik 

sensasiyalı povestlər, bayağı erotik filmlər, kobud emosional mahnılar hazırlanıb yayılırdı. Bütün 

bu yaradıcı fəaliyyət tam mexanikləşdirilmiş şəkildə-versifikator adlı xüsusi növ kaleydeskoplar 

vasitəsi ilə həyata keçirilirdi. Hətta Yenidildə adına Pornoseks deyilən ayrıca yarımbölmə də 

yaradılmışdı. Burada ən aşağı səviyyəli pornoqrafiya məhsulları hazırlanırdı. Onu ünvan 

sahiblərinə bağlı zərflərdə göndərirdilər. Nəinki Partiya üzvlərinin, hətta bilavasitə bu sahədə 

çalışanların özlərinin də həmin pornoqrafiya nümunələri ilə tanış olmaları qadağan edilmişdi.  

İşlədiyi müddətdə pnevmatik boru Uinstonun masasının üstünə daha üç yeni tapşırıq atmışdı. 

Çox da çətin məsələlər deyildi. Nifrət Ikidəqiqəliyinə gedənə qədər hamısının öhdəsindən gəldi. 

Ikidəqiqəlik qurtaran kimi dərhal kabinəsinə qayıtdı, rəfdən Yenidil lüğətini götürdü, nitqyazarı 

bir tərəfə itələyib eynəyinin şüşələrini sildi və bu səhərin ən mühüm tapşırığının icrasına başladı.  

Uinston üçün həyatın ən böyük zövqü iş idi. Əksər hallarda xırda, darıxdırıcı materaillarla 

işləməli olurdu. Amma bəzən elə çətin, dolaşıq məsələlər ortaya çıxırdı ki, adam onların 

içərisində, riyazi problemlərin dərinliyinə düşmüş kimi, başını itirirdi. Yaxud elə incə 

saxtalaşdırmalar tələb olunurdu ki, burada Ingsos prinsiplərinə dərin bələdlikdən, Partiyanın nə 

demək istədiyini dəqiqliklə müəyyən etmək bacarığından başqa köməyinə heç nə gələ bilmirdi. 

Uinston belə işləri yaxşı bacarırdı. Bəzən ona hətta əsas materialları Yenidildə çap olunan 

Tayms-ın baş məqalələrini gözdən keçirməyi də etibar edirdilər. Uinston bayaq bir kənara 

qoyduğu kağızı götürdü. 

 

tayms 03.12.83 bq nitq ikiqat mənfi mövcud olmayanların xatırlanması arxiv üçün əvvəldən sona 



yenidən yazmalı 

Köhnədildə (yaxud adi ingilis dilində) mətn təxminən bu mənanı verirdi: 

"Tayms" qəzetinin 3 dekabr 1983-cü il tarixli sayında Böyük Qardaşın Nitqi çox yarıtmaz 

şəkildə şərh edilmiş, mövcud olmayan adamların adları çəkilmişdir. Tamamilə təzədən yazın və 

arxivə verməmişdən əvvəl layihəni rəhbərliyə təqdim edin". 

 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə