Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə59/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   55   56   57   58   59   60   61   62   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

119 


dünyanı doyura biləcək xərçəng şorbası bişirmək üçün bircə, altını odlamamaq qalır. Bax belə, 

zat aliləri, odu ki, fikirləşin, borclarınızın əvəzinə, dənizi qəbul etməyə hazırıq, yoxsa 

borclarınızı, sizin kimi, zat aliləri, işgüzar qəhərəmanların heç yüz nəsli də ödəyə bilməyəcək!» 

O, Rauksberinin təklifini ciddi qəbul etmədi, onu pilləkənəcən ötürə-ötürə, öz-özünə: «Anam, 

Bendisyon Alvarado, bax bir gör, bu qrinqolar necə vəhşidilər! – deyə fikirləşdi. – Bunların 

beynində bircə şey var, necə olursa-olsun, dənizi həzm-rabedən keçirtmək.» O, qonaqla adəti 

üzrə, onun çiynini şappıldada-şappıldada ayrıldı, yenə tək-tənha xəyallar dumanına qərq oldu, 

xəyalən yaylaqların dumanlıqlarına üz qoydu, azmış adamlar kimi, dörd bir yanı bomboş sarayda 

dolaşdı; camaat isə artıq de Armas meydanını boşaltmışdı, standart plakatları özləriylə aparmış, 

hökumətin verdiyi trafaret şüarları gizləmişdi ki, bir də belə bir hadisəyə bənzər nə isə baş 

verəndə, istifadə etsinlər. Camaat, əsgərlər çəpiklərə ara veriləndə, payladıqları pulsuz yemək-

içmək bitən kimi çıxıb getdi; indi, təkcə de Armas meydanı yox, onun, hər bir kəsin, istədiyi vaxt 

içəri girə bilməsi üçün qapıları açıq qoymağı əmr etməsinə baxmayaraq, sarayın özü də bom-boş 

idi; bir vaxtlarsa, bura hamının eviydi, daha indiki kimi dəfn kontoruna oxşamırdı. Bir də ki, lap 

elə də tək deyildi; cüzamlı xəstələri, ifliclər, korlar – bir sözlə, uzun illərini iqamətgahın divarları 

dibində yola salanlar – Yerusəlim darvazalarının önündə, günün altında qaralan Demetrio 

Aldousun, bu çarəsiz xəstələrin bura qayıtdığını sanki gözləriylə gördüyü kimi geri 

qayıtmışdılar; onlar bilirdilər ki, taleyin bütun zərbələrini dadan, ən sərt ehtiraslara əyilməyən, 

unutqanlığın ən məkrli tələlərindən, ölməz olduğuna görə yaxasını qurtaran bu adamın əlindən 

şəfa duzu istəyəcəklər. Hə, Demetrio Aldousun təsəvvürünə gətirdikləri düz çıxdı; səhər 

sağımından sonra fermadan qayıdarkən, general, bütün bu məsləkdaşlarını yenidən gördü; onlar 

kərpiclərdən ocağabənzər nə isə düzəldərək, konserv qablarında özlərinə zir-zibildən nahar 

hazırlayırdılar; bütün patio onlarla doluydu; yara-xoralılar, yaralarının şirəsindən üzülüb cırılan 

həsirlərini ətirli qızılgül kollarının altına sərib, əlləri qoyunlarında uzanmışdılar; onlara yemək 

hazırlamaqdan ötrü əməlli-başlı ocaq çatmağı tapşırdı, təzə həsirlər aldı; xəstələrin iqamətgaha 

daxil oması üçün pationun içəri hissəsində palma yarpaqlarından talvar hazırlamağı tapşırdı; 

amma xeyri yox idi, yenə elə bir gün olmurdu ki, gah bu cüzamlını, gah o birini, İran xalçalarının 

üstündən durquzmasınlar, ya hansısa kor, sarayın içində azıb qalmasın, ifliclərdən biri, 

pilləkənlərdən yumalanıb ölümcül əzilməsin; o, cüzamlıların, içəri girərkən, divarlara söykənə-

söykənə, öz irin və qan ləkələrini ora-bura yaxmaması üçün qapıları bağlamağı əmr etdi; saray 

əyyaşlarının, karbol turşusu iyi verməsini qadağan etməsinə baxmayaraq, sanitar xidməti binaya, 

həmin o turşudan səpdi; xidmətçilər, cüzamlıları, korları və iflicləri, bir ucdan hey qovur, onlar 

isə elə hey iqamətgaha, saray otaqlarına soxulurdular; görünür, onları bura yenə, artıq heç kimin 

heç nə umub gözləmədiyi köməksiz qocanın ecazkar sovqatlarıyla şəfa tapacaqlarına olan 

yenilməz, qədim, vəhşi bir inam sürükləyirdi. Qoca, yuxulu adamalarsayağı, öz xatirələr 

bataqlığında veyillənir, hara gəldi dürtdüyü yaddaş kağızlarının köməyilə, haraya gedəcəyini əl 

havasına tapır, tor yelləncəyində keçirdiyi saatlarda, yeni səfir Fişerdən yaxasını necə qurtarmaq 

barədə düşünürdü; səfir, ölkədə sarı qızdırma epidemiyasının başlandığının elan edilməsini tələb 

edirdi; səfirin təkidi, əslində – öz ölkəsinin gəmiləriylə, buranın ərazisinə dəniz piyadalarının 

yeridilməs üçün bir bahanə idi; qarşılıqlı yardım müqaviləsinə görə, dəniz piyadaları qeyri-

müəyyən müddətə - can verən ölkəmizə yeni nəfəs gələnəcən burada qalmalıydılar. O, nə 

edəcəyini götür-qoy edir, yadına, rejimin ilk illərini salır və xatırlayırdı ki, o vaxt o epidemiyaya 

əsaslanaraq, öz üzərinə bütün fövqəladə səlahiyyətləri götürmüşdü, xalq kütlələrinin 

təlatümündən yaranan ciddi təhlükəyə cavab olaraq, hərbi qanunları tətbiq etmişdi. Lakin onda o, 

ölkədə sarı qızdırma yox, taun olduğunu elan etmiş, mayakın üstündə sarı bayraq qaldırılmış, 

liman bağlanmış, istirahət günləri ləğv edilmiş, ölənlər üçün elliklə göz yaşı tökmək, dəfn 

zamanı hüznlü marşlar səsləndirmək qadağan edilmişdi; prezidentin fövqəladə tapşırıqlarının 

icrasını təmin eləməyə cəlb olunmuş silahlı qüvvələr, yoluxmuş adamlarla istədiklərini etmək 

hüququ qazanmışdılar; qollarında sanitar sarğısı olan əsgərlər, müxtəlif mövqeli adamları kütləvi 

şəkildə qətlə yetirir, rejimdən narazılıqda şübhələndikləri sakinlərin mənzillərinin qapılarına 

qırmızı dairələr cızır, cinayətkarların, kişisifət lesbiyankaların və narkomanların alınlarını, mal-

qaranı nişanlayan tək, işarələyir; səfir Mitçelin təkidiylə gələn sanitar missiyası, prezident sarayı 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

120 


sakinlərini tauna yoluxmaqdan xilas etməklə məşğul olurdu; missiyanın üzvləri, döşəmənin zir-

zibilini analiz adıyla yığıb, onu lupayla tədqiq edir, su qablarına dezinfeksiya həbləri atır, 

laboratoriya heyvanlarına, hansısa ürəkbulandırıcı horra yedizdirirdilər, generalsa, gülməkdən 

uğunub, tərcüməçiylə onlara: «Axmaqlıq eləməyin, canablar, burda sizdən başqa xəstə-filan 

yoxdu!» - deyirdi. Onlarsa: «Yox-yox, var, zat aliləri! Yuxarıdan əmr almışıq ki, var. Əmr 

almışıq ki, olmalıdır!» - deyirdilər. Onlar, nə isə yaşıl rəngli, balaoxşar, müalicəvi məhlul 

hazırlayıb bu zəhrimardan, bir ucdan, sarayın bütün sakinlərinin – üzlərinə belə baxmadan, 

hamının – ən arıqların və ən adlı-sanlıların bədənlərinə yaxırdılar; prezidentin qəbuluna gələnlər, 

hamılıqla müəyyən məsafəyə riayət etməliydilər; o, salonun elə bir küncündə otururdu ki, qəbula 

gələnlərin bura nəfəsi yox, ancaq səsləri çatırdı; o, burda, yüksək rütbəli çılpaq adamlarla işgüzar 

məsələləri ucadan qışqıra-qışqıra müzakirə edirdi; kandarda dayanan adamlarsa bir əllərini ona 

uzadıb: «Zat aliləri» - deyir, o biri əlləriylə iyrənc maz yaxılmış sallaq üzvlərini örtməyə 

çalışırdılar; bütün bunlar – yuxusuzluqdan əziyyət çəkdiyindən uydurduğu yoluxucu xəstəlik 

fəlakətinin gedişini, bütün xırdalıqlarına qədər işləyib quran, camaatın canına vəlvələ salan 

şayiələr buraxdıra-buraxdıra, «camaat az anladıqca, çox qorxacaq» əqidəsinə əsaslanaraq, onları, 

öz axır-zaman peyğəmbərliyinə inanmağa məcbur edən bu adamı xəstəlikdən qorumaqçun idi. 

Odu ki, qorxudan rəngi, meyit rəngi alan yavərlərindən biri ona: «Mənim generalım, əhali 

arasında taundan ölənlərin sayı yaman çoxdu.» - deyə məlumat verəndə, onun qaşının ucu belə 

tərpənmədi. Prezident karetinin tutqun şüşələrindən, bomboş, adamsız küçələri, onun əmriylə 

dayanıb-dondurulmuş zaman deyilən mənzərəni, ölü kimi sallanan bayraqları gördü; qırmızı 

dairəylə nişanlanmış evlərin qapıları möhkəm mıxlanmışdı; evlərin pəncərələrinə qonmuş tox 

quzğunları, bir də həlak olanları, həlak olanları və yenə həlak olanları gördü... Dörd bir tərəf, 

adam cəsədləri ilə dolu idi, o qədər cəsəd vardı ki, saymaqla qurtarmazdı; meyitlər, üfunətli 

bataqlıqlarda da gözə dəyirdi, günəşin şüası düşən səkilərdə bir-birinin üstünə qalanmış meyitlər, 

bazarın tən ortasında, tərəvəzin arasındaca çürüyürdü; meyitlərin sayı heç kimə məlum deyildi, 

hər halda, onun, güman olunan düşmənlərinin sayından çox idi, onun görmək istədiyindən xeyli 

çox idi; bir çoxunu, gəbərmiş köpək kimi zibil yeşiklərinə tullamışdılar; o, qoturluq qoxusunu – 

əsl taun qoxusunu, çürüyən meyitlərin üfunətindən, küçələrin həmişəki, başgicəlləndirən üfunəti 

içindən yaxşı duyurdusa da, yenə özünü, hadisələrin mütləq sahibi, sahibi-mütləq hiss edənəcən, 

bu dəhşətli fəlakəti dayandırmağı, bütün bunlara son qoymağı tələb edən yalvarışları eşitmirdi, 

geriyə çəkilmirdi və yalnız bu qanlı qırğını dayandırmağa, nə bəndənin, nə də Allahın qüdrəti 

çatmadığı bilinəndə, küçələrdə naməlum karet göründü: bunun, buz kimi qorxunc hakimiyyət 

kareti olmasına əvvəlcə heç kəs fikir vermədi; içərisi, qara, matəm məxmərli karetin 

pəncərəsindən donuq gözlər, nazik, əsəbi dodaqlar, bir də evlərin qapılarına bir çimdik duz atan 

ağ əlcəkli əl görünürdü; biz, qardeniya cəngəlliklərinin arasıyla, bəbirləri hzürküdə-hürküdə 

şütüyən, sanki dırnağı üstə ucqar dağ kəndlərinə dırmanan, milli bayraq rəngli qatarı gördük; 

vaqonun pərdəsi arxasından görünən tutqun gözləri, yaslı çöhrəni, artıq heç bir həyat əlaməti 

olmayan əli gördük; qramafonun şux mazurkalar yağdıra-yağdıra qumsal dayazlıqların, meşəni 

böyrü üstə yıxan bahar selinin qırıb tökdüyü ağac yığnaqları arasıyla güc-bəlayla irəliləyən, Nuh 

əyyamından qalma, təkərli paraxodu gördük; prezident kayutunun pəncərəsindən biz, qürub 

günəşi kimi sönmüş gözləri, solğun dodaqları, susuzluqdan inildəyən kəndlərə bir çimdik şəfa 

duzu səpən bu əlin, ancaq bir barmağanı gördük; bu düzü dadanlar, yaxud, duzlu yeri yalayanlar, 

dərhal sağalır, min bir xəstəlikdən, gözdəymədən, bir sözlə, bütün dərd-bəladan uzaq olurdular. 

İndi - axır günlərinin yaxınlaşdığı bir vaxtda o, yenə, həmin işlənmiş, köhnə, saxta bəhanələrlə 

ölkənin yenidən işğalına razılıq vermək təkliflərinə təəccüblənmədi, amma: «Qoyun, dəniz 

piyadaları qayıtsın, general, qoy onlar, insan ömrünü yüz iləcən uzadan, ağ binalı xəstəxanaların 

önündəki yaşıl çəmənliklərə pestisid səpən fəvvarəli maşınlarla gəlsinlər. Qoyun, gəlib, nə 

istəyirlər götürsünlər!» - deyən sarsaq nazirlərin gətirdiyi dəlil-sübutları rədd etdi; səfir Mak-

Kuin onun düz gözünün içinə: «Bundan sonrakı mübahisələrin xeyri yoxdu, zat aliləri, sizin 

rejim - vədlər, nifrət, hətta terror üzərində də yox, köhnəlmiş ətalət üzərində dayanıb və gündən-

günə, qarşısıalınmaz bir şəkildə dağılır, zat-aliləri, yaxşısı budu, küçələrə çıxıb, həqiqətin gözünə 

baxasız, bu, sizin sonuncu döngədəsiniz – ya dəniz piyadaları gəlməlidi, ya da biz, dənizi 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə