Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə52/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   48   49   50   51   52   53   54   55   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

105 


olmurdu; biz, bu eybəcər üfunətin kökünü mətbəxdə axtardıq, tövlələri yoxladıq, bu iyi 

kabinetlərdən siqaret tüstüsüylə qovmağa çalışdıq, o isə müşavirə zalına doldu. Çürümüş qızılgül 

iyini xatırladan bu üfunəti, ən gizli dəlmə-deşiklərə – heç vaxt heç bir iyin gedib çatmadığı, hətta 

vəba illəri xəstəliklə yoluxmuş küləyin havası belə dəymədiyi yerlərə dolurdu; iy bizim ağlımıza 

gəlməyən yerdən – arxiv materiallarıyla dolu şkafın içindən - Xose İqnasio Saens de la Barranın 

göstərişiylə qoyulmuş, guya kokos qozuyla dolu, kobud çuvaldan gəlirdi; məlum oldu ki, bu 

çuval, onun generalla razılaşdığı kimi, ilk ödənişinə görə doldurulmuşdu; hər bir yiyəsinin ölüm 

səbəbi göstərilən şəhadətnaməsi olan altı ədəd kəsik baş.  

Burda, ürək damarlarının qocalıq sklerozundan on dörd may tarixində vəfat etmiş, radikallar 

partiyasının bünövrəsini qoymuş sonuncu böyük müharibə əlili, daş dövrünün nümayəndəsi

patrissiyalar nəslindən olan doxsan dörd yaşlı Nepomuseno Estralın, onun oğlu, atasıyla eyni 

gündə, həmin ürək xəstəliyindən əlli yeddi yaşında vəfat edən qomeopat - həkim Nepomuseno 

Estrad de la Fuentenin, şəhadətnaməsində göstərildiyi kimi, sərxoşluq əlbəyaxasında itiuclu 

alətlə ağır bədən xəsarəti almış iyirmi bir yaşlı Eliser Kastorun, gizli abort nəticəsində otuz iki 

yaşında həlak olmuş Lidise Santyaqonun, o birilərin öldüyü gün alkoqol zəhərlənməsindən ölən 

otuz səkkiz yaşlı, rəngli şar istehsalçısı Roke Pinsonun – yəni gözəgörünməz Xasintanın, «On 

yeddi oktyabr» gizli hərəkatının lideri, ölüm şəhadətnaməsində göstərildiyi kimi, nakam 

məhəbbəti uğrunda özünü, ağzına dirədiyi tapançadan atıb öldürən otuz iki yaşlı Natalisio Ruisin 

başları vardı. – Beləlikl, altı baş, əla həzrətləri! Bu qəbzi qəbul etməniz barədə imza atın!» O, 

ciyəri dəhşətdən və üfunətdən az qala ağzına gələ-gələ qəbzi imzalamışdı: «Anam mənim, 

Bendisyon Alvarado, bu adam vəhşiymiş! Onun, o seçmə incə ədaları hara, ilgəyindəki gül hara, 

bu qaniçənlik hara?» ona isə ucadan: «Mənə bir də tasaxo* göndərməyin, naço**; şifahi 

izahlarınız kifayətdi.» - demişdi. Lakin Xose İqnasio Saens de la Barra bu sözə etiraz edərək: 

«Bizim sizinlə bağladığımız müqavilə kişi sözüdü, əla həzrətləri! Yox, əgər əsl həqiqətin 

gözünün içinə dik baxmağa sizin bir yeriniz çatmırsa, onda götürün, bu da sizin qızılınız, gəlin 

xudahafizləşək! Bu nə hərəkətdi?!.. Şəxsən mən özüm, işdi, əgər tələb olunarsa, doğma anamı 

belə güllələyərəm!» - demişdi. «Di yaxşı, Naço, - deyə general sülhpərvər səslə demişdi - bu 

qədər dərinə getmək lazım deyil, öz vəzifə borcunuzu yerinə yetirin!» Odu ki, yenə bir ucdan 

saraya, içinə guya kokos doldurulmuş, içi başla dolu həmin bu kobud parçalı çuvallar daxil 

olmağa başladı. Generalın da içalatı az qala ağzına gəlirdi və o: «Bunları burdan rədd edin!» - 

deyə əmr edirdisə də, başlara əlavə olunan şəhadətnamələrdə yazılanlara qulaq asıb növbəti 

qəbzi imzalayırdı; bu minvalla o, ümumi sayı doqquz yüz on səkkiz ədəd ən barışmaz siyasi 

düşmənlərinin başının alınması barədə qəbzlərə imza atdı və həmin gecə, başların sayı bu 

rəqəmə çatanda, yuxuda özünü, səhralıqda yeridikcə, arxasınca baş barmağının uzun-uzadı 

uzanan izini qoyub gedən hansısa eybəcər bir heyvanın simasında gördü və yuxudan, ağzı öd 

dada-dada ayılıb, sübh çağı fermada baş verə biləcək hansısa təlatümdən xoflanaraq, sönük 

xatirələr dəryasına qərq olaraq, kəsik başları hesablayır, hesabladıqca da elə bil qocalır, qulağının 

dibində cırıldayan zəhlətökən cırcıramanın səsini, çürük otların arasından eşidilən cücülərin 

cızıltıslarıyla qarışıq salırdı; - «Anam mənim, Bendisiyon Alvarado, - o fikirləşirdi – axı, nəyə 

görə mənim bu qədər düşmənim olmalıdı? Əsl günahkarlarsa bir yanda qalıb!»  

Düşmənlərin sayına gəldikdə, Xose İqnasio Saens de la Barra ona izah etmişdi ki: «Altmışına 

görə altı yüzünü, altı yüzünə görə altı minini, altı mininə görə altmış milyonunu qazanacağıq!» 

«Bu ki, bütün ölkədi, lənət şeytana, - deyə o, çığırmışdı – belə getsə, biz bu işi heç vaxt başa 

çatdıra bilməyəcəyik!» - Lakin Xose İqnasio Saens de la Barra sakitcə: «Rahat yatın, general! 

Bizim işimiz, onlar bitib tükənəndə sona bitəcək!!!» - dedi. «Vəhşinin dediyi sözə bir bax!»  

Bu adamın heç nəyə, zərrə qədər olsun, şübhəsi yox idi, öz niyyətlərindən bircə addım belə geri 

çəkilmək, beyninə girmiş fikirlərini ayrıları ilə əvəz eləməyə, işıq ucu boyda belə yeri yox idi; o, 

iti doberman kimi, daimi iştirakıyla sahibində özünəinam və arxayınlıq yaradırdı; Xose İqnasio 

ilk dəfə onun kabinetinə, dünyada yeganə qorxmaz və ən qəddar adama – tək bir sahibinə tabe 

olan, civə kimi parlaq əzələli, sürüşkən dərili nəhəng iti ilə, həmin bu yekəpər dobermanla daxil 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

106 


olanda general: «İti qapının o üzündə qoyun.» - demişdi. Lakin Xose İqnasio Saens de la 

Barranın generalın sözünə əməl eləmək fikri yox idi: «Bu mümkün deyil, general! Dünyada hələ 

elə bir yer yoxdur ki, ora mən Lord Köxelsiz ayaq basım!» Odu ki, it daim öz yiyəsi ilə bir 

kabinetə daxil olur, sahibi generalla kəsilmiş başların gündəlik hesabatını çürüdənəcən, sakitcə 

onun ayaqları altında mürgüləyir, general səsini ucaldanda, dikəlib bütün vücuduyla amansız 

sıçrayışa hazır vəziyyət alırdı; - «Onun, dəhşətli dərəcədə qadın gözünə bənzər, insan gözləri 

mənə fikirləşməyə mane olurdu, mən onun insan nəfəsindən diksinirdim; növbəti çuvalda öz 

köhnə adyutantlarımdan birinin başını taparkən, qəzəb içində yumruğumu stola çırpanda, onun 

üzü göz qırpımında buğlandı, bədəni, qaynar qazan kimi pıqqıldadı, dişlərini qıcıdı və o mənim 

üstümə atıldı.» Bu adyutant, onun sınaqdan çıxmış, çoxdankı domino müqabili, həm də demək 

olar, tanışı, dostu idi, odu ki, qəzəbini heç cür gizlədə bilmədi: «Daha bəsdi, lənət şeytana! 

Yığışdırın bu hərc-mərcliyi!» Lakin Xose İqnasio Saens de la Barra, həmişəki kimi onun hirsini, 

hansısa dəlil-sübutla yox, vəhşi itlərin qəddar təlimçisi üsullarıyla yatırtdı. Gecələr general, 

onunla, vassalı kimi rəftar edən bu yeganə adama - Saens de la Barraya tabe olduğuna görə 

özünə min bir lənət yağdırır, bu tipin, onun daxilində qurduğu imperiyaya qarşı öz-özlüyündə

təkbaşına üsyan edir, tədricən bütün dövlət strukturlarıno sirayət etməyə başlamış kölə 

tabeçiliyini canından çıxartmağa çalşırdı. - «Günü sabah bu biabırçılığa son qoyulacaq – o, 

ağzının içində deyirdi – daha bəsdir, lənət şeytana! Hər şey bir yana, Bendisyon Alvarado məni, 

əmr yerinə yetirmək üçün yox, əmr vermək üçün yaradıb!» Lakin bütün gecəni fikirləşib 

qurduqları, Xose İqnasio Saens de la Barra öz itiylə onun hüzurunda peyda olduğu an bircə 

dəqiqənin içində darmadağın olurdu və general yenidən, ilgəyinə diri qardeniya taxılmış gur 

səsli, losyon ətri qoxuyan, nişastalı qolçaqlarında zümrüd sancaqlar bərq vuran, zəhmli çəlikli, 

incə ədalarından göz qamaşan, bu ən lazımlı və ən dözülməz adamın şikarına çevrilirdi; - 

«Gözümə dəyən adamlar içindən!» - deyə fikirləşirdisə də, onu görən kimi: «Şişirtmək lazım 

deyil, naço, öz vəzifə borcunuzu yerinə yetirin!» - deyirdi və yenə bir ucdan, içi kəsik başlarla 

dolu çuvalları qəbul edir, növbəti qəbzlərə imza atır, ayağının altını hiss eləmədən, sonsuzluğa 

çökən tək, etibarsız hakimiyyət qumluğunun içiylə harasa aşağı enir, dibə çökürdü; səhərlər isə 

hər addımda, hər birindən yalnız dəniz görünən pəncərələrin qarşısında ayaq saxlayıb özü-özünə: 

«Bu dünyada nələr baş verir? – deyirdi. – Saat artıq on birdir, bu evdə isə bircə adam belə gözə 

dəymir! Burda kimsə var?..» - deyə ucadan çağırırdısa da, səsinə səs verən olmurdu. – Sarayda 

tamam tək idi deyə, çox vaxt ona elə gəlirdi ki, öz sarayında yox, hardasa yad bir yerdədi. - 

«Eşşəklərin belindən ağır yükləri boşaldıb yalın ayaqlarıyla dəhlizlər boyu, içi tərəvəz və toyuqla 

dolu zənbilləri daşıyan bir düjün əsgərim hara yoxa çıxşdı?, gecələrlə solan güllərin əvəzinə, 

təzələrini qoymaq üçün güldanların iyli sularını çölə töküb, üfunətli gölməçələr yaradan çərənçi 

arvadlarım hanı?; «Susanna, yanım gəl, Susanna sevginin həsrətindəyəm…» mahnısını oxuya-

oxuya, quş qəfəslərinin havasını dəyişib içini təmizləyən, eyvanlarda süpürgələriylə xəlçələr 

çırpan qadınlarım hanı?; hər qapının arxasında ayaq üstündə işəyən və sidiyiylə müşavirələr 

zalının divarlarında dəvə şəkilləri çəkən sısqa, bic uşaqlarım hanı?; yazı stollarının 

siyirtmələrində yumurtlayan toyuqları qova-qova otaqlardan çıxaran həyəcanlı məmurlarım 

hanı?; ümumi tualetlərdə əsgərlərlə eyş-işrətlə məşğul olan fahişələrim hanı?; diplomatlara hürən 

saysız-hesabsız itlərim hanı?; mənim iflic xəstələrimi pilləkənlərdən qovub, qızılgül kollarının 

altında yatan cüzamlıları rədd eləyib, yaltaq əyanlarımı məndən kim uzaqlaşdırıb..?» O, 

generalitetdən olan-qalan yaxın dostlarını, o birilərdən güclə ayırır, onlara, cangüdənlərin, yeni 

yaxınlarının kürəyi arxasından baxırdı; ona, tərkibi tamamilə ayrı bir adam tərəfindən təsdiq 

olunan Nazirlər Kabinetinin iclasında çıxış eləməyə böyük minnətlə icazə verirdilər; - bu, onun 

fikirlərini qabaqlayaraq, bütün dövlət işlərini, onunla məsləhətləşmədən, həll edən qara, hüznlü 

pencəkli, nişastalı yaxalıqlı altı elmlər doktoru idi. «Lənət şeytana! Hökumət mən özüməm!» - 

deyə o, arada bir özündən çıxırdısa da, Xose İqnasio Saens de la Barra ona sakitcə: «Qətiyyən, 

general! Siz, hökumət yox, hakimiyyətsiniz!» - deyə izah edirdi. Axşamlar o, darıxmaqdan 

üzülə-üzülə, domino oynayır, tərəf müqabillərinin ən usta oyunçu olmasına baxmayaraq, üzücü 

darıxmadan xilas ola bilmir, ha bic fəndlərlə üzləşirdisə də, bircə partiya belə uduzmaq ona 

müyəssər olmurdu. Naharı hər dəfə, ən azı bir saat ona görə gözləməli olurdu ki, nəzarətçilər, hər 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə