“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
69
quşlara qoşulub köhnə, unudulmuş mahnılardan oxuyurdu: «Ah, yanvar Ayı!..» və yenə də heç
cür başa düşə bilmirdi ki, quşların səsi heç də tutulmayıb, sadəcə, onun qulaqları pis eşidir.
понедельник, 8 июня 2009 г.
Bir dəfə isə, gecə yarısı qulağındakı vıjıltı səsi yerli-dibli yoxa çıxdı, elə bil çilik-çilik olub
söndü, qeybə çəkildi, bunun əvəzinə isə qulağına, arada bir uzaqdan-uzağa, hakimiyyət
dumanının ilğımında üzən gəmilərin zəif fitləri güclə eşidilən yumşaq hava doldu… sonra o,
hansısa qondarma küləklərin səsini eşitməyə başladı, külək səsinin içinə quş civiltiləri də doldu,
quşlar elə bil onun ürəyinin içində cükküldədilər və bu cükkültü onu, quşlarının uzun-uzadı
faciəvi lallığı dərdini çəkməkdən xilas elədi; o vaxt dövlət iqamətgahına buraxılan bir neçə
adamın, onu saat ikidən bu yana, günün ən isti saatlarını keçirdiyi talvar kölgəsində, hörmə
yelləncək kresloda oturan yerdə tapmağa ixtiyarı çatırdı; o, öz yelləncək kreslosunda otura-otura,
yuxularının arasından – yaxınlıqdakı məktəbdə oxuyan qızların, sarayın bir o qədər də möhkəm
mühafizə olunmayan arxa darvazalarına dırmaşıb onu – yuxusuz mürgülər içində gicgahında
saralmış məlhəm otları tərpənmədən oturub qaldığı vəziyyətini müşahidə etməyini, sapsarı gün
şüalarının, talvarın yarpaqları arasından üstünə süzüldüyündən, ala-pələng bəbirə oxşamağına,
manterrayanın – «dəniz iblisinin» ağzı kimi açıq qalan ağzına baxdıqlarını görürdü. «Qoca
kaftar!» - deyə qızlar onu cinlədir, o isə onların nə dediyini eşitmir, onlara, havanın titrək
bürküsündən baxa-baxa, mehriban-mehriban əl eləyirdi; o, mığmığaların qulaqbatıran vızıltısını
da eşitmirdi, o ümumiyyətlə heç nə eşitmirdi, bircə bataqlıqlar və dəniz xərçənglərinin iyini
eşidirdi, bir də, toyuqların arada bir asta-asta dimdiklədiyi ayaqlarının barmaqlarını tərpərdirdi.
Onun real dünyayla bircə əlaqəsi, cəmi-cümlətanı bir neçə qiymətli xatirələri idi, dövlət
işlərindən uzaqlaşdığı gündən bəri o, bircə bu xatirələrlə yaşayır, heç nə fikirləşmədən, dumanlı
hakimiyyət havasında gicəllənməklə məşğul olurdu: adamsız, tənha sarayın dəhlizləriylə
sürünərək, boş kabinetlərdə gizləndiyi gecələr, orda məruzə vərəqlərinin kənarlarını qopararaq,
boş haşiyələrində zərif xəttiylə sönük xatirələrini - onu ölümdən xilas edən xatirələrini yazdığı
gecələr, qocalığın ölüm qorxusu yellərinə sinə gərib davam gətirməyə, ona yenə yalnız və yalnız
bu xatirələr kömək olurdu.
Belə gecələrin birində o, öz zərif xəttiylə: «Mənim adım Sakariasdır!» - sözlərini yazdı, sonra bu
sözü mayakın işığında ötəri oxudu, sonra bir də və bir də oxudu; o qədər oxudu ki, öz adı ona
yad göründü. Sonra: «Axı bu, sənin nəyinə lazımdı?...» - deyə özü-özündən soruşdu və kağızı
tikə-tikə cırıb yerə tökdü. «Mən elə mənəm!» Sonra ayrı kağız götürüb orda yazdı ki, yüz yaşı
tamam olub; bu, həmin o dövr idi ki, kometanın ikinci gəlişi də baş vermişdi; əslinə qalsa, o özü
buna dəqiq əmin deyildi, çünki kometaların gəlişlərini hansı dövrlər və neçə dəfə gördüyünü
dəqiq xatırlamırdı; o biri kağız zolağında isə: «Namuslu döyüşdə yaralananlara eşq olsun,
qəsbkarların tapdağı altında ölən cəsur döyüşçülərə eşq olsun!» yazdı; bu yazılar elə bir dövrə
aid idi ki, o dövr haqqında indi nə desən, yazmaq olardı. Sonra o, bir parça karton götürüb:
«Ayaqyolunda biabırçı əməllərlə məşğul olmaq qadağan edilsin.» – yazdı və kartonu aparıb
ayaqyolunun qapısına yapışdırdı: həmin ayaqyolunun ki, bu yaxınlarda orda o, tamamilə
təsadüfən yüksək rütbəli bir zabitin biədəb əl şuluqluğunun şahidi olmuşdu, sonra qayıdıb yenə
yadına düşənləri bir-bir yazmağa başlamışdı. «Letisiya Nasareno, - o yazmışdı – mənim yeganə
qanuni arvadımdır». Letisiya Nasareno həmin qadın idi ki, ona lap qoca vaxtlarında yazıb-
oxumağı öyrətmişdi, odu ki, indi yaddaşında onun xatirəsini oyatmaq istəyirdi, cəmiyyət içində
milli bayrağı xatırladan ikirəngli çətiri ilə, boynundakı qara tülkü dərisi ilə o biri qadınlardan
fərqlənən birinci xanımın obrazını gözünün qarşısında canlandırmaq istəyirdisə də, arvadı onun
yadına yalnız bir vəziyyətdə – çılpaq bədəni ilə miçətkənin arasında, günorta bürküsünün
ağappaq işığı içində uzanan yerdə düşürdü; yadına, onun, elektrik ventilyatorunun sərin vıjıltısı
altında uyuyan yumşaq, ağ bədəninin yuxulu cizgiləri düşürdü; onun döşünün bərkliyini, it iyinə
bənzər iyini, iş üzü görməyən sütül qollarının qoltuğundan gələn kəskin tər iyini hiss edirdi;
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
70
həmin o tər iyi ki, qoxusu südü çürüdürdü, qızılı paslandırırdı, gülləri soldururdu, lakin sevgi
anlarında bu qollar nə qədər gözəl olurdu?!.. Letisiya Nasarenoya ağlasığmaz bir məsələni həll
etmək müyəssər olmuşdu – sevgi saatlarında onu soyunmağa məcbur etmək. «Sən Allah, o,
uzunboğazlarını çıxart – o deyirdi – yoxsa, mənim döşəkağılarımı bulayacaqsan». – O da onları
soyunurdu. – «Sən Allah, o dəbilqələrini də soyun, yoxsa dəmir düymələrin ürəyimin başını
deşəcək.» - o da onları soyunurdu, «Sən Allah, o qılıncını da, qayışını da çıxar, hamısını çıxar ki,
səni hiss eləyə bilim, həyatım mənim.» - və o, nə əvvəllər, nə də Letisiya Nasarenodan sonra
dünyada heç bir qadınla eləmədiyi kimi, əynində nə vardısa, hamısını çıxarıb bir kənara atırdı.
«Mənim yeganə və həqiqi məhəbbətim» - deyə ah çəkir və ahlarını həmin o Nuh əyyamının
uzun-uzun məruzələrinin kənarlarından soyub çıxardığı saralmış kağız zolaqlarına yazır, sonra
bu zolaqları siqaret kimi bürmələyib sarayın içini dörd dolaşaraq, ən gizli yerlərində, dəlmə-
deşiklərdə gizlədirdi; onları elə yerlərdə gizlədirdi ki, sonradan tapa bilsin. Odu ki, bu yazılar heç
vaxt heç kim tərəfindən tapılmadı.
Letisiya Nasarenonun surəti də, bir gün onun yaddaş borularından süzülüb ha tərəfəsə axdı və
onun yaddaşında tək bir xatirə – anası Bendisyon Alvaradonun xatirəsi qaldı; onun son günlərini,
qayanın üstündəki malikanəsində, yamyaşıl artırmada, oğlu ölməyini başa düşməsin deyə,
qucağındakı ləyəndə qarğıdalı dənələrini qarışdırıb toyuqları çağıra-çağıra, öz yelləncək
kreslosunda oturan yerdə ölməyini, tamarinlərin kölgəsində asılmış tor yelləncəkdə yellənərkən,
ağrıdan güclə nəfəs aldığını oğlu sezməsin deyə, öz ayaqlarıyla gedib ona meyvə şirəsi
gətirməyini xatırladı; ona, heç kimin köməyi və iştirakı olmadan hamilə olan, onu təmtəkcə
doğan; diri-diri çürüyüb irinlədiyi xəstə vaxtlarında dinib danışmayan, yalnız ağrıları dözüm
kasasını daşdıranda, oğlundan, təbiətinə uyğun olmayan bir yazıqlıqla: «Bir kürəyimə bax, gör,
orda nə var, niyə ora elə od tutub yanır, elə yanır ki, daha dözə bilmirəm!» - deyə xahiş edib
köynəyini soyunaraq kürəyini ona sarı çevirərkən, dəhşətdən nəfəsi tutula-tutula, içində qurdlar
qaynaşan üfunətli irinli yaralarını gördüyü anasını xatırladı.
Axı o dövrlər, pis vaxtlar idi, mənim generalım, o vaxtlar elə bir dövlət sirri deyilən elə bir
məsələ yox idi ki, camaat ondan xəbər tutmasın, elə bir əmr yox idi ki, ona əmmasız əməl
edilməsin. Ələlxüsus da bu, bayram süfərsinə ən lətif xörək kimi verilən general Rodriqo de
Aqiların qovurmasından sonra məlum oldu. Lakin onu narahat eləyən, həyəcanlandıran, bu
deyildi. Dövlət işlərindəki çətinliklər, Bendisyon Alvaradonun, oğlunun otağı ilə bitişik otaqda,
xəstəliyin aramlı alovunda qovrulduğu vaxtlar bütün əhəmiyyətini itirmişdi; onu bura,
xəstəliyinin, ağır vəba, qoturluq, yaxud ayrı bir naməlum asiya zəhrimarı olmadığı, bunun
hansısa hindu cadusu olduğu və bu cadunun yalnız onu törədənlər tərəfindən aradan
götürülməsinin mümkün olduğu, asiya xəstəliklərindən yaxşı baş çıxaran həkimlər tərəfindən
müəyyənləşdiriləndən sonra yerləşdirmişdilər. Onda o, bunun ölüm olduğunu anlamışdı və
səhər-axşam özünü anasına həsr eləməyə ithaf etmişdi, o, otağın qapısını isəri üzdən açarlayıb,
arvada əsl ana qayğısıyla qulluq eləyirdi; o, böyük məmnuniyyətlə, özü çürüməyə hazır idi, təki
heç kim anasının, diri-diri soxulcanlara yem olmasını görməsin; bu məqsədlə əmr də vermişdi ki,
anasının bütün toyuqlarını, tovuzquşlarını, digər quşlarını saraya gətirsinlər, təki anası, öz kənd
işləri üçün, evi üçün, həyəti üçün darıxmasın; anasının bədənindən gələn üfunətli irin iyini heç
kim hiss etməsin deyə, bix ağacının ətirli budaqlarını öz əlləriylə yandırıb tüstülədirdi, bu
yaralara öz əlləri ilə cürbəcür yaxmalar çəkir, anasının, buna qədər çəkdiyi digər yaxmalardan
qızarıb saralan, göyərən bədənini, cadudan ölüm kimi qorxan səhiyyə nazirinin etirazlarına
məhəl qoymadan, türk balzamıyla müalicə eləməyə çalışırdı. «Cəhənnəm olsun hamısı, - o,
deyirdi – ikimiz də bir yerdə ölsəydik, pis olmazdı!»
Bendisyon Alvarado isə başa düşürdü ki, tək ölür, oğluna öz keçmişindən danışmağa tələsir, olub
keçənləri, bütün sirli işlərini heç cür özüylə qəbir evinə aparmaq istəmirdi; oğluna, doğuşdan
sonra içindən çıxarıln ciftin donuzlara atılmasından, küçədən ötüb keçən cavanlardan hansının,
uşağın atası olduğunu müəyyənləşdirməyə çalışdığından, necə boylu olmağından –
qəlyanaltıxananın arxa otağında çaxır çəlləklərinin arasında vızıldaşan gümüşü çalarlarlı