“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
83
düşmüş prefektləri, mötəbər, keçəl yepiskoplar, onların ardınca qadınlar – minilməmiş madyan
təbiətli, utancaq rahibələr, səhralıqda tərəvəz əkməyə öyrəşən sadə missioner qadınlar, incə
biləkli bakirə-selesiankalar*… - hamı da lüt anadangəlmə, dünyaya gəldikləri dərilərində; onlara
baxdıqca, bu adamların sinfi mənşəyi, sosial vəziyyəti və məşğuliyyəti haqqında fikirləşməyə
məcbur olurdun; onlar, möhtəşəm axınla gömrüyün nəhəng binaları arasından, kakao tayları və
qarmağa keçirilmiş çay balığı qaxaclarıyla dolu çuvalların böyründən ötüb keçdikcə, hürkmüş
qoyun sürüsünü xatırladırdılar; ventilyatorların pərləri yolçuların saçlarını dalğalandırır, qadınlar
döşlərini əlləriylə örtə-örtə, bir-birinin arxasında gizlənə-gizlənə, iquana gözlərinin ifadəsiz
baxışını, nizamsız axınla yeriyən çılpaq qadın bədənlərinə zilləyən, daş heykəl kimi donuq
qocanın qarşısından ötüb keçirdilər. Sonuncu qadın ölkənin ərazisini tərk edənəcən o, gedənləri
laqeyd üzüylə, tam ehtirassız baxışlarla müşahidə edirdi. – «Hamısı, bir nəfər kimi, rədd olub
getdi, mənim generalım!» O isə hiss elədi ki, qadınlardan hansı birisisə – o birilərindən heç nəyi
ilə fərqlənməyən, hürkmüş qadınların arasından, ani baxışıyla seçdiyi bir qadın onun yaddaşına
ilişib qalıb; bu, dolu və sağlam bədənli, ətli yançaqları, iri döşləri olan adi, enlikürək bir qadın
idi, kələ-kötür əlləri vardı, saçları bağban qayçısıyla kəsilmiş, dişləri, balta kimi iti və seyrək idi,
burnu dik, ayaqlarının altı yastı idi; bir sözlə, o birilər kimi adi, sıravi rahibə idi; o, o dəqiqə
anladı ki, bütün bu qadın sürüsünün içindən, ürəyi tək bir onu istəyir, bircə o, başını qaldırıb
üzünə belə baxmadısa da, yanından ötüb keçəndə, özündən sonra ürəktitrədən, tünd meşə
heyvanı iyi qoyub getdi; onda onun az qaldı nəfəsi kəsilə, gözlərini azca çəpləşdirdi ki, o qadını
bir də görsün və elə bu vaxt gəmiyə minənlərin siyahısını oxuyan zabit ucadan; «Nasareno
Letisiya!» - deyə qışqırdı və qadın kobud kişi səsiylə: «Burda!» - deyə cavab verdi. Bu ad, içinə
beləcə daxil oldu və həmin o «burda» - yla qəbir evinəcən, onun ömrünün bir hissəsinə çevrildi;
bu qadın da beləcə həyatına daxil oldu və son, ümidsiz xəyalları yaddaş uçurumlarında əriyib
itən dövrlərəcən xatirində yaşadı; yaddaşı onun surətini yerli-dibli yoxa çıxdıqca, onu dönə-dönə
xatirində canlandırır və ençiz kağız zolağında: «Mənim ruhumun Letisiya Nasarenosu, bir bax
gör, mən sənsiz nə hala düşdüm…» - yazırdı. O, bu kağızı, beçə balını gizlədiyi gizli divar
mücrüsündə gizlədir, arada bir, dəqiq əmin olanda ki, onu heç kim görmür, çıxarıb bir də oxuyur,
yenə bürməliyib gizlədir və yenə həmin o unudulmaz, şəffaf yağışlı günü, bu barədə heç bir əmr
verməsinə baxmayaraq, Letisiya Nasarenonun vətənə qaytarıldığını bilən gün, keçirdiyi gözəl
anları yaşayırdı. Bomboz yük gəmisi üfüqdə itdikcə o, əvvəl özü-özünə elə-belə: «Letisiya
Nasareno…» - deyə pıçıldadı, sonra bərkdən-bərkdən: «Letisiya Nasareno!!..» - deyə qışqırdı ki,
bu adı unutmasın və elə bircə bu, prezidentin təhlükəsizlik xidmətinin, Letisiyanı Yamayka
monastrından oğurlayıb vətənə qaytarması üçün kifayət oldu. Ağzını dəsmalla bağlayıb, əyninə
qolsuz köynək geyindirib, küncləri qətranla möhürlənmiş, şam ağacından yığılmış və üstündə
qara hərflərlə: «Şüşə! Yuxarı! Qaytanlanmasın!» - yazılmış konteynerə – taxta yeşiyə soxdular.
Bu konteynerin, prezident zirzəmisinin şampanlarından içmək üçün istifadə olunacaq iki min
səkkiz yüz ədəd büllur badəni ölkəyə rüsumsuz keçirilməsi barədə icazəsi vardı; konteyneri gəmi
gömrükxanasının zirzəmisində aparırdılar. Güclü yuxu dərmanlarıyla yatırılımış Letisiya ordan
birbaş saraya gətirilmiş və çılpaq vəziyyətdə cansıxıcı qonaq otağının çarpayısına uzadılmışdı; o,
onu sonralar da elə o vəziyyətdə – günorta saat üçün ağappaq işığında, miçətkənin altında çılpaq
bədəniylə uzandığı yerdə xatırlayırdı. O, burda, müxtəlif dövrlər yatan yüzlərlə qadın kimi – bu
yatağa heç bir istəyi olamdan ötürülən, lüminal içirildiyindən, letargiya vəziyyətində olan və
həmin yuxulu vəziyyətdə yaşadığı qadınlar kimi yatmışdı. Onda o, Letisiya Nasarenoya
dəymədi, qadını uzun müddət uşaq heyrətiylə gözdən keçirərək, bədəninin bu qədər dəyişdiyinə,
bu bədənin, gömrüyün barakında gördüyü qadın bədəninə qətiyyən bənzəmədiyinə təəccüb elədi.
Qadının saçları burulmuş, bədəninin bəzi hissələri qırxılmış, əllərinin, ayaqlarının dırnaqları
qırmızı lakla laklanmış, dodaqları, yanaqları boyanmış, kipriklərinə sürmə çəkilmiş, dərisinə
cürbəcür ətriyyat vurulmuşdu deyə, ondan sirli, cazibədar heyvan iyinin əvəzinə, şit kosmetika
iyləri gəlirdi. Bütün bu kosmetika örtüyü elə bil onun çılpaqlığını itirmişdi… - «Heyvərələr hər
şeyi korlayıblar, dərdə bir bax!» O elə hey Letisiyaya, onun narkotik yuxudan keyiyən üzünə,
tədricən yuxu bataqlığından çabalayıb çıxmasına, oyanmasına baxır, onu, ətrafını tədricən
görməyini müşahidə edirdi. – «Bu, məni dəli edib ağlımı başımdan çıxaran Letisiya Nasareno
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
84
idi, ana!» Letisiya isə miçətkənin yüngül dumanı içindən ona baxan daş kimi donuq qocanı
görəndə, qorxudan dik atıldı, bu anlaşılmaz, ağır sükutun vahiməsindən dili tutuldu, heç ağlına
da gəlmədi ki, yaşının sayı, hakimiyyətinin hüdudu bilinməyən qoca, həmin an ondan daha çox
qorxuya düşüb. Qoca isə həmin an özünü, ilk dəfə qadınla təmasda olduğu əlamətdar gündən
daha tənha və köməksiz hiss eləməyə başlamışdı, bir vaxtlar çayda - əsgərlərin əyləndiyi bir küçə
qadınını çimən yerdə görəndə düşdüyü çaşqın vəziyyətdən betər günə düşmüşdü. Onda o, o
qadını heç əməlli-başlı görməmişdi də, bircə səsini eşitmişdi; qadının, suyun altına girib-
çıxdıqca, inək kimi fınxırıb təngiməyini eşidir, bədəninin hüdudsuz nəhəngliyini təsəvvüründə
canlandırır, qaranlıqda onun tənha, sirrli gülüşünü eşidir, çimməkdən uçunan bədəninin həzzini
duyurdusa da, üç müharibədə iştirak edib artilleriya leytenantı rütbəsi almasına baxmayaraq,
qadın görmədiyindən, iflic vəziyyətdə donub yerindəcə qalmışdı. Lakin çox keçməmişdi ki,
ömrünün axırınadək elə-belcə, bakirə qalmaq qorxusu o biri qorxulara üstün gəlmişdi və o,
əynindəki pal-paltarı, silah-sursatı soyunmadan, qayışlı, corablı, yüklü, silahlı özünü çayın içinə
atmış, silah-sursatıyla çayın ortasında bir səs-küy qoparmışdı ki, qadın, əvvəl elə zənn eləmişdi
ki, bu, yolu çaydan keçən hansısa atlıdı, amma görəndə ki, bu, cəmi-cümlətanı çaya düşən,
qorxaq, yazıq bir kişidi, əlini rəhmlə ona uzadaraq, onu qaranlıq sükutun içiylə öz ardınca apara-
apara geriyə qanrılıb, qaranlığın içindən ana nəvazişi ilə ona: «Çiynimdən bərk yapış, - demişdi -
yoxsa su aparar səni. Özü də barmaqlarının ucunda dayanma, dizi üstə otur, rahat nəfəs al, yoxsa
boğularsan». O da onun dediyni eləmişdi; onda o, qadının dediklərini uşaq kimi yerinə yetirə-
yetirə, özlüyündə: «Anam mənim Bendisyon Alvarado, bu qadınlara, özlərini hansı an necə
aparmağı, kişi kimi olmağı kim öyrədib?» - deyə fikirləşirdi. O, bu fikirlərdə ikən, qadın, onun
əynindəkiləri – döyüş üçün zəruri olan, bu axınla əzablı mübarizədə isə ona mane olan əşyaları
soyundururdu; su xirtdəyinə çatsa da, onu qorxudan, qadının, qətranlı sabun iyi verən bədəni
xilas edirdi. Sonra necə olmuşdusa, qadın, onun qayışının düymələrini açdıqca qəfildən əli,
suyun içində üfürülmüş qurbağa kimi üzən nə isə yekə bir şeyə dəymiş və qadının, vahimədən az
qala ürəyi dayanmışdı, əlini qorxu içində geriyə çəkib ondan uzaqlaşmış, ağzının içində: «Get
ananın yanına, qoy o səni ayrısına dəyişsin, yoxsa bu cür sən heç nəyə yaramırsan!» - deyə-deyə
ondan uzaqlaşmışdı.
İndi yenə həmin o qorxu, bəlkə ondan bir az da betəri onu, Letisiya Nasarenonun bədənini
görəndə bürümüşdü və anlamışdı ki, bu qadının rəhmdil köməyi olamadan, heç cür onun sirli
sularının qoynuna baş vura bilməyəcək. Odu ki, bu rəhmdil köməyin intizarında, qadının üstünü
döşəkağıyla örtüb, qramafonda ona, bədbəxt Delqadinanın, günahkar məhəbbət haqda
mahınısını, val yeyilənədək oxutdururdu; o, Letisiya Nasarenonun yataq otağındakı gül vazlarına
parçadan düzəldilmiş yalançı güllər qoymağı əmr etmişdi, çünki diri güllər, qadının bircə
toxunuşundan solurdu; o, Letisiyanın hər şıltaqlığıyla oynamağa razı idi, təki o, həmin o qapısı
bağlı otaqda çılpaq vəziyyətdə o qədər otursun ki, bu qoca, lakin imkanlı adamın sevgilisi
olmaqdan savayı ayrı əlacı olmadığını anlasın. Letisiya isə bunu həmin dəqiqə başa düşdü və
məsələni uzatmadan, əmrlərini verməyə başladı: «General, pəncərəni açın havam çatmır!» Qoca
bu əmri yerinə yetirən kimi, o dəqiqə ardı gəlirdi: «Bağlayın! Ay düz üzümə düşür!» Qoca itaətlə
onun bu əmrini də, o biriləri də yerinə yetirirdi və gündən-günə elə bil daha itaətkar olurdu;
günlərin bir günü isə, şəffaf yağışlar yağan gün, qoca ürəklənib, özünü pallı-paltarlı Letisiyanın
yatağına saldı, qadına dəyib-toxunmadan, yanında uzanıb susdu. Beləcə, qadınla böyür-böyürə
uzana-uzana, uzun-uzadı gecələr keçirdi, onun, get-gedə isinən nəfəsini, bədəninin sirli
qorxusunu - vəhşi heyvan qoxusunu duydu. Arada bir, Letisiya yuxudan ayılıb onu yatağında
görəndə dik atılır: «Gedin burdan, general!» - deyə üstünə çımxırır, o, mədəni surətdə yataqdan
düşürdüsə də, qadın yuxuya gedən kimi, yenidən özünü onun yanına salırdı. Düz bir il o, beləcə
– Letisiyaya dəyib-toxunmadan, yuxudan oyananda, onu öz yanında görməyə öyrəşdirdi; qadın,
bir müddət, hakimiyyət həzzlərini, min bir həyat sevincini onun bədənini seyr eləməyə dəyişən
qocanın qəlbinin gizli arzularını anlaya bilmirdi. Günlərin bir günü – növbəti şəffaf yağışlar
yağan gün, ürkək qoca axır ki, yuxulu Letisiyayla təmasda olmaq qərarına gəldi və bir vaxtlar
elədiyi kimi, nə vaxtsa bir küçə qadınının çimdiyi çaya palı-paltarlı girdiyi kimi, əynindəkiləri
soyunmadan, nişansız səhra geyimində, qılıncı qınında, şalvarının cibində bir dəstə açar, sol