Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə58/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   54   55   56   57   58   59   60   61   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

117 


Barra isə cib saatının zəif çıqqıltılarına qulaq asırdı, çünki həyatı bu dəqiqə bu çıqqıltılarından 

asılıydı: «Üç saatdan az qalıb, general! Piyada qoşunlarının komandiri, indi Kondedəki 

kazarmalara, hərbi dəniz qüvvələri komandiri, liman qalasına, hava donanması komandiri isə 

San-Xeronimo bazasına yola düşür. Onları hələ ki, ələ keçirmək olar. Komandirlərin ardınca, 

tərəvəz furqonu cildində, milli təhlükəsizlik furqonları düşüb». Generalın əhvalı bu sözdən sonra 

da dəyişmədi; general hiss edirdi ki, Xose İqnasio Saens de la Barranın get-gedə artan bu 

həyəcanı onu, bu adamın, ağır yükə çevrilmiş xidmətindən - onun hakimiyyətpərəstlik yükündən 

də ağır olan xidmətindən azad edir. «Sakit olun, Naço, - o dedi - sakit olun və məni başa salın ki, 

niyə siz, özünüzə gəmi boyda nəhəng bir mülk almırsız? Əgər sizi pul maraqlandırmırsa, onda 

niyə gecə-gündüz uzunqulaq kimi işləyirsiz? Niyə əsgər kimi, kazarmada yaşayırsız, axı, ən 

əxlaqlı qadınlar belə, sizinlə bir yataqda yatmaqdan ötrü sinov gedir. Nədi bu, Naço, siz 

monarxlardan da müqəddəssiz?» Xose İqnasio Saens de la Barra isə boğulurdu, bədənini buz 

kimi soyuq tər basırdı, otağın, kremasiya sobası kimi cəhənnəm alovlu, onun soyuqqanlılıq 

maskasını əridib tərlədirdi. «Saat on birdi, - o dedi – fürsət əldən çıxdı! Bu dəqiqə onlar, bütün 

ölkə boyu qiyam qaldırmaq üçün şərti siqnalları teleqrafla bütün qarnizonlara ötürürlər!» Həmin 

vaxt həqiqətən, qiyamçı generallar, hakimiyyətə gələcək xunta üçün şəkil çəkdirməyə hazırlaşır, 

ordenlərini parad mundirlərinə taxır, generalların yavərləri, bu rəqibsiz döyüşdə onların adından 

son əmrləri verirdilər; döyüş əməliyyatları onunla nəticələndi ki, ordu, rabitə mərkəzi və mühüm 

hökumət binaları üzərində öz nəzarətini bərqərar etdi. Prezidentin otağında isə, əla həzrətləri 

gözünü qırpmağa macal tapmamış, məxmər dərili Lord Köxel, təhlükə duyub, əzələləri titrəyə-

titrəyə, ağzının suyu süzülə-süzülə döşəmədən qalxdı. «Qorxmayın, Naço, - general dedi, - 

yaxşısı budu, başa salın görək, niyə ölümdən bu qədər qorxursuz?» Xose İqnasio Saens de la 

Barra, tərdən islanmış sellüloid boyunluğunu çəkib qopartdısa da, daşa dönmüş bariton 

müğənnisi sifətini dəyişə bilmədi. «Bu, təbiidi, ölümqabağı xof - xoşbəxt həyatdan miras qalan 

közərmiş kömürdü. Bu hiss, sizin üçün əlçatmazdı, odu ki, onu duya bilməzsiz, general!» - o 

dedi və adəti üzrə, kilsə zənginin zərbələrini sayıb ayağa qalxdı: «On iki! Hər şey bitdi! Bu 

dünyada sizə sadiq olan daha heç kəs qalmadı! Mən sonuncuydum, general!» Lakin general, de 

Armas meydanı boyu irəliləyən ağır tankların səsindən titrəyən yerin gurultusunu eşidənəcən, 

kreslosundan tərpənmədi, tankların uğultusu eşidiləndə isə: «Səhviniz var, Naço, mənim xalqım 

var.» - deyib gülümsündü. 

Bu, həqiqətən də beləydi! Onun hələ xalqı vardı… yenilməz qocanın gizli planıyla, sübh 

çağından xeyli əvvəl küçələrə çıxan yoxsul, sədaqətli xalqı; o, dövlət radio və televiziyasıyla 

bütün xalqa - siyasi əqidəsindən asılı olmayaraq, bütün vətənpərvərlərə həyəcanla müraciət edib 

bilirdi ki, şəxsi əmriylə, xalqın suveren iradəsini ifadə edən bütün qoşun dəstələri, rejimin 

qüdrətli ideallarından ruhlanaraq, həmişəki kimi, kütlələrin haqlı qəzəbinə gəlmiş bu qanahəris 

adamın terror maşınını, bu tarixi gecə birdəfəlik darmadağın etmişlər!»; bu adamı xalq özü 

mühakimə edib cəzalandırdı. «Siz, əlləri qana batmış bu cəlladın, əcnəbi səfirliklərin heç birində 

gizlənə bilməməsi, siyasi sığınacaq istəməməsi üçün, uzaqgörənlik edib bizə, səfirliklər olan 

rayonu mühasirəyə almaq əmrini verəndə, mənim generalım, Xose İqnasio Saens de la Barra, 

sizin bir vaxt dediyniz kimi, de Armas meydandakı fənərdən - cinsi orqanı ağzında, ayaqlarından 

başıaşağı asıldı. Asılmamışdan qabaq camaat onu daşa basdı, amma bundan əvvəl biz, dörd 

mülki adamın içalatını yeyib-tökən, dörd əsgəri ölümcül dişləyən yırtıcı köpəyi güllələyib, 

aşsüzənə döndərməli olduq; bütün bunlar, bu yaramaz cəlladın iqamətgahına hücum zamanı baş 

verdi. Camaat onun pəncərələrindən, iki yüzdən çox, etiketli zərxaralı, təptəzə jilet, geyilməmiş 

üç min italyan ayaqqabısı… üç min, mənim generalım, dövlətin pulunu gör bir, bu nəyə 

xərcləyirmiş!.. Allah bilir, nə qədər qardeniya qutusu, axı onun ilgəklərində həmişə təzə 

qardeniya olurdu… və Bruknerin bütün vallarını bayıra tulladı. Sonra adamlar, zirzəmiləri açıb 

dustaqları çölə buraxdılar, «Generala eşq olsun, yaşasın əsl kişi! Yaşasın həqiqəti üzə çıxaran!» - 

deyə hamı qışqıra-qışqıra, keçmiş holland dəlixanasının işgəncə kameralarını yandırdılar… axı, 

hamı elə bilirdi ki, siz heç nə bilmirdiz, mənim generalım, ürəyiyumşaqlığınızdan, təhlükəsizlik 

xidmətinin xəbis cəlladları istifadə ediblər. Üsyan vaxtı onları, siçovulları tutan kimi tutduq, 

mənim generalım, sizin köməyinizlə tutduq, çünki, təhlükəsizlik xidmətinin uzun sürən 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

118 


hökmranlığı zamanı, camaatın üst-üstə yığılan nifrətini üzə çıxarmaq üçün, onların hər hansı 

müdafiə və mühafizədən məhrum olunması əmrini də siz verdiniz, mənim generalım.» 

O, xalqın bütün hərəkətlərini bəyəndi – «Razıyam!» - Ona minnətdarlıq edən camaatın istiqlal 

nəğmələrindən, şadyanalıqla çalınan zəng səslərindən və sevincək hay-küylərdən kövrəldi; de 

Armas meydanına toplaşan adamların əllərində iri transparantlar vardı; «İlahi, bizi terror 

zülmətindən qurtaran dahilər dahisini hifz et!» Zəng sədaları və camaatın uğultusu ona, 

çoxdankı, xoş xatirələri xatırlatdı. Bu, həmin o gözəl illərin efemer əks-sədası idi; o, bu səslərə, 

uğultuya qulaq asa-asa, hakimiyyət daxilində yaranan katorqa zəncirlərini qırmaqda ona kömək 

etmiş zabit kadrlarını öz patiosuna yığdı, barmağının bircə işarəsiylə, gücdən düşmüş rejiminin 

son ali komandanlığını bu zabitlərdən təşkil etdi. Onlar, Letisiya Nasarenonun və uşağının 

qatillərini – siyasi sığınacaq almağa çalışarkən, əcnəbi səfirliklərin qapılarındaca, alt paltarında 

tutulan generalları əvəz etdilər. İndi o, onların heç birini xatırlamırdı, adlarını da unutmuşdu; ən 

əsası isə o idi ki, ölənəcən ürəyində saxlamaq istədiyi qəzəbin közünü axtararkən, alçaq 

xudbinliyinin külündən savayı heç nə tapa bilmədi. Bu külü üfürüb alovlandırmağa dəyməzdi: 

«Qoy rədd olsunlar!» - deyə əmr verdi. Qatil generalları gəmiyə mindirdilər və gəmi elə bir yerə 

yön aldı ki, orda onlar heç kimə lazım deyildilər, orda bu bədbəxt qurumsaqlar heç kəsin yadına 

belə düşməyəcəkdilər. O, yeni hökumətin ilk iclasını – yeni əsrin yeni nəslinin bütün bu say-

seçmə nümunələrinin, əvvəlki tozlu sürtuklu, süst mülki nazirlərindən ibarət olduğunu həmin 

dəqiqə hiss edərək, bu yenilərin, əvvəlkilərindən daha şöhrəstpərəst, daha qorxaq və yaltaq, daha 

faydasız və yararsız oldğunu anlayaraq, ciddi məsuliyyət hissi ilə aparırdı. Matəm içində olan 

ölkənin xarici borcları, satılası hər bir şeyin dəyərinin qiymətini ötüb keçmişdi. «Sonunucu qatar, 

arandan keçən dəmir yolundan uçuruma, səhləb çiçəklərinin arasına yuvarlanıb, mənim 

generalım, indi onun yumşaq oturacaqlarında bəbirlər mürgüləyir. Nuh əyyamından qalma 

təkərli gəminin sınıqları, çəltik zəmilərinə dağılıb. Məktublar, gəminin apardığı poçt kisələrində 

çürüyüb. Bir cüt Steller inəyi* prezident kayutunun güzgüləri arasında məzələnməkdədi. Sizinsə 

bundan xəbəriniz yoxdu, mənim generalım! Əlbəttə, qanun çərçivəsində Tərəqqiyə inanmaq, 

sizinçün cəmi bir nüsxə tirajla çap olunan bu qəzetdə, sizi cazibə və həzz dünyasına – bu adi, 

zəhlətökən siestadan fərqli aləmə aparan sərfəli xəbərlər, xoşunuza gələn foto şəkillər, reklam və 

elanlar da dərc olunub!» 

«Mən, heç nəyə inanmayan bu gözlərimlə, nazirlik binalarının möhtəşəm parıltısı arxasında, 

həmin limanın - təpələr boyu sıralanan alabəzək, zənci komalarının gizləndiyini, dənizin sahilə 

çıxaraq, bulvar boyu əkilmiş palma və eyvanları bir-birinə oxşayan, klassik üslublu, yalançı 

mülkləri, saysız-hesabsız qasırğalarla dağıdıb tökdüyü xaraba məhəllələri görməsəydim, 

prezident vaqonunun pəncərəsindən gördüyüm dünyanı mənə, anam Bendisyon Alvaradonun 

bir-birinə oxşayan boz quşcuğazlarını rənglədiyi akvarel boyaları kimi bu cür alabəzək 

göstərməkçün, dəmir yolunun hər iki tərəfi boyu uzanan gül-çiçəklərin doğruçu olduğuna inana 

bilməzdim!» Yeni əyanları, bir vaxt general Rodriqo de Aqiların elədiyi kimi ona yarınmaq 

məqsədilə, yaxud Letisiya Nasareno kimi, sevgidən çox, rəhmdillikdən, yaxud onu artıq 

narahatçılıqdan qurtarmaq, əslində isə sonradan onu öz hakimiyyətinin quluna çevirmək 

məqsədilə aldatmırdılar; hər şey, illüziya və yalan idi, hətta məktəbli qızların xoru, onların yaşıl 

ağaca qonan çopur quşcuğaz haqqında oxuduqları mahnı da saxtaydı; bir sözlə, doğruçu olan bir 

şey yox idi. Bu, həyat deyil, Allah bilir nədi! O, dövlətin çiçəklənməsi naminə, ölkənin, kinə və 

başqa dərmanlar istehsal edən müəssisələrinin bərpası haqda dekret imzaladı və bütün yalanları 

unutmağa, reallıqla barışmağa çalışdı, reallıq isə onun gözləmədiyi süprizlərlə dolu idi; dünyanın 

bu qədər dəyişdiyi, həyatda ona tabe olmayan nəyinsə olduğu ağlına belə gəlməzdi. «Sənayemizi 

necə dirçəldək, mənim generalım, axı, yalnız sizin, səmərəsiz yerə dağıdılan saysız-hesabsız, 

şəxsi sərvətlərinizdən savayı nə kinə ağacımız, nə kakaomuz, nə indiqomuz, nə də ayrı bir 

şeyimiz qalmayıb! O bu məqamda da özünü itirmədi, qoca səfir Rauksberiyə kəskin mətnli bir 

məktub göndərdi ki, bəlkə səfir, domino oyunu ərəfəsində, xilas üçün, heç olmasa, bir şey tapa; 

səfir də ona, elə onun üslubunda cavab verdi: «Heç nə eləyə bilməyəcəksiz, zat aliləri! Dənizi 

çıxmaqla, bu ölkə qara qəpiyə də dəyməz. Dəniziniz o qədər şəffaf və iştah açandı ki, bütün 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə