Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə64/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   60   61   62   63   64   65   66   67   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

129 


Saat on biri vurdu və o, dəhlizin, boş otaqların işıqlarını söndürməyə başladı; çırağı əlinə alıb, 

sarayı bir də başdan-başa dolaşdı, on dörd güzgüdə on dörd dəfə öz əksini – əlində yanar çıraq 

olan on dörd eyni generalı gördü; güzgülərdən birinin dərinliyində - konsert salonunda, gözləri 

arxaya diyirlənmiş, ayaqları yuxarıya uzanmış inəyə sataşdı və o: «İnək, inək! - deyə çağırdı, 

sonra öz-özünə - Bu necə şeydi?.. Deyəsən bu, ölüb axı?!..» - dedi. Sonra mühafizəçilərin yataq 

otağına getdi ki, indicə güzgüdə ölü inək gördüyünü onlara desin: – «Sabah sübh tezdən mütləq 

onu burdan rədd eləmək lazımdı, yoxsa burda, qanadlı əjdahaların əlindən tərpənmək 

olmyacaq!» Bu əmri verən kimi, çırağı əlinə alıb, çatışmayan o biri üç inəyi də birinci mərtəbədə 

axtarmağa başladı; onları ayaqyollarında, stolların altında, hər güzgünün içində axtardı, sonra bir 

mərtəbə də yuxarı qalxdı, orda da bütün otaqlara baş çəkib inəkləri aradısa da, adını çoxdannan 

unutduğu hansısa rahibənin çarpayısında, çəhrayı naxışlı örtüyün altında kürt yatan qırt toyuqdan 

savayı heç yerdə heç nəyə rast gəlmədi, sonra adəti üzrə, yuxudan əvvəl udduğu bir qaşıq balını 

yeyib, bankasını öz yerinə - gizli divar mücrüsünə qoyanda, orda saysız-hesabsız yazılı 

kağızlarından birini tapdı; kağızda, görkəmli şair Ruben Darioyla bağlı hansısa əlamətdar tarix 

yazılmışdı; Allah onun o dünyadakı yerini uca eləsin! Kağızı oxudusa da, heç nə anlamadı, onu 

bürmələyib əvvəlki yerinə qoydu və dua elədi: «Atamız, göylərin sehrkar hakimi, aeroplanları 

havada, gəmiləri dənizdə saxlayan...» və beləcə, yuxusuzluq zilləti içində dua eləyə-eləyə yeridi, 

mayakın son, ani yaşıl şəfəqləri, son yaşıl işıq seli onun nəhəng fil ayaqlarını işıqlandırdı; satdığı 

dəniz üçün ağı deyən küləklərin vıyıltısını, zamanın xəyali uzaqlıqlarında, Allahın ehtiyatsızlığı 

ucbatından, az qala kürəyinə bıçaq sancılacaq hansısa toy gəzintisinin musiqisini eşitdi... və 

birdən, azmış inəyə rast gəlib yolunu kəsərək: «İnək, ay inək, çıx get burdan!» - deyə, heyvanı 

yolundan qaytarıb, yataq otağına sarı yeridi; iyirmi üç pəncərənin hər birindən, dənizindən 

məhrum edilmiş şəhərin işıqlarını gördü; bütün pəncərələrdən onu, şəhər içinin xəlvət yerlərinin 

bürkülü iyləri vurdu… minlərlə adamın sirli nəfəsi – şəhərin nəfəsi gəlirdi; bütün pəncərələrdən 

iyirmi üç dəfə, adı xalq olan bu nəhəng, ölçüyəgəlməz okeanın böyük və qorxunc dəyişikliyini, 

həmişəkikimi, yeni qüvvəylə hiss elədi; xalqı – əli ürəyinin üstə, xəyallar qoynuna qərq olmuş 

vəziyyətdə təsəvvür eləyirdi; sən demə, onun – öz generalını guya hamıdan çox sevənlərin nifrəti 

necə dərin ola bilirmiş! Axı onun üçün, müqəddəs adamlar üçün edilən kimi, şam yandırırdılar, 

adını, doğan qadınların, ağır yüklərindən rahat qurtarması naminə çəkirdilər ki, ölüm yatağında 

olan qadınlardan ölüm uzaqlaşsın, amma həm də, onu doğana lənət yağdırırdılar… onun qədim 

somnambulik* limuzininin, güllə keçirməyən şüşəsindən iquana kimi qəmli gözlərini, hüznlü 

dodaqlarını, qız əli kimi incə əlini görəndə, anasını lənətləyirdilər… uzunboğaz çəkməsinin 

palçıqda yeri qalan izini öpürdülər, sonra da arxasınca lənət yağdırırdılar; şəhərin hər 

patiosundan, kimsəsiz iqamətgahın laqeyd pəncərələrindən çölə süzülən solğun işıqlar 

görünəndə, bir ağızdan ona ölüm diləyirdilər; «Bizi heç kəs sevmir…» - deyə o, köksünü ötürüb

rəhmətlik quş sənətkarının, sarıköynəklər rəssamının – anası Bendisyon Alvaradonun yataq 

otağına baş çəkdi; anasının, dəfn zirzəmisində saxlanılan bədəni çoxdan çürümüşdü. «Ölümün 

xeyrə qalsın, ana…» - o pıçıldadı. – «Ölümün xeyrə qalsın, oğlul…» - anası qəbirdən ona cavab 

verdi. 

Bədənini bürüyən dəhşətli ağrılardan qovrula-qovrula, çırağı yataq otağının qapısındakı 



qarmaqdan asanda saat, düz on iki idi; ağrı hər yeri, bütün dünyanı, fəzanı tutmuşdu; dünyada 

ağrıdan başqa heç nə yox idi… qapının üç açarını, üç qıfılını, üç zəncirini çəkib bağladı; axırıncı 

dəfə gücənib, öz kiçik ayaqyoluna son qurbanını verdi, sonra əynindəiləri soyunmadan, bütün 

qəbul və audiyensiyalar ləğv olunandan sonra daim geydiyi, cod parçalı şalvarında, yaxasız, 

zolaqlı köynəyində, miskin yolçu başmaqlarında üzüqoylu vəziyyətdə yalın döşməyə sərildi, 

üzünü ovcunun içinə, yastığa basan kimi gizlədib dərhal yuxuya gntdi… üçə on dəqiqə işləmiş 

isə yuxudan, ağırlaşmış dumanlı başıyla, həmişə tufanqabağı olduğu kimi, tər-su içində ayıldı; 

«Kimdi?» - titrək səslə soruşdu və yadına düşdü ki, kim idisə, onu yuxuda çağırırdı, amma öz 

adıyla yox, beləcə: «Nikanor!..» Sonra bir də: - Nikanor!» Bu kim idisə, qıfıllara toxunmadan, 

divarların içindən keçməyi bacaran məxluq idi; diqqətlə baxıb gördü ki, bu - Ölümdü. – «O 

əynində, tövbəli günahkarın cır-cındırı, əlində, ucu qarmaqlı əsa olan - sizin ölümünüz idi, 

mənim generalım… kəlləsinə, məzarlıq otları sarılmış, sümüklərinin daraqlar arasından yeraltı 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

130 


çiçəklər cücərmiş, göz dəliklərində qədim falçının sınayıcı gözləri yanıb-sönürdü…» Onu 

başdan-ayağa görəndə isə o, onu niyə «Nikanor! Nikanor!»** çağrıldığını anladı. Axı, ürəyinə 

yatan hər bir adamı, Ölüm elə bu adla çağırır. O isə bərkdən: «Dayan bir, ölüm! Vaxtım hələ 

çatmayıb axı! Mən - yuxuda, yarıqaranlıq kabinetimdə ölməliyəm. Bunu mənə, suların aynasına 

baxan kor falçı qadın deyib…» - dedi. Ölüm isə: «Yox, general! Bu indi, özü də burda baş 

verəcək. Siz, əyninizdəki bu dilənçi paltarında - meyitinizi tapanlar, sizi bu kabinetdə, paqonsuz 

hərbi formada, sol tayı qızılı mahmızlı uzunboğazlarda tapdıqlarını desələr də, elə beləcə, 

ayaqyalın öləcəksiz. Onlar, görüm əfsanəsinin ziddinə getməmək üçün, buna inam itməməsi 

üçün belə deyəcəklər.» - deyə ona cavab verdi. O, ölümün dediyi qaydada – ölümü, 

həmişəkindən az istədiyi bir vaxt - uzun illərin bəhrəsiz illüziyalarından, özü-özünü 

aldatmasından sonra nəhayət, insanların yaşamadıqlarını, yalnız mövcud olduğunu dərk elədiyi 

ən uzun və yaradıcı həyatının yalnız sonunda - insan həyatını yaşamağı öyrənməyə çatdığını 

anlayan vaxt öldü. O, həyatının ümumi nəticəsini – bir vatxlar, falçıların kartı və xəttsiz 

ovuclarının əlamətinə görə, sevmək qabiliyyətindən məhrum olduğuna inandığından, insan 

sevgisini hakimiyyət sevgisi ilə əvəz etdiyini, ömrü boyu qəlbində hakimiyyət iblisini 

yetişdirərək, hər bir şeyi ona qurban verdiyini, özünü könüllü qurbana çevirdiyini anlayan bir 

vaxt öldü. O, öz şüşə kürəciyini dünyanın lap sonunacan ovcunda bərk-bərk saxlamaq üçün, 

bütün ömrünü yalan və cinayətlərlə qidalana-qidala, qəddarlıq və şərəfsizlik üzərində ucalmışdı, 

simiclik titrətməsini, anadangəlmə qorxusunu boğub gizlətmişdi və anlamışdı ki, hakimiyyət 

tamahı - hakimiyyətin də şiddətli hakimiyyət yanğısı doğurur, lakin, başa düşməmişdi ki, 

hakimiyyətdən, təkcə bizim dünyanın yox, heç o biri dünyaların da axırınacan doymaq mümkün 

deyil, mənim generalım! 

Amma lap ilk günlərdən bilirdi ki, onu aldadan - ilk növbədə, ətrafındakı yaltaqlardı; o, onların, 

hər tərifə görə qabaq düşdüklərindən xəbərdar idi, onu sevinə-sevinə tərifləyən və əbədi həyat 

arzulayan kütlələrin silah gücünə saxlandığını bilirdi; bütün bunları yaxşı bilirdi və özünü bu 

yalanla, miskin, alçaq şöhrət həzlzəriylə yaşamağa öyrədirdi; axı, uzun-uzadı illərin 

təcrübəsindən dəfələrlə əmin olmuşdu ki, yalan – şübhədən sərfəli, sevgidən faydalı, həqiqətdən 

uzunömürlüdü; hökmranlığının biabırçı mərhələsinə gəlib çatanda isə, artıq o, heç nəyə 

təəccüblənmir, heç kim ona tabe olmayanda, yenə hökm eləməyinə davam edir, heç bir nüfuzu 

qalmayanda, heç olmasa, yan-yörəsindəkilərin ona tabe olmasından təsəlli tapırdı. O, yalınz öz 

payızının sarı xəzan illərində əmin oldu ki, heç bir vaxt həqiqi hakimiyyət sahibi olmayacaq, heç 

bir vaxt həyatı bütünlüklə qavraya bilməyəcək, çünki onun yalınz astar tərəfini dərk edə bilər, 

bünövrəsinin bənd yerlərini görə bilər, hansısa bağlarını açıb, illüziya qobeleninin - bu qaçılmaz 

reallıq qobeleninin naxışlı düyünlərini sökə bilərdi; o, lap son günlərinəcən anlamadı, ağlına belə 

gəlmədi ki, onun əsl, həqiqi həyatı, hamının gözü qabağında keçib; biz, onun bu həyatını tamam 

ayrı gözlə görürdük, mənim generalım, məzlumların gözüylə; biz onu, ağrı-acılarımızın bitib-

tükənməyən illəri arasından - uzun-uzadı payızının qızılı xəzan illərinin arasından görə-görə, elə 

elə də yaşayırdıq; bədbəxtliyimiz bədbəxtlik, xoşbəxt anlarımız isə, ani də olsa, xoşbəxtlik idi; 

bilirdik ki, sizə olan sevgimiz, ölüm viruslu sevgidi, amma əsl sevgidi, əbədi sevgidi, mənim 

generalım! Vaqon pəncərəsinin tozlu şüşəsi araxasından görünən dumanlı xəyalınız, həyat 

məşəliydi; ötəri görünən məsum, titrək solğun dodaqlar, ipək əlcəkli əlin ayrılıq işarəsi – tale 

xətlərindən məhrum qoca əlin işarəsi – həyatımızın yanar məşəliydi. Biz, bu qocanın əslində kim 

olduğunu heç vaxt öyrənə bilmədik; onun, təsəvvürünə gətirməyə belə hünəri çatmadığı, 

bizimsə, tükənməz ehtirasla sevdiyimiz bu həyatın arxa və üz tərəflərini ayırd eləyə bilməyən bu 

cəllad, bizim mifimiz idi bəlkə?.. O, bizim anladığımız həqiqəti – həyatın çətin və ani olduğunu 

və bundan savayı ayrı bir həyatın olmadığını dərk eləməyə qorxurdu; bizsə, bu yeganə gerçək 

həyatımızdan xoflanmırdıq, çünki kimliyimizi yaxşı dərk edirdik, onun isə – şişkin qarnını zorla 

sürüyə-sürüyə gəzən bu qocanın kimliyi, son günəcən nə bizə, nə də özünə aydın olmadı və axır 

ki, o, ölüm qayığının çürük yelkənlərindən yapışaraq, bitib-tükənməz zamanının nəhayət ki, sona 

yetdiyi xəbərini insanlara, bütün dünyaya car çəkən təbillərin gurultusunu, kilsə zənglərinin 

səsini, bayram atəşfəşanlığını, küçələrə tökülüşüb qəlbləri, fərəh və qalibiyyət dolu sevinclə 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə