“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
103
əla həzrətləri fikrini dəyişməzsə, oxunduğu dəqiqədən qırx səkkiz saat ərzində yerinə
yetirilməlidir!»
Bütün bu qırx səkkiz saatı o dərin fikirlər içində, öz tor yelləncəyində tək-tənha uzana-uzana, əfv
barədə dünyanın dörd bir səmtinindən axıb gələn yalvarışlara kar vəziyyətdə qaldı; radioyla
Millətlər İcmasında gedən mənasız çərənləmələrə, bir qisim ölkələrdə unvanına yağdırılan
söyüşlərə, digər ölkələrdə təriflənib müdafiə edilməsinə qulaq asdı; sonra öz nazirlərini qəbul
edib, rəhmdillik barədə danışanlara da, qəti qərar qəbul edilməsini tələb edənlərə də eyni diqqətlə
qulaq asdı; yolunu azmış iki qoyunun taleyindən narahat olan Roma Papasının şəxsi göstərişiylə
qəbuluna can atan nunsini qəbul etməkdən imtina etdi; bütün ölkənin, onun susmasından narahat
olub təlaşa düşməsi barədə xəbərlərə, uzaqdan eşidilən güllə-baranın səsinə qulaq asan tək,
dinməz-söyləməz qulaq asdı. - «On bir ölən, səksən iki yaralanan var, mənim generalım, gəmi
tam yararsız vəziyyətdədi!» - «Yaxşı.» - deyə o, yataq otağının pəncərəsindən, limanın
girəcəyində alovlanan tonqala baxa-baxa dedi. Bu, San-Xeronimo hərbi bazasında ölüm cəzası
kəsilmiş qardaşlar üçün hökmün yerinə yetirilməsini gözlədikləri son gecənin başlanğıcı idi.
Həmin o dəqiqələr ərzində o, onların foto-şəkildə gördüyü üzlərini – eyni qaşları, bir cüt su
damlası tək, bir-birinə bənzəyən üzləri təsəvvürünə gətirdi; onları, qorxudan əsim-əsim titrəyən
bədənləriylə, tənha, köməksiz üzlərlə, boğazlarında nömrə yazılmış lövhəciklərlə, ölümə
məhkumlar kamerasının fasiləsiz, gur işığı altında təsəvvürünə gətirdi və hiss elədi ki, onların da
fikri bu dəqiqə ona yönəlib, hiss elədi ki, onlar, əfv ediləcəklərinə ümid bəsləyir və Allaha
yalvarırlar; onun bircə hərəkətindən belə nə edəcəyini müəyyən eləmək mümkün olmurdu; o, öz
adi iş gününü həmişəki qaydada başa vurdu, yataq otağının qapısı ağzında, onun hər dəqiqə
qəbul edə biləcəyi yeni qərarını ictimaiyyətə çatdırmaq üçün növbə çəkən növbətçi zabitlə
görüşərkən, zabitə baxmadan, etinasızcız halda: «Gecəniz xeyrə qalsın, kapitan.» - dedi,
lampasını qırmağa keçirib üç qıfılı, üç kilidi bağladı, üç zənciri çəkib üzü üstə döşəməyə uzandı
və hökmün qəddarlığından nəfəsini içinə çəkib qaralan şəhərin küçələrində, ara-sıra həyətlərdə
hürüşən itlərin səsini, sanitar maşınlarının sirenasını, hansısa şübhəli bayram şənliyində atılan
fişənglərin və musiqinin səsini dinləyə-dinləyə, həssas bir yuxuya getdi; gecənin bir aləmi kilsə
zənglərinin səsinə yuxudan ayıldı… sonra bu səsə ikinci dəfə ayıldı, üçüncü dəfə, pəncərələrin
şüşələrini və dəmir çərçivələrini cırmaqlayan yağışın səsinə ayıldı, yerindən, qaban tərpənişinə
bənzər dolama-dolaşıq, ağır bir hərəkətlə – əvvəl dalını qaldırıb qabaq ayaqlarına dirənərək,
sonra başını qaldıraraq, ayağa qalxdı; beləcə, ağır qaban hərəkəti ilə ayağa qalxandan sonra
zabitə əmr verdi ki, əvvəla itləri onun pəncərələri altından yığışdırıb hara istəyirlər aparsınlar ki,
onların səsini bir daha eşitməsin, amma öldürməsinlər, heyvanlar qocalıb əldən düşənəcən,
dövlətin hesabına saxlanılsın; ikinci əmr bu idi ki, Letisiya Nasarenonu və uşağı həmin o
taleyüklü çərşənbə günü müşayət edən günahkar əsgərlər azad edilsin; üçüncü əmr – Maurisio və
Qumaro de Leon qardaşlarının təcili surətdə edam edilməsi barədə idi; özü də hərbi-səhra
məhkəməsinin qərarındakı kimi, güllələnmə yoluyla yox, dörd ata bağlanıb şaqqalanmaqla;
Ponse de Leon qardaşları, əmrdə yazıldığı kimi, atlarla şaqqalandı, bədənlərinin ayrı-ayrı
hissələri nəhəng matəm səltənətimizin ayrı-ayrı məhəllələrində gözəgörünən yerlərdən asıldı ki,
camaatın canına vəlvələ salsın.
«Yazıq uşaqlar…» - o, nəhəng fil ayaqlarını sürütləyə-sürütləyə öz-özünə deyirdi, sonra qəfildən
ehtiraslı bir səslə özü-özünə: «Anam mənim, Bendisyon Alvarado, mənə kömək elə, əlimdən tut,
apar! Mənə, bu günahsız qana görə qisas ala biləcək bir adam bəxş et.» - deyə yalvarırdı. Özü də
gecə-gündüz belə bir adamı arzulayırdı; elə bir adamı ki, fitri güdmək qabiliyyətinə malik olsun.
O, bu adamı öz sayıqlama xəyallarında təsəvvürünə də gətirmişdi; gizli bir həyəcanla onu,
rastına çıxdığı adamların arasında - onların gözlərinin dərinliklərinə baş vura-vura tapmağa
çalışır, ətrafındakıların səsinə diqqət kəsilib onu, səsinin hansısa bənzərsiz ahəngindən tanımaq
istəyirdi; arada bir, öz içinə – qəlbinin səsinə də diqqət kəsilirdi, yaddaşının künc-bucağını
eşələyə-eşələyə, onu orda da tapmaq ümidini üzmək üzrəydi ki, həmin bu adam onun gözləri
qarşısında qəfil bir gözlənilməzliklə, öz ecazkar gözəlliyi ilə özü peyda oldu. - «Bu, mənim
gözlərimin bu vaxta qədər görüb seçdiyi adamların ən bənzərsizi idi, anacan!» O, keçmiş
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
104
zadəganlar sayağı geyimdəydi; əynində, ilgəklərinə qardeniyalar taxılmış Henri Poul frakı,
Pekover şalvarı və parıldayan gümüşü parçadan jilet vardı; bu, buzov böyüklüyündə, adamgözlü,
qaraqabaq dobermanıyla Avropanın ən kübar salonlarında parlamağa alışmış bir adam idi -
«Xose İqnasio Saens de la Barra. - deyə o, özünü təqdim etdi – Qulluğunuzda olum, əla
həzrətləri!» Bu, kübar cəmiyyətinin azad fikirli nümayəndələrindən sonuncusu, bizim vətəndaş
müharibəsinin qasırğasında əriyib itən, federalist kaudilyosu ordusu tərəfindən darmadağın
edilən vətən torpaqlarından, böyüklük iddiası, nəhəng, melonxolik torpaqları və fransız
ləhcəsiylə bir silinmiş otuz yeddi yaşlı, yeddi xarici dil bilməsindən, Dovil müsabiqəsində
qazandığı dörd ov prizindən savayı heç nəyi olmayan, əsil-nəcabətli, gözəl kapral idi; orta boylu,
qədd-qamətli, dərisi dəmir rənginə çalan, saçları, bir kəkilini çıxmaqla, qara rənglə rənglənmiş
bu iradəli adam, möhkəm dodaqlarıyla, son dərəcə iti, qətiyyətli baxışlarıyla salon salon
qobelenlərində təsvir olunan idillik bahar peyzajlarının fonunda rəngli foto-şəkillər üçün poza
qurmağı xoşlayırdı; kapralı görcək, əla həzrətləri sinəsi dolu rahat nəfəs dərdi: «Bu, odur! Mənə
lazım olan adam - budu!» Və Xose İqnasio Saens de la Barra, bircə şərtini kəsdikdən sonra bizim
generalın yanında xidmətə düzəldi: «Əla həzrətləri mənə səksən beş milyon peso həcmində pul
vəsaiti ayırır ki, həmin bu məbləğ barədə mən, sizdən savayı, heç kimə tabe olmadığım kimi,
sizdən savayı heç kəsə də hesabat vermirəm. Öz tərəfimdən də söz verirəm ki, iki il müddətinə
sizə, Letisiya Nasarenonun və oğlunuzun əsil qatillərinin başlarını təqdim eləyəcəm!» Şərt qəbul
olundu. – «Razıyam!» General, Xose İqnasio Saens de la Barranı qısa müddət ərzində bir çox
sınaqlardan keçirərək, qəlbinin gizli labirintlərinə baş vurub, iradəsinin nə dərəcədə qüvvətli
olmağına, sədaqətinə əmin oldu, onun, heç nəyi şişrtmədən iş gördüyünün şahidi oldu,
xarakterinin ən zəif cəhətinin şahidi oldu və bu ən zəif cəhəti dəqiqləşdirdi; ən sonuncu sınaq -
Xose İqnasio Saens de la Barranın, düşünəlməmiş bir cəsarətlə generalı udduğu amansız domino
oyunları idi. «Bu, mənim görüb tanıdığım cəsur adamların ən cəsarətlisi idi, anam mənim!» O,
son dərəcə səbrli idi, qəhvənin yetmiş iki dəmləmə üsulunu bilirdi, malyuskaların cinsini ayırd
edirdi, not qrammatikasından, korların əlifbasından başı çıxırdı, o, uzun-uzadı, dinməz-söyləməz
mənim gözlərimin içinə baxa bilirdi və mən, bu sakit baxışların altında bilmirdim, başımı hara
soxub gizlədim; çeçələ barmağındakı saf sulu almazını işıldadan incə əl hərəkətlərinin qarşısında
çaşıb özümü itirirdim; bilmirdim, onun qəddar və sayıq bir ədayla, ayağının altında mürgü vuran,
arada bir dərisini – diri məxmər örtüyünü tərpədən nəhəng itinin əlindən canımı hara qoyum,
losyon ətri qoxuyan bu adamın əlindən hara qaçım, bədən əzizləməkdən və ölümdən qorxmayan
bu heyrətamiz gözəllik sahibinin əlindən hara qaçım və bir gün mənə, qətiyyən hərbçiyə
oxşamadığımı, yalnız hansısa ali məqsədlərə görə hərbçi olduğumu deməyə bu adamın cürəti
çatdı. - «Siz bu hərbçilərin tayı deyilsiz, general! Bu adamlar, xırda ambissiyalı, sıravi, primitiv
adamlrdı. Onlar üçün rütbə hakimiyyətdən irəlidi, onlar idarə etməkdən çox, əmr verməyi
xoşlayırlar, nəyə yox, kiməsə xidmət edirlər, odu ki, onları idarə eləmək o qədər asandı ki,
xüsusən birinin arasını o biriylə vuranda.» - o dedi və mən, bircə əziz dostum, Allah ona rəhmət
eləsin, Rodriqo de Aqiları çıxmaq şərtiylə, bütün idarəçilik dövrümdə heç kimə vermədiyim
hüquqları verdiyim bu parlaq adamdan öz fikirlərimi heç cür gizlədə bilməyəcəyimi fikirləşib
gülümsündüm. «Və beləcə, general öz-özlüyündə Xose İqnasio Saens de la Barranı öz daxili,
gizli imperiyasının sahibi elan etdi. Bu, gizli repressiyalar və qətllər xidməti idi, bu xidmətin
dəqiq yeri də məlum deyildi; bu proses bütün ölkə boyu gedirdi və eyni zamanda heç yerdə heç
nə baş vermirdi, həm də hər şey elə bil irreal idi, çünki bu işlərə görə məsuliyyət daşıyan yox idi,
lakin, həm də bütün olanlar mövcud həqiqət, bu dəhşətli fantastika həm də acı reallıq idi; o öz
görünməz qüvvəsiylə, hələ ali hərbçilər onun yüksək səviyyəli sirayətedici qüvvəsini hiss
edəndən çox-çox əvvəl, dövlətin digər reqressiv orqanlarını özünə tabe eləmişdi» - general özü
də bu qorxulu proesesin nə ilə nəticələnəcəyini əvvəlcədən bilmirdi. - «Mən, şahzadə geyimli
iblisin fitvasına uyub, bu acgöz adamyeyənin caynağına nə vaxt keçdiyimi hiss eləmədim.»
Günlərin bir günü isə o, prezident sarayına, içi kokos qozuyla dolu qalın çuval gətirib gəldi və
onu, əl-ayağa dolaşmasın deyə, bir kənara qoydurmağı əmr elədi. - «Bunu, lazımsız arxiv
materilları yığılan şkafa soxun!» Çuvalı şkafa soxdular və bu barədə unutdular, üç gündən sonra
isə, sarayın divarlarına hopub, buxar kimi güzgülərin üzünə çökən meyid iyindən nəfəs almaq