Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə72/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   68   69   70   71   72   73   74   75   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

146 


İndi, artıq ölü olduğunun fərqinə varandan sonra mümkün qədər çox yaşamağa çalışmalı idi. Sağ 

əlinin iki barmağı mürəkkəbə bulaşmışdı. Belə əhəmiyyətsiz detal da adamı ələ verə bilərdi. 

Nazirlikdəki yaxşı iy bilmək qabiliyyətinə malik təəssübkeşlərdən biri (məsələn, kül rəngli saçı 

olan balacaboy qadın, yaxud da Ədəbiyyat Departamentindəki çil-çil sifətli qarasaç qız) sənin 

nahar fasiləsində nə üçün işlədiyini, niyə köhnə vaxtların qələmindən istifadə etdiyini, ən 

başlıcası isə, nə yazdığını fikirləşər və lazımi yerə xəbər çatdıra bilərdi. Uinston hamam otağına 

keçib dənəvər, qəhvəyi rəngə çalan və adamın dərisini az qala qaşov kimi sürtüb təmizləyən 

sabunla barmaqlarını diqqətlə yudu. 

Gündəliyi masanın siyirtməsinə qoydu. Gizlətmək fikrinə düşməyin mənası yoxdu. Amma 

istənilən halda tapıb-tapmadıqlarından xəbər tutmaq istəyirdi. Səhifənin üstünə tük atmaq elə 

böyük ehtiyatlılıq nümanəsi sayıla bilməzdi. Uinston barmağının ucu ilə gözə güclə görünən ağ 

rəngli bərkimiş toz dənəciyini götürüb cildin yuxarı küncünə qoydu. Əgər gündəliyə 

toxunsaydılar, toz dənəciyi yerindən düşəcəkdi.  

 

III fəsil 



 

Uinston yuxuda anasını görürdü.  

Yadında qalan on, ya on bir yaşı olanda anasının yoxa çıxması idi. O, saman rəngli saçları olan 

ucaboylu, gözəl, şahanə qadındı. Az danışırdı, hərəkətlərində də astagəl idi. Atası yadında daha 

dumanlı qalmışdı: arıq, qara saçlı idi, həmişə səliqəli kostyum geyir (ayaqqabılarının altlığının 

çox nazik olması xatirindən silinməmişdi), eynək taxırdı. Deyəsən, ikisi də 50-ci illərin 

əvvəllərindəki ilk böyük təmizləmələrdən birinin qurbanı olmuşdular.  

Yuxuda anasını balaca bacısını da qucağında tutub ondan aşağıda, haradasa dərin bir yerdə 

oturan vəziyyətdə görmüşdü. Bacısını heç xatırlamırdı. Qızcığaz yadında sadəcə iri gözləri ilə 

adama daim maddım-maddım baxan sakit, dilsiz-ağızsız körpə kimi qalmışdı. Ikisi də aşağıdan 

yuxarı onu diqqətlə süzürdülər. İkisi də yerin altında-ya quyuda, ya da çox dərin qəbrin 

içərisində idilər. Getdikcə daha da uzaqlaşırdılar. Bəlkə də batan gəmidə, suyun tutqun layları 

arxasından Uinstona baxırdılar. Salonda hələ hava vardı. Onlar Uinstonu, Uinston da onları 

görürdü. Lakin gəmi get-gedə artan sürətlə yaşılımtıl suyun dərinliklərinə dalırdı. Bir neçə saniyə 

də keçəndən sonra həmişəlik gözdən itəcəkdilər. O burada işıqda, havada dayanıb. Anası ilə 

bacısını isə girdab udur. Məhz Uinston yuxarıda olduğu üçün onlar orada-aşağıda, ölümün 

ağuşunda idilər. Bunu Uinston da, anası ilə bacısı da başa düşürdülər. Hər şeyə anlayışla 

yanaşdıqları sifətlərindən də aydın görünürdü. Üzlərində heç bir narazılıq, yaxud tənə ifadəsi yox 

idi. Ürəkləri də bu hisslərdən xali idi. Uinstonun sağ qalması üçün ölməli olduqlarını yaxşı başa 

düşürdülər.. Çünki bu, gerçəkliyin qaçılmaz qanunlarından biri idi.  

Uinston hadisələrin axarını indi heç cür xatırlaya bilmirdi. Amma yuxusunda da əyan olduğu 

kimi, anası ilə bacısının onun yaşaması naminə öz həyatlarını qurban verdiklərini anlayırdı. 

Gözləri önündə cərəyan edən təkcə səciyyəvi yuxu səhnələri deyildi, həm də insanın əqli 

həyatının davamı idi; yuxuda həyatın elə anları və elə təəssüratlar canlanırdı ki, oyanandan sonra 

da onlar sənə yeni və qiymətli görünürdülər. İndi Uinstonu birdən-birə sarsıdan anasının 

təxminən otuz il əvvəlki ölümü idi. Bu ölüm anlaşılması əsla mümkün olmayan kədərli və faciəli 

hadisə idi. Anladığı qədər, faciə keçmiş dövrün özü ilə, hələ şəxsi həyatın, məhəbbətin və 

dostluğun mövcud olduğu, ailə üzvlərinin səbəbini izah etməyə ehtiyac duymadan bir-birlərinin 

arxasında dayandıqları zamanın özünün həmişəlik itirilməsi ilə bağlı idi. Anasının xatirəsini 

ürəyində tikan kimi yaşadırdı. Anası onu sevərək dünyadan köçmüşdü. Uinston hələ çox kiçik və 

xudbin olduğundan onun sevgisinə öz məhəbbəti ilə qarşılıq verə bilməmişdi. Anası son dərəcə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

147 


şəxsi və sarsılmaz hisslərə sədaqətinə görə indi Uinstonun xatırlaya bilmədiyi hansısa yolla 

özünü qurban verməyi həyatda qalıb yaşamaqdan üstün tutmuşdu. Başa düşürdü ki, indi belə 

şeylər əsla təkrarlana bilməz. Indi qorxu, nifrət, ağrı var, lakin hisslərdəki ləyaqət yoxdur, dərin, 

yaxud hər şeyi ehtiva edən kədər yoxdur. Uinston bütün bunları neçə yüz fut dərinlikdə, hələ də 

batmaqda olan anası ilə bacısının yaşılımtıl su laylarının altındakı geniş açılmış gözlərində 

görürdü.  

Yumşaq otlu çəmənlikdə dayanmışdı. Qüruba meyillənməkdə olan yay günəşinin şüaları altında 

hər tərəf qızılı rəngə çalırdı. Bu mənzərə yuxusuna elə tez-tez girirdi ki, həmin yeri gerçək 

həyatda həqiqətən də görüb-görmədiyini heç vaxt dəqiqləşdirə bilmirdi. Ayılandan sonrakı 

düşüncələrində Uinston günəş nurunda çimən o çəmənliyi Qızıl Ölkə adlandırmışdı. Bir qədər 

örənimiş, bəzi yerlərdə otunu dovşanların didişdirdiyi çəmənlik... Ortasından cığır keçirdi. 

Cığırın kənalarında göstəbəklərin yerdən qazıb çıxardıqları torpaq topaları vardı. Külək canlı 

hasar kimi çəmənliyin kənarında sıralanmış qarağacların budaqlarını ahəstə-ahəstə silkələyirdi. 

Sıx yarpaqlar qadın saçları kimi dalğalanırdılar. Haradasa lap yaxınlıqda, gözə görünmədən 

balaca çay axırdı. Sahilində, söyüd budaqlarının üzərinə kölgə saldığı kiçik nohurlarda isə, 

balıqlar sayrışırdı.  

Qara saçlı qız çəmənlikdən keçib ona tərəf gəlirdi. Əlinin ani hərəkəti ilə paltarını parçalayıb 

bıqmış, usanmış kimi bir kənara tulladı. Bədəni hamar və ağ idi, lakin Uinstonda heç bir istək 

doğurmurdu. Ona yalnız gözucu baxmaqla kifayətləndi. Hər şeydən çox qızın paltarını cıraraq 

nümayişkaranə əda ilə kənara atması xoşuna gəlmişdi. Hərəkətinin zərifliyi və saymazyanalığı 

ilə sanki bütün bir mədəniyyətin, bütün bir düşüncə sisteminin üstündən xətt çəkmiş, Böyük 

Qardaşı, Partiyanı, Fikir Polisini-hamısını bu parlaq jestlə yox edib heçliyə döndərmişdi. Bu zərif 

əl hərəkəti də əski zamanların yadigarı idi. Uinston dodaqlarında "Şekspir" kəlməsi ilə yuxudan 

ayıldı.  

Teleekran bir not üzərində otuz saniyədən bəri davam edən uzun, qulaqbatırıcı fit çalırdı. Saat 

səhər 7.15-i göstərirdi. Fit işə gedənləri yuxudan oyatmaq üçün verilirdi. Uinston yataqdan 

qalxdı. Lüt yatırdı, çünki Kənar Partiyanın üzvlərinə ildə yalnız üç min kuponluq paltar talonu 

verirdilər. Təkcə bir pijamanın qiyməti isə 600 kupon idi. Stulun başına atdığı köhnə mayka-

tumanı götürüb geyindi. Üç dəqiqədən sonra Səhər Gimnastikası başlanacaqdı. Öskürək isə 

Uinstonu ikiqat eləmişdi. Səhərləri adətən belə dəhşətli öskürəklə açırdı. Ciyərlərində hava 

çatmadığından boğulurdu. Yalnız təzədən arxası üstə yatağına uzanıb bir neçə dəfə dərindən 

nəfəs alandan sonra tənəffüsünü nisbətən qaydaya sala bilirdi. Öskürəyin şiddətindən damarları 

şişib genişlənir, ayağının varikoz yarası qaşınmağa başlayırdı.  

- Otuz yaşdan qırx yaşadək olanlar qrupu!-Teleekrandan cingiltili qadın səsi eşidilirdi. - Otuz 

yaşdan qırx yaşa qədər olanlar! Çıxış vəziyyəti alın. Otuz yaşdan qırx yaşa qədər! 

Uinston teleekranın qarşısında özünü qurudub dayandı. Ekranda artıq əynində qısa tuman, 

ayağında gimnast ayaqqabıları olan nisbətən gənc görünüşlü, lakin bədəninin damarları çıxmış 

qadın görünürdü. 

-Qollarınızı yuxarı qaldırıb sonra yana açın! -deyə o, komanda verirdi. -Ardımca təkrar edin. 

Sayla başla! Bir, iki,üç, dörd! Bir, iki, üç, dörd! Bir az cəld tərpənin, yoldaşlar. Çalışın 

hərəkətlərinizdə canlılıq olsun. Bir, iki, üç, dörd! Bir, iki, üç, dörd! 

Öskürək ağrıları gördüyü yuxunun təsirini hələ də Uinstonun beynindən çıxara bilməmişdi. 

Səhər idmanının ritmik hərəkətləri isə bəzi təfərrüatları sanki yaddaşında yenidən canlandırırdı. 

Adətkərdə şəkildə qollarını yuxarı qaldırıb yana açır, sifətinə Səhər Gimnastikası üçün zəruri 

olan məmnunluq ifadəsi verir, eyni zamanda ilk uşaqlıq illərinin dumanlı xaytirələrini yada 

salmağa çalışırdı. Bu son dərəcə çətin idi. Əllinci illərdən arxada qalan hadisələrin hamısı 

yaddaşından silinmişdi. Üz tuta biləcəyin hansısa yazılı qeydlər olmayanda hətta şəxsi həyatın 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə