“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
73
anası öyrətmişdi; arvad vitse-kralların abidələrindən, ümumiyyətlə, heykəllərdən yaman
qorxurdu, bir də xərçənglərdən qorxurdu, ona nəyə görəsə elə gəlirdi ki, xərçənglər körpələrin
göz yaşını içir; həmin o taleyüklü gecə, bomboz yağışlar dumanı içində əriyib itən nəhəng
Hökumət Evini görəndə isə arvadın, həyəcandan əl-ayağı əsib titrəmişdi və o gecə arvadın heç
ağlına belə gəlməzdi ki, nə vaxtsa bir gün o, elə həmin bu binada, oğlunun, üzü üstə döşəməyə
düşərək, qəzəbdən boğula-boğula, dönə-dönə özü-özünə: «Sən hara ilim-ilim itdin lənət şeytana
ana bu seyrək kol-kosun içində necə azdın indi üzünə yığılan milçəkləri kim qovacaq?» - deyə
inildəyəcəyi həmin bu möhtəşəm sarayda öləcək.
O, ağır-ağır köks ötürür, Bendisyon Alvarado isə həmin məqam, öz tabutunda - platan
yarpaqlarından hörülmüş örtüyün altında üfunətli iylər saçan bataqlığın içi ilə irəliləyən
izdihamın çiyinləri üstə üzür, üzə-üzə, arada bir gah hansısa kənd məktəbinə, gah səhralıqdakı
şor yığılan baraka, gah da ucqar bir hindu kəndinə qonaq oldur, kəndlərin ən gözəl evlərinə daxil
olurdu; tabutun önünə, Bendisyonun gənclik illərinin portreti qoyulurdu: bu portretdə Bendisyon
ona görə gözəl və ecazkar görünürdü ki, portret çəkilən gün, zorla da olsa, yaxalığına naxışlı
diadema taxmağa, üzünü pudralamağa, dodaqlarını boyamağa icazə vermişdi, ömründə ilk dəfə
əlində zanbaq tutmuşdu. - «Əlinizdəki gülü elə yox, bax belə tutun, senyora! Onu, guya
bilməyərəkdən ətəyinizə salın...» - ona demişdilər və həmin bu pozada şəklini, Avropa
monarxlarının şəklini çəkən venetsiyalı fotoqraf çəkmişdi; bu portreti də – dövlətin bir nömrəli
xanımının portretini həmin o venetsiyalı düzəltmişdi; portreti bu səbəbdən tabutla yanaşı
qoyurdular ki, sübut olsun ki, tabutda yatan, həqiqətən Bendisyon Alvaradonun özüdür və
camaat, şəkillə tabutdakı üzü tutuşdurub uyğunlaşdıra bilsin. Bir sözlə, hər şey əvvəlcədən
düşünülmüşdü: meyitin vəziyyəti ciddi nəzarət altındaydı, dərisinə çəkilmiş kosmetika və parafin
layı vaxtı-vaxtında dəyişilir, yağışlar vaxtı mərhumənin göz dəliklərinə yığılan kif təmizlənirdi;
ordu dərziləri mərhumənin paltarına elə nəzarət edirdilər ki, baxanda, adama elə gəlirdi, meyiti
indicə geyindirib bəzəyiblər; meyitin başındakı (qız vaxtı taxmağa müyəssər olmadığı) ağappaq
bakirəlik fatasının təmizliyinə də onlar nəzarət edirdilər.
«Qoy bu bütpərəstlərdən bircəsi belə desin ki, sən öz portretinə oxşamırsan, ana!» Əsrlər
ötdükcə, burda - hakimiyyətin yalnız və yalnız ona məxsus olduğunu unutmağa heç kimin haqqı
olmadığı bu məmləkətin ən kasıb kəndlərində, ən ucqar, çəngəllik meşələrində belə,
hakimiyyətin yenə yalınz və yalnız ona məxsus olacağına heç kimin şübhə eləyə bilmədiyi kimi,
buna da kiminsə şübhə eləməyə cəsarəti çatmazdı. Günlərin bir günü, gecənin bir yarısı, bu
məmləkətin gözdən-könüldən uzaq, sakit yerlərindən birində, sanki Nuh əyyamından qalmış
yelkənli gəmi peyda oldu, avarlarını suda şappıldada - şappıldada, göyərtəsində ara-sıra yanan
işıqlarıyla qaranlıqlarda görünüb yox oldu; sahildəki camaat, keçmiş, gözəl günlərin yenidən
geriyə döndüyünü zənn edərək, gəmini, bayram təbillərini vura-vura qarşıladı. «Yaşasın əsl
kişi!» - yer-yerdən qışqırıqlar eşidildi. Haqq naminə geri dönənə eşq olsun!» Sonra camaat suya
doluşdu, üzə-üzə gəmiyə can atdılar ki, ora cürbəcür, şirəli meyvələr və ayrı yeməklər
çatdırsınlar. Onlar, gəminin naxışlı haşiyəli məhəccərlərinə dırmaşıb ordan göyərtəyə
soxulurdular ki, üzüb gətirdikləri nemətləri, vətənin taleyini adətən domino oyunlarında həll
edən dövlət başçısının ayaqları altına düzsünlər; lakinin bunun əvəzinə, onları tabutun önünə
çəkib gətirdilər. Camaat heyrət içində, daş duz və buz qırıntılarıyla bəzədilmiş tabutun önündə
donub qalırdı; tabut isə prezident kayutunun tən ortasında, dörd bir tərəfi güzgülü otaqda
qoyulmuşdu ki, güzgülü divarlarda birə on çox görünsün.
Beləcə, bu qədim gəzinti gəmisi bir neçə ay, zamanın yuyub Yer üzündən sildiyi muvəqqəti
adaların yanından ötüb keçə-keçə, elə bir uzun-uzadı səyahət elədi ki, axırda saysız-hesabsız
axınların töküldüyü vahiməli, sulu çəngəlliklər içində, həmişəyaşıl çiçəklərin ağlı başdan
çıxardığı yerdə, zamanın qurtaracaq nöqtəsində azdı və elə orda, dünyanın axırında dayazlıqda
lövbər saldı, taxta çarxlarının pərləri qızılı qumda xırçıldayıb sındı, gəmi yarıyacan lehməyə
batdı, döyülmüş buz da, daş duz da əriyib axdı, mərhumənin meyiti şişib taxta tilişkələrin
arasında yırğalandı. - «Və elə həmin o an möcüzə baş verdi, mənim generalım! Məhz həmin o
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
74
dəqiqə biz baxıb gördük ki, o, gözlərini açdı… gördük ki, onun gözləri yanvarda açılan akonita
çiçəyi kimi, ay daşı kimi işım-işım işıldayır. Biz hamımız bir nəfər kimi, onun nəfəsindən,
tabutun şəffaf şüşəli qapağının tərlədiyini, üzü tər damcılarıyla örtüldüyünü gördük… sonra bir
də baxıb gördük ki, o, gülümsəyir... Siz təsəvvürünüzə belə gətirə bilməzsiniz, onda orda nələr
baş verdi, mənim generalım, ağlınıza belə gətirə bilməzsiniz, biz hansı təlatümlərin şahidi olduq,
öz gözlərimizlə nələr gördük?!.. Qısır madyanlar elə ordaca balaladılar, qupquru şoranlıqda
şapan-şapan güllər açdı, lal-karlar öz səslərindən döyüküb qaldılar, «Möcüzə! Möcüzə!
Möcüzə!» - deyə beşcə dəqiqə qabaq lal-kar olan adamlar çığırışdı, camaat hücum çəkib tabutun
qapağını xıncım-xıncım sökdü, mərhumənin bədənini az qala tikə-parça elədi, çünki hər adam
tabutdan yadigar kimi nə isə götürmək istəyirdi: odu ki, bir batalyon əsgər göndərməli olduq ki,
ağlı başından çıxmış kütləni bir təhər sakitləşdirsinlər. Camaat dörd bir yandan, bütün Qəraib
adalarından gəmiyə axışmağa başladı – sizin ananız Bendisyon Alvaradonun, ilahidən ona
verilmiş, təbiət qanunlarına sinə gərə bilən sehrli qüvvə alması xəbərini eşidənlərin ardı-arası
kəsilmirdi. Bu adamlar, ananızın kəfəninin saplarını belə satdılar, bu sapdan tikilmiş duaları,
tabutun içinə yığılmış suyu, onun müqəddəs kraliça libasında təsvir olunmuş kağız ikonalarını
satdılar, camaat isə bir ucdan elə hey axışıb gəlirdi, dəhşətli basabas yaranırdı, itələşə-itələşə
özlərini gəmiyə təpənlər, sanki adam yox, qabağına çıxan hər bir şeyi təpikləyib dağıdan, ayaq
səsləri zəlzələ səsini xatırladan şüursuz, vəhşi öküz sürüsü idi. Siz o səsləri elə indi də eşidə
bilərsiz, mənim generalım, diqqətlə qulaq assanız, elə burdan eşidə bilərsiz. Qulaq asın!» Onda
o, ovuclarını bardaq kimi büküb, uğultusu bir qədər azalan qulağına tutdu, diqqətlə sakitliyə
qulaq asdı və göy gurultusunun uğultusnu andıran - «İlahi, anam mənim, Bendisyon Alvarado!»
- deyən səsləri eşitdi, sonra pəncərədən, nəhəng adam kütləsini, üfüqəcən yeri-göyü tutan, işıq
seli kimi saraya yaxınlaşmaqda olan yanar şam axınını – gurultulu izdihamı gördü…. Bu, onun
anası idi, onun canı-ciyəri Bendisyon Alvarado… doğulub boya-başa çatdığı, ömrü boyu qorxub
çəkindiyi ətürpədən xatirələrindən bədəni lərzəyə gəldiyi aran yerlərinə qayıdırdı; şəhərə ilk dəfə
gəldiyi kimi, yenə çiyinlərdə daxil olurdu; o vaxt bu təşrif, dörd bir yanın qanlı ət iyi verən
qızğın müharibə günlərinə təsadüf eləmişdi, amma indi Bendisyon Alvaradonu şəhərə dinc əhali
gətirib gəlirdi; bu şəhərdə daha nədənsə qorxmalı bir şey yox idi, çünki oğlu əmr vermişdi ki,
bütün tədris kitablarından vitse-krallar haqqında yazılmış səhifələr qoparılsın, abidələr məhv
edilsin, - «Və ümumiyyətlə, sənin yuxuna haram qatan bütün abidələr məhv ediləcək!» Onu,
tabutda yox, elə-beləcə açıq göyün altında, yalın çiyinlərində aparan dinc kütlənin arasında daha
qorxudacaq bir şey yox idi; cənazə, üstünə dağ hündürlüyündə yığılan qızıl hədiyyələrin altında
itib bata-bata, uzun-uzadı vaxtlardan bəri kədər içində uyuyan meşələrdən, düzlərdən, dağlardan
keçib gedirdi; iflic xəstələrin qızıldan düzəldilmiş qoltuq ağacları, gəmi qəzalarından
qurtulanların qızıl ulduzları, uzun müddətdən bəri sonsuzluq dərdindən üzüldükləri halda,
birdən-birə yaxınlıqdakı kolluqda təcili surətdə uşaq doğan qadınların Bendisyon Alvaradoya
hədiyyə etdiyi qızıl gəlinciklər meyitin üstünə qalanmışdı. O yenə həmin o müharibə illərindəki
kimi, adam axınının mərkəzində, dünyanı alt-üst edə biləcək möhtəşəm izdihamın tən ortasında
idi, Bibliya köçərilərinə bənzər insan dənizinin – mal-qara sürülərini başlı-başına buraxıb,
qoltuqlarında mətbəx ləvazimatları, həyatlarının qalan hissəsini harda, necə keçirəcəkləri
özlərinə də məlum olmayan çaşqın adamların arasındaydı; bu adamların bircə ümidi – bir vaxt
hadisələrin ən qızğın çağında bu yerlərə federalizm ideyalarından çox, dənizin nə olduğunu
görmək arzusuyla gələn və başına qırmızı lent bağlayaraq: «Yaşasın liberal partiyası! Yaşasın
felderalistlər, lənət şeytana!» - deyib çığıran oğlunu güllədən qoruyan Bendisyon Alvaradonun
möcüzəli dualarına idi. Bendisyon Alvaradonun meyitini şəhərə gətirən dilənçilər ordusu, ölkəni
mütəmadi olaraq, çapıb talayan o biri quldur dəstələrinin hamısından məsuliyyətsiz və şüursuz
idilər; «Bu, sizin hakimiyyətiniz dövründə öz gözlərimizlə gördüklərimizin ən dəhşətlisi idi,
mənim generalım! Dünya üzü hələ belə şey görməmişdi. - Siz bir baxın, mənim generalım,
görün, bu, nə möcüzədi!» Və o, nəhayət başa düşdü ki, yer üzündə həqiqətən möcüzə var, odu ki,
qolunda qara matəm lenti, sapsarı hiddətli hüzn içində, anası Bendisyon Alvaradonun bütün
xeyirxahlıqlarının müqəddəs möcüzələr olduğunu və bu möcüzəni var gücü və bütün dövlət
imkanlarıyla sübuta yetirməyin vacib olduğunu anladı. Bu məqsədlə o, ən savadlı nazirləri