“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
109
nohura soxurdular; heyvanlar nə qədər su içsələr də, onları buralardan qovan olmurdu, çünki
inəklərin hər birinin boynunda prezident möhürünün izləri gözə dəyirdi; hamı bu heyvanlara,
müqəddəs canlılar kimi baxırdı, hətta əsgərlər belə, ən dar, qızğın alver gedən küçələrdə onlara
yol verirdilər.
Küçə, həmişəki şən karnaval ovqatını, öz iblisanə cəlbediciliyini çoxdannan itirmiş, buşpritlər
dövründən bu yana zaman-zaman gəmirilərək, sınıq qabırğaya bənzəməyə başlayan şpanqout və
dorların, bir vaxtlar, dənizimiz olanda, gəmilərin, az qala alver piştaxtaları arasında lövbər
saldığı, təzə balıq və tərəvəz satılan ərazilərdə yaranmış üfunətli bataqlıqlarda çürüməkdə olan
lazımsız avadanlıqların zibilliyinə çevrilmişdi; onun prezidentliyinin ilk illəri, hind bazarının,
çevik alış-veriş aparıldığı boş pavilyonlardan axan qatı üfunəti havadan asılı qalmışdı; sonra
hindlilər də buralardan çıxıb getdilər, ona heç «sağ ol» da demədilər; – «Bunlara bir bax!» - deyə
o, onların ardınca, qocasayağı, səbrsiz hikkəylə çığırdı: - «İtilin, ingilislərin yanına, onların zir-
zibilini təmizləməyə!» Hindlilər onun sözlərini eşitmədilər, onlardan sonra bazarda, birdən-birə
hardansa - tilsimli boyunbağılar, ilan zəhərinə qarşı təmrinlər satan alverçilər peyda oldu,
çürüntüdən, zir-zibildən münbitləşmiş yaxın torpaqlarda isə, bir-birinin ardınca – isi, nazik
arakəsmələrlə bölünən, gecə-gündüz yeyilmiş patefon vallarının zəhlətökən xırıltısı altında eşq
macəraları altında cırıldayan çarpayıların səsi eşidilən xırda komalar bitməyə başladı; bu
çarpayılar, kilsə zəngləri milli matəmin başlanmasını elan edənəcən, əsgər qundaqları altında
darmadağın olub getdi. Bəli, kim nə deyir-desin, bu, əsl matəm idi… və kədər də saxta deyildi,
çünki onun, uzun müddətdən bəri həsrətlə gözlədiyimiz ölümü, bizim özümüzdə də çox şeyi
aşkar eləmişdi və hər şeydən əvvəl, onun tutulduğu hansısa monarx mərəzindən gəbərəcəyini,
dəfələrlə ağızdan-ağıza gəzən, hər dəfə də yalan çıxan ölüm xəbərinin, nəhayət ki, həqiqət
olacağını ümidsizliklə gözləyirdik ki, bunu gözləyə-gözləyə, özümüz az qala öldük, quruyub
qaxaca döndük və indi biz, onun son gedişinə, bunun, yenə həqiqət olmadığına görə yox, ona
görə inanmırdıq ki, daha buna, özümüz inanmaq istəmirdik, çünki artıq qəlbimizin dərinliyində
onun ölümünü istəmirdik; biz artıq təsəvvürümüzə belə gətirmirdik ki, ondan sonra necə
yaşayacağıq, ümumiyyətlə, onun əsaslı yer tutduğu həyatımız, onsuz necə davam edəcək. - «O,
mənim üçün hər şey idi… bu adam mənə, heç bir kişinin verə bilmədiyi, on iki illik xoşbəxtlik
bəxş etmişdi! Onu lap çoxdannan – fermanın xırda pəncərəsindən şorgöz-şorgöz bizlərə – saat
beşdə məktəbdən qayıdan mavi paltarlı qızlara baxıb: «Ah, anam mənim, Bendisyon Alvarado,
bu sütül bədənlər necə də gözəldi!?» - dediyi vaxtlardan yadımda saxlamışam. Biz onun ac
gözlərini, səfir Fourbisin göndərdiyi nabatların cingiltisini qızlara eşitdirmək üçün, içi nabatla
dolu yaraşıqlı bankanı cındır əlcəkli əlində oynada-oynada atıb-tutduğunu görürdük və çönüb
qaça-qaça, ordan uzaqlaşırdıq; tək bircə dəfə - heç kəsin görmədiyini dəqiqləşdirib, oğrun-oğrun
pəncərəyə yaxınlaşdım, əlimi güllü bankaya uzatdım, nabatların səsi çox cəlbedici idi; o, mənim
əllərimi möhkəmcə, eyni zamanda incə-incə sıxdı, məni, yumşaq pələng hərəkətləriylə havaya
qaldırdı, heç bir ağrı vermədən, pəncərədən içəri elə saldı ki, formamın bircə qırçını belə
əzilmədi; sonra məni, qatı sidik iyi verən samanlığa uzadıb, mənə nə isə demək üçün ağzını
açdısa da danışa bilmədi; onun dili, elə bil damağına yapışmışdı, mənə elə gəldi ki, o, məndən
çox qorxuya düşüb; ürəyi elə vururdu ki, hər döyüntüsü, sinəsinə yapışmış köynəyindən hiss
olunurdu; rəngi ağappaq ağarmışdı, gözləri yaşarmışdı; bu göz yaşlarını, sonralar mənimlə yatan
heç bir kişinin gözündə görmədim; o, qırmaq kimi iti barmaqlarıyla mənim titrək bədənimi
dinməz-söyləməz, elə qüvvətlə, elə ehtiras və incəliklə əlləşdirirdi ki, bu həzzi mən bir daha heç
kimdən duymadım; barmaqları qarnım boyu üzüyuxarı sürüşür, arada bir, qıcolmuş kimi gərilirdi
və mən, bu əllərin altında döşlərimin gilələrinin böyüyüb qönçə kimi açıldığını hiss edir,
samanlığın içində ağnaya-ağnaya, yad kişi təri qoxuyan nəm köynəyə bir az da bərk sıxılırdım;
daha ona səfir Beyldriçin nabatları lazım olmadı – indi daha mən özüm, samanlıqda məni əlində,
içi yeməklə dolu zənbillə gözləyən qəmli, lakin, sağlam ürəkli bu adamın qucağına yetişmək
dəqiqələrini bir daha yaşamaq xoşbəxtliyi ilə tövlənin pəncərəsindən içəri soxulurdum; o, mənim
bədənimin iylərini çox sevirdi, mənə də bu iyləri sevməyi öyrətmişdi; o, bizim yediyimiz
yeməklərə də, iyimin hopmasını istəyirdi: «Ləzzətlisən, - o pıçıldayırdı – əcəb dizin var… sənin
öz şirəndə bişmiş böyrəklərini, tərinin duzuna batırıb elə yeyərdim ki...» O, sabahı olmayan hər
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
110
eşq axşamı, bədənimi başdan-ayağa ehtirasının acı istiotuyla, dəfnə yarpaqlarıyla ədvalayır,
yalvarışlarının aram odunda bişirirdi; məni səxavətlə yedirdib doyuzdurur, özü də yeyirdi;
sonralar daha mən, nə bu şəhvəti, nə bu səxəvəti heç bir kişidə görmədim; yeyib doyandan sonra,
sulu tikanlı dilləriylə bizi yalamaq istəyən inəkləri qovub, özü haqqında, arada bir ürəyinin
sıxıldığından, hər şeyə tüpürüb, baş götürüb, buralardan getmək istədiyindən danışardı; özü də
bu barədə sakitcə, taleyindən şikayətlənmədən, heç nədən umub-küsmədən, yalnız ümidsiz bir
çığırtının poza biləcəyi təmkinlə, elə bil öz-özüylə danışırdı; səsi aram idi, dırnaqlı barmaqları
yenə bədənimə toxunurdu; bir sözlə, o, mərd və yenilməz idi – mənim həyatımın yeganə mənası
idi. On dörd yaşım yenicə tamam olmuşdu ki, evimizə, paqonlarında çoxlu ulduz parlayan iki
hərbçi gəldi; onlar, içi qızıl dublonlardan* şişib ağırlaşmış çamadanlarla gəldilər; məni
valideynlərimlə birgə, gecənin bir yarısı hansısa əcnəbi gəmiyə oturtdular və mən beləcə,
qürbətdə yaşamalı oldum. Onun ölüm xəbərini eşidənəcən - onun ağuşunu öz darıxdırıcı, miskin
həyatım boyu xatırladıqca, gündə yüz dəfə ölüb-dirilməyimdən, hər qarşıma çıxanla yata-yata,
bu dünyada ondan yaxşı kişinin olub-olmadığını yoxlayaraq, bir adam kimi hamıdan üz
çevirdiyimdən xəbərsiz öldüyünü eşidən günəcən, uzun-uzadı illər elə orda da qaldım; vətənə -
qocalıb qartımış vəziyyətdə, müxtəlif kişilərdən doğduğum bir düjün uşaqla, onun, ölüm
ayağında, dumanlı xatirələrlə də olsa, məni xatırlayacağı ümdlə qayıtdım...» Lakin general onu,
fermanın pəncərəsində görmədiyi günün səhərisi unudub, ayrı birisini, sonra daha bir ayrısını ələ
keçirdi... beləliklə, hər axşam, bir-birindən seçilməyən, eyni formalı məktəbli qızlarla məşğul
oldu; bu qızların hamısı, elə bil bir-birinə bənzəyirdi, böyründən mavi sürüylə ötdükcə, ona iti
dillərini göstərir, «Qoca kaftar!» - deyə çqışqırışıb, şən-şən gülüşür, səfir Rimpelmeyerin hədiyə
verdiyi nabat şüşəsinə əyri-əyri baxırdılar; o isə işindən qalmırdı, qızları bir-bir pəncərəyə
çağırır, əlinə keçənin, dünənki, yaxud təzəsi olduğuyla heç maraqlanmır, onların hamısını,
dənizçi yaxalıqlı, mavi paltarlı, vahid canlı şəklində təsəvvür edirdi; bu təsəvvür - gün-gündən
artıb çoxalan borcunun əvəzinə, ərazi sularının verilməsi tələbini eşitməmək üçün, ona elektron
gücləndiricili qrammofon ruporu bağışlayan səfir Ştreymberqin zəhlətökən, yeqnəsəq
mülahizələrini, mürgüləyə-mürgüləyə qulaqardına vurduğu dəqiqələr ruhunu şirin-şirin
oxşayırdı. O, bu tələbi və bu tələbin böyür-başındakıları əzbər bilirdisə də, yenə melanxolik bir
yeqnəsəqliklə: «Qətiyyən, əzizim Stivenson! Dənizdən başqa nə istəyirsən, götür.» - deyir və
metal səsli gücləndiricini söndürürdü ki, onun, iqtisadiyyatdan az-çox başı çıxan iqtisadçılarının,
çoxdannan bəri: «Biz lütük, mənim generalım, qəpiyimiz belə yoxdu.» - deyə-deyə ona başa
salmağa çalışdıqlarını bir də, dönə-dönə təkrar eləməsin. Amma o, onsuz da, bilirdi ki, xəzinə
bomboşdu, bilirdi ki, ehtiyatlar çoxdannan dağıdılıb, ölkə borc hesabına yaşayır; yaxşı
yadındaydı ki, müstəqillik uğrunda müharibələr dövründən bu yana yığılan borcları ödəməkdən
ötrü ilk əvvəl istiqraz almışdı, sonra gecikdirilmiş ödənişin faizlərini ödəmək üçün ayrı
istiqrazlar gəldi, sonra faizlərin ödənişi xirtdəyə dirəndi, sonra pul çatışmazlığından qəzəblənmiş
kreditorları sakitləşdirmək üçün, pulun əvəzinə, nələrisə vermək məcburiyyəti ortaya çıxdı, kinə
ağacı və tütünü ingilislərə, kauçuk və kakaonu hollandlara, dəmir yolu tikintisi konsepsiyasını və
su yollarını almanlara, bir sözlə, hər şeyi, gizli, ya açıq şəkildə – əsasən əlbəttə ki, gizlicə – bu
yadelli qrinqolara verməli olduq; bəzən bu işlər o qədər gizli gedirdi ki, bunlar barədə o, özü
sonradan - Xose İqnasio de la Barranın biabırçı ifşasından və ictimai şəkildə qətlindən sonra
xəbər tuturdu. – Allah onu, əbədi olaraq, cəhənnəm odunda yandırsın! Buna baxmayaraq, həmin
o çətin ildən başlayaraq, Hamburq bankirlərinə – xirtdəyinə keçən bu xəsislərə ödəniləcək
haqqın təxirə salınması barədə əmr verdiyi həmin o çətin ildən başlayaraq o, yenə hər maliyyə
nazirindən: «Bizim ayrı yolumuz yoxdu, mənim generalım!» - sözünü eşidirdi; bu, alaman
eksadrilyasının limanı mühasirəyə aldığı dövrlər idi; qəfildən reydə çıxan ingilis zirehli gəmisi
xəbərdarlıq atəşi açmışdı və mərmiylə kilsənin qülləsini dağıtmışdı; lakin bu top atəşləri də onu
qorxutmadı. O: «İngilis kralının lap belə... Rədd olsun kayzer! Ölərəm, təslim olmaram!» - deyə
bağırdı və onun kimi ehtiraslı domino həvəskarı olan səfir Çarlz U.Treykolerin köməyi ilə, lap
axır məqam - hər şeyin bitdiyi güman edilən son anda xilas edildi; səfirin təmsil etdiyi bu dövlət
özünü, generalın Avropa üzrə məsuliyyətlərinin təminatçısı elan edərək, əvəzində, bizim təbii
sərvətləri istismar etmək hüququ qazandı. Həmin bu məsələdən sonra ölkə müflis vəziyyətə