Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə69/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   65   66   67   68   69   70   71   72   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

140 


ifadəsi onu asanlıqla ələ verə bilərdi. Və həmin heyrətamiz hadisə də elə bir-iki saniyədə baş 

vermişdi. Əlbətə, əgər həqiqtən də belə şey olmuşdusa... 

Bir anlığa nəzərləri O`Brayenin baxışları ilə qarşılaşdı. O`Brayen ayaq üstə dayanmışdı. 

Deyəsən, az öncə eynəyini çıxarmışdı. İndi onu taxır və adətkar hərəkətlə burnunun üstündə 

yerini rahatlayırdı. Saniyənin hansısa hissəsində baxışları toqquşdu və Uinston bayaqkı 

mənzərənin qətiyyən gözünə görünmədiyinə bir daha əmin oldu. Bu həqiqət idi! O`Brayen də 

eynən onun kimi düşünür. Hansısa yanlışlıqdan söhbət gedə bilməz! Sanki beyinləri arasında 

gizli rabitə yaranmış, fikirlər sürətlə bir gözdən o birisinə axmışdı. "Mən də sizinləyəm, - 

O`Brayen sanki belə deyirdi.-Sizin hisslərinizi yaxşı başa düşürəm. Bezdiyinizi, iyrəndiyinizi, 

nifrət elədiyinizi anlayıram. Narahat olmayın. Mən sizin tərəfinizdəyəm". Lakin zəkanın bu ani 

parıltısı çox tez də söndü və O`Brayenin sifəti hamınınkı kimi ifadəsiz görkəm aldı.  

Günün hadisəsi bu idi. Uinston indi gözü ilə gördüyünün həqiqiliyinə o qədər də əmin deyildi. 

Heç vaxt belə təsadüflərin davamı olmurdu. Onlar yalnız insanda inamı ölməyə qoymayan bir 

təsəlli yaradırdı: fikirləşirdin ki, səndən başqa da Partiyanın düşmənləri var! Kim bilir, bəlkə də 

geniş şaxəli gizli fəaliyyət şəbəkəsi haqqında şayiələr doğrudur! Bəlkə Qardaşlıq həqiqətən də 

mövcuddur! Saysız-hesabsız həbslərə, etiraflara, edamlara baxmayaraq, Qardaşlığın 

mövcudluğuna əminlik quru nağıl deyildi! Uinston bir gün bütün deyilənlərin həqiqətə 

çevriləcəyinə inanırdı. Ertəsi gün isə əminliyi yoxa çıxırdı. Əlində dəlil-sübut yox idi. Hər cür 

yozula bilən, yaxud heç bir mənası olmayan ani baxışlar, kənar söhbətlərdən qulağa çatan kəsik-

küsük sözlər, tualet divarlarındakı yarısıilinmiş yazılar, çətin ki, nəyinsə sübutu sayıla bilərdi. 

Hətta biri-birini tanımayan iki adamın qarşılaşarkən əllərini yüngülcə tərpətmələri də nəzərindən 

yayınmamış və bunu gizli salamlaşma zənn etmişdi. Bir sözlə, yalnız gümanlar, ehtimallar... Hər 

şey sadəcə təxəyyülünün məhsulu da ola bilərdi. O`Brayenə tərəf baxmadan kabinəsinə qayıtdı. 

Bu ani təması davam etdirməyi ağlına da gətirmirdi. Hətta O` Brayenə yaxınlaşmaq imkanı 

yaransa da, hərəkəti heç bir məntiqə sığmayan dəhşətli təşəbbüs olardı. Bir, yaxud iki saniyə 

ərzində fərqli yozula biləcək nəzərlərlə bir-birlərinə baxmışdılar. Vəssalam! Həyatı başdan-başa 

tənhalıqda keçən insan üçün hətta bu ani illüziya da yaddaqalan hadisə idi.  

Uinston yerindən qalxıb stulda şax oturdu. Bir də gəyirdi. Deyəsən, mədəsindəki cin üzü yuxarı 

qalxmağa başlamışdı.  

Gözləri yenə səhifəyə zilləndi. Sən demə bayaqdan bəri dərin fikrə dalsa da, əli özündən asılı 

olmayaraq işləyirmiş. Lakin bunlar bir az əvvəl yazdıqları kimi başı-ayağı bilinməyən, biri-birinə 

qarışmış dəhşətli cızmaqaralar deyildi. Qələmin ucu kağızın yumşaq səthində sürətlə hərəkət 

edir, eyni ifadəni iri çap hərfləri ilə biri-birinin altında ləzzətlə sıraya düzürdü: 

RƏDD OLSUN BÖYÜK QARDAŞ! 

RƏDD OLSUN BÖYÜK QARDAŞ! 

RƏDD OLSUN BÖYÜK QARDAŞ! 

RƏDD OLSUN BÖYÜK QARDAŞ! 

RƏDD OLSUN BÖYÜK QARDAŞ! 

Bu sözləri yaza-yaza səhifənin ortasına gəlib çıxmışdı. 

Lakin yazdıqları da vahimə hissinin aradan qalxmasına kömək etdi. Əslində, cəfəng hərəkət 

etdiyini özü də anlayırdı. Belə şüarları kağıza köçürmək gündəlik tutmaqdan çox da təhlükəli 

deyildi. Amma yenə də korladığı səhifələri dərhal cırıb atmaq və ümumiyyətlə, bu işdən 

birdəfəlik əl çəkmək haqqında fikirləşdi.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

141 


Düşündüyünü eləmədi. Çünki mənasız olduğunu bilirdi. RƏDD OLSUN BÖYÜK QARDAŞ!-

şüarını yazmağı ilə yazmamağı arasında heç bir fərq yoxdu. Gündəlik tutmağı ilə tutmamağı 

arasında heç bir fərqi yoxdu. Hər iki halda Fikir Polisinin əlinə düşməsi an məsələsi idi. O, suç 

işləmişdi. Hətta qələmi kağıza toxundurmasa belə, cinayət törətmişdi. Özü də bütün digər 

suçluluqların kökündə dayanan cinayət! Əməlinin adı fikir cinayəti idi. Fikir cinayətini həmişə 

gizli saxlamaq mümkün olan iş deyildi. Müəyyən dövr ərzində, hətta illər boyu başını salamat 

saxlaya bilərdin. Lakin əvvəl-axır onların əli mütləq sənə də çatacaqdı. 

Bu işi həmişə gecə görürdülər. Həbs eləməyə gecələr gəlirdilər. Qəflətən yuxudan oyadırlar, 

kobud əl çiynindən yapışıb səni silkələyir, işığı düz gözünə salırlar. Sərt simalı adamlar yatağını 

dövrəyə alır.. Əksər hallarda heç bir məhkəmə keçirilmirdi, həbslər barəsində məlumat 

verilmirdi. Adamlar bir qayda olaraq gecələr yoxa çıxırdılar. Adın siyahılardan silinirdi, 

gördüyün işlərlə bağlı xatırlatmalar hər yerdən pozulurdu, mövcudluq faktın inkar olunurdu, 

həmişəlik unudulurdun. Artıq sən yox idin. Ləğv edilmişdin, yoxa çıxarılmışdın, öz aralarında 

dedikləri kimi, buxara çevrilmişdin.  

İsteriya bir anlığa yenə Uinstona hakim kəsildi. Tələsə-tələsə əyri-üyrü hərflərlə cızmaqara 

eləməyə başladı: 

məni güllələyirlər bunun mənə heç bir dəxli yoxdur gülləni boynumun arxasından vuracaqlar 

bunun mənə dəxli yoxdur rədd olsun böyük qardaş həmişə gülləni boynun arxasından vururlar 

mənə dəxli yoxdur rədd olsun böyük qardaş 

Stulun arxasına söykəndi. Belə vahiməyə düşməsindən özü də yüngülcə pərt olmuşdu. Bir an 

sonra isə ildırım vurmuş kimi yerində quruyub qaldı. Qapı döyülürdü.  

Deməli, gəldilər! Siçan kimi nəfəsini içinə çəkib gözləyirdi. İlk cəhddən sonra qapı açılmasa 

çıxıb gedəcəklərinə zəif də olsa ümid bəsləyirdi.. Yox, qapıya vurulan zərbələr təkrarlanmağa 

başladı. Belə vəziyyətdə ən axmaq hərəkət ləngiməkdir. Ürəyi təbil kimi şiddətlə döyünürdü. 

Üzünün ifadəsi isə uzun illərin təcrübəsi nəticəsində dəyişməz qalmışdı. Uinston ayağa qalxdı, 

ağır addımlarla qapıya yaxınlaşdı.  

 

II fəsil 



 

Yalnız əlini qapının dəstəyinə uzadanda masanın üstündəki gündəliyinin açıq qaldığını gördü. 

Səhifə RƏDD OLSUN BÖYÜK QARDAŞ! -şüarı ilə dolu idi. Hərflər kifayət qədər iri və aydın 

yazıldığından, otağın o biri başından da oxunurdu. Ağlasığmaz səfehliyə yol vermişdi. Amma 

bunu nə üçün elədiyinin fərqində idi. Vahimə içərisində olduğu anlarda da yaş mürəkkəbin 

yayılıb ağ vərəqləri korlamamasından ötəri qeyd kitabını örtmək istəməmişdi.  

Sinə dolu nəfəs alıb qapını açdı. Dərhal da bədənindən xoş bir yüngüllük hissi keçdi. Dəhlizdə 

qırışmış sifətli, seyrək və pırtlaşıq saçlı, bət-bənizi qaçmış zavallı görkəmli qadın dayanmışdı.  

- Bağışlayın, yoldaş,-qadın daha çox zingiltini xatırladan boğuq səslə danışmağa başladı, - 

deməli, evə qayıtdığınızı düşünməklə səhv eləməmişəm. Zəhmət olmasa gəlib bizim mətbəxdə 

qab yuyulan yerə baxa bilməzsiniz ki? Deyəsən suyun yolu tutulub.  

Qadın mərtəbə qonşusunun xanımı missis Parsons (Partiya "missis" sözünü o qədər də təqdir 

etmirdi, bütün qadınlara "yoldaş" deyə müraciət eləmək tələb olunurdu, amma yenə də bəzi 

qadınlara özün də istəmədən "missis" deyirdin) idi. Təqribən otuz yaşı olardı. Amma yaşından 

çox böyük görünürdü. Yaxından baxanda adamda elə təəssürat yaranırdı ki, sifətindəki qırışların 

arası tozla doludur. Uinston koridora çıxıb qadının ardınca getdi. Demək olar ki, hər gün belə 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə