Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə71/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   67   68   69   70   71   72   73   74   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

144 


balaca vəhşilərə çevirirlər. Bu da onların köməyi ilə nə vaxtsa Partiya intizamının əleyhinə 

çıxmaq istəyinin qarşısını həmişəlik almağa kömək edir. Balacalar Partiyanı, Partiya ilə bağlı hər 

şeyi ilahiləşdirmək dərəcəsinə varırlar. Mahnılar, küçə yürüşləri, bayraqlar, nümayişlər, 

çiyinlərinə tədris tüfəngləri götürüb meydanda addımlamaları, şüar qışqırmaları, Böyük Qardaşa 

sitayiş-hamısı, hamısı hələlik balacalara cəlbedici oyun kimi görünür. Onların qəzəb və 

amansızlığını yadfikirlilərin, Dövlətin düşmənlərinin, xaricilərin, satqınların, ziyankarların, fikir 

cinayətkarlarının əleyhinə yönəldirlər. Otuz yaşlı valideynlərin öz uşaqlarından qorxmaları az 

qala adi hala çevrilib. Buna əsasları da var. Elə həftə olmur ki, "Tayms"da yeniyetmə casus 

ovçusunun -"balaca qəhrəman"ın (qəzet onları həmişə belə adlandırırdılar) valideynlərini 

etibardan salan hansısa ifadəni eşidib ata-analarını Fikir Polisinə təslim etməsi barədə xəbərə 

təsadüf olunmasın. 

Boynuna dəyən rezin "güllənin" yeri hələ də ağrıdırdı. Gündəliyinə nə yazacağını özü də 

bilmədən həvəssiz halda qələmi əlinə götürdü. Yenidən O`Brayen haqqında fikirləşməyə başladı.  

Bir neçə il bundan əvvəl... Neçə il? Yəqin ki, yeddi il olardı,- yuxuda zülmət kimi qaranlıq 

otaqda dolaşdığını görmüşdü. Yan tərəfdəki bir nəfər ona "Biz heç vaxt qaranlıq olmayan yerdə 

görüşəcəyik!"- demişdi. Həm də bu sözlər əmr kimi yox, çox sakit şəkildə sözarası, adi məlumat 

kimi çatdırmışdı. Uinston isə dayanmadan otaqda var-gəl edirdi. Maraqlıdır ki, o vaxt yuxuda 

eşitdiyi sözlərə elə də ciddi əhəmiyyət verməmişdi. Yalnız aradan illər keçəndən sonra sözlər 

ona belə əhəmiyyətli görünməyə başlamışdı. Uinston yuxunu O`Brayenlə ilk görüşündən əvvəl

yoxsa sonra gördüyünü, nə də eşitdiyi səsin O`Brayenə məxsusluğu qərarına nə zaman gəldiyini 

heç cür yadına sala bilmirdi. Amma istənilən halda səs sahibini tanımışdı. Yuxuda onunla 

danışan O`Brayen idi.  

Uinston heç vaxt, hətta Nifrət Ikidəqiqəliyində baxışları bir anlığa qəribə şəkildə rastlaşandan 

sonra da O`Brayenin dost, yoxsa düşmən olduğunu kəsdirə bilməmişdi. Əslində bunun elə böyük 

əhəmiyyəti də yox idi. Aralarında dostluq hissindən də önəmli sayıla biləcək qarşılıqlı anlaşma 

yaranmışdı. O`Brayen "Biz heç vaxt qaranlıq olmayan yerdə görüşəcəyik"-demişdi. Uinston bu 

sözlərin mənasını başa düşməmişdi. Lakin onun hansısa yolla mütləq həqiqətə çevriləcəyinə 

inanmışdı.  

Teleekrandakı danışığa ara verildi. Boğanaq otağa aydın və qulağa xoş gələn şeypur sədaları 

yayıldı. Ardınca yenə diktorun səsi eşidildi.  

"Diqqət! Diqqət! Az öncə Malabar cəbhəsindən təcili xəbərlər almışıq. Qoşunlarımız Cənubi 

Hindistanda parlaq qələbə qazanmışlar. Sizə bildirməliyəm ki, az sonra çatdıracağım məlumat 

müharibəni əhəmiyyətli dərəcədə sonluğuna yaxınlaşdırmışdır. Məlumatı dinləyin". 

"İndi gərək bəd xəbərlər gözləyək" - deyə Uinston fikirləşdi. Zənnində yanılmamışdı. Avrasiya 

ordusunun darmadağın edilməsi ilə əlaqədar qanlı döyüş səhnələrinin təsvirindən, öldürülən və 

əsir götürülənlərin miqdarı ilə bağlı ağlagəlməz rəqəmlərin oxunuşundan sonra gələn həftədən 

etibarən şokolad normasının otuz qramdan iyirmi qrama endiriləcəyi bildirildi.  

Uinston yenə gəyirdi. Cinin təsiri yerini əzginlik hissinə buraxaraq bədənindən çıxmışdı. 

Teleekranda ölkə sakinlərinə ya qələbəni bayram etmək, ya da əllərindən alınmış şokoladı 

unutdurmaq üçün "Sənə, Okeaniya" marşı səslənirdi. Oturduğu yerdən ekrana düşməsə də, 

Uinston ayağa qalxıb farağat vəziyyəti almalı oldu.  

"Sənə, Okeaniya!" marşı yüngül musiqi ilə əvəzləndi. Uinston arxası teleekrana çevrili halda 

pəncərəyə yaxınlaşdı. Hava əvvəlki kimi işıqlı və soyuq idi. Haradasa uzaqda partlayan raket 

gurultusunun boğuq əks-sədası eşidildi. Indi hər həftə Londona təxminən iyirmi-otuz belə raket 

düşürdü. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

145 


Aşağıda, küçədə külək cırıq plakatı yenə də şiddətlə divara çırpır, üstündəki INGSOS sözü gah 

açılır, gah da görünməz olurdu. Ingsos. Ingsosun müqəddəs dayaqları. Yenidil, ikifikirlilik, 

keçmişi dəyişdirmək imkanları. Uinstona elə gəldi ki, okeanın dibindəki meşədə dolaşır, əcaib 

varlıqlar arasında yolunu itirib, sanki özü də həmin əcaib varlıqlardan biridir. Yalqızlığından 

dəhşətə gəlmişdi. Keçmiş ölmüşdü. Gələcəyi təsəvvürə gətirmək mümkün deyildi. Indi burada 

yaşayan yeganə insan övladı olduğuna inana bilərdimi? Partiyanın hakimiyyətinin sona qədər 

davam edib-etməyəcəyini necə öyrənmək olardı? Cavab kimi Həqiqət Nazirliyinin ağ fasadına iri 

hərflərlə yazılmış üç şüar gözləri önünə gəldi. 

MÜHARİBƏ - SÜLHDÜR 

AZADLIQ - KÖLƏLİKDİR 

CƏHALƏT - QÜVVƏDİR 

Cibindən iyirmi beş sentlik metal pul çıxardı. Onun bir üzündə kiçik, aydın hərflərlə həmin 

şüarlar, o biri üzündə isə Böyük Qardaşın başı həkk olunmuşdu. Hətta xırda pulun üstündə də 

Böyük Qardaşın baxışları insanı təqib edirdi. Sikkələrdə, markalarda, kitab cildlərində, 

bayraqlarda, plakatlarda, siqaret qutularında-hər yerdə, hər yerdə Böyük Qardaş vardı. Hara ayaq 

bassan, bu baxışlar səni izləyir, bu səs səni öz sehrində saxlayırdı. Yuxuda, yaxud ayıqda, yemək 

yeyəndə, yaxud işləyəndə, küçədə, yaxud evdə, hamam otağında, yaxud yataqda – heç yerdə, heç 

yerdə ondan xilas olmaq mümkün deyildi. Kəllə sümüyünün içindəki bir neçə kub santimetr boz 

maddədən başqa yalnız sənin özünə məxsus olan heç bir şeyin yox idi. 

Günəş bir az da qalxmışdı. Həqiqət Nazirliyinin az öncə gün işığında parıldayan minlərlə 

pəncərəsi indi qala mazğalları kimi qaranlıq görünürdü. Qarşısındakı nəhəng ehrama baxanda 

Uinstonun ürəyi sıxıldı. Bu qala çox möhkəm idi, onu heç bir hücumla almaq mümkün deyildi. 

Hətta min raketin də onu dağıtmağa gücü çatmazdı. Uinston gündəliyi kimin üçün yazmasına öz-

özlüyündə bir də heyrətləndi. Kimin üçün yazır? Gələcək üçün, keçmiş üçün, bəlkə təxəyyülündə 

canlandırdığı mübhəm əsr üçün...Onu ölüm yox, ləğv edilmə təhlükəsi gözləyir. Gündəliyini 

külə, özünü isə buxara çevirəcəklər. Özünü yaddaşlardan həmişəlik silməmişdən əvvəl isə, bu 

gündəliyi yalnız Fikir Polisi oxuyacaq. Torpaq üzərindəki izin nədir, hətta bir parça kağıza 

cızmaqara elədiyin və kimə ünvanlandığı bilinməyən quru sözün də qorunub saxlanmayacaqsa, 

sən gələcəyə necə müraciət edə bilərsən? 

Teleekranda saat 14-ü vurdu. On dəqiqədən sonra evdən çıxmalı idi. 14.30-da iş başlayırdı.  

Qəribə olsa da, saat zənginin səsi cəsarətini yenidən özünə qaytardı. O, həqiqət haqqında car 

çəkən, amma səsini heç kəsin eşitmədiyi tənha həyulə idi. Hətta belə olsa da, sözlərini dediyi, 

yazdığı müddətdə dünyada hansı prosesinsə arası kəsilməyəcəkdi. Sözünü heç kimə eşitdirə 

bilmirsən, amma ən azı normal insan kimi qalırsan, bəşər nəslinin irsini yaşadırsan, qoruyursan. 

Uinston masanın arxasına keçdi, qələmi mürəkkəbə batırıb yenidən yazmağa başladı. 

Gələcəyə, yaxud keçmişə-fikrin azad olduğu, insanların biri-birindən seçildiyi, tənha yaşamadığı, 

həqiqətin həqiqət kimi dərk edildiyi, var olanların heçliyə çevrilmədiyi dövrə- 

Tənhalar, yalqızlar dövründən, Böyük Qardaş və ikifikirlilik epoxasından - salamlar! 

Artıq canlı meyidə çevrildiyinin fərqində idi. Ona görə də məhz indi, fikirlərini ifadə etmək 

qabiliyyətini yenidən özünə qaytarandan sonra geriyə dönüş üçü n heç bir yol qoymayan zəruri 

addım atdığını düşünürdü. Hər bir hərəkətin nəticəsii o hərəkətin özündə təcəssüm olunur. 

Uinston yazıya davam etdi. 

Fikir cinayəti ölümlə nəticələnmir. Fikir cinayətinin özü ÖLÜM deməkdir.  



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə