Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə63/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   59   60   61   62   63   64   65   66   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

127 


dolu, bərəlmiş gözlərindən, o dünyanın dibindən mənə zillənmiş kinli baxışlarından qorxdum, 

canı çıxan kaftar heyvanın dili kimi çölə pırtlayan dilini gördüm və gözümün qabağında baş 

verən bu ölüm səhnəsində, günahsızlığımı sübut edəcək heç bir şahidin olmadığından xoflanıb 

cəld otaqdan sürüşmək qərarına gəldim – axı, yanımızda bircə nəfər belə yox idi. Tez qaçıb 

canımı qurtarmaq istəyirdim ki, o, asqırtıların arasından: «Ağciyər olmayın, general Rosendo 

Sakristan! Dinc durun, lənət şeytana, mən bir o qədər gic deyiləm ki, sizin yanınızda öləm!» - 

deyə çığırdı. Müdafiə naziri yerində donub qaldı, o isə həqiqətən ölümlə burun-buruna vurub, az 

qala huşunu itirə-itirə asqırmağına davam edirdi; qarşısında milyardlarla işıldaböcəyəbənzər 

qığılcımlar qaynaşırdısa da, o, bütün varlığıyla inanırdı ki, anası Bendisyon Alvarado belə bir 

biabırçılığa yol verməz, qoymaz ki, o, asqırmaqdan, hələ üstəlik tabeliyində olan bir adamın 

qabağında ölsün: «Eybi yox, biz hələ yaşayacağıq! Heç bir şey mənim qəddimi əyə bilməz!» 

Bu hadisədən sonra o, belə bir nəticəyə gəlmişdi ki, insanın ləyaqətsiz ölümünə şərait yaradan 

adamların arasında yaşamaqdansa, inəklərlə birgə ömür sürmək daha yaxşıdı. - «Niyə onlar 

hamılıqla təslim oldular?» O, Papa nunsisini (Roma Papasının nümayəndəsi) qəbul etməyi, 

onunla Allah haqqında höcətləşməyi ona görə tərgitdi ki, şokoladı körpə uşaq kimi qaşıqla 

içməyə məcbur idi və istəmirdi ki, nunsi bunu görsün; domino oynamağını da ona görə 

tərgitmişdi ki, qorxurdu, kiminsə ona yazığı gələr və oyunu ona qəsdən uduzar; heç kimi görmək 

istəmirdi, çünki özünü əməlli-başlı idarə edə bilmir, yastı dabanlarını sürüyə-sürüyə gəzirdi; 

ömrü boyu ayaqlarını beləcə sürüyə-sürüyə gəzməsinə baxmayaraq, indi bunu gizlətmək baş 

tutan iş deyildi; istəmirdi ki, qocalığını gizlədə bilmədiyini kimsə görsün; özünü, qayanın 

başındakı malikanədə sığınacaq hüququ qazanmış adamlardan yox, dustaq kimi saxladığı 

sonuncu bədbəxt diktatorların yerində – çarəsizlik uçurumunun kənarında hiss edərək, yaşından 

da utanmağa başlamışdı. Bu diktatorlar, dünyanı heyvərəlik taunuyla yoluxdurmamaq üçün orda 

- qayadakı sığınacaqda üzülürdülər; həmin o üzüntü hissini o, içəri həyətdəki hovuzda – 

müalicəvi suyun içində tək-tənha uzanıb mürgülədiyi həmin uğursuz gün duydu və öz 

gücsüzlüyündən iyrəndi: «Səni yuxuda gördüm, ana… gördüm ki, çiçəkləri başımın üstündə 

pardaqlanan badam ağacının yarpağı üstə oturub cırıldayan cırcıramaları sən yaratmısan, 

nəğməkar sarıköynəklərin alabəzək səslərini, öz fırçanla sən rəngləmisən… amma mən, 

bağırsaqlarımın qəfil ifrazatından ayıldım, ana, bu biabırçı, murdar suların, gücsüz qəzəbin 

içində ayıldım: bu murdar sularda oreqano və malvaların ətirli ləçəkləri, portağal ağacından 

tökülən ləçəklər üzürdü; ikotea tısbağaları, sevinə-sevinə, içalatımdan püskürən qızılı məhlula 

sarı üzürdülər, bax belə ana!» - o qartımış bədəninin bu hərəkətinə, yaşının başqa iyrəncliklərinə 

də dözdü, xidmətçilərin sayını da bu məqsədlə lap azaltdı ki, bu sayaq murdar vəziyyətlərinin – 

gündə bir hoqqanın şahidi olmasınlar, bir sözlə, başını nəm dəsmalla sarıyıb, heysiz ümidsizliyi 

içində üzülə-üzülə, divarlara söykəndiyini, mal çibinlərindən bezib dözülməz baş ağrılarından 

ağlını itirib, kimsəsiz iqamətgahda veyilləndiyini heç kəs görməsinlər; başının ağrıdığı haqda o 

öz şəxsi həkiminə belə, heç nə demədi, çünki bilirdi ki, bu ağrı da qocalıqdandı; ağrı hissi, ilk 

əvvəl ona ağrı duyumuyla gəlirdi, ona, səmada tufanqabağı buludlar görünməmişdən əvvəl 

guruldayan şimşək çaxıntılarıyla yaxınlaşırdı; onda o, əmr eləyirdi ki, onu heç kəs narahat 

eləməsin; bir qədər sonra isə - ağrı gicgahlarını oymağa başlayanda, o, qışqırırdı ki, nə olur-

olsun, evə heç kəsi buraxmasınlar; beyni, içindəki polad turniketin dönüşündən dağılmağa 

başlayanda isə o, bağırırdı ki, Allahın özü göydən yerə düşsə belə, heç kəsi evə buraxmasınlar. - 

«Lap ölsəm belə, buralara bir kəs buraxılmasın!» 

Ağrı onu qəddar bir inadla, bir anlıq da olsa, nəfəsini dərməyə qoymadan, yandırıb-yaxır, 

Qiyamət gününün ümidsizliyinə qapılmağa belə, imkan vermirdi; amma elə ki, leysan yağışı 

tökürdü, ağrı ram olurdu, onda o, bizi yanına çağırırdı; belə məqamlar o, elə görünürdü, elə bil 

dünyaya təzədən gəlmişdi; televizorun qabağında, yemək stolunun arxasında otururdu; biz ona 

şam yeməyi verirdik; lobyalı bekon bozartması, sürtgəcdən keçirilmiş kokos və qızardılmış 

banan – bu yaşda adam üçün ağlagəlməz yeməklər! Amma şam yeməyinə çox vaxt əl dəyilmirdi, 

o, Nuh əyyamından qalma televizya filminə baxırdı; bu filmin, televiziyanın xüsusi kanalıyla 

təkrar-təkrar verilməsi, özü də tələsiklikdən lentin baş-ayaq getməsi, dövlət işlərində nə isə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

128 


xoşagəlməz vəziyyət yarandığından xəbər verirdi; o, hökumətin, yenə nəyisə açıq-aşkar ört-

basdır etməklə məşğul olduğunu anlayır: «Bu nə hoqqadı, bunlar çıxarar?» - deyə deyinir və elə 

o dəqiqə də özünü inandırdı ki, ondan heç nə gizlədə bilməzlər, əgər ciddi bir şey olsaydı, 

çoxdan bilərdi; bu fikirlərlə tək-tənha otura-otura o, şam yeməyini də soyudurdu, kilsə saatının 

zəngləri saat səkkizi vuranda isə, uzun müddətdən bəri axşam saatlarında elədiyi kimi, ayağa 

qalxıb nimçədəki yeməkləri unitaza boşaldırdı ki, düşdüyü bu miskin vəziyyətindən heç kəs 

xəbər tutmasın; mədəsi daha heç nə götürmürdüsə də, çalışırdı camaat elə bilsin ki, o, elə əvvəlki 

adamdı, şanlı çağların əfsanələrinin təsvir elədiiyi həmin adam bu əfsanələrlə də təsəlli tapır, 

özünə qarşı duyduğu nifrətdən, bədəninin hər növbəti pozğun nömrəsindən sonra içini bürüyən 

ikrah hissini bununla dağıdırdı; artıq zorla yaşadığını unutmağa çalışır, özünü, ayaqyolunun 

divarlarında: «Yaşasın general! Yaşasın əsl kişi!» - sözlərinin, özünün yazdığın unutdurmağa, bir 

gecədə üç qadınla üç dəfə olmaq üçün gizli türkəçarə dərmanını içdiyini, sonra bu səfehliyinə 

görə acı gücsüzlüyün göz yaşlarını tökdüyünü yaddan çıxarmağa çalışır, bütün bu biabırçılıqlara 

görə ayaqyolunda oturub suaxıdanın qulpundan yapışaraq: «Anam, ürəyim, Bendisyon Alvarado, 

nifrət elə mənə, öz yanar suyunda pak elə məni!» - deyib ağlayırdı. Bir də bu biabırçılığın kökü 

ona bəlliydi; dəfələrlə uğursuzluğa düçar olmasının səbəbi də ona məlum idi; o, yaxşı başa 

düşürdü ki, hər şeyin günahı, həmişəki kimi kişilik gücsüzlüyü yox, sevgisizliyi idi – dostunun – 

baş nazirin ona dürtüşdürdüyü qadınlardan, azca da olsa, soyuq olmayan qadınların 

çatışmamazlığı idi. – «O, bu qadınları mənim üçün, qonşuluqdakı qızlar məktəbi bağlanandan 

sonra göndərirdi: «Bu cananların, sanki sümüyü yox idi». – «Məxsusi sizinçün, mənim 

generalım!» Bu qadınlar, təyyarəylə Amsterdam vitrinlərindən, Budapeşt kino festivallarından, 

Aralıq dənizinin İtaliyadakı mavi sahillərindən gətirilirdi. – «Bir baxın, general, bu möcüzəyə 

tamaşa edin! Bunlar, dünyanın ən gözəl qadınlarıdı!» Bu qadınlar onu, yarıqaranlıq, kimsəsiz 

kabinetində, utancaq nəğmə müəllimi pozasında gözləyir, ustalıqla soyuna-soyuna, gözəl 

bədənlərini onun tamaşasına təqdim edirdilər, çimərlik paltarlarının cizgiləri, bal rənginə çalan 

isti dərilərində, fotoyla çap olunmuş kimi görünürdü; onlar, nanəli diş tozu və çiçək losyonu ətri 

saçan bədənləriylə məxmər üzlü divanda, beton parçasına oxşayan nəhəng öküzün yanında 

uzanırdılar. – «O isə heç cür formasını əynindən çıxartmaq istəmir, soyunmağı ağlına belə 

gətirmirdi. Mən o qədər çalışdım, daha nə hoqqalar çıxarmadım?! Xeyri olmadı ki, olmadı!» 

- «Bu gözəl, soyuq, ölü balığın zarafatları məni boğaza yığdı, ona dedim ki, daha bəsdi, qızım, 

sən rahibəliyə getsən, pis olmaz!» Hə, haqları ən yüksək qiymətlərlə ödənilən bu yadelli 

gözəllərlə belə alındı; amma günlərin bir günü, axşam saat səkkiz radələrində o, saray 

camaşırxanasında əsgər ağları yuyan qadına rast gəldi və bircə həmləyə onu boş təknəyə yıxdı; 

qadın, vurnuxub aradan çıxmaq istədi və qorxa-qorxa özünə haqq qazandıra-qazandıra: «Bu gün 

bacarmaram, general. Üzürlü səbəbim var.» - dedisə də, o, heç nə eşitmirmiş kimi, qadının belini 

əyib, üzünü paltar yuyulan taxtaya elə dirədi ki, yazıq qadının kürəyi xırçıldadı, arvad inildəyib: 

«Siz lap vəhşisiniz ki, general?!.. Yəqin bunu eşşəklərdən öyrənmisiz!» - dedi; bu inilti ona, 

ətrafında dolaşan peşəkar yaltaqlarının ən təmtəraqlı mədhiyyələrindən daha çox ləzzət elədi, 

odu ki, bu qadına, gələcək uşaqları tərbiyə etməsi üçün ömürlük müavinət təyin elədi; bir 

müddətdən sonra isə inəklərə gecə yeməyi hazırlaya-hazırlaya, yenə də: «Ah, yanvar Ayı!» 

mahnısını oxumağa başladı; o oxuyur, ölümü haqqında qətiyyən fikirləşmirdi, dəqiq bilirdi ki, 

həyatının son gecəsində belə, zəiflik göstərməyəcək; inəkləri bir-bir sayıb özü-özünə: «Sən – 

zülmət yollarımın nurusan, sən – dan ulduzusan…» - mahnısını oxudu. İki dəfə sayandan sonra 

bildi ki, inəklərin dördü çatmır və saraya yollandı, burda vitse-kral dövründən asılqanların 

üstündə yatan bütün toyuqları saydı, quş qəfəslərinin örtüklərini çıxarıb, onları da saydı – «qırx 

səkkiz.» Sonra inəklərin gün ərzində sarayda veyillənə-veyillənə yerə tökdükləri quru peyinləri 

yandırdı; yanıq mal peyininin iyi və tüstüsü, yenə həmişəki kimi, uşaqlıq xatirələrini oyatdı; bu 

dəfəki görüntülər ani və dumanlı deyildi, əksinə, çox aydın idi; o, yaylaqdan əsib gələn bumbuz 

küləyinin soyuğundan titrəyən bədəniylə anası Bendisyon Alvaradonun əlindən tutub 

dayanmışdı… anası, iliyinəcən tir-tir əsən oğlunu yedizdirmək üçün, zibillikdə eşələnən 

quzğunların dimdiyindən asılmış qoyun içalatını çəkib çıxartdı...  



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə