Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə56/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   52   53   54   55   56   57   58   59   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

113 


Yoox, bu dünyaya nə isə olub, əgər limuzindən düşüb vaqona mindikdən sonra da, onun 

pəncərədə görünən zərif əlinə məhəl qoyan yoxdusa, bu hakimi-mütləq qocanın əlini heç kim 

tanımırsa, bu dünyada nə isə baş verib. İndi bu əl – aran yerlərinə yeni dəmir yolu xəttini açan ilk 

qatarın yarımçıq pəncərəsindən kiməsə hədər yerə yellədilən mənasız bir əl idi. Qatar, bir vaxtlar 

malyariya bataqlığı olan ətirli çöllərdən keçib, qara-qışqırıqçı bataqlıq quşlarının dolaşdığı düyü 

zəmilərinin yanından ötərək, prezident möhürü vurulmuş inək sürülərini hürküdərək, ağlasığmaz 

mavi çalarlı düzənliklərlə sarı şütüyürdü; o isə vaqonun, səyahətdən çox matəm mərasimlərinə 

daha çox yarayan, qara, məxmər üzlü kupesində oturaraq, özü-özünə: «Lənət şeytana, bəs mənim 

köhnə, dördayaqlı qatarım hanı? Hey çığırışan meymunlar hanı? Hanı cənnət quşlarının 

nəğməsi? Hanı yenilməz əjdahalı ölkəm, hanı vətənim? Bütün bunlar hara yox oldu, anam 

mənimcan?» 

Keçmiş vaxtları, bircə stansiyalar və ingilis şlyapaları taxmış, qaradinməz hindu qadınları oturan 

yarımstansiyalar yada salırdı: bu qadınlar, müxtəlif heyvanlar şəklində bişirilmiş şəkərli 

meyvələr, kartof və qızardılmış toyuq satırdılar; gül-çiçəkdən yığılmış «Vətənin böyük atasına 

əbədi eşq olsun!» - şüarı görünən arakəsmələr boyu qızğın alver gedirdi; o, yenə əvvəlki 

möhtəşəmliyində, əvvəlki qüdrətində idi və yenə heç kəs onun harda olduğunu bilə bilmirdi; 

onun adı yenə əvvəlki qaydada hamını diksindirirdi; axı, ölkədə baş verən hər şey yenə onun 

adıyla bağlıydı; o özü də son vaxtlar qorxu içindəydi, çox vaxt özünü, təqib olunan qaçqın kimi 

hiss edirdi, səbr kasası daşanda isə: «Belə yaşamaq ölümdən də betərdi!» - deyə Xose İqnasio 

Saens de la Barranın üstünə çımxırır, cavabında isə: «Elə deyil, general, bu, qanun çərçivəsində 

gedən Tərəqqidir!» - kəlamını eşidirdi, bu cümlənin ardınca, məlahətli təbəssümlə müşayət 

olunan, min cür ən ağlasığmaz, sirli və inandırıcı sözlər gəlirdi. Və o, onsuz, özünü tamamilə 

tənha hiss etdiyi bu lənətəgəlmiş Saens de la Barrayla bir dəfə təslim olub razılaşdığı kimi, bu 

yırtıcıyla - yuxusuz gecələrdə ürəyində söydüyü, səhərlər isə yenə hakim-mütləq və gərəkli olan 

bu qəddar adamla razılaşmalı olurdu; bu adamın, az qala ayaqyoluna gedəndə belə, ondan 

ayrılmadığı insan gözlü, insan adlı, gözəl köpəyi Lord Köxellə birgə, günün günorta çağı 

üzündəki mülayim təbəssümlə peyda olmağıyla, bizim generalın gecəki qəzəbinin sovuşmağı bir 

olurdu; general, həmin dəqiqə bütün acığını, kin-kidurətini unudur, onun təklif elədiyi hər bir 

şeyi ürəkdən bəyənir və deyilənlərə elə dinməzcə, elə tələskənliklə əməl eləyirdi ki, sonradan 

buna görə, ürəyinin dərinliyində özü özəlindən əsəbiləşirdi. Di gəl ki, bu əsəbiliyin özü də çox 

çəkmirdi, Saens de la Barra onun daxilində yaranmaq istəyən hər hansı cüzi bir dəyişikliyi tutan 

kimi, general o dəqiqə Saensi sakitləşdirməyə başlayır, hər şeyi, öz əvvəlki yerinə qoyurdu: 

«Narahat olmayın, Naço, öz vəzifə borcunuzu yerinə yetirin!» - deyirdi. 

Və Xose İqnasio Saens de la Barra yenidən öz yenilməzliyi və dəolunmazlığıyla öz zindanına - 

prezident sarayından cəmi beş yüz metr aralıda quraşdırılmış cəza kombinatına, bir vaxtlar 

holland dəlixanası olmuş, kolonial memarlıq binasına qayıdırdı. «Sizin saray kimi, möhtəşəm bir 

saraya, mənim generalım.» Bu, badam pöhrələrinin arasında itib-batan, qabağı, çöl 

bənövşələriylə dolu yaşıl çəmənlik olan bir bina idi; birinci mərtəbəsində, axtarış xidməti və 

vətəndaşlıq aktları qeydiyyatı bürosu yerləşirdi, qalan mərtəbələrdə isə vəhşi işgəncə maşınları 

quraşdırılmışdı; bu maşınlar elə incə və ətürpədən fantaziyayla hazırlanmışdı ki, o, bunlara 

baxmaq belə, istəmədi və Saens de la Barraya: «Naço, vətən qarşısındakı borcunuzu daha yüksək 

səviyyədə yerinə yetirməyinizdə olun və unutmayın: mən heç nə bilmirəm, heç bir şey 

görməmişəm, idarənizdə də heç vaxt olmamışam!» - dedi. Xose İqnasio Saens de la Barra, onun 

qarşısında dərin ehtiramla təzim edib, kişi kimi söz verdi ki, prezidentin dediklərini qəbul edir, 

valideynlərinin dilini açmaqdan ötrü, beş yaşlı uşaqların cinsi orqanlarına elektrik cərəyanı 

buraxmaq kimi cəza növünə son qoymaq əmrini dinməzcə yerinə yetirdiyi kimi, bu sözünün də 

üstündə dayanacaq; əmrin yerinə yetirilməsinə xüsusi nəzarət lazım idi; əla həzrət qorxurdu ki, 

lotereya əhvalatı vaxtı onu heydən salan zalım yuxusuzluq, bütün bu iyrəncliklərdən sonra yenə 

üstünə hücum çəksin. Əmr yerinə yetirildisə də, o yenə, hardasa, yaxında işləyən dəhşətlər 

emalatxanasını unuda bilmədi; bir də axı necə unudaydı ki, səssiz, aylı gecələr, yaxından ötüb 

keçən qatarların taqqıltısına, şimşək gurultusuna ayılırdı; bu qatar və şimşək səsləri isə əslində, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

114 


Bruknerin vallarına yazılmışdı, bu səsləri o, gecə yarısı işgəncə verilənlərin iniltilərini 

batırmaqdan ötrü işə salırdı; bu cəhənnəm qasırğası sübh çağının sel kimi tüğyan edir, özündən 

sonra, bir vaxtlar holland lunatiklərinin yaşadığı bu vahiməli dəlixananın binasına – cəza evinə 

düşən cavan gəlinlərin fatalarından badam ağaclarının budaqlarına ilişib qalan cır-cındırı 

vahiməli-vahiməli ağardırdı… Bəli, zat-aliləri, həyatlarını işgəncələr içində itirən insan 

iniltilərinin və lənətlərinin yuxusuzluğunun içinə dolmağından qorxur, öz işini yorulmadan görən 

bir adam haqda - Xose İqnasio Saens de la Barra haqqında israrla düşünürdü. Saens de la 

Barranın bircə nöqsanı vardı: o, zahiri parıltını sevirdi, sinəsi qəribə, monoqramlı ipək 

köynəklər, gözəl tikilişli, bahalı ayaqqabılar, xüsusi qutulara yığılmış diri qardeniyalar

etiketlərində şəcərə gerblər döydürülmüş fransız losyonları alır, qalan məsələlərdə isə özünə sərt 

qadağalar qoyurdu; məşuqəsi yox idi, lütfkar, arvadsifət oğlanlarla da maraqlanmırdı, dostu-

filanı, hətta öz evi belə yox idi, möminlər kimi, dörd divarın arasında yaşayır, gecə-gündüz o 

qədər işləyirdi ki, axşamlar yorğunluqdan, iş otağındakı divana pallı-paltarlı sərilir, üç saatdan 

çox yatmırdı; qapısının ağzında onu qorumalı olan mühafizsiz, tapançasız, deyilənə görə, yediyi 

yeganə qida – başı bədənindən təzəcə ayrılan adamların isti bağırsaqlarını almayanda, az qala öz 

dərisini yırtıb çıxmağa hazır olan, ayıq-sayıq, yuxubilməz Lord Köxel qoruyurdu. Kiminsə 

kabinetə yaxınlaşdığını hiss edən köpək, həmin dəqiqə qaynar qazan kimi qaynayıb, dərhal 

sahibini oyadırdı; kabinetə sarı yaxınlaşanın kim olmağının heç bir fərqi yox idi: Saens, onsuz da 

heç kəsə inanmırdı, güzgüdə öz əksinə də şübhəylə baxırdı; bütün qərarları, heç kimlə 

məsləhətləşmədən, yalnız çoxsaylı casuslarının təqdimatlarını dinlədikdən sonra özü qəbul 

edirdi; ölkədə baş verən ən mənasız hadisə belə -, dünyanın hər hansı guşəsində ən adi qaçqının 

nəfəs alması da, Xose İqnasio Saens de la Barraya, gözəgörünməz hörümçək toru telləriylə bəlli 

olurdu; o, qorxu, şantaj və səxavətli rüşvətlər hesabına, az qala, bütün Yer kürəsini bu torun içinə 

salmışdı; düzdü, o səxavətliydi, amma dövlətin hesabına yox; öz işinə o qədər sədaqətliydi ki, 

xəbər gətirənləri, çox zaman öz puluyla mükafatlandırırdı; bu cür təmannasız xidmətlə tək bircə 

o məşğul deyildi; boşboğaz çərənçilər orda-burda pıçıldaşırdılar ki, guya onun muzdla tutduğu 

cəlladlar, xəfiyyələr və casuslar, camaatdan fantastik məbləğdə haqq aldıqlarına görə, hər cür 

cinayətə getməyə hazırdılar; bu adamların bir çoxu, öz xidmətinə görə haqq istəmirdi; bu 

adamlar, öz analarını belə şaqqalayıb, qanlı tikələrini donuzlara yedirdməyə hazır idilər, təki, bu 

könüllü halda yarındıqları xəfiyyənin diqqətini cəlb etsinlər; onlar, vəhşiliklərinə və kiçicik 

mərhəmət hissindən belə məhrum olduqlarına görə ad çıxarmış, fransız cəllad-rasionalistlərinin 

əlinin altında işləmək üçün, nümunəvi davranış barədə zəmanət məktubu və arayış əvəzinə, 

törətdikləri əclaflıqlar haqda sənədlər gətirirdilər; bu könüllü xəfiyyələr, cəlladlar, Sanesin dediyi 

kimi, həmin o «qanun çərçivəsində tərəqqi» söhbətini adi bir məsələyə çevirmişdilər; dondurma 

kafelərinin taxtapuşları altına uzanıb sərinləyənlər, çin restoranında qəzetləri gözdən keçirənlər, 

ucuz kinolarda mürgü vuranlar, avtobuslarda öz yerlərini hamilə qadınlara verənlər də onlar idi; 

elektrik və santexnik işləyənlər, həyatlarının yarısını paytaxt qanqsterləri və əyalət quldurlarıyla 

yanaşı yaşayanlar, okean laynerlərində, beynəlxalq barlarda işləyən qulluqçuların və fahişələrin 

təsadüfi ərləri də onlar idi; Qəraib cənnətinə ekskursiya təşkil edən Amerika turist agentlərinin 

əməkdaşları, Belçika xarici işlər nazirinin şəxsi katibi, bir sözlə, heç kəsin ağlına belə gətirə 

bilmədiyi, bir çox işlərlə yenə onlar məşğul idi; qiyamı yatırmağa kömək edənlər, təhlükəli 

adamları aradan götürənlər, həddən artıq çılğın və qətiyyətli beyinlərdə, hələ tam yetişməmiş sui-

qəsdlərin üstünü açanlar da onlar idi. Onlar, öz işləriylə inamla, həyasız bir arxayınlıqla məşğul 

olurdular, sözün əsl mənasında, vətənpərvərlər isə əmin idilər ki, bütün bu əməllərdən 

prezidentin xəbəri yoxdu: «Əgər bilsəydiniz… ah, bircə bilsəydiniz, mənim generalım…» - deyə 

ürəklərində ona üz tutur, bütün bu dəhşətlər barədə söhbətləri dönə-dönə xatırlayır və uşaq 

sadəlövhlüyü ilə elə güman eləyirdilər ki, onların sözləri generalın qulağına çatsaydı, Saens de la 

Barra, çoxdan bu satqınları liman qalasının yanındakı qəbirstanlığa sürütləyərdi; odu ki, əsl 

vətənpərvərlərdən biri, nəhayət ki, özünü generalın yanına çatdırdı, bütün bunlar barədə cəsarətlə 

danışdı və sarsıldı… general ona diqqətlə qulaq asıb demişdi ki, qoy o sırğa eləyib qulağından 

assın ki, bu barədə heç vaxt heç nə bilməyib, bilmir və bilməyəcək, o, heç kəslə heç bir şey 

haqda danışmayıb; - bunları deyəndən sonra qoca, sınayıcı baxışlarla bir müddət həmin bu 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə