Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə74/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   70   71   72   73   74   75   76   77   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

150 


variantında daha əvvəllər də mövcud olmuşdu. Hər şey dumana bürünüb itirdi. Ən aşkar 

yalanlara qarşı çıxmağa da heç kimdə cəsarət çatmırdı. Məsələn, Partiya tarixi kitablarında iddia 

edildiyi kimi, təyyarənin ilk dəfə Partiya tərəfindən ixtira olunması həqiqətdən çox uzaq idi. 

Təyyarələri lap uşaqlıq illərindən xatırlayırdı. Lakin nəyi isə sübuta yetirmək mümkün deyildi. 

Çünki heç bir sənəd-sübut qalmamışdı. Uinston bütün həyatı boyu yalnız bir dəfə tarixi faktın 

saxtalaşdırılması ilə bağlı təkzibolunmaz sənədi əlində tuta bilmişdi. Onda da... 

- Smit, - teleekrandan gimnastika müəlliminin deyingən səsi eşidildi. - 6079! Smit U! Bəli, siz!. 

Axıra qədər əyilin. Tənbəllik etməsəniz bacararsınız. Amma özünüzü əziyyətə salmaq 

istəmirsiniz. Əyilin, bir az da əyilin. Indi daha yaxşıdır, yoldaş. Sərbəst hərəkətə keçid. Qrup, 

ardımca təkrar edin.  

Uinstonun bədənini isti tər basmışdı. Sifətində isə bir əzələ də tərpənmirdi. Ruhdan düşdüyünü 

heç vəhclə büruzə vermək olmazdı. Əsəbiləşdiyini hec vəhclə göstərmək olmazdı. Özünü ələ 

vermək üçün bircə dəfə nəzərlərini yayındırmağın kifayətdir. O, yerində dayanıb gimnastika 

müəlliminin əllərini başı üzərinə qaldırmasına, yalnız zərif bir hərəkətlə deyil, həm də məharət 

və cəldliklə qaldırmasına, sonra isə əyilərək əl barmaqlarını ayaq barmaqlarının ucuna 

toxundurmasına tamaşa edirdi.  

- Bax belə, yoldaşlar! Sizin də bu hərəkəti təkrar etməyinizi istəyirəm. Bir də baxın. Mənim otuz 

doqquz yaşım var, dörd uşaq anasıyam. Baxın.  

Qadın yenidən aşağı əyildi. 

- Görürsünüz, mənim dizlərim qətiyyən tərpənmir. Istəsəniz siz də belə edə bilərsiniz, - qadın 

belini düzəldərək dilləndi. - Qırx beş yaşından aşağı hər kəs asanlıqla ayaq barmaqlarına toxuna 

bilər. Bizə ön atəş xəttində vuruşmaq səadəti nəsib olmayıb. Amma ən azı özümüzü formada 

saxlamağa borcluyuq. Malabar cəbhəsindəki döyüşçülərimizi yada salın! Üzən Qalalardakı 

dənizçilərimizi xatırlayın! Görün, onlar necə çətinliklərlə üzləşirlər. Gəlin, bir də sınaqdan 

keçirək. Bax, indi yaxşıdır, yoldaş, çox yaxşıdır!-deyə o, bütün iradi qüvvəsini toplayıb son bir 

neçə ildə ilk dəfə əlini ayaq barmaqlarına toxundurmağı bacaran Uinstonu təriflədi.  

IV fəsil 

Teleekran yaxında olsa da Uinston iş gününü heç cür tərgidə bilmədiyi ümidsizcəsinə, sinə 

dolusu ah çəkməklə başladı. Nitqyazarı qabağına çəkdi, mikrofonun tozunu sildi, eynəyini 

gözünə taxdı. Sonra masanın sağ tərəfindəki pnevmatik borudan düşən dörd kağız bürməsini açıb 

hamarladı və sancaqla bərkitdi. 

Kabinəsinin divarlarında üç çıxış yeri, yaxud yuvacıq vardı. Nitqyazardan sağ tərəfdəki kiçik 

pnevmatik boru yazılı tapşırıqların, sol tərəfdəki isə qəzetlərin alınması üçün nəzərdə 

tutulmuşdu. Yanda, əlinin çatacağı məsafədə məftil torlu qapağı olan daha böyük yuva yerləşirdi. 

Bura lazımsız kağızları atırdılar. Belə yuvacıqlar binada minlərlə, bəlkə də on minlərlə idi. Onlar 

təkcə otaqlarda deyil, qısa məsafələrlə koridorlarda da yerləşdirilmişdi. Adını nədənsə yaddaş 

yuvası qoymuşdular. Əməkdaşlardan biri hansısa istifadə müddəti bitmiş sənəddən canını 

qurtarmaq istəyirdisə, yaxud döşəməyə düşmüş təsadüfi kağız parçası görürdüsə, dərhal 

yaxınlıqdakı yaddaş yuvasının qapağını qaldırır, əlindəkini ora atırdı. Isti hava cərəyanı lazımsız 

sənədi, yaxud kağız parçasını sorub binanın zirzəmisində yerləşən nəhəng sobalara aparırdı.  

Uinston hamarlayıb qarşısına qoyduğu vərəqlərə baxdı. Hərəsində Nazirlikdə işlədilən teleqraf 

jarqonunda bir-iki sətirlik tapşırıq yazılmışdı. Tapşırıqların dili hələ tam Yenidil deyildi, lakin 

daxili məqsədlər üçün istifadə olunan çoxsaylı Yenidil ünsürləri ilə zəngin idi.  

tayms 17.03.84 bq nitq yanlış afrika dəqiqləşdirməli 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

151 


tayms 19.12.83 qarşıdan gələn 83 il 4 rüb 3 ip mətbəə xətaları, cari sayla uyğunlaşdırmalı 

tayms 14.12.84 minrifah yanlış şokolad dəqiqləşdirməli  

tayms 03.12.83 bq nitq ikiqat mənfi mövcud olmayanların xatırlanması arxiv üçün əvvəldən sona 

yenidən yazmalı 

Uinston məmnunluq hissi ilə dördüncü vərəqi bir tərəfə itələdi. Xüsusi məsuliyyət tələb edən 

dolaşıq məsələ idi. Onu axıra saxlamaq daha yaxşıdır. Qalan üçü əlinin artıq öyrəşdiyi adi işlərdi. 

Amma ikinci ilə bağlı bəzi rəqəmlərin dəqiqləşdirilməsi kimi yorucu axtarışla məşğul olmaq 

lazım gələcəkdi.  

Uinston teleekranda "geri tarixlə" sözlərini yığıb Tayms-ın tapşırıqlarda göstərilən köhnə 

saylarını tələb etdi. Bir neçə dəqiqədən sonra pnevmatik boru onları önünə, masanın üstünə atdı. 

Göndərilən saylarda bu və ya digər səbəbə görə dəyişdirilməsi, rəsmi dillə deyilsə, 

dəqiqləşdirilməsi tələb olunan məqalələr və məlumatlar vardı. Məsələn, Böyük Qardaşın Tayms-

ın 17 mart tarixli sayında çap edilmiş bir gün əvvəlki nitqində Cənubi Hindistan cəbhəsində 

sakitlik olacağı, Avrasiya qoşunlarının isə tezliklə Şimali Afrikada hücum əməliyyatlarına 

başlayacaqları bildirilirdi. Amma tezliklə bunun tam əksinə olaraq Avrasiya orduları Cənubi 

Hindistanda hücuma keçmişdilər. Şimali Afrikada isə heç bir fəallıq nəzərə çarpmamışdı. Böyük 

Qardaşın nitqinin bu hissəsini yenidən elə yazmaq lazım idi ki, o, hadisələrin məhz bu ssenari 

üzrə inkişafının dəqiq proqnozunu vermiş olsun.  

Yenə Tayms özünün 19 dekabr tarixli sayında 1983-cü ilin dördüncü, yaxud Doqquzuncu Üçillik 

Planın altıncı rübü üçün müxtəlif çeşidli zəruri istehlak malları istehsalının rəsmi proqnozlarını 

çap etmişdi. Qəzetin bu günkü sayında isə faktiki istehsal haqqında məlumat verilirdi. Buradan 

da ilkin rəqəmlərlə gerçək istehsal arasında böyük fərqlər aşkara çıxırdı. Uinston proqnozu 

faktiki göstəricilərlə uyğunlaşdırmalı idi. Üçüncü vərəqdə söhbət düzəldilməsi iki dəqiqənin işi 

olan adi yanlışlıqdan gedirdi. Az öncə, fevral ayında Rifah Nazirliyi 1984-cü ildə şokolad 

normasının azaldılmayacağını bildirmişdi (rəsmi məlumatda bu, "qəti bəyan etmişdi" şəklində 

verilmişdi). Əslində isə, artıq Uinstonun teleekrandan qulağı ilə eşitdiyi kimi, gələn həftənin 

sonundan etibarən normanın 30 qramdan 20 qrama endiriləcəyi elan olunmuşdu. Indi Rifah 

Nazirliyinin son xəbərdarlığı ilə ilkin vədinin yerini dəyişdirmək, normanın azaldılacağının hələ 

fevralda nəzərdə tutulduğunu yazmaq lazım idi. 

Uinston ilk üç tapşırığı yerinə yetirib islah edilmiş vərəqələri nitqyazardan çıxardı, Tayms-ın 

müvafiq sayları ilə birlikdə pnevmatik boruya qoydu. Sonra vərdişkar hərəkətlə alınan 

tapşırıqları və onların üzərində işləyərkən elədiyi qeydləri bürmələyib yandırılmaq üçün yaddaş 

yuvasına atdı.  

Pnevmatik boruların uzanıb getdiyi gözəgörünməz labirintlərdə nələr baş verdiyini dəqiq 

bilmirdi. Lakin ümumi təsəvvürü vardı. Tayms-ın göstərilən sayı ilə bağlı zəruri düzəlişlər 

aparıldıqdan və bir daha yoxlandıqdan sonra həmin say əvvəlki tarixlə yenidən çap olunub cildə 

tikilməli, köhnə say isə məhv edilməli idi. Bu arasıkəsilməz dəyişmə, yeniləmə əməliyyatı yalnız 

qəzetlərin üzərində aparılmırdı. Hər hansı ideoloji, yaxud siyasi əhəmiyyət kəsb edən bütün 

zehni əmək məhsulları-kitablar, jurnallar, broşüralar, plakatlar, intibahnamələr, filmlər, 

fonoqramlar, karikaturalar, fotolar da eyni qayda ilə günün tələblərinə uyğun şəklildə 

dəyişdirilirdi. Günbəgün, bəlkə dəqiqəbədəqiqə keçmiş bu günlə uyğunlaşdırılırdı. Ona görə də 

sənədlər vasitəsi ilə Partiyanın istənilən öncəgörməsinin tam qəqiq və əsaslı olduğunu sübut 

yetirmək mümkün idi. Bu sənədlərdə artıq günün ehtiyacları ilə zidd səslənən heç bir xəbərə, heç 

bir fərqli fikrə təsadüf edilmirdi. Tarix sanki köhnə perqament parçası idi; onu qaşıyıb təmizləyir 

və tələbə uyğun şəkildə yenidən yazırdılar. Bu iş başa çatdırılandan sonra saxtakarlığı sübuta 

yetirmək üçün əldə daha heç bir tutalqa, heç bir dəlil qalmırdı. 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə