Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə70/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   66   67   68   69   70   71   72   73   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

142 


könüllü təmir işləri ilə məşğul olmaq lazım gəlirdi. "Qələbə" binası köhnə tikililərdən idi. 1930-

cu ildə, ya da təxminən ona yaxın dövrdə inşa edilmişdi. Artıq sökülüb dağılırdı. Tez-tez 

tavandan və divarlardan suvaq parçaları qopub yerə tökülürdü, bərk şaxta olan kimi borular 

partlayırdı, dam axıdırdı. Qar yağanda istilik sistemi qənaət məqsədi ilə tamam söndürülmədiyi 

vaxtlarda yalnız yarı gücü ilə işləyirdi. Öz imkanın daxilində olmayan təmir üçün çoxsaylı 

rəhbər komissiyaların sərəncamı tələb edilirdi. Onlar isə adicə bir pəncərə çərçivəsinin 

dəyişdirilməsi ilə bağlı azı iki il yazışma aparırdılar.  

- Əlbəttə, əgər Tom evdə olsaydı,-qadın ardınca gələ-gələ mızıldanırdı.  

Parsonsların mənzili onunkundan böyük idi. Buradakı miskinlik isə bir başqa cür idi. Otaqdakı 

əşyaların hamısı əzilib-didilmiş, tapdanmış vəziyyətdə idi. Sanki hər şey az öncə burada meydan 

sulayan böyük və qəzəbli bir heyvanın ağzından çıxmış, tapdağı altında qalmışdı. Döşəməyə 

idman avadanlığı-xokkey ağacları, boks əlcəkləri, boşalmş futbol topu, cırıq mayka, astarı üzünə 

çevrilmiş, tər iyi verən bir cüt şort səpələnmişdi. Masanın üstündə çirkli qab-qacaqla birlikdə 

əzik-üzük dəftərlər gözə dəyirdi. Divardan Gənclər Ittifaqının və Kəşfiyyatçıların qırmızı 

bayraqları, Böyük Qardaşın iri plakatı asılmışdı. Bütün binada olduğu kimi, burada da havaya 

burunlarının çoxdan öyrəşdiyi bişmiş kələm qoxusu hopmuşdu. Həm də Parsonsların mənzilində 

kələm qoxusu başqa bir üfunətlə-tünd tər qoxusu ilə qarışmışdı. Səbəbini bilməsən də nəfəs alan 

kimi kəskin tər iyini indi özü evdə olmayan şəxsin hər yerə hopdurduğunun fərqinə varırdın. 

Qonşu otaqda kimsə hələ də teleekrandan eşidilməkdə olan hərbi marşı darağın və tualet 

kağızının köməyi ilə yamsılamağa çalışırdı.  

- Uşaqlardır, - missis Parsons qonşu otağın qapısına qorxa-qorxa baxıb dilləndi,- Bu gün evdən 

çıxmayıblar. Yenə də həmişəki kimi... 

Qadında sözünü yarımçıq qoymaq şakəri vardı. Mətbəxdəki qab yuyulan yer ağzına qədər bişmiş 

kələmdən də pis iy verən çirkli, yaşılımtıl yaxantı ilə dolmuşdu. Uinston dizi üstə çöküb borunun 

birləşən yerinə baxdı. Fiziki işi heç sevmirdi. Aşağı əyilməkdən isə lap zəhləsi gedirdi. Çünki 

ardınca onu mütləq öskürək tuturdu. Missis Parsons köməksiz vəziyyətdə dayanıb baxırdı.  

-Əlbəttə, Tom evdə olsaydı, iki dəqiqəyə hər şeyi yoluna qoyardı,-deyə qadın yenə danışmağa 

başladı.-Belə işləri sevir. Əli işə yaxşı yatır. Tomun...  

Tom Parsons onunla birlikdə Həqiqət Nazirliyində işləyirdi. Çox gombul, amma cəld adam idi. 

Heyrətamiz səfehliyi ilə seçilirdi. Gic entuziazma qapılmışdı. Partiyanın stabilliyini təmin etməli 

olan Fikir Polisindən də ürəklə, ən başlıcası isə, könüllü şəkildə özünü ən ağır işlərin altına 

verirdi. Onu otuz beş yaşında Gənclər Ittifaqının sıralarından güclə uzaqlaşdırmışdılar. Gənclər 

Ittifaqına gələnə qədər isə Kəşfiyyatçılar sırasında vaxtından bir il artıq qalmağı bacarmışdı. 

Nazirlikdə xüsusi əqli qabiliyyət tələb etməyən kiçik vəzifə tuturdu. Eyni zamanda Idman 

Komitəsinin, habelə turist yürüşlərinin, kortəbii nümayişlərin, qənaət kampaniyalarının və digər 

könüllü tədbirlərin təşkili ilə məşğul olan bütün digər komitələrin ən fəal üzvü idi. Qəlyanını 

tüstülədərək təvazökar qürurla dörd il ərzində hər axşam Ictimai Mərkəzdə keçirilən tədbirlərdən 

birini də buraxmadığından danışırdı. Boşa çıxmış səylərlə dolu həyatının ayrılmaz yol yoldaşı 

olan kəskin tər iyi ayaq basdığı hər yerdə onu müşayiət edirdi. Hətta özü çıxıb gedəndən sonra da 

iy Parsonsun az əvvəl olduğu yerə hopub qalırdı.  

- Sizdə qayka açarı yoxdur ki? - Uinston borunun birləşdiyi yerə bir də baxıb soruşdu. 

- Qayka açarı? - gözləri önündə elə bil qəflətən heydən düşən missis Parsons təkrarladı. - Düzü, 

heç bilmirəm. Bəlkə uşaqlar... 

Ayaq tappıltıları və dodaq qarmonu kimi istifadə olunan darağın səsi eşidildi. Uşaqlar otağa 

girdilər. Missis Parsons açarı gətirmişdi. Uinston suyu açıb buraxdı, borunun dirsəyindən iyrənə-



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

143 


iyrənə bir çəngə tük çıxardı. Sonra barmaqlarını krandan axan soyuq suyun altında bacardığı 

qədər bərk-bərk yuyub o biri otağa keçdi. 

- Əllər yuxarı! - kimsə arxadan vəhşi səslə qışqırdı. 

Onu oyuncaq tapança ilə hədəfə götürmüş doqquz-on yaşlarında qəşəng oğlan uşağı sürünüb 

masanın altından çıxdı. Özündən iki yaş kiçik bacısı da əlindəki kiçik ağac parçası ilə qardaşını 

yamsılayırdı. Ikisi də Kəşfiyyatçı uniforması sayılan göy rəngli qısa şort, boz köynək geymiş, 

boyunlarına qırmızı dəsmal bağlamışdılar. Uinston istəyinin xilafına da olsa, əllərini yuxarı 

qaldırdı. Oğlanın özünü aparmasında elə aşkar qəddarlıq vardı ki, bütün bu hərəkətləri uşaq 

oyunu adlandırmaq çətin idi.  

- Sən satqınsan! - Oğlan qışqırmağa başladı. - Sən fikir cinayətkarısan. Avrasiya casususan. Səni 

güllələyəcəm! Buxara çevirəcəm. Duz mədənlərinə göndərəcəm! 

Qəflətən ikisi də "Satqın!","Fikir cinayətkarı!"-deyə qışqırışaraq Uinstonun ətrafında atılıb-

düşməyə başladılar. Qız qardaşının hər bir hərəkətini təqlid eləməyə çalışırdı. Davranışları 

hələlik bir az çəkingən görünən, amma tezliklə həqiqi adamyeyənə çevriləcək pələng balalarının 

oyununa bənzəyirdi. Oğlanın baxışlarından qarşısına hansısa pis məqsəd qoymuş adamın 

amansızlığı sezilirdi. Deyəsən, Uinstonu ya oyuncaq tapançası ilə vurmaq, ya da təpikləmək 

istəyirdi. Fikirləşdi ki, bir müddət sonra balaca bu işlərin öhdəsindən əla gələcək. Sadəcə, bir az 

da böyüməyi lazımdır. Hələ yaxşı ki, indi əlində tutduğu tapança həqiqi deyil... 

Missis Parsonsun baxışları qorxu içərisində gah Uinstondan uşaqlara, gah da əksinə çevrilirdi. 

Bu otaq daha işıqlı idi. Uinston maraq içində qadının üzünə baxıb bayaqkı zənnində 

yanılmadığına inandı. Sifətindəki qırışların arasına həqiqətən də toz dolmuşdu. 

- Yaman səs-küy salırlar, - missis Parsons dilləndi. - Bu gün edama baxmağa gedə 

bilmədiklərindən belə hirsləniblər. Mənim aparmağa vaxtım yoxdur. Tom isə hələ işdən 

qayıtmayıb. 

- Niyə gedib dar ağacından asılanlara baxa bilmədik? - deyə oğlan qulaqbatırıcı səslə qışqırdı. 

- Mən də asılanlara baxmaq istəyirəm! Mən də asılanlara baxmaq istəyirəm!- ətrafda atılıb-düşən 

qız da tutuquşu kimi qardaşının ardınca təkrarlayırdı.  

Uinston hərbi cinayətlərdə təqsirləndirilən Avrasiya əsirlərinin bu axşam Parkda edam 

ediləcəklərini xatırladı. Təxminən ayda bir dəfə camaata belə tamaşalar göstərirdilər. Edam 

mərasimləri populyarlıq qazanmışdı. Uşaqlar bu mərasimə baxmaq üçün xüsusən bərk 

canfəşanlıq edirdilər. Uinston missis Parsonsla sağollaşıb qapıya tərəf yönəldi. Koridorla beş-altı 

addım getməmişdi ki, boynunun ardında yandırıcı ağrı hiss etdi. Elə bil ətinə qızardılmış məftil 

basmışdılar. Geriyə çevriləndə missis Parsonsun oğlunu zorla dartıb otağa saldığını, uşağın isə 

əlindəki quşatanı cibinə soxduğunu gördü.  

- Qoldsteyn! - deyə qapı örtülməmiş uşaq qışqırdı. Bu anda Uinstonu hər şeydən çox missis 

Parsonsun boz sifətinə həkk olunmuş dilsiz qorxu hissi heyrətləndirdi.  

Otağına qayıdıb cəld teleekranın önündən sivişdi, boynunu ovuşdura-ovuşdura keçib masanın 

arxasında əyləşdi. Daha musiqi verilmirdi. Əvəzində əsəbi hərbçi səsi xüsusi həvəslə Islandiya 

ilə Farer adaları arasında lövbər salmış yeni Üzən Qalanın təchiz edildiyi silahlar haqqında 

danışırdı. 

"Belə uşaqlarla bu zavallı qadının aqibəti faciə ilə qurtaracaq" - Uinston missis Parsons haqqında 

düşünməyə başladı. - Bir, uzağı iki ildən sonra analarını ideya səbatsızlığında suçlamaq üçün 

gecə-gündüz onu güdəcəklər. Indiki dövrdə bütün uşaqlar dəhşətdirlər. Ən pisi isə budur ki, 

Kəşfiyyatçılar dərnəyi kimi təşkilatların köməyi ilə onları sistemli şəkildə ipə-sapa yatmayan 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə