Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə55/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   51   52   53   54   55   56   57   58   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

111 


düşdü, bizsə ömürlük dilənçiyə çevrildik. «Biz, mənim generalım, əynimizdəki alt paltarına görə 

də borcluyuq.» 

Onu heç nə çaşdırmadı, əvvəlki vaxtlarda olduğu kimi, səfiri əzəmətlə, pilləkənlərə qədər ötürür, 

onunla, bütün səfirlərlə xudahafizləşdiyi qaydada, bir xeyli çərənləyəndən sonra çiynini 

şappıldadaraq: «Xeyr a-a-a, əzizim Beykster! Ölərəm, amma dənizi vermərəm!» 

Ödənilməyən bütün borclardan çox onu, etimadını heç cür doğrultmayan, lənətəgəlmiş Xose 

İqnasio Saens de la Barranın - Letisiya Nasareno və onun körpəsini məhv edən bədxahların 

başlarından savayı, hamının başını bədənindən ayırtdıran bu qatilin günahı üzündən, içində 

qəbiristanlıq sükutu və kimsəsizlik hökm sürən sarayı narahat edirdi. O, tutuquşuların boğazına 

nə qədər şəfqətli dərmanlardan damcıladırdısa da, quşların səsi çıxmırdı ki, çıxmırdı; 

qonşuluqdakı məktəbin qızları da daha yaşıl ağaca qonan çopur quşcuğazın mahnısını 

oxumurdular; bircə o qalırdı ki, bir kənara çəkilib hər şeyi unudasan; vaxtın qalan hissəsi isə, 

döşləri kal limon kimi balaca, bərk məktəbli qızların yolunu gözləməyə və onlarla məzələnməyə 

gedirdi; ya da, siestanın bürkülü saatlarında yamyaşıl talvarın altında təmtəkcə oturub, çoxlu, 

dadlı yeməklər yeyə-yeyə, ürəyinə yatan televizya filmində baş verən əhvalatın ipini əldən 

buraxmamaqdan ötrü, arada bir, yarımürgünün içindən oyanıb, yenidən mürgüləyə-mürgüləyə 

keçirirdi; bu filimlərdə hər şey həyatdakı kimi deyildisə də, ona elə gəlirdi ki, əsl həyat, yaxud ən 

azı, onun təsəvvürüncə həyat - elə-belə də olmalıdı; uzun müddət onun ağlına belə gəlmirdi ki, 

bu yaxşı sonluqlu yüngül filmləri – əclaflığın xeyirxahlığa təslim olduğu, məhəbbətin şərə qalib 

gəldiyi bu filimləri biz, onun zövqünü oxşamaqdan ötrü - Xose İqnasionun tapşırığı ilə, xüsusi 

radioötürücülərlə, ya da, televizya verlişlərini kəsib, ayrıca kanalla verirdik; biz, hər şeyi bilə-

bilə, onu vicdansızcasına aldadırdıq ki, o, özünü xoşəbxt hiss etsin; o da özünü son günlərinəcən, 

qocalıb lap heydən düşənəcən, xoşbəxt hiss edirdi; axırı-sonu görünməyən, uzun-uzadı qocalıq 

illərində o bir də, əyinlərindəki dənizçi formalarında tir-tir titrəyən, balaca qızları əlləşdirəndə, 

özünü belə xoşəbxt hiss edirdi; lakin günlərin bir günü, o soruşanda ki: «Sənə məktəbdə nə 

öyrətdilər?», mən də cavab verəndə ki: «Mənə heç nə öyrətmədilər, senyor, axı mən liman 

fahişəsiyəm!» - o dəqiqə məni, qulağına dediyimi təkrar eləməyə məcbur elədi… olsun, elə 

bilmişdi ki, səhv eşidib; onda mən, dediyimi heca-heca təkrar elədim ki, mən məktəbli deyiləm, 

liman fa-hi-şə-si-yəm!; dedim ki, məni qətranlı sabunla yuyub, lifləyib dənizçi yaxalıqlı mavi 

paltar geydirib, hər axşam saat beşdə onun pəncərəsi önündən qaçmağı əmr ediblər; özü də mən 

tək qaçmırdım, böyrümlə, sanitar polisinin yaxalayıb ələ keçirdiyi, yuyundurulub mənim kimi, 

məktəbli forması və oğlan botinkaları geydirildiyi, başlarına, at quyrüğündan hörüklər taxılmış 

fahişələr də qaçırdı; baxın, bu saçlar, başa adi sancaqla taxılır; bizi xəbərdar etmişdilər ki, 

əlindən heç bir iş gəlməyən, bədbəxt, səfeh qocadan qorxmağa dəyməz, bircə onu edəcək ki, 

soyundurub, həkim kimi ora-buranıza baxacaq, ola bilsin, yüngülvari əlləşdirəcək… bir sözlə, 

sizin elədiklərinizi dedilər, mənim generalım, bizsə gözlərimizi yumub, guya ehtirasdan 

alovlana-alovlana: «Ax mənim sevgilim... sevgilim mənim...» - deməliydik, necə ki, hər axşam 

mən deyirdim, sizin də canınıza yağ kimi yayılırdı; pulu bizə verməzdən əvvəl, bu səhnəni 

oynamaq üçün bir neçə dəfə məşq elətdirirdilər, pul da nə pul – beş-on qara qəpik, vəssalam: 

sanitar vergisini və serjant üçün komisyon xərclərini çıxanda, bizə cəmi dörd ütük peso qalır. 

Bütün bunları, mənə gözünü qırpmadan qulaq asan qaraqabaq qocanın üzünə dedim». 

«Ah, anam mənim, Bendisyon Alvarado, bu qədər zülm çəkmək olar?..» - deyə o, özü-özünə 

fikirləşirdisə də, nə bir sözüylə, nə hərəkətiylə sarsıntısını biruzə vermir, vəziyyəti dolayısı 

yollarla aydınlaşdırmağa, xırdalıqları dəqiqləşdirməyə çalışırdı və çox keçmədi ki, o, Dövlət 

Evinin qonşuluğundakı qızlar məktəbinin artıq çoxdan bağlandığını dəqiqləşdirdi; balaca, 

məktəbli qızları həmin indi qabağımızdakı banket stolunun üstündə, nə iləsə, sousun içində 

üzüyuxarı üzən sabalo balığını xatırladan bədəni ilə uzanmış qaraqabaq, şorgöz qocanın 

caynağından qurtarmaq üçün, şəxsən maarif nazirin özünün, yepiskopun xeyir-duası altında, var-

dövlətli, adlı-sanlı ailə başçılarıyla əlbir olaraq, dəniz kənarında yeni, üçmərtəbəli məktəbin 

tikintisinə vəsait ayırdığını öyrənə bilmişdi; solğun malvların, kimsəsiz düzənliklərin, ay 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

112 


kraterlərinin sönük şüaları - onsuz açılan ilk səhərin zəif işartıları, üstünə səpilən ağappaq gül-

çiçək meyitin rəngini bir qədər də saraldırdı… o nəhayət ki, azad idi, öz hakimiyyət əsarətindən, 

əsiri kim olduğu dəqiq bilinməyən Hakimiyyət Evinin cansıxıcı köləliyindən qurtulmuşdu! Bir 

vaxtlar bu sərdabə, həmin bu saray təmir olunanda, sahibinin razılığı alınmadan, içəri və çöl 

tərəfdən ağ rənglə boyananda o, otaqların, dəhlizlərin divarlarına söykənə-söykənə, kənar bir 

adam kimi, rəngsazların işinə tamaşa edir, orda onu tanımayan rəngsazlar: - «Burda sizlik bir iş 

yoxdu, senyor, rəngi korlayırsız!» - deyə üstünə qışqırırdılar. O da, təzəcə ağardılmış divarlara 

toxunmadan, ehtiyatla sivişib gedirdi. «Aşağı düşməyin, senyor, taxtabəndlər başınıza uçar!» - 

deyə o biri yandan çığırırdılar və o, dinməzcə yuxarıda dayanıb qalırdı. Burda, həmin bu yerdə, 

balta səsindən, bənnaların qəzəbli çığırtılarından qulaq batırdı. – «Çəkil, kaftarın biri kaftar, 

yoxsa gilə yapışarsan!» - o da sıravi əsgər itaəti ilə deyilənə tabe olur, geri çəkilir, guya rahatlığı 

üçün aparılan bu səfeh yenidənqurmanın dözülməz əməliyyatlarına səbrlə dözürdü; özü özünə 

məxsus olmadığına görə, cangüdənlərinin baxışlarından heç cür qurtara bilmirdi; cangüdənlərin 

kinli baxışları, elə bil onu qorumaqdan ötrü yox, güdməkdən ötrü ardınca zillənirdi; onlar, onun 

yeyəcəyi bütün xörəklərdən dadır, yeməklərin yarısını korlayır, bal ehtiyatlarının xəlvəti 

yerlərini dəyişir, yeriyəndə cingildəməsin deyə, qızıl mahmıza üz çəkir, cürbəcür ehtiyat 

tədbirləri görürdülər; bütün bu işlər, olsun ki, köhnə dostunı - Saturno Santosa yaman gülməli 

gələrdi; on bir başkəsənin, səhərdən-axşamacan sirk kəndirbazları kimi, böyür-başına hərlənmsi, 

əlli metrlik məsafədən silahın növünü hiss edən, yanıb-sönən yaşıl-qırmızı lampalı cihazları, 

doğrudan gülməliydi; avtomobil karvanı isə elə sürətlə gedirdi, yeddi eyni markalı maşın bir-

birilə elə ötüşürdü, elə bil onları qovan vardı; bu ötüşmədə general bəzən tez-tez yerini dəyişən 

maşınların arasında, özünün hansı maşında olduğunu qarışdırırdı; lakin bütün bu ehtiyat 

tədbirləri, quzğuna güllə atmaq kimi, mənasız bir iş idi; maşının pərdəsini çəkib çölə boylananda 

gördü ki, özünü könüllü surətdə dustaq etdiyi bu qədər uzun-uzadı matəm illərindən sonra da, 

prezidentin limuzinlər karvanının lotusayağı manevrləri heç kəsin vecinə deyil; o, kilsə 

qüllələrindən də yüksəklərə ucalan şüşə qayaya bənzər nazirlik binalarına baxdı, divarda fırçayla 

yazılmış hansısa şüarı pozub təmizləyən hərbi patrula göz qoydu; orda nə yazıldığını soruşanda 

dedilər: «Yeni vətən qurucusuna eşq olsun!»; şüarın başdan-ayağa yalan olduğunu anladısa da, 

başını tərpətdi, «yoxsa silməzdilər» - fikirləşdi; dənizə qədər altı bulvar uzunluğunda uzanan 

kokos palmalı, gül-çiçəkli, geniş bulvarı gördü; əvvəllər bu yerlər bataqlığıydı; qədim sütunlu 

eyvanı, bir-birinə bənzər yeni villalar salınmış, yeni şəhərətrafı qəsəbəni gördü; bir vaxtlar 

zibilxana olan yerdə sıx amazon yaşıllıqlarıyla dövrələnmiş otelləri gördü; əyri-üyrü küçələrlə 

tısbağa gedişiylə yeriyən sonsuz avtomobil sürüsünü gördü; səkinin gün düşən tərəfiylə 

veyillənən, günortanın bürküsündən gicəllənən adamları gördü; səkinin kölgə hissəsində isə 

vergi idarəsinin, harın-harın o baş-bu başa gəzişən məmurları, səkinin kölgə yerində dayanmağa 

görə haqq alırdılar; odu ki, yazıq camaata, günün altında qovrulmaqdan savayı bir şey qalmırdı! 

Amma onu ən çox, getdikcə ətrafına cod hakimiyyət dalğası yayan, nəhəng dəmir tabuta bənzər 

prezident limuzininin, heç kəsin tükünü belə tərpətməməyi heyrətə gətirdi. Onun donuq 

gözlərini, həyəcan və təəcübdən səyriyən dodaqlarını da heç kəs tanımadı; onun əlinə – ona 

əhəmiyyət verməyən camaata tərəf yellətdiyi məşhur əlinə də diqqət yetirən olmadı; maşın 

irəlilədikcə, qəzet və boyunbağı satanların haray-həşiri, dondurma arabalarının cırıltısı, 

lotereyaları bayraq kimi yellədən lotereyasatanların ətürpədən çığırtıları – küçə dünyasının bütün 

uğultuları arxada qaldı; «Anam Bendisyon Alvarado, gör bir, mənim şəhərim nə günə qalıb?» - 

deyən qocanın qəlbində nələr baş verdiyinin, bu küçə dünyasına heç bir dəxli yox idi. Buralar elə 

dəyişmişdi ki, heç haranı tanımaq mümkün deyildi: bir vaxtlar paltarları eyvanların 

məhəccərində qurudan, şam yeməyinə bir-iki balıq əldə eləmək üçün, qürub çağı xırda dükanlara 

girərək, alverçilərlə söyüşən ərsiz qadınlar döngəsi hardaydı? Öz dükanlarının qapısı ağzında 

çöməlib bayıra çıxan hindlilər hanı? Darıxdırıcı mahnılarla ölümü ovsunlayan arvadlar hanı? 

Valideynlərinə qulaq asmadıqlarına görə əqrəbə çevrilən qorxunc qız şəkli hanı? Hanı, üfunətli 

bataqlığa çevrilən quldur yuvaları?.. Maşın, küçəni buruldu və onun gözünün qabağına, 

boynubükük qutanalar gəldi, birdən-birə ürəyi sıxıldı: liman! Bəs liman hanı? Hanı o qaçaqmalçı 

qayıqları? Bir vaxt desantçıların atıb getdiyi zirehli gəmi hanı? Bəs o zibil iyi hara yoxa çıxıb? 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə