Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə53/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   49   50   51   52   53   54   55   56   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

107 


tikənin dadına bircə-bircə baxmadan, onu stola yaxın buraxmırdılar; gizli divar mücrülərindən, 

içi bal dolu bankalar yoxa çıxmağa başlamışdı, odu ki, o, Saens de la Barraya şikayətlənərəki: 

«Bu nə hakimiyyətdi? Məgər mən belə hakimiyyət deyirdim?» - deyirdi. Saens de la Barra da 

cavab verirdi ki, ayrı cür hakimiyyət olmur. - «Olanı budur, general!» Bir zamanların büsatlı 

cənnət həyatı - istirahət günlərinin bazarını xatırladan saray həyatı onun letargik yuxusuna 

çevrildi və o, yeni həyatını, gündə-gündə dördcə saat, yerli radisostansiyanın verdiyi bədbəxt 

sevgi barədə romana qulaq asmağın intizarında yaşamağa başladı; o, romanın hər fəslini, top 

yelləncəyində uzana-uzana, əlində, içilməmiş meyvə şirəsiylə dolu stəkan tuta-tuta dinləyir, 

gözləri dolur, növbəti fəsil başa çatanadan sonra, radioromanın baş qəhrəmanı olan cavan qızın 

ölüb-ölməyəcəyi sualıyla özünü üzüb əldən salırdı. Xose İqnasio Saens de la Barra, bu barədə də 

onun üçün informasiya toplayıb xəbər veridi ki: «Bəli, general, qız öləcək!» - «Qoy ölməsin, 

lənət şeytana! - o, əmr etdi - qoy bütün adamlar kimi ərə gedib uşaq doğsun, sonra qocalıb 

ölsün!» Və Saens de la Barra, generalın, hakimiyyət illuziyalarında rahatlığı üçün ssenarini 

dəyişdirməyi əmr etdi. O gündən sonra radioromanların qəhrəmanları, onun icazəsi olmadan, 

ölmür, əsərin keçmiş fəsillərində ölmüş personajlar onun arzusuyla dirilir, mənfi qəhrəmanlar 

vaxtından əvvəl cəzalandırılır, müsbət qəhrəmanlar xoşbəxt olurdular; bu xoşbəxtliklər, onun 

əmriylə baş tuturdu; bütün bunlar, fəaliyyət illuziyası yaradaraq, onun həyatına nə isə bir 

dolğunluq gətirirdi; axı, lap çoxdannan, nə iləsə məşğul olmağa özünə iş tapmırdı; axşamlar, saat 

səkkizdə, əlində lampa, öz malikanəsində gəzib dolaşdıqca, belə məlum olurdu ki, artıq kimsə 

itləri yemləyib və prezident qvardiyasının otlaqlarının işığını söndürüb, kimsə qulluqçuya 

yatmaq əmri verib və o yatıb; mətbəx - tərtəmiz yığışdırılmış, döşəmələr yuyulmuş, üstündə ət 

doğranan taxtalar, qaşınıb karbolla dərmanlanmışdı; kimsə onun görəcəyi işləri artıq yerinə 

yetirmişdi; sonra məlum olurdu ki, kimsə pəncərələrin şpinqaletlərini də endirib, kabinet 

qapılarının açarlarının yalnız və yalnız onda olmasına baxmayaraq, bütün qapıları da 

açarlamışdı; vestibuldən, onun yataq otağınacan asılan divar işıqları, o əlini düyməyə uzatmağa 

macal tapmamış, bir-bir sönürdü və o, qaranlıqda əsir düşmüş monarx kimi, ayaqlarını ağır-ağır 

çəkə-çəkə, izinə heç kim düşə bilməsin deyə, qara məxmərin içindəki mahmızını ardınca sürüyə-

sürüyə, əksi güzgülərə düşmədən, yeriyirdi; pəncərələrin önündən keçib getdikcə, həmin dənizi – 

yanvar ayının Qəraib dənizini görürdü; o, dənizə düz iyirmi üç dəfə baxdı və iyirmi üç dəfənin 

iyirmi üçündə də onu öz yanvar mənzərəsində – üzünə qırmızı örtük çəkilmiş cənnət bataqlığına 

oxşar vəziyyətdə gördü. O, hər axşamını beləcə, bu minvalla keçirdi; həmin o avqust axşamı da 

yenə hər şey olduğu kimi idi; qaranlıqda ayaqlarını xışıldada-xışıldada öz otağına getdiyi yerdə 

o, yolüstü, hələ də melisa kolu bitən dibçək, çoxdan ölmüş quşların qəfəsləri, anasının, diri-diri 

çürüyüb canını tapşırdığı əzablar kəcavəsi həmişəki yerində dayanan otağa – Bendisyon 

Alvaradonun yataq otağına baş çəkdi. «Gecən xeyrə qalsın, ana!» - səssizcə deyib uzun 

müddətdən bəri eşitmədiyi: «Gecən xeyrə qalsın, Allah amanatında, oğul!» - cavabını yenə də 

eşitmədi. Anasının otağından çıxıb, işdi, əgər qalmaqal düşərsə, qaçıb aradan çıxmaq üçün 

karına gələcək lampayla yoluna işıq saça-saça, öz yataq otağına gedirdi ki, birdən-birə bədəni 

qorxudan qıc olub gərildi – lampanın işığı, hardasa qaralığın dibində, Lord Köxelin, kösöv kimi 

işaran bəbəklərində közərirdi… kişi odekalonu ətri gəldi və general bu odekalon ətri gələn 

adamın ona olan nifrətini, hakim gücünü hiss etdi. O, zülmət qaranlıqda duranın kim olduğunu, 

əyninə parad kostyumu geyib bura, bu gecənin tarixi bir gecə olduğunu ona xatırlatmaq üçün 

gələn adamın, Xose İqnasio Saens de la Barra olduğunu gözəl bilsə də: «Kim var burda?» - deyə 

soruşdu. – «Bu gün on iki avqustdur, general! Böyük, tarixi bir gündür! Sizin hakimiyyətə 

gəlişinizin düz yüzüncü ildönümüdür! Odur ki, general, dünyanın dörd bir tərəfindən qonaqlar 

təşrif buyurub! Bəs necə?! Axı belə bayramda, ən uzun ömür ərzində belə, cəmi bircə dəfə iştirak 

etmək müyəssər olur. Bu günü bütün ölkə qeyd edir, bəs siz?!» O, Xose İqnasiyonun inadkar 

tələblərinə - bu yaddaqalan gecəni, xalqın gurultulu alqışları və odlu məhəbbətinin şüarları 

altında keçirmək barədə bütün xahişlərinə cavab olaraq, öz yuxu kamerasına həmişəkindən bir az 

da tez çəkilib, üç kilidi və üç qıfılı bağladı, üç zənciri çəkib soyunmadan, orden-medalsız, kobud 

kətan formasında, sol tayı qızıl mazmızlı uzunboğazlarında döşəməyə uzanaraq, üzünü balışa 

basan kimi, ovuclarına basdı və elə bu vəziyyətdəcə – öz əbədi vəziyyətində, bizim, onu bir vaxt 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

108 


tapacağımız vəziyyətdə - quzğunların didib-dağıtdığı, dərisi min bir həşərat və dəniz yosunları 

basdığı vəziyyətdə donub qaldı və yuxusuz gözələrinin içiylə, dumanlı şehin arasıyla uzaqdan 

eşidilən bayram atəşfəşanlığının, şən musiqinin, təntənəli kilsə zənglərinin cingiltisini, şüarlar 

çığıra-çığıra, lil axını kimi irəliləyən kütlələrin səsini eşitdi; o, bütün bunları eşidir, 

qəmlənməkdən çox, təəccüblənir və öz-özünə: «Anam mənim, taleyim mənim, Bendisyon 

Alvarado! O vaxtdan artıq düz yüz il keçir! Lənət şeytana, vaxt necə də tez gedir!» - dedi.  

 

…Deməli o, elə ordaydı, özü də bu, onun oxşarı yox, məhz özüydü, qəbul salonunda, ziyafət 



masasının üstündə, dünyasını dəyişmiş Papa kimi təmtəraqlı geyimdə, təpədən-dırnağacan gül-

çiçəyin içində, bir dəfə nə vaxtsa ölüb uzandığı kimi, həmin bu stolun üstündəcə çürüdüyü kimi, 

sağlığındakı kin-küdurətindən bir az da qatı, kinli ölümüylə, içinə pambıq tıxanmış şişkin, ipək 

əlcəklərdə, sinəsi, abırsız əlaltılarının düzüb-qoşduğu əldəqayırma müharibələrdəki uydurma 

qalibiyyətlərinə görə qazandığı saysız-hesabsız orden-medallarla dolu, tovuzquşuna bənzər, al-

əlvan parad mundirində, uzunboğazının sol tayındakı qızıl mahmızıyla, çinlərindəki on ədəd 

Kainat Generalının qəmli günəşiylə (bu rütbəni ona lap ölümqabağı vermişdilər) hamının görə 

biləcəyi elə yaxın bir yerdə uzanmışdı ki, ilk dəfə onun real varlığına bizdə bircə damla belə 

şübhə yeri qalmadı; hərçənd ki, əslinə qalsa, ictimaiyyətin nümayişinə çıxarılan, bizim müşavirə 

zalında hələ də axıracan inana bilmədiyimiz rəsmi xəbərin hər sözünü götür-qoy elədiyimiz vaxt, 

qonşu zalda şamların aram odunda elə bil get-gedə pörtüb qızaran bu meyit qədər bu dünyada 

ona az oxşayan, hər ədasıyla ondan seçilən ikinci bir adam yəqin ki, tapılmazdı. – «Məni hərbi 

yük maşınlarının boğuq uğultusu oyatdı: silah-sursatın, boyunlarından asılı avtomatların 

ağırlığından beli bükülən yaşıl dəbilqəli əsgərlər dəstə-dəstə, hələ də adamsız səkilərlə 

addımlayır, girişlərdə gizlənir, yol ayrıclarında dayanır, dövlət binalarının darvazaları önündə 

ayaq saxlayırdılar; onlardan bəziləri günün altında bərq vuran lülələrini böyürlərinə qoyub, alış-

veriş küçəsindəki piştaxtaların altına uzanmışdılar, o birilər, ağır pulemyotlarını vitse-kralın 

məhəlləsindəki evlərin damına çıxartmışdılar; butun bunları mən öz gözlərimlə gördüm; 

patioadan yığdığım tər qərənfil dəstəsini qoymağa yer axtara-axtara, eyvanın qapısını açanda isə 

əsgərlərin çəkmələrinin küt tappıltısını və kobud danışıqlarını eşitdim; leytenantın başçılığı 

altında bir dəstə patrul onun-bunun qapısını döyəcləyib, alverə başlamaq istəyən dükanları 

bağlamağı tələb edirdi. – «Əmri yuxarılar verib! Bu gün milli bayramdı!» Qərənfilin birini 

leytananta tullayıb soruşdum ki, bu nə hay-həşirdi, niyə küçələrdə bu qədər əsgər var?!.. 

Leytenant gülü havadaca tutub əvvəl çiyinlərini çəkdi: «Biz də heç nə bilmirik, əzizim.» – dedi, 

sonra mənə göz vurub uzun-uzadı qəhqəhə çəkdi, – «Bəlkə rəhmətlik dirilib, hə?» Bu sözlərdə 

qəribə heç bir şey yox idi, əksinə, bizlərə, onun bu dünyadakı varlığının sona yetməsi, 

dərkolunmaz və təəccüblü gəlirdi və biz onun, dövlət işləriylə maraqlanmadığı uzun illərdən 

sonra ölüm yatağından qalxıb hakimiyyət cilovlarını yenidən əlinə yığdığına, tanış çıraqların, 

əvvəlki vaxtlardakı kimi yandırıldığı ecazkar Hökumət İqamətgahının, ucu-bucağı görünməyən, 

döşəməsi xalılı dəhlizləriylə enli, yastı dabanlarını həmişəki qaydasıyla, hələ əvvəlkindən bir 

qədər də şövqlə sürüdüyünə daha asanlıqla inanırdıq; biz asanca inanırdıq ki, inəkləri qovan, ayrı 

bir kəs yox, məhz o özüdür; – de Armas meydanının çatlaq plitələri arasından çırtlayan otu 

qırpıb yeyə-yeyə aramla yeriyən, həmin o plitələrin üstündə, palma kölgəsinin altında otura-

otura, inəklərin yerişini əsgər çəkməsinin səsiylə qarışıq salan korun yanındaca otlayan inəkləri 

də o qovmuşdu, küçələrdən hələ də inəklərin ayaq səsləri eşidilirdi və o, ölümə sinə gərərək, 

evinə qələbəylə dönən xoşbəxt cəngavər haqqında şer söyləməyə başladı; şeri, əllərini, yarımçıq 

tikililərin böyür-başında qıvrılan şitilləri laqeyd üzləriylə gövşəyən inəklərə açaraq, birnəfəsə 

dedi – onlar üçün - yem üçün saray pillələrini qalxıb-enməyə öyrəşmiş inəklər üçün oxudu; 

buralar inəklərin ürəyin yatırdı, odu ki, heyvanlar burda – çöl kameliyalarından çələng taxmış 

musiqi ilahələrinin və Milli teatrın uçuq-sökük binasını bəzədiyi, liralarından meymunlar 

sallandığı yerlərdə yem axtarmağa öyrəşmişdilər; susuzluqdan üzülən inəklər, vitse-kral 

məhəlləsinin, yarıqaranlıq, sərin girişlərinə elə səs-küylə cumurdular, elə bil girişlərdə bir yığın 

gül dibçəyi yerə dəyib çilik-çilik olurdu, sonra da, susuzluqdan yana-yana başlarını patiodakı 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə