Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə62/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   58   59   60   61   62   63   64   65   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

125 


dənizlərin saysız-hesabsız adalarını xəritələşdirməkdən, bunlara konkistadorların əvəzinə, 

kralların və müqəddəslərin adlarını verməkdən savayı, həm də yerli qəbilələrin elmiylə 

maraqlanaraq, dazlaşma əleyhinə dərman axtardığını eşidəndə, əmr eləmişdi də ki, zorla da olsa, 

onu tapıb gətirsinlər. Fransiskan monaxının qəhvəyi əbasına bürünən, əlindəki şıx-şıxla istirahət 

gününün günorta çağı bazar camaatının arasında gəzən bu tövbəli müqəssiri heç prezidentin özü 

də tanımamışdı. 

Biz onu yenidən görmək ümidini itirmişdik və heç cür inana bilmirdik ki, bir vaxt sahil boyu 

qaliblər kimi hərbi addımlarla addımlayan, qəbul salonunda qırmızı kamzolda, qızıl mahmızda 

gördüyümüz o adam odu; amma onu limuzinə otuzdurmaq əmri veriləndə, mənim generalım, 

göz qırpımında onun izi-tozu da qalmadı – elə bil bu adam yerin içinə girdi – gah deyirdilər, 

guya o, müsəlmançılığı qəbul eləyib, guya Seneqalda peleqra xəstəliyndən vəfat edib və 

dünyanın üç müxtəlif şəhərində, eyni vaxtda, üç qəbirdə dəfn olunub; əslində isə, deyirdilər, o, 

heç basdırılmamışdı da, çünki torpaq, onu heç bir qəbrə buraxmamışdı, demək, o, Qiyamət 

gününə qədər bir qəbirdən o birinə səyahət eləməliydi; Allah ona min cür əyri işlərinə görə bu 

cür cəza verirdi, çünki bu adam fırıldaqçı idi, mənim generalım, pulun özündən də murdar idi; 

lakin general, bu deyilənlərə heç vaxt inanmır, elə hey, pərəstiş elədiyi bu adamın gəlişini 

gözləyirdi; qocalığın lap axır günlərində belə - səhiyyə nazirinin, onun bədənindən gənələri 

maqqaşla qopardığı vaxtlarda da bu həsrətlə yaşayır və naziri inandırmağa çalışırdı ki, bədəninə 

yapışan bu həşərat, gənə deyil, dənizin geriyə qayıtması əlamətidi; özü də o qədər məntiqlə, 

inamla danışırdı ki, nazir öz-özünə fikirləşirdi ki: «O, heç də özünü camaata göstərdiyi kimi 

sadəlövh deyil.» Amma yaman qocalmışdı, hərtərəfli tədqiqatlar göstərirdi ki, damarları tamam 

ölgünləşib, böyrəklərində də o qədər qum var, elə bil çimərliyin bütün qumunu udub, ürəyi isə 

sevgisizlikdən çatlayıb, odu ki, qocaman həkimi, dost münasibətlərindən istifadə edib onun 

üzünə elə belə də demişdi: «Daha vaxtınız çatıb, general! Hakimiyyəti kimə verəcəyinizin 

düşünmək vaxtıdı. Bizi, taleyin ixtiyarına başlı-başına buraxmaq olmaz axı?!..» 

O isə təəccüb içində: «Axı, niyə sizə elə gəlir ki, mən ölməyə hazırlaşıram, əzizim doktor? Bu nə 

cəfəngiyyatdı? Qoy başqaları ölsün, mən hələ tələsmirəm.» - demişdi, sonra zarafatla: srağagün 

axşam özümü televizorda gördüm. Görkəmim həmişəkindən yaxşıdı. Lap korrida öküzü kimi!» - 

Bunu deyib, qəh-qəhə çəkdi, yadına, bir axşam başında yaş dəsmal, burnunu çəkə-çəkə, səssiz 

televizorun qabağında oturub, qətiyyətli ədalarına - Fransadan, Türkiyədən, yaxud İsveçdən 

gələn qəşəng xanımlarla cavansayağı davranmağına baxa-baxa, özü-özünə təəccüblənməyi 

düşdü; bu xanımlardan, heç şeytanın özü də baş açmazdı; onların hamısı, indi onun üçün eyni 

sifətdə idi, bir də ki, o vaxtlardan, bu kadrların çəkildiyi günlərdən o qədər vaxt keçmişdi ki, bu 

qəşəng xanımların arasında həqiqətən olub-olmamasını yadına sala bilmirdi, xatırlaya bilmirdi 

ki, axşam qəbulunda göründüyü bu gözəl mundirdə, əlində içilməmiş şampan qədəhi tutan, 

hakimiyyətə gəlməyinin növbəti ildönümünü - on iki avqust, ya on dörd yanvar qələbə günü, ya 

da on üç mart doğum günü şərəfinə – bu tarixlərdən şeytan da baş açmaz! – keçirilən ziyafətlərdə 

görünən bu adam özüdü, ya yox. Onun hakimiyyəti illərində belə tarixi günlər o qədər idi ki, indi 

– çaş-baş qalıb, hansının nə üçün olduğunu heç cür yadına sala bilmirdi; bu tarixi günləri 

xatırlamaq üçün, bir vaxt səliqəylə büküb cürbəcür dəlmədeşiyə dürtdüyü, zaman keçdikcə, ona 

hər şeyi xatırlamatğa kömək edəcək kağızlar da kara gəlmədi; o, bu kağızlara arxayın olub hər 

şeyi unutmuşdu deyə, təsadüfən əlinə keçəni oxuyurdusa da, heç nə anlamırdı; məsələn, bal 

gizlətdiyi divar mücrülərinin birindən tapdığı vərəqi höccələyə-höccələyə belə oxuyurdu: «Ap-

re-lin yed-di-si dok-tor Mar-kos de Le-on-un do-ğum gü-nü o-na hə-diy-yə ki-mi bir ne-çə ya-

qu-ar gön-dər-mək la-zım-dır». Xətt, sözsüz ki, onunku idi, amma söhbətin kimdən getdiyini, bu 

doktor Markosun kim olduğunu qətiyyən başa düşmürdü və fikirləşirdi ki, insana, öz varlığının 

vəfasızlığından, bədəninin və yaddaşının zəifləməsindən alçaq və eyni zamanda ədalətli cəza 

yoxdu; əslində bunu, Xose İqnasio Saens de la Barranın unudulmaz dövründən xeyli əvvəl - 

hüdudsuz məmləkətinin müxtəlif rayonlarından, kənd və qəsəbələrindən gələn kənd sakinlərinin 

adlarını, familiyalarını, nə vaxtsa bircə-bircə yadında saxladığı, hamısını üzdən tanıdığı halda, 

qəfildən, heç kəsi tanımadığı, kimin kim olduğunu xatırlamadığını hiss etdiyi dövrlər anlamşıdı; 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

126 


iş o yerə gəlib çıxmışdı ki, karetinin pəncərəsindən gördüyü tanış üzlü oğlanı hardan tanıdığını 

heç cür xatırlaya bilmədi, huşsuzluğundan xoflanıb, mühafizəçilərə, oğlanı tutmağı əmr etdi: 

«Onu hardan tanıdığımı yadıma salanacan, qoy otursun». Bu bədbəxt kəndli balası, məhkəmə 

məmurlarının əvvəlcədən müəyyənləşdirib tam uyğunlaşdırdığı sözləri gündən-günə təkrar edə-

edə: düz iyirmi iki il həbsxanada oturdu; oğlan səhər-axşam eyni sözləri təkrar edirdi; adı - 

Braulio Linares Moskotedir, çay donanmasının dənizçisi Markos Linaresin və Delfina 

Moskotenin – yaquar ovlayan itlər yetişdirənlərin, kəbindənkənar oğludur, onların hər ikisi 

Rosale del Virreydə yaşayır, o özü də orda yaşayır və paytaxta, ömründə birinci dəfədi gəlir; 

bura da ona görə gəlib ki, camaatın mart gəzintiləri vaxtı, anasının böyütdüyü küçüklərdən 

ikisini ortaya qoyub satsın; o, paytaxta, kirayəyə götürdüyü eşşəkdə gəldiyini, həmin cümə 

axşamı tutularkən, əynindəki paltardan savayı ayrı paltarlarının olmadığıını, həmin gün bazar 

qəlyanaltıxanasında kətan günlüyün altında oturub ucuzlu qəhvə içdiyini, alverçilərdən, yaquar 

ovçularını – iki cins küçük almaq istəyən bir adam tanıyıb-tanımadıqlarını soruşduğunu, onların 

belə bir adamı tanımadıqlarını söylədiyini, elə bu əsnada vurnuxma və qaçhaqaç düşdüyünü, 

təbillərin vurulduğunu, şeypurların səsləndiyini, göyə rəngbərəng raketlər buraxıldığını, bazarın 

yanındakı adamların: «Gəlir! Gəlir! Əsl kişi gəlir! Budur o!» - deyib çığırdığını təkrarlamaqdan 

yorulmurdu; alverçilərdən isə o soruşmuşdu ki, bu «əsl kişi» kimdi? Ona demişdilər: «Necə yəni 

kimdi? Hakimiyyət başında olan adamdı!» Onda oğlan, küçükləri qutuya basıb, alverçilərdən 

xahiş eləmişdi ki, o qayıdana kimi onlara baxsınlar, özü isə küçəyə qaçıb, kiminsə pəncərəsinə, 

taxçaya dırmaşıb, camaatın başı üstündən, qapısında əjdaha şəkli olan kareti müşayiət eləyən atlı 

dəstəsini, qızılı pullu, parlaq kəkilli atları, karetin pəncərəsindən yellənən ipək əlcəkli əli 

görmüşdü; hökmdarın solğun çöhrəsini, sallaq, təbəssümsüz dodaqlarını, onun hüznlü gözlərini 

görmüşdü və bu gözlər qəfildən minlərlə adamın içindən oğlana zillənmişdi, onu, iynəni dənizin 

içindən tapan kimi, tapmışdı, karetin pəncərəsindən çölə uzanan barmaq, duz ona tuşlanmışdı: 

«Bax bunu, pəncərədəkini – həbs edin onu! Onu harda gördüyümü yadıma salanacan qoy içəridə 

otursun.» Beləliklə də, oğlanı tutdular, hökmdarın, onu harda görə biləcəyini boynuna alması 

üçün qılıncla dərisini soymağa, əzalarını kömürün üstə yandırmağa başladılarsa da, liman 

qalasının divarları arxasındakı dəhşətlər kamerasında verilən işgəncələr, dustağı müqəddəs 

həqiqətdən başqa özgə bir şey deməyə məcbur eləyə bilmədi; o, həqiqəti yorulmadan elə inam və 

əyilməz cəsarətlə təkrarlayırdı ki, axırda general öz səhvini boynuna almağa məcbur oldu və 

etiraf elədi ki, Braulio Linares Moskoteni əvvəllər heç vaxt görməyib. – «Amma indi başqa çıxış 

yolu yoxdu – qoy otursun! Axı, onunla elə pis rəftar ediblər ki, düşmən olmasa da, düşmənə 

çevrilə bilər». Odu ki, bu bədbəxt öz kamerasında çürüyür, general isə yenə öz yaddaşsız 

xatirələriylə elə hey tutqun iqamətgahda gicəllənir, öz-özünə: «Anam mənim, yaxşı günlərimin 

Bendisyon Alvaradosu, mənə kömək elə, mantilyanı kənara çəkib mənə bax ki, üzünü görə 

bilim! Kömək elə mənə, ana. Əgər qocalıq bataqlığına çöküb, nədənsə təsəlli taparaq, qüvvə 

toplamaq üçün heç nəyi xatırlaya bilmirsənsə, bu qəddar, şanlı hadisələrdən, bu qədər 

zəfərlərdən ötrü əzab çəkməyə dəyərdimi?» Həyatının ən acı müsibətləri də, ən şirin anları da, 

əzəmətinin ən şanlı dəqiqələri də – hamısı bir-birinə qarışıb qapqara yaddaşsızlıq dəliyinə 

yuvarlandı. Gizli divar mücrülərinin birindən təsadüfən, onun xətti ilə yazılmış kağız parçası 

tapılmasaydı, o, krallara layiq təntənəylə dəfn edilməsini tapşırdığı doxsan altı yaşlı Fransisko 

Lineronun kim olduğunu heç vaxt yadına sala bilməyəcəkdi; hələ bu bir yana, görmə 

qabilliyətini də itirmişdi deyə, hakimiyyəti kor-koranə idarə eləmək məcburiyyətində qalmışdı; 

üst-üstə taxdığı on bir cüt eynək də ona kömək edə bilmirdisə də, yenə onları taxırdı; o, yazı 

masasının siyirtməsindən, istədiyi eynəyi çıxarıb burnunun üstünə ilişdirirdi və belədə, söhbət 

elədiyi adamı guya yaxşı görən adam təsir bağışlayırdı, əslində isə, müsahiblərinin səsini belə 

eşitmir, qarşısında oturanın kimliyini yalnız hissiyatıyla müəyyən edir, onları bədənsiz ruh kimi 

hiss edirdi; bir sözlə, elə vəziyyətdəydi, adama elə gəlirdi ki, elə indicə canını tapşıracaq; onun 

bu halı, audiyensiyaların birində müdafiə nazirini də yaman qorxutmuşdu; general qəfildən 

asqıranda, müdafiə naziri: «Sağlam olun, general!» - demişdisə də, general yenə asqırmışdı, onda 

nazir ikinci dəfə: «Sağlam olun!» - demişdi, generalınsa asqırağının arası kəsilməmişdi. – 

«…Doqquzuncu dəfə asqıranda, daha heç nə demədim – onun pörtüb köpürmüş sifətindən, yaşla 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə