“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
85
tayında qızılı mahmız parıldayan əsgər uzunboğazlarında özünü Letisiyanın yatağına salıb, qəti
hücuma keçdi; Letisiya, vahimə içində yuxudan dik atılıb qocanın qucağından çıxmağa çalışdısa
da, onun qəti inadını hiss edib bicliklə yaxa qurtarmağı qərara aldı. «Yəhər-qayışınızı çıxarın,
general, yoxsa toqqalarınızla döşümü kəsərsiz». Qoca ləvazimatlarını çıxaranda, Letisiya ardını
tələb elədi: «Mahmızınızı açın, general, yoxsa ulduzları qoltuqlarımı cızar! Cibinizdəki açarları
da çıxarın, onlar böyrümə dirənib». O da, qılınclı qınını soyunmaq qərarına gəlməyə üç ay vaxt
getməsinə baxmayaraq, onun bütün tələblərini yerinə yetirdi. «Bunlar məni boğur, general!» - bir
ay da frençi soyunmağına getdi. – «Bu düymələr adamın lap qəlbini cızır, general!»
Bu, Letisiya tərəfindən qəsdlə uzadılan, qocanı qəzəbləndirmədən, qarşılıqlı güzəştlər üzərində
qurulan uzunmüddətli, çətin, soyuq müharibə idi və müharibənin sonunda – Letisiyanın
oğurlanmasının üçüncü ildönümündə axır ki, onların arasında nə isə baş verdi, lakin nə o, nə də o
biri başa düşə bilmədilər ki, baş verən nə idi. Adi gecələrin birində onun, tale xətləri olmayan
yumşaq ovucları, rahibənin hansısa gizli qadın simlərinə toxundu və Letisiya yuxudan,
ehtirasdan titrədə-titrədə ayıldı, bədəninə zəli kimi sarılan vəhşi heyvanı özündən uzaqlaşdırmağı
ağlına belə gətirmədi, bircə yazıq səslə: «Uzunboğazlarını soyun, yoxsa mənim holland
döşəkağılarımı bulayarsan!» - dedi. Sonra qoca onları çıxardıqca, ardını gətirdi: «Şalvarını
soyun, qurşağını çıxar, hər şeyini soyun, yoxsa səni hiss eləmirəm, həyatım mənim!» Və o,
birdən-birə özünü, bir vaxt anasının onu o, anadan olan gün monastrın darvazası ağzında, ətirşah
güllərinin sayrışan yarpaqları önündə doğduğu kimi - tam azad hiss elədi; sonra özündə döyüş
öküzünün gücünü hiss edərək, bircə həmləyə hər şeyi alt-üst edib, Letisiya Nasarenonun
dişlərinin, gəmi dorunun cırıltısına bənzər cırıltısı eşidilən sükut uçurumunun dibinə üzü üstə
yıxılıb qaldı. – «Nasareno Letisiya!..» - «Burda!» - «Və o, mənim saçlarımdan ikiəlli yapışdı ki,
həmin o dibsiz burulğanda mənim kimi, tək-tənha ölüb itməsin…» Lakin qoca, Letisiyanı həmin
o burulğanda təmtək qoydu və unutdu, özü də tək-tənha, fırtlığının uzun-uzadı, sulu sapları
arasında dolaşa-dolaşa, sarsıntıdan üzülə-üzülə, özü-özünü göz yaşlarının şor sularında axtardı:
«Anam mənim Bendisyon Alvarado, bu şirin əziyyəti dadmadan, bu qədər uzun ömrü necə
yaşamaq olardı?» Az qala bağırsaqlarınacan işləyən anlaşılmaz, əzablı–şirinli ağrılardan başını
itirə-itirə, bütün bədənini titrədən bu qızdırmanın nə olduğunu, niyə özünü bu cür – başı kəsilmiş
heyvan kimi hiss elədiyini, bu şəffaf örtüklü yorğan-döşəyin holland döşəkağılarını bulayan
şəffaf cövhərin nə olduğunu, nəhayət, həmin bu şəffaf yağışlı gün nə baş verdiyini, büllur
havanın niyə birdən-birə üfunətli iylə iyləndiyini anlamadan, ağlayırdı, siz anlamırdınız ki,
sadəcə olaraq, qurtarmışdınız, mənim generalım!..
Axşama yaxın biz saraydan, iylənmiş inək cəmdəklərini yığışdırdıq, bu fantastik xarabalıqda
cüzi də olsa, nə isə sahmana oxşar bir şey yarada bildik, amma yenə tapdığımız meyiti müvafiq
görünüşünə – əfsanəvi hökmdar görünüşünə salmağa qabiliyyətimiz çatmadı; biz meyitin
dərisini balıqtəmizləyən bıçaqla qaşıdıq, dənizin dibinə batıb qalan gəmilərin üstünü örtən mamır
qatına bənzər sürüşkən örtüyünü birtəhər soya bildik, sonra onu qətran yağıyla yağlayıb duzlu
məhlulda yuduq ki, çürümə ləkələri yoxa çıxsın, quzğunların, meyitin üzündə oyub açdığı
dəlmə-deşiklərə doldurulmuş mumun üstünü quru nişastayla pudraladıq, yanaqlarına çəhrayı
boya, dodaqlarına pomada çəkib, üzünə həyat rəngi verdik, içiboş göz oyuqlarına şüşə gözlər
taxdıqsa da, cəsəddə, ümumxalq nümayişinə çıxarılmaq üçün zəruri olan hökmdar siması yarada
bilmədik. Bir yandan məhkəmələr gedir, işlər oxunur, dövlət şurasının iclas zalında, əsrlik
despotizmin qalıqlarına qarşı mübarizəyə, ümumxalq birliyinə, mərhumun qırmağından salamat
çıxan mülkiyyətin – dünənəcən qorxunc qocanın toxunulmaz əmlakı sayılan nə varsa, hamısının
azad surətdə bölünməsinə səsləyən şüarlar eşidilirdi. Onun ölüm xəbəri, inadlı şəkildə
gizlədilməsinə baxmayaraq, sehrli bir sürətlə göz qırpımında ölkənin dörd bir yanına yayıldı, bir
vaxt vətəndən didərgin güşənlər geriyə döndülər; uzunmüddətli sürgün illərində qarşılıqlı
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
86
iddialarını unudan liberallar və konservatorlar, hakimiyyət iyi hələ də burunlarından getməmiş
ali rütbəli generallar, axırıncı üç mülki nazir, baş arxiyepiskop, bir sözlə, qoca despotun, qoz
ağacından uzun stolunun arxasında görmək istəmədiyi camaat geriyə qayıtdı, sonra həmin bu
adamlar min cür tədbir tökməyə başladılar ki, prezidentin ölümünü xalqa necə çatdırsınlar ki,
hay-küy qalxmasın, xalq kütlələri kor-təbii surətdə küçələrə tökülüşməsin. Nəhayət, bu qərara
gəldilər ki, xəbər, iki bülleten şəklində xalqa çatdırılsın: bir nömrəli bülletendə prezidentin
səhhətinin yüngülcə pozulması və onun, məhz bu səbəbdən, bir sıra rəsmi ictimai tədbirlərdə və
audiensiyalarda şəxsən iştirak edə bilməməsi açıqlanırdı; iki nömrəli bülletendə deyilirdi ki, əla
həzrətləri, öz yataq otağından, təbii bir səbəb üzündən – qocalıq zəifliyindən çıxa bilmir. Həmin
bu bülletenlərin ardınca, bürkülü bir avqust günü, çərşənbə gününün sübh şəfəqi çəhrayı rəngə
bürünən vaxt, kilsə zənglərinin səsi hökmdarın ölüm xəbərini elan etdisə də, yenə heç kim onun
ölümünə, ölənin məhz o olduğuna inana bilmədi. Nə idisə, onun ölüm xəbəri bizi möhkəm
çaşdırmışdı, üfunətli meyiti əl-qolumuzu keyitmişdi, bəlkə də biz ona görə bu günə düşmüşdük
ki, onda bu əllamə qocanı əvəz edə biləcək adamın kim ola biləcəyini təsəvvürümüzə belə gətirə
bilmirdik, axı o, xudbinliyindən, sağlığında özünə davamçı seçmək haqqında nəyinki heç
fikirləşməmişdi, bu barədə ümumiyyətlə, eşitmək belə istəmirdi; qocalıq hikkəsiylə, ölümündən
sonra olacaqları müzakirə etməkdən boyun qaçırır, ələlxüsus da, dövlət aparatı yeni, şüşəli beton
binaya köçəndən və o, öz iqamətgahında tək-tənha qalandan bəri bu barədə söz düşəndə, yüz
bəhanəylə söhbətin mövzusunu dəyişirdi. O, orda, yuxunun içi ilə gəzirmiş kimi, təzəklərin
arasıyla dolaşır, qızılgül kollarının altında, xəstəlikdən çox, qocalıqdan ölən korlardan,
cüzamlılardan və ifliclərdən savayı kimsəyə əmr verməyə ürək eləmirdi. Amma elə ki, söz yenə
davamçıdan, vətənin gələcək taleyindən düşürdü, o dəqiqə tərsliyi tutur, bütün müəyyənliklər
qeyri-müəyyənliyə çevrilir, bütün cümlələr müdrik bir uzaqgörənliklə müşayiət olunurdu. -
«Məndən sonra dünyada nə baş verəcəyi haqqında fikirləşmək, ölümün özü qədər qaranlıq
məsələdi! Sizin nəyinizə lazımdı axı? Nədən belə narahat olursunuz? Mən, başımı yerə qoyan
kimi siyasətçilər yığışıb bu andır ölkəni, bir vaxt böldükləri kimi böləcəklər! Bax görərsiz, bu
bölüşmə mərasiminə keşişilər də tökülüşüb gələcək, dövlətlilər də özlərini yetirəcək və hər şeyi
çapıb talayacaqlar, kasıblarasa yenə də heç nə catmayacaq, onların güzəranı əvvəlkindən də pis
olacaq. O bədbəxtlərin taleyi belədi, nəcisə beşcə qəpik verən tapılsa, bu adamlar dalsız
doğulmağa başlayacaqlar! Elə də olacaq, görərsiz!» Sonra o, kiminsə, bir vaxt onun şan-şöhrətli
dövrlərində dediyi kəlamı misal gətirib, özü-özünü rişxəndlə ələ salıb gülə-gülə deyirdi ki, onu,
ölümündən sonra Yerusəlimdə, peyğəmbərin məqbərəsiylə yanaşı yerləşdirməyə zəhmət
çəkməsinlər, çünki o, cəmi üçcə gün ölü qalacaq. - «Bir də, bütün bu söhbətlər boş
cəfəngiyyatdır. Sizə bu gün ağlasığmaz görünən məsələlər, gün gələcək, həyata keçəcək. Mən
əbədiyəm!» Həqiqətən də o vaxtlar onun taleyi və şəxsiyyəti ilə bağlı məsələlərə heç kim
şübhəylə yanaşmırdı. Heç nəyi sübut eləmək olmadığı kimi, heç nəyi rədd eləmək də mümkün
olmurdu. Biz hətta, dəqiq bilə bilmirdik ki, bu, onun bədənidi, yoxsa yox. Biz, vətənimiz
haqqında, onun tarixini əhatə eləyən tarixdən savayı ayrı bir tarix bilmirdik, onun, öz istəyinə
uyğun yaratdığı Kainat ölçülərinin dəyişib, zamanın özünü belə, öz istədiyi şəkildə axmağa
məcbur etdiyi vətəndən savayı, ayrı bir vətən tanımırdıq. Tarixin bu səhifələri, ölkənin
mənzərəsiylə bir, onun xatirələr bulağının lap çeşməsində, yaddaşının dumanlı, ucqar bir
döngəsində parlayıb yox olurdu; o, bu xatirələrlə sarayın içiylə məqsədsiz-filansız, daim
alçaqlığın yuva saldığı, bircə dəfə belə olsun, xoşbəxtlik qığılcımı çırtlamadığı dəhlizlərlə gəzib
dolaşır, yelləncəyin ətrafına qarğıdalı dəni tökə-tökə toyuqlarını yedirdir, qulluqçusunu lazımsız
əmrlərlə çərlədir, gah limonad dolu stəkan gözünün qabağında ola-ola, buzlu limonad tələb edir,
sonra ona barmağının ucuyla belə toxunmur, gah hansısa stulu bir yerdən götürüb başqa bir yerə
qoydurur, sonra əksinə, əvvəlki yerinə gətirtdirirdi; - bütün bu xırda şıltaqlıqlar, onun tamahkar
hakimiyyət hərisliyi ocağına atdığı son, miskin kömürlər idi; o, ölkəni, heç nə eləmədən, mürgü
içində, uzaq uşaqlıq xatirələrində gicəllənə-gicəllənə idarə edir, hərdən bir mürgülərinin içində
nə isə aydınlaşır, köhnə konstruktorun, hakimiyyətə gəldiyiniə qədərki dövrün hansısa detalı onu
mürgüdən ayıldır, bu nəhəg ölkəyə – bu sonsuz tropik bitkilər, keçilməz bataqlıqlar, qədim,
dibsiz uçurumlar şahlığına, bir vaxt cəsur ovçuların, canavarları yalın əllərlə tutduqları yerlərə