“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
93
Fərq bircə burasındaydı ki, əgər bir vaxtlar o, vitse-kralın, jasmin qoxuyan kvartalının
girişlərində dilənərək, xırda-xuruş yığırdısa, indi nəhəng hərbi furqonları, xoşuna gələn qiymətli
əşyalarla doldurub, haqq-hesabın hökümətə göndərilməsi bəhanəsiylə aradan çıxırdı. Bu, «pul
hesabının», Allahın özünə təqdim olunmasına oxşar bir şey idi, çünki artıq çoxdannan bəri idi,
ölkədə bir kimsə dəqiq bilə bilmirdi ki, bu tərəflərdə ümumiyyətlə, dövlət adında bir şey var,
yoxsa görünənlər, onun kölgəsidi. Biz, de Armas meydanının qarşısındakı təpəlikdən qala
divarlarını görürdük; bir vaxt tarixi nitqlərin səsləndiyi, naxışlı pərdəli pəncərələri və gül
vazlarıyla məhşur eyvanları olan hakimiyyət evini görürdük. Gecələr bu bina, göy üzündə üzən
gəmiyə bənzəyirdi və nəinki, şəhərin istənilən küncündən – dənizin yeddi minlik məsafəsindən
görünürdü; bu bina, əsasən, məşhur şair Ruben Darionun ölkəyə gəlişi münasibəti ilə ağ rənglə
rənglənib, dörd bir yanından şar kimi dəyirmi fonarlarla işıqlandırılandan bəri gözə çarpmağa
başlamışdı. Lakin, bütün bunlar da cəm halda yenə bizi, prezidentin, həmin bu ağ divarların
arasında, həmin bu hökümət evində yaşadığına inandıra bilmirdi. Əksinə, bizim əlimizdə dəqiq
əsasımız vardı, belə güman edək ki, bütün bunlar, vur-tut gözdən pərdə asmaqdı; hərb maşınının,
prezidentin qocalıqdan mistisizm aləminə qərq olması, ictimai tədbirlərdən, əyləncələrdən
uzaqlaşması, özünün öz üzərinə epitimya* qoyması, ömrünün son günlərində bütün
qabiliyyətlərini itirdiyini gizlətməsi, ruhunu dərviş əbasıyla sakitləşdirərək, canını yüz cür dəmir
avadanlıqlarla rahatlaması barədə söz-söbətlərə son qoyması üçün normal həyat barədə tamaşa
düzəltməsi idi; həm də danışırdılar ki, o, tək bir qara çörək və quyu suyuyla dolanır, yataq
həzzlərini isə, biskay monastrlarının, dərviş əbası geymiş çılpaq xidmətçiləri ödəyir; deyirdilər,
o, beləcə, zorla cinsi əlaqəyə girdiyi bir qadına görə, bircə Allahın köməkliyi ilə hələ bütün ali
ordenləri ala bilməyən bu rahibənin ondan uşaq doğmağının günahını yuyanacan, bu vəziyyətdə
də qalacaq. Lakin bütün bu söz-söhbətlər, söhbət olaraq da qalır, hər şey, öz əvvəlki qaydasında -
onun hüdudsuz kədər səltənətində olduğu kimi, yenə öz yoluyla davam etməkdəydi, çünki
hakimiyyətin açarları hələ də Letisiya Nasarenonun əlindəydi və o, pul hesablarının dövlət
tərəfindən ödəniləcəyini bildirəndə, onu da bildirməyi unutmurdu ki, bu, şəxsən prezidentin öz
arzusudu. «Hesabı hökumət ödəyəcək!» - ilk günlər bu ifadə azca da olsa, ümid işığı yaradırdısa,
günlər ötdükcə, öz dəyərini, ciddiliyini itirirdi: «Hesabı hökumət ödəyəcək!» Hadisələr bu
minvalla davam etməyindəydi ki, uzun-uzadı illərdən sonra günlərin bir günü, cəsarətli
kreditorlar, əllərində çamandanları, özlərini prezident sarayının qəbul bölməsinə yetirdilər. Ən
qəribəsi o idi ki, bizə nə «hə», nə də «yox» deyən olmadı. Növbətçi bizi, çox qanacaqlı və cavan
bir zabit oturmuş yığcam qəbul otağına ötürdü, orda zabit öz növbəsində, bizə gülər üzlə qəhvə
təklif etdi: «Prezidentin öz məhsulundadı, cənablar!» Bundan sonra o, bizə, pəncərələri dəmir
çərçivəli, tavanları ventilyatorlu, gur işıqlı, ağ kabinetləri göstərdi; bu kabinetlər elə təmiz, elə
işıqlı idi, hər şey o qədər saf və insanpərvər idi ki, bizlərdən hər birimiz özümüzü itirə-itirə biri-
birimizdən: «Bəs deyilən o çürük hakimiyyət havası hanı? Öz işləri ilə tələsmədən, sakitcə
məşğul olan bu ipək köynəkli məmurlar, bu mülayim adamlar necə qəddar və simic ola bilərlər
axı?» - deyə soruşduq.
Cavan zabit isə bizi hey saray otaqlarıyla gəzdirirdi; o bizi, Letisiya Nasarenonun, sübh şehi və
səhərin təmiz havası, kor və iflic xəstələrin üfunətindən korlanmasın deyə, dibindən kəsilən
qızılgül kollarıyla bəzənmiş içəri həyətə apardı və bizə, bir vaxt kənizlərin yaşadıqları
hinəbənzər barakları göstərdi… pas atmış tikiş maşınlarını, hərəmxana sakinlərinin iki-iki, bəzən
üç-üç yatdığı kazarma çarpayılarını göstərdi və izah elədi ki, bu qəfəsəbənzər biabırçı barakı
söküb, yerində kiçik kilsə tikəcəklər; o, bizə prezident sarayının ən müqəddəs yerini – günorta
günəşinin işığından qızılı rəngə çalan diri güllərdən hörülmüş talvarın altında dayanan, yaşıl
taxtalardan yığılmış stolu, prezidentin, Letisiya Nasareno və oğluyla - bu stolun arxasında
oturmağa ixtiyarları çatan yeganə adamlarla təzəcə nahar elədiyi yeri göstərdi; əfsanəvi seybanı
– prezidentin, siestanın ən bürkülü saatlarını, ikirəngli parçadan tikilmiş milli bayrağın
kölgəsində keçirdiyi yelləncəyi, süd fermasını, pendir düzəldilən dəzgahları göstərdi; biz,
prezidentin, hər səhər süd sağımına nəzarət etmək üçün gəldiyi yolla geriyə qayıdanda isə cavan
zabit ayaq saxlayaraq, palçığın içində qalan uzunboğaz çəkmənin izini göstərib: «Baxın, bu,
onun izidir!» - dedi. Və biz, nəhəng çəkmənin izinə baxa-baxa, yerimizdəcə donub qaldıq. Bu
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
94
izdən möhtəşəmlik və əzəmət duyulurdu; bu, tənhalığa öyrəşən bəbirin, hökümranlığı izi idi; bu
izə baxdıqca, bizim hər birimiz özümüzü, prezidentin özündən çox, ecazkar hakimiyyət
havasının bizə məlum olmayan gizli sirlərinin yaxınlığında hiss etdik və hər şey onunla bitdi ki,
yüksək rütbəli hərbçilər, ali komandanlığın, dövlətin, nəhayət, prezidentin özünün hüquqlarından
daha böyük imtiyazlara malik olan özündənrazı, yekəxana qadına qarşı üsyana qalxdı. Şöhrətdən
başı gicəllənən, özündən süni surətdə kraliça düzəldən Letisiya Nasareno həddini o qədər aşdı ki,
axırda baş qərargah daha dözə bilməyib, bizlərdən birini əla həzrətlərin yaxınlığına buraxmağa
məcbur oldu: «Yalnız bir adam, - bizə dedilər, - qoy, o, generalın kürəyi arxasında baş verənlər
barədə, heç olmasa, ucundan-qulağından da olsa, bir arayış versin.»
- «Məsələ də bax, belə alındı ki, mən onu gördüm. O, öz qar kimi ağappaq otağında tək idi.
Divarlardan cins ingilis atlarının qravürləri asılmışdı. O, yumşaq kresloda söykənəcəyə ehmalca
söykənmiş vəziyyətdə oturmuşdu, başının üstə ventilyator pərləri hərlənirdi. O, orden-medalsız,
bürünc düyməli, ağ, əzik, kətan formadaydı, ipək əlcəkli əli, üstündə üç cüt eyni qızılı çərçivəli
eynəkdən savayı heç nə olmayan yazı stolunun üzərində idi. Kürəyinin arxasında, içi insan
dərisinə bənzər cilidli, tozlu mühasibat kitablarıyla dolu rəflər vardı; sağ tərəfində, dəmir tor
vurulmuş açıq pəncərədən bütün şəhər, dənizə qədər bircə quş görünməyən buludsuz, açıq səma
görünürdü. Mən özümü çox yüngül hiss edirdim, çünki onun, əshabələrinə nisbətdə, çox sadə
görkəmi vardı; portretlərindəkindən fərqli olaraq, ev görkəmində idi, bəlkə də buna görə ona
ürəyim ağrıdı; ona aid olan hər bir şey nimdaş və qoca idi; o özü isə çarəsiz xəstəlikdən üzülmüş
xəstələr kimi o qədər zəif idi ki, «əyləşin» deməyə belə, gücü çatmadı və o, ipək əlcəkli əlinin
hərəkəti ilə mənə oturmağı təklif etdi və harasa kənara baxa-baxa, nəfəsindən gələn amonyak iyi
kabinetin içini doldura-doldura, ağır xışıltı ilə nəfəs ala-ala, məni dinləməyə başladı; sonra uzun
müddət pul sənədlərini gözdən keçirdi. Abstrakt təfəkkür ona yad olduğu üçün mən, məktəb
dərsliklərində keçdiklərimdən istifadə edərək, bu kağızlarda nədən yazıldığını sadə sözlərlə ona
izah etdim. Mən ondan başladım ki, Letisiya Nasarenonun borca götürdüyü taftanın uzunluğu,
burdan Santa Mariya-del-Altaracan gedib-qayıtmaq qədərdir, yəni yüz doxsan dəniz milindən
çox; onda o: «Aha» - dedi; edə dedi, elə bil bu sözü özü-özünə dedi. Sözümü onunla bitirdim ki,
Letisiyanın borcları, sizin, əla həzrətlərinin güzəştini nəzərə alsaq, son on ildə lotereya oyununun
altı ən böyük uduşuna bərabərdir. Onda o, yenə: «Aha» - dedi və ancaq onda gözü gözümə
sataşdı. Onun gözündə eynək yox idi və mən gördüm ki, onun gözləri ürkək və qəmlidi,
danışanda isə səsi elə qəribə çıxırdı, elə bil sinəsində fisqarmon çalınırdı. «Sizin gətirdiyiniz
dəlillər inandırıcı və ədalətlidir!» - o dedi.
Bəli, o dövrlər o, məhz belə idi; Letisiya Nasareno onu istədiyi kimi dəyişib, Daş dövründən
qalan vəhşi Bendisyon Alvaradonun mağara tərbiyəsini canından çıxartdığı dövrlər, onu yalnız
bu səviyyədə görmək olardı. Letisiya ona, süfrə arxasında yox, ayaq üstə yeriyə-yeriyə, bir
əlində kasa, o biri əlində qaşıq, dala-qabağa var-gəl eləyə-eləyə, nahar etmək adətini tərgitmişdi,
indi onlar üçlükdə, çiçəkli sarmaşıqlardan hörülmüş talvarın altındakı bağ stolunun arxasında
nahar edirdilər; nahar vaxtı o, uşaqla üzbəüz otururdu, Letisiya özü isə böyürdə oturub hər
ikisinə seçmə ədalar, yeməyin bədənə daha çox fayda verməsi üçün xüsusi qəbul qaydalarını
öyrədirdi; Letisiya onlara, stol arxasında düzgün vəziyyətdə - kürəyi stulun söykənəcəyinə
söykəyib oturmağı, çəngəli sol, bıçağı sağ əldə tutmağı, tikəni düzgün çeynəmək qaydasını –
başını dik tutaraq, ağzını açmadan on beş dəfə bir ovurdunda, on beş dəfə o biri ovurdunda
çeynəməyəi öyrədirdi və ərinin, arada bir bütün bunların kazarma intizamına oxşadığını
deməsinə qətiyyən məhəl qoymurdu. Nahardan sonra Letisiya onu, rəsmi dövlət xəbərlərini –
xüsusi təsisçisi və fəxri redaktoru şəxsən özü olduğu qəzeti oxumağa məcbur edirdi. Letisiya bu
qəzeti ona nahardan sonra, pationun nəhəng artırmasında, kölgədəki yelləncəkdə uzanıb
mürgüləmək istəyən vaxt oxutdururdu. - «Dövlət başçısı, dünyada baş verən bütün hadisələrdən
xəbərdar olmalıdı.» Letisiya qızıl çərçivəli eynəyini onun burnuna taxır və o, öz xəbərələr
müjdəçisinin, şişirdilmiş sulu cümlələrlə dolu səhifələrinə yola düzəlirdi; Letisiya, oğlunun
idman məşğələləri ilə məşğul olur, monastrda öyrəndiyi top-top oyununu uşağa öyrədir, əla
həzrətləri isə belə məqamlar qəzetlərdə nəşr olunmuş qədim foto-şəkillərini nəzərdən keçirirdi;