Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə61/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   57   58   59   60   61   62   63   64   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

123 


xarabalığa çevrilmiş sarayında zorla yeridiyindən xəbərdar idi. Onu yedizdirən və bal ehtiyatı 

görən xidmətçilərdən, sarayda cəmi üç-dörd denşikin qaldığından xəbərdar idik; bir dəfə isə 

xidmətçilərin qovduğu inəklər, baş qərargah otağına girib oranı darmadağın etdilər və bir vaxtlar, 

falçının dediyi, onun öləcyi gizli kabinetində bütün çini marşalları yerə salıb sındırdılar; 

denşiklər həyəcanla onun nə əmr verəcəyini gözlədilər və yalnız o, fənəri kandardan asdıqdan 

sonra, havası dənizsiz heç cür dəyişilməyən yataq otağının qapısından üç qıfılın və üç zəncirin 

çıqqıltısı və cingiltisi eşidiləndən sonra, onun sübhə qədər ölü kimi yatacağı ümidi ilə, birinci 

mərtəbədəki otaqlarına getdilər, o isə tez-tez səksənib yuxudan ayılır, yuxusuzluğunun keşiyini 

çəkir, ağır ayaqlarını sürüyə-sürüyə zülmət qaranlıq saray boyu yeriyə-yepiyə, yan-yörəsindəki 

inəklərin aramlı gövşəməyinə, vitse-kral asılqanlarında yatan toyuqların qaqqıltısına məhəl 

qoymadan, kabus kimi gəzirdi; zamanın axarı ona, keçmiş dənizin yerində bitən ay işıqlı 

çöllüyün küləyini xatırladırdı; o, görkəmli latinist, general Lautaro Munyosun (Allah bu axmağa 

rəhmət eləsin), özlərini məhv etdikləri sonuncu barrikadaları hələ küçlərdə müqavimət göstərən 

vaxt, Korneli Nepotun birinci nəşrinin yanmış vərəqlərini, unudulmuş ritoriklərin - Livio 

Andronikonun və Sesiliya Estatonun kitablarının vərəqlərini, öz yaşıl budaqlı süpürgəsiylə 

süpürən anasını - Bendisyon Alvaradonu gördü. Onun üçün boşaldılan iqamətgaha daxil olarkən, 

anası Bendisyon Alvaradoyla birgə, şəxsi mühafizəsinin meyitləri üzərindən keçib pationu 

ötdülər, zülmət qaranlıqda, prezidentin cins ilxı atlarının cəsədlərinə ilişə-ilişə, vestübüldən 

yuxarı aparan pilləkənlə qalxdılar və iclas salonuna çatdılar; qatı, acı barıt iyindən və at qanı 

qoxusundan nəfəs almaq olmurdu: - «Biz orda, yalın ayaqların qanlı izlərini gördük, görünür, 

burdan, at qanından yığılan gölməçələri tapdayıb gələnlər keçmişdilər; dəhlizlərin divarlarında 

da biz, eynilə bu cür qanlı əl izləri gördük, iclas salonunda isə, sinəsinə döyüş qılıncı sancılmış, 

yaraşıqlı bir florensiyalının qana bulanmış bədənini gördük – bu, prezidentin arvadının şəkliydi; 

sonra alınına güllə çaxılmış, açarla burulub işə salınan, balerinayaoxşar oyuncaq qızı gördük – 

bu da prezidentin doqquz yaşlı qızıydı. Və nəhayət biz, on bir il ərzində hakimiyyət uğrunda 

qanlı mübarizələrdə bir-birinə qalıb gələn on dörd federalist generallardan ən zirəyi və ağıllısını - 

haribaldi sezarı, prezident Latuaro Munyosun meyitini gördük… bu, ingilis konsuluna öz ana 

dilində «yox» deməyə ürək eləməyən yeganə adam idi, elə buna görə də indi cəzasını çəkirdi; 

Britaniya eskadriliyasının cəlladlarına qismət olmasın deyə, əvvəl arvadını qılıncla vurub qızını 

güllələmiş, sonra qırx iki ədəd əndəlus atını məhv etdkdən sonra özü öz ağzına açdığı güllədən, 

başında dəlik, yalın ayaqlarıyla yerdə uzanmışdı; o vaxt onların komandanı Kitçener meyiti 

göstərərək, generalımıza: «Görürsən də, general, atasına əl qaldıranların aqibəti nədi?! Nə vaxtsa 

vəzifə başında olsan, bütün bunlar yadından çıxmasın!» - demişdi. «O, «nə vaxtsa» - dedi, amma 

mən, uzun-uzadı, yuxusuz, intizarlı gecələrdən sonra artıq ölkədə əmin-amanlığı bərpa etmək və 

iqtisadi sabitlik yaratmaq üçün lazım olan müddətə bütün qoşun növlərinin ali baş komandanı və 

respublikanın prezidenti elan olunmuşdum». Bu qərarı, senatın və deputatlar palatasının 

razılığıyla, sonuncu federal şura, yekdilliklə qəbul etmişdi deyə, qərar, ingilis eskadrası 

tərəfindən də təsdiq olundu və gecələrin birində, konsul Mak-Doneyllə oynadığı domino daşları 

arasında çapa imzalandı. 

«Əvvəl-əvvəl nə mən, nə də başqaları bu işin alınmağına inanmırdıq». Kim inanardı axı?! Həmin 

o dəhşətli gecənin hərc-mərcliyində qəbul olunan bu qəribə qərara, Bendisyon Alvaradonun özü 

də inanmırdı; o, lap axır günlərə qədər - ölüm yatağında da, dövlət idarəçiliyinə nədən 

başlayacağını qətiyyən bilməyən oğluna inanmırdı; onlar, mebelsiz-əşyasız, bomboş otaqlarda, 

keçmiş ispan hökmranlığı dövründən qalmış vitse-kral və arxiyepiskopların, milçəklər bulamış 

portretlərindən savayı qiymətli bir şey olmayan bu evdə, titrəmədən yaxa qurtarmaq üçün 

dəmləməyə ot axtarsalar da, tapa bilmədilər; evin qalan əşyaları, əvvəlki prezidentlər tərəfindən 

daşınıb aparılmışdı, məşhur tarixi hadisələr təsvir olunan divar xalçalarının yeri, artıq 

çoxdandan, asıldığı divarın rənginə uyğunlaşmışdı, yataq otaqları, çirkli əsgər kazarmaları kimi 

zibil içindəydi, divarlarda, prezidentlərin qanlı barmaqlarıyla müxtəlif tarixlər yazılmışdı; 

bürünüb qızınmağa bircə həsir belə yox idi: «Odu ki, anam Bendisyon Alvarado pəncərənin 

tozlu pərdəsini qoparıb mənə səridi və məni baş pilləkənin küncündə uzatdı, özü isə yaşıl budaqlı 

süpürgəsiylə, ingilis desantının soyub talamağa artıq bir şey qalmadığı otaqları süpürməyə 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

124 


başladı.»; qapıların arxasında, canını, onu zorlamaq istəyən quldurlardan süpürgəsiylə qurtara-

qurtara, döşəmələri təmizlədi, səhərə az qalmış, əsas pilləkənin yuxarı pilləsində tər-su içində, 

məxmər pərdəyə bürünmüş oğlunun yanında oturdu, onun alovlu qızdırmasını ürək-dirək 

verməklə soyutmağa çalışaraq, dedi ki, bu qarmaqarışlığa fikir verməyə dəyməz, bir-iki ucuz 

dəri kətil alıb onları gül-çiçək və cürbəcür heyvan şəkilləriylə rəngləmək lazımdı: - «Bunu özüm 

eləyərəm. Bir-iki dənə də tor yelləncək alarıq, ən əsas tor yelləncəkdi, çünki bu evə yəqin ki, 

çoxlu qonaq gələcək. Sonra nahar stolu, dəmir qaşıq-çəngəl, alüminium nimçələr alarıq. Əsgər 

həyatı üçün başqası yaramaz. İçməli su üçün qəşəng bardaq və kömür sobası alarıq. Hamısını da 

dövlət hesabına.» - deyə-deyə, oğlunu beləcə sakitləşdirirdi. O isə anasını eşitmirdi… səhərin 

gözü açılar-açılmaz, ilk əməköməcilər çiçəklənmişdi, qırmızı, ağ əməköməcilər, qan kimi al 

qırmızı, bu gecə qanı axan bədən kimi ağappaq… - bu nəhəng işıq seli altında elə bil həqiqətin 

əsl gizli mahiyyəti üzə çıxdı, və belə məlum oldu ki, o, pilləkəndə qızıdırmadan titrəyə-titrəyə, 

fikrə dalan miskin qocadan savayı ayrı bir şey deyil. «Elə bu? Ütülmüş at ətinin iyi, mənəvi 

puçluq, qəzaya uğramış gəmiyə oxşayan bu ev, bütün on iki avqust sübhlərinin eyni olan bu sübh 

çağı – hakimiyyət elə budu?.. Bu nə zibil idi düşdük, ana!» Dənizin sahilində sübhün 

açılmasından xoşhallanan xoruzların banlamağına, ingilislərin, saray boyu sərilmiş meyitləri 

yığa-yığa, şən mahnılar oxumasına baxmayaraq, onu qəfil zülmət qarşısında çuğlayan heyvani 

bir qorxu bürüdü; Bendisyon Alvarado isə öz hesablamalarından təsəlli dolu nəticə çıxarıb dedi 

ki, əsas narahatçılıq – bir dəstə döşəkağı məsələsidi, vəssalam, ayrı heç bir narahatçılıq yoxdu, 

onları da yaxşıca yuyub təmizləmək lazımdı; məyusluğun ən sonuncu nöqtəsində birdən-birə elə 

bil ayaqlarının altının möhkəmliyini duydu və anasını sakitləşdirməyə başlayaraq: «Eybi yox, 

rahat yat, ana, onsuz da prezidentlər bu sarayda çox oturmurlar. Allah eləsin, burada heç olmasa, 

yarım ay yaşayım». – dedi. Bu sözlərinə o, təkcə onda yox, indi də, uzun-uzadı, qəddar dərviş 

ömrünün bütün anlarında olduğu kimi, yenə sidq-ürəkdən inanırdı; hökmdarların bir gününün o 

birinə oxşamadığına nə qədər çox əmin olurdusa, özünə bir o qədər çox inanırdı, tez-tez yadına 

baş nazirin, hansısa gizli məqsəd güdən, yalan dolu, üfürülmüş məruzələri düşdükcə, yüngülcə 

gülümsəyib: «Mənə həqiqəti deməyin, litsensiat*, risq edirsiz – sizə inana bilərəm!» - deməyini 

xatırlayırdı. Elə bu sözlərlə də dövlət şurasının, onun sorğu-sualsız imza atacağına arxayın 

olduğu bütün nəhəng strategiyasını puça çevirdi. «O heç zaman mənə bu qədər fərasətli 

görünməmişdi. Rəsmi qəbullarda, guya özündən asılı olmadan, şalvarına işəməyi ilə bağlı 

şayiələrin get-gedə inandırıcı olduğu vaxtlarda da.» – «Məncə, o qocaldıqca, daha sərt olurdu, 

yalın ayaqlarını şappıldada-şappıldada, qulaqcığının biri sapdan olan eynəklə gəzirdi.» – «Get-

gedə daha dözümlü, daha duyğulu olurdu, odu ki, bir qucaq kağız-kuğuzun içindən lazımlısını 

seçib, baxıb-oxumadan, imza atır, «Nə istəyirsiz? Onsuz da qulaq asan yoxdu.» – deyib 

gülümsəyirdi. «Təsəvvür edin ki, o, inəklərin sarayda veyillənməmələri üçün fermada iri 

taxtadan rəzə düzəltməyi əmr eləmişdi. Sonra gördü ki, onlardan biri, yəni – «inək?... inək?...» - 

başını kabinetinin pəncərəsindən içəri soxub yazı masasının, bu vətən mehrabının üstündəki 

kağız çiçəkləri çeynəyir, gülümsədi: «Görürsüz, litsensiat, sizə demişdim axı. Bu ölkənin başına 

nə bədbəxtlik gəlirsə, hamısı, mənə qulaq asmamağın nəticəsidi.» - deyirdi. «Bu yaşda zəkanın 

qeyri-adi aydınlığına bir bax.» 

Səfir Kipplinq isə, qadağan olunmuş memuarlarında yazırdı ki, onu, uşaqlığına qapılıb-qalmış və 

əlindən heç bir iş gəlməyən bir adam kimi tanıyır, yazırdı ki, onun bədəninin bütün məsamələri, 

aramsız halda özündən maye buraxır, bədəni, suda batmış adamın bədəni kimi şişkindi, 

hərəkətləri isə, dalğaların atıb-tutduğu ölünün hərəkətləri kimi süst və ləngdi. – «O, köynəyinin 

yaxasını açıb, dəniz həşəratlarının, sallaq dəri qatlarının arasına yığılan sulu sinəsini də mənə 

göstərmişdi.»; o özü də deyirdi ki, kürəyində remoralar*, qoltuqlarının altında polip və xırda 

əqrəblər var və o, bütün bunları, əzizim Conson, aldığınız dənizin təbii surətdə geri qayıtması 

əlamətləri kimi qəbul edirdi, çünki dəniz də, pişiklər kimi həmişə geri qayıdır; o əmin idi ki, 

qasığındakı xərçəngəbənzər həşərat yığnağı, yataq otağının pəncərəsini açıb, bəşəriyyət tarixində 

bütün dahi adamlarda olduğu kimi, onun da ovcunun hamar, qırışsız olmasının səbəbini 

öyrənmək üçün dünyanı axtarmaqdan yorulduğu, dəniz və okeanlar admiralının üç karavellasını 

gördüyü xoşbəxt səhərin müjdəsidi. Hə, o, onu axtarırdı, hətta dənizçilərdən, onun, qonşu 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə