Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə57/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   53   54   55   56   57   58   59   60   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

115 


vətənpərvəri seyr edibmiş; bu məsələdən sonra qoca bir azca sakitləşmişdi, amma bu sakitlik çox 

az çəkdi; kəsilmiş başlarla dolu kisələr, bir ucdan saraya daxil olmaqda idi; - kisələr o qədər 

çoxalmışdı ki, daha Xose İqnasio Saens de la Barranın, bu qədər insan qanını, heç bir şəxsi 

məqsəd güdmədən, tökdüyünə inanmaq mümkün deyildi; qoşun komandirlərinin, öz miskin 

gücsüzlükləriylə belə asanlıqla barışmaları, məvaciblərinin qadırılmasını belə istəməmələri, ona 

lap məntiqsiz gəlirdə; hərbçilərin müəmmalı itaətkarlığının, üsyan etməmələrinin, bu cür azğın 

hərəkətlər edən bu adamın aradan götürülməsini tələb etməmələrinin əsl səbəbini öyrənmək 

üçün, hərbçilərin vəziyyətiylə daha yaxından tanış olamq qərarına gəldi; bir dəfə ən uzaqgörən, 

cəsur hərbçidən soruşdu ki, silahlı qüvvələrin ləyaqətini tapdalayan bu qaniçən lotunun başını 

bədənindən ayırmaq vaxtı hələ çatmayıbmı? Cavab onu təəccübləndirdi: «Ah, yox, mənim 

generalım, bir az şişirdirsiniz.» O vaxtdan bəri o, hər dəfə ona, lotereyalarla bağlı bədbəxt 

uşaqların taleyini xatırladan, bu ölüm qoxulu «qanun çərçivəsində Tərəqqi» adlı bic qurğuda, 

kimin kim tərəfində olduğunu, kimin kimə zidd olmasını heç cür ayırd edə bilmirdi; Xose 

İqnasio Saens de la Barra da ayıq-sayıq idi: hökmdarının qızğın həyəcanlarını təlimçi bacarığıyla 

yatırdırdı: «Rahat yatın, mənim generalım, dünya sizindi!» - deyə Saens tez-tez təkrarlaya-

təkrarlaya generalı yenə inandırırdı ki, ona və yalnız ona məxsus olan bu dünyada hər şey çox 

sadə və aydındı və bu aydınlığı dəyişməyə dəyməz; odu ki, həyat öz axarıyla gedirdi; o, həmin 

qəbiristanlıq zülmətli kimsəsiz evində – möhtəşəm prezident sərdabəsinin qaranlıq dəhlizlərində 

vurnuxur, tez-tez bu vurnuxmadan bezir və ümidsizliklə özü-özünə: «Lənət şeytana, axı mən 

kiməm – insanam, yoxsa insanın güzgüdəki əksi? Əgər səhərin bu vədəsi, saat on birdə ətrafda 

ins-cins yoxdusa, onda mən kiməm? Bu kimsəsiz saray səhrasında Allahın dilsiz-ağızsız toyuğu 

belə yoxdu…» - deyə fikirləşir, sonra öz-özüylə danışa-danışa, şirin xatirələri – sübhün ala-

toranlığından, yemək artıqları üstə itlərlə əlbəyaxa savaşan cüzamlı və iflic xəstələrin hay-küyü 

eşidilən dövrləri, camaatın, pilləkənlərə tökülüb-qalmış inək təzəklərinin üstüylə sürüşdüyü, 

uzaq-uzaq yerlərdən tökülüşüb gələn, kişili-qadınlı, saysız-hesabsız adamın, qarşısında diz 

çöküb, yaralarını sağaltmağı, uşaqlarını xaçlamağı, yaxud qarın ağrısından qurtarmağı xahiş 

edib, yalvaran günləri yadına saldı: «Əlinizi verin, mənim generalım, ürəyimə sakitlik gətirin – 

köksümə dolmuh bu qorxunc zəlzələni yalnız siz yatıra bilərsiz!» «Bir dənizə baxın, mənim 

generalım, qasırğalar təkcə sizin qarşınızda ram olur! Səmaya fikir verin, buludların pərdəsini 

yalnız siz yırta bilərsiz! Yerə diqqət edin, vəba, yalnız sizdən qorxur!» – deyirdilər. Hüzuruna 

can atan minlərlə adam, onun hər şeyə qadir olduğuna, küləyi belə, öz iradəsinə tabe etmək 

qabiliyyətinə, bütün Yer üzündə qayda-qanun yaradmaq qabiliyyətinə, lazım gələrsə, lap Allahın 

özüylə də baş-başa gələ bilmək qabiliyyətinə malik olduğuna qəti əmin idilər; o özü də yavaş-

yavaş bu mövhumatçı inama qapılır, camaatın istəyini yerinə yetirə-yetirə, hər kəsə, imkan 

daxilində, onun istədiyini verir, ona təklif olunanları qəbul edirdi; çünki ona bu boyda 

fədakarlıqla inananları, onun əsl və uydurma əzəmətini tərənnüm edənləri, azca da olsa, 

sevindirməyə bilməzdi; amma indi bir kəs ondan, nə isə istəmirdi, heç adicə: «Sabahınız xeyir, 

mənim generalım! Necə yatmısız?» - deyən də yox idi. Pəncərə şüşələrini çilik-çilik edə-edə, 

ordunun canına vəlvələ salsa da, onu, hələ ki, sağ olduğuna inandıran gecə partlayışları da yox 

idi… sarayın, gecələr onu yatmağa qoymayan bu ölü sakitliyindən, o partlayışlar yaxşıydı; indi 

o, guya hakim-mütləq idi, amma divardakı kölgəsindən də gücsüzüydü; verdiyi, yaxud verməyə 

hazırlaşdığı bütün əmrlər, o, hələ ağzını açmağa macal tapmamış yerinə yetirilirdi; ağlına yenicə 

gələn gizli arzuları, artıq kiminsə tərəfindən icra olunurdu; siesta saatlarında adəti üzrə tor 

yelləncəyində uzana-uzana, oxuduğu rəsmi qəzetlər də bu barədə yazırdı. Yekə-yekə hərflər, 

onun hər addımı, havanı necə udması, bütün niyyətləri barədə bar-bar bağırırdı; şəkillərdə, onun 

tikdirmək niyyətində olduğu, lakin bu barədə əmr verməyi unutduğu körpü, uşaqlara, yalnız küçə 

süpürmək qaydaları öyrədilən məktəb və nəhayət, onun özünə də məlum olmayan nəyinsə 

təntənəli açılışında, sağmal inəyin və çörək ağacının yanında, ordenli, bərbəzəkli formasında lent 

kəsdiyi məqam həkk olunmuşdu; o, heç cür rahat olmur, iri, ağır ayaqlarını, kimsəsiz, boş otaqlar 

boyu qoca fil kimi sürüyə-sürüyə yeriyir, elə hey nəyi isə axtarır, nəyisə itirmək qorxusu 

canından əl çəkmirdi; otaqları gəzdikcə isə belə məlum olurdu ki, yenə kimsə quş qəfəslərinin 

üstünə tünd örtük çəkib; fermadakı inəkləri sayıb, bütün pəncərələrdən görünən dənizə baxdı: hər 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

116 


şey yerində və salamat idi deyə, çırağı əlinə alıb yataq otağına getdi, bir dəfə isə, dəhlizdə 

gəzişərkən, qəfildən prezident qvardiyasının qarovul otağında qulağına öz səsi gəldi; oğrun-

oğrun ora boylananda, tüstüdən dumana bürünmüş otaqda, televizor ekranının tutqun işığı altında 

mürgüləyən bir qrup zabiti gördü; ekrandakı o özüydü, indikindən bir az arıq, səliqəli geyimdə: 

«Hər halda, bu mən idim, ana!» 

Dövlət gerbinin qarşısında, üstündə üç cüt qızıl çərçivəli gözlük olan masa arxasında falçı 

arvadın dediyi – ölməli olduğu kabinetində oturmuşdu; əslində, heç vaxt dilinə gətirə bilmədiyi 

çətin elmi terminlərlə danışaraq, dövlət işlərinin analiziylə bağlı çıxış edirdi; bu mənzərə onu, bir 

vaxt gül-çiçək içində itib-batan meyitinin tamaşasına baxdığı andan daha çox həyəcanlandırdı: 

«Bu diri adam özüm idim, ana, utandığımdan, camaatın üzünə çıxa bilməyən, xalqın qarşısında 

çıxış etməkdən xoflanan adam, indi öz səsiylə danışırdı!.. Bu doğurçu, adi insan mən idim, ana! 

Bu möcüzənin nə demək olduğunu ha götür-qoy elədimsə də, bir şey anlamadım, yerimdəcə 

donub qaldım!» Həmin bu televizya verilişi, generalda böyük qəzəb partlayışı, rejimin sonsuz 

illəri ərzində yeganə narazılıq partlayışı oyatdı; Xose İqnasio Saens de la Barra, onun hüzurunda 

özünü soyuqqanlı aparırdı: «Şişirtməyə dəyməz, general - Xose İqnasio şirin səsiylə deyirdi - bu 

qanunsız yollara, qanun çərçivəsində tərəqqi adlı gəmimizi qəzadan qurtarmaq naminə əl atmalı 

olduq. Bu, ilahidən gələn buyruq idi, general, onun köməyilə də xalqın, canlı insanın 

hakimiyyətinə, sizin varlığınıza olan şübhələrini azalda bildik, general! Camaat bilməlidi ki, hər 

ayın son çərşənbəsi, siz hökumətin fəaliyyəti barədə məruzə edirsiz. Onlar bunu, dövlətin radio-

televiziyasıyla eşidib-görməlidirlər. Axı, bu sayaq məruzələr ümumi qəm-qüssəni aradan 

qaldırır?!.. «Məsuliyyəti öz üzərimə götürürəm, general! Mikrafonlu günəbaxana oxşayan bu 

vazı bura mən qoymuşam. Bütün dedikləriniz, cümə günləri sizdən soruşduğum sualların 

cavabları bu mikrafonla yazılırdı. Verdiyiniz sadəlöhv cavabların, hər ay millətə olan 

müraciətlərinizin bir hissəsini təşkil etdiyi heç ağlınıza belə gəlmirdi! Amma onu da deyim ki, 

sizin əvəzinizə, özgəsinin şəkli istifadə olunan kadrlarda, demədiyiniz sözlərdən istifadə 

olunmayıb. Buna özünüz də əmin ola bilərsiz: bu da kino-lentləri və qrammofon yazısı olan 

vallar!» Xose İqnasio Saens de la Barra, kino lentlərini və valları, bir də gördüyü işlərin siyahısı 

yazılmış vərəqi stolun üstünə qoydu: «General, bu vərəqi elə yanınızda imzalayıram ki, taleyimi 

istədiyiniz kimi həll edəsiz!» O, gözlərini heyrətlə Xose İqnasio Saens de la Barraya zillədi və 

birdən-birə anladı ki, Xose İqnasio onun yanına, ilk dəfədi ki, köpəksiz, silahsız, ölü kimi solğun 

sifətdə gəlib… ah çəkib: «Yaxşı, Naço, vəzifənizi icra edin.» - dedi və həmişəkindən bir az da 

qoca, hədsiz yorğun vəziyyətdə, yumşaq kreslosuna yayxanıb, şəkillərdəki qəhərəmanın satqın 

gözlərinə baxmağa başladı; qoca qəmli və tutqun idi, sifətində, müəmmalı niyyətlərinin əbədi 

ifadəsi donub qalmışdı; həmin bu daşlaşmış ifadəni, Xose İqnasio Saens de la Barra iki həftə 

sonra - öz dobermanını zorla sürüyə-sürüyə, onun kabinetinə, təqdimatsız-filansız girəndə gördü: 

«Mühüm xəbər var, əla həzrətləri! Silahlı üsyan hazırlanır! Bunun qabağını ancaq siz ala 

bilərsiz!» 

General axır ki, uzun illərdən bəri bu divar kimi yarılmaz adamın, cadügar qəlbi kimi, sirli 

qəlbində aradığı kiçik çatı gördü: «Anam mənim, Bendisyon Alvarado… bu bədbəxt-qurumsaq 

qorxusundan ölür ki!» - deyə ürəyində fikirləşdisə də, içindəkini biruzə vermədən, Saens de la 

Barranı nəvazişlə qarşıladı və: «Narahat olmayın, Naço, vaxtımız çoxdu hələ, bizə, bu 

qarmaqarışıq xəbərlərin içindən, əsl həqiqəti tapmağa mane olan yoxdu!» - dedi. Bunu eşidən 

Saens de la Barra, cib saatına baxıb: «Yeddiyə az qalıb, general! Bu dəqiqə qoşun komandirləri 

öz evlərində, arvad-uşaqlarıyla şam yeməyini başa vururlar, şam yeməyini evdə yeyirlər ki, 

evdəkilər də heç nədən şübhələnməsin; onlar evlərinin arxa qapısından, adi geyimdə, 

mühafizəçisiz-filansız çıxıb, onları qapılarının ağzında gözləyən xidməti avtomobilə minəcəklər; 

bu maşınları onlar, onları izləyəcək adamlarımızı çaşdırmaq üçün, teleyfonla çağırtdırıblar. 

Onların sürücüləri bizim adamlardı, general, amma bu, onların ağıllarına da gəlmir!» «Aha! – 

general gülümsədi. – Belə həyəcanlanmaq lazım deyil, Naço! Bir məni yaxşı-yaxşı başa salın 

görüm, kəsdiyiniz başların reyestrinə əsasən, belə çıxır ki, düşmənlərimizin sayı, əsgərlərdən 

çoxdu, əgər belədisə, onda necə olub ki, siz indiyə qədər sağ-salamat qalmısız?» Saens de la 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə