“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
91
Bu qəribə hadisə, qədəm qoyan yeni dövrün müqəddiməsinə çevrildi, dəhşətli, ağır dövrlərin
başlanğıcı oldu. O dövrlər camaatın yadında, küçələrin, hələ səhərin gözü açlmamışdan, xüsusi
karton lövhələrlə dövrəyə alınmasıyla qalmışdı; ordu, bazar alverçilərini tüfənglərin qundağıyla
o baş-bu başa qova-qova, hay-küy sala-sala, camaatın gözünün odunu alırdılar ki, hamı pəncərə
və eyvanlarını kip bağlasınlar; heç kim, küçələrdən güllə kimi ötən, qızıl dəstəkli limuzini
görməməliydi; damlarda, bacalarda hansısa təsadüf üzündən gizlənib oğrun-oğrun aşağı
boylanmaq nəsib olanlarsa, küçələrdən yel kimi vıyıldayan hökümət limuzinini, prezidentin şəxsi
limuzinini – maşının içində, başında, kənarları güllü fetr şlyapa, boğazında bir düjün tülkü dərisi
oturan balacaboy rahibəni görürdülər; görməmişin oğlu oldu, günorta çıraq yandırdı! Biz, hər
çərşənbə, səhər tezdən, bazarın girəcəyində maşından düşüb, balaca generalın əlindən tutaraq, bir
dəstə əsgərin müşayiəti ilə bazara girən Letisiyanı görürdük; o illər uşağın üç yaşı ancaq olardı,
həm də uşaq o qədər arıq və çəlimsiz idi ki, oğlandan çox, qızılı saplarla işlənmiş hərbi mundir
geyimli qıza oxşayırdı; mundir uşağın əyninə elə kip otururdu, elə bil o, elə mundirdə
doğulmuşdu; bu mundiri o, diş yeri təzə-təzə yarılandan – Letisiya onu arabada, atasının təmsil
etdiyi rəsmi mərasimlərə gətirəndən, anasının qucağında otura-otura, öz ordusuna tamaşa
eləməyə başlayandan bəri geyirdi; bu forma, həndbol oyunlarının sonunda camaatın, gənc
generalın şərəfinə səsləndirdiyi alqışlar altında, anasının əlləri üstə göylərə qaldırıldığı
vaxtlardan onun əynində idi; həmin bu formada o, milli bayram münasibətilə keçirilən paradda,
üstü açıq avtomobildə otura-otura, anasının döşünü əmirdi; Letisiya, camaatın, süddən
üfürlənmiş döşünə buzov kimi təpilən körpə generalı çoxmənalı baxışlarla süzə-süzə, bir-birinə
göz vurmasına qətiyyən məhəl qoymurdu; diplomatik qəbullarda isə uşaq, artıq heç kimin
köməyinə ehtiyacı olmadığı vaxtlardan iştirak etməyə başlamışdı; bu qəbullara o, təkcə hərbi
mundir geyməklə kifayətlənmir, atasının mücrüsündən öz zövqünə uyğun seçdiyi döyüş
medallarını da sinəsinə taxırdı; bu, qəribə təbiətli, ciddi bir oğlan idi, artıq altı yaşında, cəmiyyət
içində özünü lazımi səviyyədə apara bilirdi, böyük adamlarla, bərabər tərəf müqabili kimi,
şampan əvəzinə, meyvə şirəsindən qurtum-qurtum içə-içə, söhbət edirdi; qəribədi ki, o,
adamlarla münasibətdə çox mədəni və qılıqlı idi, bu keyfiyyətləri kimdən qazandığı məlum
deyildi; düzdü, bəzən elə də olurdu ki, qəbul mərasiminin ab-havası, qara buludlarla dolmuş kimi
tutulur – zavalı vəliəhd əsnəməyə başlayır və yuxulayırdı. Onda sanki zaman dayanır, söhbətlər,
cümlənin yarısındın qırılıb havadan asılı qalır, hərəkətlər donur və kiminsə: «Sakit, balaca
general yuxuya gedib!» - deyən asta pıçıltısı eşidilirdi; sonra adyutant onu, məzəmmət dolu
təbəssümünü yelpiclərinin arxasında gizlədə-gizlədə: «Biabırçılıq! Əla həzrətlərin gözündən
iraq!» - deyən rəsmiyyətpərəst xanımlar və sığallı casuslar yığnağını yara-yara otağına aparırdı;
general isə beyninə yeritmişdi ki, guya bunlardan xəbərsizdi, hətta özü-özünü inandırmışdı ki,
ona, yüzlərlə bic uşağın arasından seçib yeganə oğlu elan elədiyi bu balaca uşağın hoqqalarına
fikir vermək düzgün deyil, belə xırda məişət məsələlərinə məhəl qoymaq, Letisiya Nasarenonun
saysız-hesabsız iddialarına məhəl qoymaq kimi bir şeydi. Hə, demək, çərşənbə günlərinin sübh
çağı o, öz oyuncaq generalının əlindən tutaraq, bir sürü kazarma aşbazı və əsgər forması geymiş
başkəsən quldurların müşayiəti ilə şəhər bazarına gəlirdi. Bu adamlar, sübhün kal şəfəqləri
altında canlı adamlardan çox, ölü ruhlara oxşayır, günəşin, Qəraib dənizinin sonsuz səthi
üzərində yaratdığı ani, sehrli mənzərə qədər gözlənilməz təsir bağışlayırdılar; onlar, bellərinəcən
limanın üfunətli sularına girir, ordan birbaş bu ticarət limanına, Martinikidən gül-çiçək,
Paramaribodan zəncəfil gətirib gələn çəkili yelkənli gəmilərə soxulub, onları tar-mar edirdilər;
qabaqlarına çıxan hər kəsi talayıb soyur, gözlərinə dəyən hər bir şeyi hücumla ələ keçirirdilər;
balıqçıların ovunu əllərindən alırdılar; hətta satdıq donuzlara yem əvəzi verilən tullantı balıqları
belə qamarlayırdılar; donuzları tüfəngin qundağıyla döyür, bir vaxt qulların çəkisi ölçüldüyü
Nuh əyyamından qalan, lakin hələ də işləyən tərəzilərin içinlə yığılmış tullantı balıqları da
yığışdırırdılar; həmin bu tərəzidə, onun hakimiyyətinə qədərki qədim dövrlərdə, Seneqaldan
gətirilən ilahi gözəlliyə malik qul qadınlar və onların ağırlığında qızıl ölçülürdü.
«Onlar hər şeyi söküb talan elədilər, mənim generalım! Bunlar çəyirtkədən də qorxulu
həşəratdı!» Qoca, günbəgün yetişib sulana-sulana, növbəsini gözləyən bu söhbəti, həmin o
çərşənbədən sonra açmadı; bu söhbət, o biri çərşənbədən sonra da açılmadı; Letisiya, şəxsən
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
92
onun eləməyə cəsarət eləmədiklərini eləyəndən sonra da. Letisiya boynundakı tülkünün
parıldayan gözlərinə hürən bir sürü küçə itlərinin müşayiəti ilə özünü quş və tərəvəz satılan
piştaxtaların arasına salır, hürüşməyə məhəl qoymadan, ədalı yerişiylə ticarət zalının nəhəng
arakəsmələri ilə, bədii təsvirlərlə işlənmiş dəmir sütunların arasıyla, sarı şüşədən düzəldilmiş
nəhəng yarpaqların və dəmir budaqların, çəhrayı şüşədən tökülmüş nəhəng almaların, mavi
şüşədən tökülmüş, içi əfsanəvi bitki səltənətiylə dolu bolluq buynuzlarının altıyla gəzməyinə
davam edirdi. O, ən şirəli, yeməli meyvələri, ən təzə, təravətli tərəvəzləri seçib götürürdüsə də,
əli dəyən meyvə o dəqiqə öz təzəliyini, təravətini, gözəlliyini itirib solurdu; bu, onun əlinin
qəribə, naməlum xüsusiyyəti idi – toxunduğu hər bir şeyi məhv edib korlamaq. Onun ani
toxunmasından, təzə, isti çörək quruyub kiflənirdi, barmağındakı nişan üzüyünün qızılı isə
qaralırdı. Lakin, o, bu xüsusiyyətini heç cür boynuna almaq istəmir, bazar alverçiləriylə
mübahisə edib hay-küy salırdı ki, guya onlar təzə mallarını gizlədib, qəsdən pislərini, çürüklərini
ona sırıyırlar. «Bu eybəcər manqoları ancaq donuzlara yedirtmək olar! Fırıldaqçılar!
Auyamalarını* mənə elə soxuşdururlar, elə bil mən kar-zadam, bunun, düşük musiqiçi kimi özü-
özünə cingildəməyini eşitmirəm!» Bir qədər sonra bazarın o biri başından onun ayrı çığırtısı
gəlirdi: «Guya indi, bu mal ətidi? Qancıqlar! Bu, içi qurd basmış təzəkdi, təzək!» «Baxan kimi,
görünür ki, bu qaban qabırğaları yox, xoleradan gəbərmiş eşşəyin sümükləridi, it qızları!» O,
beləcə, qoltuğu zənbilli aşbazlarıyla, əli vedrəli əsgərləriylə dörd bir yanı çapıb-taladıqca, dil
boğaza qoymur, səsi batanacan uluyurdu. Letisiyanın bu quldursayağı çığırtıları, Şahzadə Edvard
adasının qar basmış tülkü yuvasının iyini hələ də özündə saxlayan boynundakı tülkü dərilərinə
qısqıran itlərin hürüşündən daha ətürpədən, söyüşləri, danışan tutuquşuların, sahiblərinin böyük
məmnuniyyətlə Letisiyanın üzünə demək istədikləri, lakin heç cür deyə bilmədikləri söyüşləri
mənimsəyən qırmızı quakamayaların söyüşlərindən daha qəliz və kobud idi. Onlar ləzzətlə
Letisiyanın üzünə: «Oğru Letisiya, fahişə-rahibə!» - deyib çığırırdılar. Həmin bu sözləri, bazarın
qülləsi alıtndakı dəmir sütunlarda, tozlu şüşə yarpaqların üstündə oturan tutuquşular çığırırdı;
burda onlar, bazarın içinə düşən quldursayağı çaxnaşmadan, hər çərşənbənin sübh çağı təkrar
olunan bukanyer sambapalosundan** çox-çox yuxarıda - əlçatmaz bir yerdə otururdular; bütün
bu mənzərə, səsi gün-gündən mülayimləşib mehribanlaşan, hərəkətləri bişdikcə, oyuncaq
qılıncını zorla da olsa, arxasınca sürüyə-sürüyə, özünü kişiyə oxşatmağa çalışan, əl boyda
oyuncaq generalın uşaqlıq dövrünün ən yaddaqalan əlaməti idi.
Uşaq, bütün bu soyğunçuluğun baş verdiyi bazar qalmaqalına tam sakit və laqeyd idi, özünü,
anasının öyrətdiyi kimi, alicənab kökdən hesab olunması üçün qürur və ləyaqətlə aparırdı;
Letisiya isə, başlarına al-əlvan parçadan çalma sarımış, dinməz, qarabuğdayı qarıların gözü
qarşısında həyasız ləçər kimi ən pis küçə söyüşlərini işə salıb, hamını bazarın çirkabına salıb-
çıxarırdı; qarılar, onun yeddimərtəbəli söyüşlərinə dinməzcə qulaq asır, bu biabırçı talanı laqeyd
üzlərlə, müqəddəs simaların portretlərindəki tək, gözlərini belə qırpmadan, üzlərini yelpicləriylə
yelləyə-yelləyə müşahidə edirdilər; adama elə gəlirdi, onlar nəfəs belə almırlar; sonu, Letisiya
Nasarenonun, balaca generalın əlindən tutaraq, əsabələrinin müşayiəti ilə, quduz itləri yara-yara:
«Hesabı dövlətə göndərərsiz, hamısı ödəniləcək!» - deyə-deyə, çıxışa sarı addımlamasıyla bitən
bütün bu biabırçılığı, bu abırsız soyğunçuluğu sakitcə qəbul etmək üçün bütün bu baş verənlərə,
tənbəki yarpağına bükülmüş koka yarpağının məstedici kürələrini ağızlarının içində çeynəyə-
çeynəyə baxır, içlərini gözə dəymədən, yüngülcə çəkib: «İlahi! Əgər bütün bunları general
bilsəydi!?.. Kaş heç olmasa, ucundan-qulağından ona çatdıraydılar!» - deyirdilər. Zavallı qarılar
elə bilirdilər ki, general, az qala bütün dünyanın bildiyi bu biabırçılıqdan xəbərsizdi, arvadı
Letisiya Nasarenonun hindu piştaxtalarından, eybəcər şüşə qu-quşularından tutmuş,
balıqqulağından yığılmış çərçivəli güzgülərəcən, mərcan külqabılaracan, ərəblərin dükanından,
matəm lentləri üçün nəzərdə tutulmuş taftanı, ticarət küçəsində, küçə zərgərlərinin
piştaxtalarından qızıl balıq, yumulu yumruq quruluşlu amuletli, qızıl boyunbağıları
çırpışdırdığını bilmir; yazıq zərgərlərin əlindən isə, Letisiyanın üzünə: «Sən, boynundakı o
tülkülərdən də betərsən.» - deməkdən savayı ayrı bir şey gəlmirdi. O, ac gözlərinə dəyən hər şeyi
qamarlayır, rahibəlik həyatından mənimsədiyi yeganə xasiyyətini - pis, səviyyəsiz zövqünü və
lazım oldu-olmadı, dilənmək ehtiyacını beləcə təmin edirdi.