Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə66/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   62   63   64   65   66   67   68   69   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

134 


Deyilənə görə, Nazirliyin binasında təkcə yer səthindən yuxarıdakı otaqların sayı üç minə çatırdı. 

Bina eyni qayda ilə həm də yerin dərinliklərinə kök atmışdı. Londonun müxtəlif səmtlərində bu 

ölçü və görünüşdə daha üç nəhəng tikili vardı. Çox yüksəyə qalxdıqlarından və memarlıq 

baxımından ətrafdakı binalardan kəskin fərqləndiklərindən, "Qələbə" yaşayış evinin damından 

dördünü də eyni vaxtda aydın görmək olurdu. Binalarda nəhəng dövlət aparatının aralarında 

bölündüyü dörd Nazirlik yerləşirdi. Həqiqət Nazirliyi informasiya, təhsil, asudə vaxtın təşkili və 

incəsənət məsələləri ilə, Sülh Nazirliyi müharibə, Sevgi Nazirliyi ictimai asayişin mühafizəsi, 

Rifah Nazirliyi iqtisadiyyatla məşğul olurdu.Yenidildə Nazirliklər müvafiq şəkildə Həqnaz, 

Sülhnaz, Sevnaz və Rifnaz adlanırdı.  

Sevgi Nazirliyi həqiqətən də insanın canına qorxu salırdı. Binada yerli-dibli pəncərə yox idi. 

Uinston bir dəfə də olsun bu Nazirliyinin kandarından içəri ayaq basmamışdı. Içəri girmək nədir, 

heç yarım kilometrlik məsafədə onun həndəvərinə hərlənməmişdi. Rəsmi səbəb olmadan binaya 

düşmək mümkün deyildi. Həm də bundan ötəri tikanlı məftillərin, polad qapıların, 

gözəgörünməyən yerlərdə gizlədilmiş pulemyot yuvalarının bütöv bir labirintindən keçmək 

lazım idi. Hətta binanın bayır hasarına yaxın küçələrdə də ucu toppuzlu dəyənəklərlə 

silahlanmış, sifətdən qorillaya bənzəyən qara paltarlı təhlükəsizlik xidməti əməkdaşları keşik 

çəkirdilər.  

Uinston sərt hərəkətlə geri döndü. Sifətinə teleekranla üzbəüz gələrkən daha məqsədəuyğun 

sayılan sakit nikbinlik ifadəsi verdi. Otaqdan kiçik mətbəxə keçdi. Günün bu saatında 

Nazirlikdən çıxmaqla yeməkxanadakı naharını qurban verməli olmuşdu. Mətbəxdə bir fal qara 

çörəkdən başqa dilə vurulası bir şey tapmayacağını dəqiq bilirdi. Çörəyi də sabah səhər 

yeməyinə saxlamaq lazım idi. Rəfdən ağ rəngli etiketində "QƏLƏBƏ CİNİ" yazılmış rəngsiz 

maye dolu şüşəni götürdü. Cin çinlilərin düyü arağı kimi boz - bulanıq, neft tamı verən içki idi. 

Uinston çay fincanını ağzına qədər doldurdu, özünü toplayıb, dərman içirmiş kimi, birnəfəsə 

başına çəkdi.  

Sifəti dərhal qızardı. Gözlərindən su axdı. Elə bil nitrat turşusu içmişdi. Üstəlik də, içəndən sonra 

adamda elə təəssürat yaranırdı ki, sanki kimsə rezin dəyənəklə başının arxasına döyəcləyir. 

Amma bir an sonra mədəsinə düşən od söndü, dünya gözlərinə daha baxımlı görünməyə başladı. 

Üzərinə "QƏLƏBƏ SİQARETİ" yazılmış əzik qutudan bir siqaret götürdü. Fikri dağınıq 

olduğundan, onu bir müddət əlində başı aşağı saxladı. Nəticədə tütünün çoxu döşəməyə 

səpələndi. Uinston növbəti siqaretlə daha ehtiyatlı davrandı. Otağa qayıdıb teleekranın sol 

tərəfindəki kiçik masasının arxasında oturdu. Siyirtmədən qələm, mürəkkəbqabı, üzərinə 

mərməri xatırladan qırmızı cild çəkilmiş qalın, kvadrat şəkilli qeyd kitabçasını çıxardı.  

Nədənsə, teleekranın yeri bir qədər fərqli seçilmişdi. O, bütün otağı nəzarətdə saxlamağa imkan 

verən qarşı divara deyil deyil, pəncərə ilə üzbəüz bərkidilmişdi. Teleekranın bir tərəfində, 

divarda o qədər də dərin olmayan girinti vardı. Yəqin, evi tikəndə bu yeri kitab rəfləri üçün 

nəzərdə tutmuşdular. Uinston indi orada oturmuşdu. Stulu lap irəli çəkib dizlərini divara, sinəsini 

masayaya yapışdıranda teleekranın baxış bucağından çıxır, gözəgörünməz olurdu. Əlbəttə, səsi 

dinlənilirdi. Burada daldalandığı müddət isə özü görünmürdü. Otağın qeyri-ənənəvi quruluşu da 

onu indi məşğul olmaq istədiyi işə həvəsləndirən amillərdən biri idi.  

Bundan əlavə, indicə siyirtmədən çıxardığı qeyd kitabçası da onu şövqə salmışdı. Kitabça 

həqiqətən də gözəl idi. Doğrudur, süd rəngli yumşaq vərəqləri köhnəlikdən bir az saralmışdı. Bu 

da azı qırx il əvvəlin malı olduğunu düşünməyə əsas verirdi. Uinstonun fikrincə, qeyd 

kitabçasının yaşı çox da ola bilərdi. Onu şəhərin kasıb məhəllələrindən birində (dəqiq yerini 

xatırlamırdı) köhnə-kürüş satılan dükanda görmüş, dərhal da almaq qərarına gəlmişdi. Partiya 

üzvlərinə adi mağazalara getmək məsləhət görülmürdü. Bu, "sərbəst bazarda mal və əşya əldə 

etmək" hesab olunurdu. Ancaq belə qadağalara o qədər də ciddi əhəmiyyət vermirdilər. Çünki 

ayaqqabı bağı, yaxud ülgüç kimi xırdavat şeylərini başqa cür tapmaq mümkün deyildi. Uinston 

tələsik sağına-soluna baxıb özünü dükana salmış, iki dollar əlli sent verib qeyd kitabçasını 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

135 


almışdı. Həmin an bunu nə məqsədlə etdiyini özü də anlamamışdı. Kitabçanı çantasına qoyub 

gizlicə evə gətirmişdi. Hətta içərisində heç nə yazılmasa da o, sahibinə başağrısı yarada bilərdi.  

İndi qeyd kitabçasına gündəliyini yazmaq istəyirdi. Bu, qanuna zidd deyildi (artıq qanunlar 

özləri mövcud olmadığından, daha qanuna zidd heç nə qalmamışdı), lakin gündəlik aşkara 

çıxarılsa, Uinstonu edam cəzası, yaxşı halda isə, icbari əmək düşərgəsində iyirmi beş illik həbs 

gözləyirdi. Qələmi mürəkkəbə batırdı, vərəqə ləkə salmamaq üçün ehtiyatla kənara çırpdı. 

Qələm də köhnə dövrün yadigarı sayılırdı. İndi belə qələmlə nadir hallarda qol çəkirdilər. Onu da 

əl altından, həm də böyük çətinliklə tapmışdı. Düşünürdü ki, süd rəngli bu gözəl kağız yalnız əsl 

qələmlə yazılmağa layiqdir, onu kimyəvi karandaşla eybəcər hala salmaq olmaz. Əslində, 

Uinston əllə heç nə yazmırdı. Çox qısa qeydləri çıxmaq şərti ilə, hər şeyi nitqyazara diqtə edirdi. 

Indi isə hər hansı diqtədən söhbət gedə bilməzdi. Qələmi mürəkkəbə batırdı, bir anlıq duruxub 

qaldı.Qarnından ani sancı keçdi. Qələmi kağıza toxundurmaq artıq geriyə heç bir yol qoymamaq 

deməkdi. Uinston kiçik, əyri hərflərlə tarixi yazdı: 

 

4 aprel 1984-cü il 



 

Stulun arxasına söykəndi. Bütün varlığına tam bir köməksizlik hissi hakim kəsilmişdi. İlk 

növbədə, indi həqiqətən də 1984-cü il olub-olmadığını bilmirdi. Hər halda, buna yaxın tarix idi, 

çünki özünün 39 yaşı olduğuna əmindi. Deməli, ya 1944, ya da 1945-ci ildə doğulmuşdu. Amma 

indi bir-iki il yanlışlığa yol vermədən hər hansı tarixi müəyyənləşdirmək müşkülə çevrilmişdi.  

Qəflətən düşündü ki, bu gündəliyi kimin üçün yazır? Gələcək üçün, hələ yer üzündə olmayanlar 

üçün. Bir anlıq fikri kağıza yazdığı, özünə də şübhəli görünən tarixin ətrafında fırlandı. 

Yenidildəki ikifikirlilik məfhumu yadına düşdü. Başlamaq istədiyi işin miqyası ona yalnız indi 

aydın oldu. Gələcəklə necə ünsiyyət qura bilər? Axı, mahiyyət etibarı ilə bu qeyri-mümkündür. 

Ola bilsin, sabah da bu günə oxşayacaq və nəticədə, yazdıqlarına əhəmiyyət verən tapılmayacaq. 

Yaxud da zaman dəyişəcək, çəkdiyi iztirablar gələcək nəsillərə heç bir şey deməyəcək.  

Bir müddət gözlərini səfehcəsinə kağıza zilləyib oturdu. Teleekranın ahəngi dəyişmişdi, indi 

oradan sərt hərbi musiqi səsi gəlirdi. Maraqlıdır, Uinston nəinki fikirlərini ifadə emək 

qabiliyyətini yadırğamışdı, hətta nə yazmaq istədiyini də yaddan çıxarmışdı. Neçə həftə idi ki, 

özünü bu ana hazırlayırdı. Heç ağlına gəlməmişdi ki, burada cəsarətdən başqa da nə isə tələb 

edilir. Sadəcə yazmaq o qədər də çətin iş olmamalı idi. Bütün qayəsi, məramı uzun illərdən bəri 

beynində gəzdirdiyi bitib-tükəmnək bilməyən narahat monoloqu kaqıza köçürmək idi. Amma 

deyəsən imkan yarananda bu monoloq özü yoxa çıxmışdı. Topuğunun yarası dözülməyəcək 

dərəcədə incitsə də, ayağını qaşımağa ürək eləmirdi. Çünki həmişə iltihabla nəticələnirdi. 

Saniyələr keçib gedirdi. Qarşısında açılan səhifənin boşluğundan, topuğundakı yaranın 

göynərtisindən, qulağı deşən musiqidən, cinin gətirdiyi yüngül məstlik havasından başqa heç nə 

barədə düşünə bilmirdi. 

Yazmağa qəflətən, həm də sanki vahimə içərisində başladı. Qələmindən çıxanları özü də çox 

dumanlı anlayırdı. Uşaq xəttinə bənzəyən hərflərin sıralandığı sətirlər gah səhifənin yuxarısına 

qalxır, gah aşağı enirdi. Əvvəlcə baş hərfləri, sonra isə nöqtə-vergülü unudaraq yazırdı: 

4 aprel 1984-cü il. Dünən axşamkı kino. Ancaq müharibə filmləri. Biri çox yaxşı idi haradasa 

Aralıq dənizində içi qaçqınlarla dolu gəmini bombalayırdılar nəhəng, çox kök bir kişinin üzüb 

aradan çıxmaq istəməsini helikopterin isə onu təqib etməsini göstərən kadrlar adamları yamanca 

əyləndirdi əvvəlcə həmin kişinin delfin kimi suda necə batıb-çıxdığını görürdün, sonra onu 

helikopterin nişangahından görürdün sonra o güllələrdən dəlmə-deşik edilmiş halda suyun üzünə 

çıxır ətrafındakı su çəhrayı rəng alır sonra da elə bil bədənindəki güllə deşiklərindən qarnına su 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə