“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
99
növ qəsd üsulları barədə qəramətli fikirləri, o günlər onun həyatının hər dəqiqəsinə zəhər qatır,
gecənin bir aləmi, ona həqiqət kimi görünən vahiməli yuxularından – Letisiyanın, hindu
cadugərlərinin cadusundan qan-qəltan içində üzdüyünü gördüyü yuxularından dik atılırdı. O,
Letisiyanın başına gələ biləcək yüzlərlə təsadüfi, real təhlükələrdən az qala havalanırdı, odu ki,
Letisiyaya, hər şübhəli şəxsə güllə açmağa hüququ olan ən amansız qvardiyaçıların müşayiəti
olmadan, küçəyə çıxmağı qəti qadağan etdi.
Bütün bunlara baxmayaraq, Letisiya yenə hər çərşənbə saraydan çıxır, o, pəncərənin qarşısında
dayanaraq, Letisiyanın, balaca oğluyla, yenicə zirehlənmiş avtomobilə minməyinə tamaşa edir,
təhlükələrdən qorunma duasını əliylə havada cızaraq, ürəyində: «Anam mənim, Bendisyon
Alvarado, onları qoru! Ona tuşlanan güllələri geri qaytar, zəhərlə dolu piyaləni kənar elə, gizlini
aşkar elə!» - deyirdi.
O, Letisiya Nasarenonu müşayiət edən qvardiyaçıların, de Armas meydanından verdiyi siqnalını
eşidinəcən, Letisiya oğluyla, mayakın sübh işığından qızaran pationun yolu üstə görünənəcən,
bircə dəqiqə belə olsun, rahat olmurdu. Letisiya isə səfərdən, həyəcanlı və xoşbəxt əhval-
ruhiyyədə qayıdır, rahat səsiylə, maşından diri hinduşkaları, Enviqado orxideyasını, yeni il
axşamı yandırılacaq rəngli işıqları və sairəni düşürən mühafizə dəstəsinin əsgərlərinə müxtəlif
əmrlər verirdi; belə günlər küçələr, adətən, generalın sərəncamıyla, cürbəcür işıqlar və
transparantlarla qəsdən bəzədilirdi ki, onun narahatçılığı bütün bu al-əlvanlığın içində əriyib
itsin; o, Letisiyanı piləkənin başında, boynundakı tülkü dərisinin naftalin iyini, turşumuş tər
qoxusunu, yağlı saçlarının iyini ciyərlərinə çəkə-çəkə, qarşılayır, həyat yoldaşının sağ-salamat
olmasına sevinirdi; o, Letsiyaya, talayıb gətirdiyi növbəti şikarını yataq otağına ötürməkdə
kömək edir, özünü son dərəcə xoşbəxt hiss edir və belə hesab edirdi ki, bu cür xoşbəxtliyin
dadını, ümumiyyətlə, bilməsən yaxşıdı! Bu bədbəxtliyin qarşısını almaq tədbirləri bir-bir
tapıldıqca, onu bir az da dərin kədər hissi bürüyürdü, bütün qoruyucu duaları elə bil bu fəlakəti
bir az da yaxınlaşdırırdı; hər gün həmin o dəhşətli çərşənbəni – Letisiya Nasarenonun həyatı
üçün əbədi qorxu və təşvişlərdən yoğrulan o günü yaxınlaşdırırdı, odu ki, o, hövsələsi darala-
darala: «Axır olacağa çarə yoxdu, nə olur-olsun, lənət şeytana! Qoy lap bir az da tez olsun!» -
deyə fikirləşdi. O, beynindən keçən bu ani fikrin fərqinə varmamış, fikri, əmr almış kimi ildırım
surətiylə yerinə yetirildi – kabinetə iki adyutan daxil olub Letsiyanın və uşağın, indicə bazarda
quduzlaşmış itlər tərəfindən parçalanıb yeyilməsi barədə hesabat verdilər.
«İtlər onları diri-diri yedilər, mənim generalım! Amma bu, bizim adi küçə itləri deyildi, dəriləri
köpək balığının dərisi kimi hamar, sarı gözlü, vəhşi qoyun itləri idi! Kimsə onları Letisiyanın
boynundakı tülkü dərisinə qısqırtmışdı! Altmış it, mənim generalım, altmış eyni sifətli, eyni
biçimli it! Heç kim gözünü belə açmağa macal tapmamış, onlar tərəvəz piştaxtalarının
arxasından atılıb Letisiyayla uşağın üstünə cumdular. Bizsə güllə açmağa ürək eləmədik ki,
güllələr itlərin əvəzinə, onlara dəyə bilərdi, mənim generalım!»
Bu, iblisin qanlı qiyaməti idi, dəhşətli ölüm burulğanı idi, içindən, gah Letisiyanın, gah da uşağın
əlləri yalvarışla göyə uzanan vahiməli it yumağı idi; hər iki qurban göz qırpımında, itlərin
acgözlüklə təpişdirdiyi ət parçalarına çevrildilər və bütün bunlar bazar camaatının gözü
qarşısında - yüzlərlə adamın qarşısında baş verdi; bəzilərinin üzü dəhşətdən əyilmişdi, o birilər
intiqam hissiylə alışıb-yanan gözlərinin sevincini gizlədə bilmir, bəziləri isə ürək ağrısıyla
ağlayırdılar; çox keçmədi ki, bu qanlı tamaşa sona yetdi və hamı, yerdə, Letisiyadan qalan fetr
bənövşələrlə bəzədilmiş şlyapanı gördü… üst-başlarına qan sıçramış, dəhşətdən yerlərində
donub qalan göyərtisatan arvadlar səssizcə: «İlahi, generalın razılığı olmasaydı, bu, heç vaxt baş
verə bilməzdi!» - deyib içlərini çəkdilər. Bütün bu mənzərə, qanlı tərəvəzlərin arasından yalnız
ətsiz sümükləri yığıb-yığışdırmağa macal tapan prezident qvardiyasının biabırçı gücsüzlüyünü
nümayiş etdirdi. «Tək bir ağappaq sümüklər, mənim generalım!» Düzdü, sümüklərdən savayı
uşağın medalları, oyuncaq padşahın balaca qılıncı, Letisiya Nasarenonun nəyə görəsə, bazardan
bir mil aralıda, liman sularının qoynunda üzən tumac ayaqqabıları, rəngbərəng şüşələrdən
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
100
yığılmış muncuq və zireh parçasından düzəldilmiş pul kisəsi də tapıldı - «Bu əşyaları biz sizə
təqdim edirik, mənim generalım, həm də bax, bu üç açarı, qaralmış qızıl nişan üzüyünü və bu əlli
sentavonu – beş onluq sentavonu. Buyurun, sayın, xahiş edirik! Bundan savayı orda heç nə
tapılmadı!»
Əgər o bilsəydi ki, cəmi bir neçə ildən sonra həmin bu taleyüklü çərşənbə günü baş verənləri
unudacaq, bütün bu faciənin onun üçün bir qara qəpik əhəmiyyəti olmazdı, amma o gecə o,
qəzəbdən hönkür-hönkür ağlaya-ağlaya, səhəri, adamyeyən itlərin ulaşması altında açdı, uzun
müddət heç cür bu itlərə hansı növ cəza verəcəyini təyin edə bilmədi, çünki belə hesab edirdi ki,
itlərin öldürülməsi, Letisiya ilə uşağın təkrar ölümüdü, çünki onlar hələ ki, bu heyvanların
qarnındadılar; o, tərəvəz bazarının dəmir pavilyonunu sökdürüb yerində, səhləb çiçəkləri əkilmiş
bağ saldırmağı, bağın ortasında, mərmər xaç ucaldılmasını əmr etdi, xaç, mayakdan uca və
parlaq olmalıydı ki, gələcək nəsillər, generalın özünün, abidə sökülməmişdən çox-çox əvvəl
unutduğu bu tarixi qadın barədə unutmasınlar; bu abidəni isə adi gecələrin birində partlatdılar və
bu partlayış heç kimi təəccübləndirmədi; səhləb çiçəklərini isə donuzlar yedilər; bağ, durğun və
üfunətli gölə çevrildi; lakin general bu mənzərəni heç vaxt görmədi, təkcə ona görə gömədi ki,
öz sürücüsünə əmr vermişdi ki, maşını, lap dünyanın başına hərlənməli olsa da, bir vaxt tərəvəz
bazarının yerləşdiyi o ərazidən sürməsin, həm də ona görə ki, nazirlikləri şüşəli binaya
köçürəndən və sarayda bir ovuc xidmətçisiylə təmtək qalandan bəri o, ümumiyyətlə, şəhərə
çıxmırdı; sarayda saraylıq əlaməti qalmamışdı, o, Letisiya Nasarenonun sarayda şahlıq iddiasıyla
qurub düzəltdiyi nə vardısa, hamısını məhv eləməyi əmr etmişdi; bu hadisədən sonra o,
generalitet üzrə ara-sıra xırda-xuruş göstərişlər verməklə, nazirlər kabinetinin, arada bir, qəliz
məsələlər həll olunan və prezidentin rəyi tələb olunan iclaslarında iştirak etməklə vaxtını keçirir,
qalan vaxtları, tək-tənha, kimsəsiz dəhlizlərdə, boş otaqlarda məqsədsiz-mənasız gəzib-dolaşırdı;
bundan savayı, o, gecədən keçənədək, seybanın kölgəsində oturub, Baltimordan gətirdiyi
konfetlərə qonaq eləyə-eləyə, çılpaq qadın şəkilləriylə dolu jurnallardan dürtüşdürə-dürtüşdürə,
onu, xarici borclarını, ölkənin ərazi sularının hesabına ödəməyə razı salmağa çalışan səfir
Uilsonun xəbis təşriflərinə də dözməli olurdu; o, səfirə doyunca danışmağa şərait yaradır, özü isə
lazım olanlara qulaq asır, lazım olmayanları isə sadəcə, eşitmirdi; səfirin çərənləməsi həddindən
artıq darıxdırıcı olanda isə o, bu mənasız söz axınını qulaqardına vurur, bunun əvəzinə, ara-sıra,
yaxınlıqda yerləşən qızlar məktəbindən axıb gələn qızlar xorunun, yaşıl ağacda oturan qırmızı
quş haqqında oxuduğu mahnılarna qulaq asırdı; hava qaralanda isə o, səfiri patiodan yola sala-
sala, qonağı başa salmağa cəhd edirdi ki, o ondan, bir dənizdən savayı, ürəyi nə istəyir, tələb
eləyə bilər. – «Dənizsiz pəncərələr mənim nəyimə gərəkdi? Bu boyda tənha evdə dənizsiz mən
nə edərəm? Sübh, yaxud, qürüb çağı dənizin, yanar bataqlığa oxşadığı mənzərəni görməsəm,
necə yaşayaram? Dekabr gecələri mayakın yaşıl işığına məhəl qoymadan, sınıq şüşələrdən
uğultuyla içəri dolan küləklərsiz necə yaşaya bilərəm? Mən – o adam ki, öz dumanlı səhralığını
ataraq, qızdırmalı titrəmətdən üzülə-üzülə, özümü vətəndaş müharibəsinin alovuna, tərcümeyi-
halımda yazıldığı kimi, dərin vətənpərvərlik hissindən, yaxud, bəzilərinin hesab elədiyi kimi,
fırıldaq məqsədi ilə, yaxud federalizm ideyaları uğrunda da yox, təkcə bu dənizi görmək üçün
saldım! Qalan hər şey boş məsələdi, mənim əzizim, Uilson, odu ki, siz ayrı bir şey fikirləşin.» -
deyə o, əlini yüngülcə səfirin çiyninə toxunduraraq, onunla xudahafizləşirdi. Səfiri yola salandan
sonra isə geri – öz iqamətgahına qayıdır, bir vaxt rəsmi idarələrə mənsub olan boş kabinetlərin
işıqlarını yandırırdı; günlərin bir günü isə axşamçağı o, sarayın dəhlizlərində, hansı təsadüf
üzündənsə buralarda azıb qalan inəyə rast gəldi, onu pilləkənlərə sarı qovdu, heyvan, ayağı
xalçanın dəlmə-deşiyinə ilişdiyindən kəllə-mayallaq aşıb, baş gözünü partlatdı və bununla da
acından üzülən cüzamlı xəstələri ağlasığmaz dərəcədə sevindirdi; xəstələr cumub cəmdəyi
bölüşdürdülər; Letisiya Nasarenonun ölümündən sonra bütün cüzamlılar və ifliclər, korlar geri
qayıdaraq, əvvəlki kimi, bağda, qızılgül kollarının altında yaşayırdılar, yenə əvvəlki kimi, ondan
bir çimdik şəfqət duzu dilənir, ulduzlu gecələrdə mahnılar oxuyurdular; o da onlara qoşulub:
«Susanna, yanıma gəl, Susanna!» -nı oxuyurdu; axşamüstü saat beşdə isə tövlənin pəncərəsindən
yola boylanıb mavi döşlükdə, qısa corablarda məktəbdən qayıdan hörüklü qızlara baxır,
tamahdan nəfəsi darala-darala, əlcəkli barmaqlarını pəncərənin dəmir qəfəsində oynada-oynada