“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
81
kosmetikayla örtülmüşdü, ona görə yox ki, bu cəsəd sadəcə, təbiət muzeylərinə düzülmüş heyvan
müqəvvaları kimi, adi qaydada, içinə saman təpilmiş müqəvva idi…» - «Aha!» - o dedi və
tezliklə bütün bu deyilənləri öz gözüylə görmək imkanı qazındı: «Mən, şüşə sərdabənin qapağını
açanda, qara matəm lentləri mənim nəfəsimdən ovulub töküldü, cansız kəlləyə taxılmış portağal
güllərindən çələngi çıxaranda isə gördüm ki, at tükü kimi möhkəm saçların, demək olar, hamısı,
təbərrük kimi satılması üçün kökündən qoparılıb və onda mən, səni qucağıma götürdüm, ana;
sənin qurumuş sümüklərini fatanın cırıq-sökük tikələri ilə birgə götürdüm; sən günün altında
qurudulmuş balqabaq kimi yüpyüngül idin; səndən, qədim sandıq dibinin iyi gəlirdi; mən, sənin
içində nəyinsə qızdırmalı titrəməylə vurnuxduğunu eşidirdim və düşünürdüm ki, bu, sənin
ruhunun pıçıltılarıdı, lakin bu, öz iti bıçaqlarını içəridə oynada-oynada, səni yalaya-yalaya səni
içindən yonan güvə idi; odu ki, mən səni uzun müddət qucağımdan yerə qoymadım, çünki sən
elə mənim əllərimdəcə ovulub dağılırdın, hissə-hissə sökülürdün; axı, sənin bütün içalatın ovulub
çıxarılmışdı; daha, əli sinəsinin üstə yatan xöşbəxt ananın bədənindən əlamət qalmamışdı;
bədənindən qalan kövrək toz dumanı əllərimin içindəcə, sümüklərin, arada bir fosforlu
qığılcımları ata-ata külə çevrildilər; qoyma şüşə gözlərinsə, qürub çağı kilsənin, al qırmızı işığa
bürünən mərmər döşəməsi boyu birə kimi atıla-atıla gəzdilər; sən, heç nəyə çevrilmişdin, ana,
ovulmuş ana tozuna dönmüşdün və əsgərlər, bu tozu bellərlə yığıb tabutun içinə tökürdülər.»
Bütün bunlardan sonra da bu fasıq, donuq zalımın üzünün əzələsi belə, tərpənmədi, onun, iquana
gözünə bənzər hərəkətsiz gözlərində nə onda, bu hadisələr baş verən zaman, nə də bu dünya
üzündə onu həqiqət aynasıyla üzbəüz qoyan yeganə adamla təkbətək qalanda heç bir ifadə
yaranmadı. Onlar, adi karetlərdən heç nəyi ilə fərqlənməyən sadə, gerbsiz karetə oturub,
pərdələrin arasından, bir vaxt dəhşətli ölümlər və nakam sevgilər barədə, zəhərli güllər, istək
öldürən sirli bitkilər barədə kitablar satılan, indi isə Bendisyon Alvaradonun bədəninin müxtəlif
hissələri, əyninin geyimindən tikə-parçalar – yalançı təbərrüklər düzülən giriş darvazalarının
kölgəsində istirahət edən dilənçilər sürüsünə baxırdılar. Monsenyor Demetrio Aldous, gözünü
alver meydanından çəkib, istintaqın müsbət nəticələri barədə danışmağa başlayanda, o, öz
həmsöhbətinin fikrini o dəqiqə tutdu. – «Mən əmin oldum ki, bu kasıb adamlar sizi, öz həyatları
qədər sevirlər». Həqiqətən də axı, xəyanət deyilən nə vardısa, Demetrio Aldous prezident
sarayında görmüşdü, yüksək dövlət vəzifələrində işləyənlərin, özünü gözə soxanların
tamahkarlığının, ucsuz yarınmağının, xəbis yaltaqlığının şahidi olmuşdu, kasıb kütlələr arasında,
dilənçilər içində, heç nəyi olmayan, öz hökmdarlarından da heç nə ummayan adamlarınsa, sadiq
məhəbbətini görmüşdü; bu adamlar ümumiyyətlə, heç kimdən heç nə istəmirdilər; onlar, başları
üstə duran hökmdarı, torpaq kimi görünən və ələgələn olduğundan, ona toxuna biləcəklərinə
görə ilahi bir sevgiylə sevirdilər. - «Allahın özünün paxıllığı tutası bir işdi, əla həzrətləri!» Lakin
əla həzrətlərinin, bu etirafı eşidəndən sonra da qaşının ucu belə tərpənmədi, halbuki ayrı vaxt
olsaydı, onun ürəyi gizli bir sevinclə şirin-şirin gizildəyərdi, içini çəkib həyəcanını içində boğa-
boğa özü-özünə fikirləşərdi: «Sizsə istəyirdiniz ki, məni heç kim sevməsin, müqəddəs ata,
ələlxüsus da indi, bu məmləkətdən gedib öz uydurma dünyanızın qızıl qüllələri altında mənim bu
biabırçı vəziyyətimdən və ələmimdən həzz alacağınız bir vaxt, mənsə burda - üstümə yıxdığınız
həqiqət yükü altında, bu dərdi mənimlə bölə biləcək qayğıkeş anasız, öz istəyimlə seçmədiyim
anadan olmağımla qazandığım həmin bu məmləkətdə – əsrlərdən bəri olduğu kimi qalan vecsiz
mənzərəli, nəcis iyli, razılığım olmadan, adıma yazılanlara dünyasında inanılmayan bu tarixsiz
məmləkətdə, pərdəli karetin içində belə qırx dərəcə istisi, doxsan səkkiz faiz nəmişliyi olan,
tozundan nəfəs tutulan, arada bir qəhvədan kimi yüngül fit verən şişimin ağrısından qovrulduğun
bir yerdə, qəbullarda bircə partiya domino oynamağa adam tapılmayan və bütün bu həqiqətlərə
inana bilən bircə adamın olmadığı bir ölkədə tək tənha qalım, müqəddəs ata?.. Özünüzü mənim
yerimə qoyun, müqəddəs ata!» O, güclə seziləcək tərzdə içini çəkib, iquana kipriklərini yüngülcə
qırparaq, monsenyor Demetrio Aldousdan xahiş etdi ki, bu söhbət aralarında qalsın - «Siz mənə
heç nə deməmisiniz, ata. Mən həqiqəti bilmirəm, oldu?» Monseyor Demetrio Aldous da söz
verdi: «Əlbəttə, əla həzrətləri, siz, həqiqəti bilmirsiz. Bu söhbət, öz aramızda qalacaq, sizə kişi
sözü verirəm.» Bendisyon Alvaradonun müqəddəslik titulu alması haqqında iş, onun
müqəddəsliyini sübut edə biləcək faktların azlığı səbəbindən, yarımçıq dayandırıldı, Romanın
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
82
qərarıyla, hökumətin rəsmi razılığı əsasında, onun amvonluqdan* çıxarıldığı elan edildi, bu
qərarla həmçinin, ictimai asayişin qorunmasına, hər hansı üsyan xarakterli çıxışlara nəzarət
gücləndirilsə də, üçyançılar dəstəsi, de Armas meydanında kafedral kilsənin darvazalarının
şalbanlarından ocaqlar qalayanda, Apostolik nunsiatura sarayının, mələklər və cəngavərlər təsvir
olunmuş rəngli şüşələrini daşla sındırıb tökəndə, yerli mühafizə qüvvələri heç bir müqavimət
göstərmədi. - «Onlar hər yeri dağıdıb sökürlər, mənim generalım!» O, öz yelləncəyində sakit-
sakit yırğalanır, qaşının ucu belə tərpənmirdi. «Onlar, monastrları mühasirəyə alıblar, rahibləri
acından öldürmək istəyirlər. Onlar, kilsələri, missionerlərin evlərini yarır, dinə aid nə varsa,
məhv edirlər, mənim generalım!» Yüksək rütbəli zabitlərin hamısı bir adam kimi, əmrin yerinə
yetirilməsində aciz olduğunu, bu kütləvi həyəcanın, qan qırığının qarşısını ala bilmədiyini
boyunlarına almayınca, o, heç bir tədbir görmədən, laqeyd üzüylə öz yelləncəyində yellənə-
yellənə, diri güllərdən hörülmüş talvarın kölgəsində oturub qaldı. Yalnız bu kütləvi etirafdan
sonra o, yelləncəkdən qalxıb, uzun ayların düşüncələrinə qərq olduğundan, daxil ola bilmədiyi
kabinetinə sarı addımladı, orda, xalqın yekdil rəyini ifadə eləmək məsuliyyətini öz üzərinə
götürdüyü barədə qərar qəbul etdi və bu qərarı, silahlı qüvvələri xəbərdar etmədən, nazirlərlə
məsləhətləşmədən, öz fəhmiylə yaratdığı dekretdə əks etdirdi. Dekretin birinci maddəsi – azad
və suveren xalqın ali istəyi ilə Bendisyon Alvaradonun vətəndaş müqəddəsliyni elan edir,
Bendisyon Alvaradoya Millətin Himayədarı, Əzabkeşlərin Şəfaverəni, Quşların Mürəbbiyəsi
titullarını verirdi, Bendisyon Alvaradonun andan olan günü isə, həmin maddədə mili bayram
elan edilirdi. İkinci maddə – bu dekretin rəsmləşdiyi gündən, Vatikan dövlətinə və onun
əhalisinə, bütün qayda-qanunuyla, hüquq normalarına və beynəlxalq konvensiyalara
uyğunlaşdırılmış əsaslarla müharibə elan edirdi. Üçüncü maddədə – cənab yepiskopun təcili
surətdə ölkədən çıxarılması, o biri yepiskopların, apostolik prefektlərin, gəlmə kahinlərin və
rahibələrin, ümumiyyətlə, din xadimlərinin, yaxud kilsə işləriylə hər hansı bir əlaqəsi olan yerli,
yaxud, gəlmə adamların qovulması qərara alınırdı. Bu adamların hamısına ölkənin ərazisində,
yaxud hər hansı bir bəhanəylə ərazi sularının əlli dəniz milinədək yaxında olmaq qəti qadağan
edilirdi. Və nəhayət, dördüncü maddə – bütün kilsə əmlakının müsadirə edilməsini elan edirdi.
Məbədlər və monastrlar – məktəbləri, şumluq sahələri, əmək alətləri və mal-qarasıyla bir yerdə,
kilsələrə məxsus şəkər zavodları, fabriklər, emalatxanalar, bir sözlə, hər şey – din xadimlərinin
ayağında olan, əslində isə kilsə mülkiyyəti sayılan hər bir şey müsadirə edildi. Bütün bunlar,
dekret ictimaiyyətə çatdırılandan, ucadan oxunandan və ali hökmdarın möhürüylə təsdiq
ediləndən sonra, Bendisyon Alvaradonun və onun quşlarının ölümündən sonrakı əmlakı elan
edildi. «Tabe olun və əməl edin!» O, dekretdə yer almış bütün bu maddələrin yerinə
yetirilməsinə, atəşfəşanlığın rəngli fişənglərinə, kilsə zənglərinin, Bendisyon Alvaradonun
övliyalar sırasına keçməsi şərəfinə çaldığı qələbə marşlarına məhəl qoymadan, şəxsən özü
nəzarət edirdi ki, anasının müqəddəs ruhu bir daha növbəti yalanın qurbanına çevrilməsin. O,
hakimiyyət cilovlarını yenidən öz əlinə aldı, öz atlas əlcəkli incə əlləriylə kobud cilovlardan
möhkəm yapışdı; bir vaxtlar elədiyi kimi, kasıb komalara girib toyuqların qırt oturuşuna, yaxud
kəlçənin axtalanmağına baxarkən, camaat onu pilləkənlərdə saxlayıb, nə vaxtsa şəhərin
küçələrində keçirilən atçapma mərasimlərini, çuvaliçi qaçış yarışlarını bərpa etməyini xahiş edir,
o da onların xahişini yerinə yetirirdi. O, yenə əvvəlki kimi, hər işə özü qarışır, kilsə əmlakının
inventarlaşma aktıyla şəxsən tanış olmaqdan boyun qaçırmır, müsadirənin gedişinə özü rəhbərlik
edir, göz qoyurdu ki, onun göstərişləriylə həyata keçirilənlər arasında – dövlət sənədlərinin
həqiqəti ilə real həyatın dəyişkən həqiqətləri arasında, xırdaca belə boşluq olmasın. O, kralın
saysız-hesabsız sərvətlərini gizlicə, ikidibli çamadanlarda, xüsusi məharətlə tikilmiş korsajların
altında ölkədən çıxarmaq istəyən möhtəşəm kilsə icmalarının sürgünlərinə də şəxsən özü nəzarət
edirdi. Kasıblar qəbiristanlığında basdırılan həmin bu sərvətlər, uzun illərin axtarışlarına
baxmayaraq, Federasiya uğrunda döyüşənlər tərəfindən də tapılmamışdı. Odu ki, belə bir əmr
verildi: bircə kilsə xadimi, bir dəst alt paltarı dəyişəyindən savayı özüylə yük apara bilməz;
bundan savayı, onlara, gəmiyə yalnız çılpaq, lüt anadangəlmə vəziyyətdə minməyə icazə
verilirdi. Hamı əmrə tabe oldu: heç nə qanmayan, yaxalarından əl çəksinlər deyə, ömürlərinin
axırınacan lümlüt gəzməyə hazır olan kobud kənd kahinləri, din dairələrinin, titrəmədən heydən