Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə82/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   78   79   80   81   82   83   84   85   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

166 


bu fəzilət divarını vurub dağıtmaq istəyirdi. Onun nəzərində uğurlu cinsi əlaqə özü də üsyan idi. 

Ehtiras-fikir cinayətidir. Əgər Ketrinin buzunu ehtirası ilə əridə bilsəydi, əgər bunu bacarsaydı, 

arvadı olsa da, bir nəfəri şirnikləndirib Partiyanın yolundan azdırdığını düşünə bilərdi.  

Hər şeyi mütləq sona qədər yazmaq lazım idi. Uinston yenə qələmi götürdü. 

...lampanın işığını artırdım. Ona işıqda baxanda 

Qaranlıqdan sonra lampanın zəif işığı elə bil hər tərəfi gur nura qərq etdi. Uinston qadına ilk dəfə 

yalnız indi diqqətlə baxa bildi. Ona tərəf bir addım atıb dayandı. Ürəyində şəhvətlə qorxu biri-

birinə qarışmışdı. Bura gəlməklə necə böyük risk etdiyini başa düşürdü. Çox güman ki, içəridən 

çıxan kimi patrullar tərəfindən saxlanacaq. Hətta bu dəqiqənin özündə qapının arxasında dayanıb 

onu gözləmələri də mümkündür. Əgər heç bir iş görmədən küçəyə çıxsa, yenə də tutulacaq.  

Hər şey olduğu kimi yazılmalıydı, hər şey olduğu kimi etiraf edilməliydi. Uinstonun lampa 

işığında gördüyü qadın qoca idi. Sifətindəki boya o qədər qalın çəkilmişdi ki, sanki əl vursan, 

köhnə divar suvağı kimi qopub töküləcəkdi. Saçında ağ şəridlər vardı. Ən böyük dəhşət isə ağzı 

bir balaca açılanda ortaya çıxdı. Ağız yerinə sifətində balaca, qaranlıq kaha vardı. Qadının bircə 

salamat dişi də qalmamışdı.  

Uinston tələsik, yanı üstə yıxılan hərflərlə yazırdı: 

...çox yaşlı olduğunu gördüm. Ən azı əlli yaşı vardı. Amma dayanmadım. Işimi görüb qurtardım.  

Uinston yenə göz qapaqlarını əli ilə sıxdı. Budur, hər şeyi necə vardısa, elə də yazdı. Amma fərqi 

yoxdur, heç nə dəyişmədi. Etiraf terapiyasının faydası olmadı. Indi gücü gəldikcə söyüş söymək 

istəyi əvvəlkindən də qüvvətli idi.  

 

VII fəsil 



 

Əgər tək ümid varsa (Uinston yenə yazırdı), o da prollara olan ümiddir. 

Əgər nicat yolu varsa, onu yalnız prollardan - dövlətin arxa qapısında küllənən, Okeaniya 

əhalisinin səksən beş faizini təşkil edən qara kütlədən gözləmək lazımdır. Yalnız onların 

içərisindən Partiyanı məhv etməyə qadir qüvvə yetişə bilər. Partiyanı daxildən devirmək qeyri-

mümkündür. Partiyanın düşmənlərinin (əgər həqiqətən də belələri varsa) bir araya gəlmək, hətta 

bir-birlərini tanımaq imkanı yoxdur. Hətta əfsanəvi Qardaşlıq mövuddursa (bu da istisna deyil!), 

onun üzvlərinin iki və ya üç adamdan artıq qruplar halında toplaşmaları imkansızdır. Onların 

üsyanı-gözlərinin ifadəsi, səslərinin intonasiyasıdır. Ən yaxşı halda, təsadüfi pıçıldanmış bir 

sözdür. Lakin prollar hansısa bir yolla öz güclərinə inansalar, daha gizli fəaliyyətə ehtiyac 

qalmayacaq. Bədəninin bir titrəyişi ilə bütün milçəkləri qovan at kimi, onların da ayağa qalxıb 

silkələnmələri kifayətdir. Əgər prollar istəsələr, günü sabah Partiyanın daşını daş üstündə 

qoymazlar. Tez, ya gec, bunu mütləq başa düçəcəklər. Amma...  

Uinston bir dəfə izdihamlı küçə ilə gedərkən yüzlərlə qadın səsinin bir-birinə qarışdığı 

qulaqbatırıcı qışqırıqlar eşitdiytini yadına saldı. Qışqırıq qarşı tərəfdəki döngədən gəlirdi. Ətrafa 

kilsə zəngi kimi həyəcan yayan hündür və şiddətli "Oh-o-o-o-ohh" fəryadında hiddət, ümidsizlik 

və dəhşətli qəzəb birləşmişdi. Həmin an Uinston həyəcandan özünə yer tapmadı. "Başlandı!"-

deyə fikirləşdi. Qiyam! Nəhayət, prollar ayağa qalxdılar! Uinston sürətli addımlarla özünü 

döngəyə çatdırdı. İki, bəlkə də üç yüz qadın bazar meydanındakı balaca dükanlardan birinin 

qarşısına toplaşmışdı. Sifətləri batan gəminin sərnişinləri kimi yas və ələmlə dolu idi. Uinstonun 

gözləri qarşısında ümidsizliyin birləşdirdiyi bu kütlə birdən-birə parçalanıb dəstələrə bölündü. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

167 


Bazardakı kiçik dükanlardan hansındasa qalay qazançalar satılırdı. Miskin görkəmli, əyri-üyrü, 

çürük tənəkə parçaları. Amma adamlar növbəyə dayanmışdılar. Çünki qab-qazan tapmaq həmişə 

müşkül məsələ olmuşdu. Gözlənilmədən mal qurtardı. Hər tərəfdən sıxışdırılan, itələnən sonuncu 

xoşbəxt alıcılar qazançalarını sinələrinə sıxıb kütlənin arasından çıxmaq istəyirdilər. Bəxti 

gətirməyənlər isə, dükanın ətrafına toplaşıb qışqıra-qışqıra dükançını malı tanışlıqla satmaqda, 

piştaxta altında gizlətməkdə ittiham edirdilər. Qəflətən dəhşətli çığırtı qopdu. Birinin saçı 

çiyinlərinə dağılmış iki gombul qadın eyni qazançanın qulplarından yapışıb hərəsi öz tərəfinə 

çəkirdi. Bir müddət dartışandan sonra qulp saçı dağınıq qadının əlində qaldı. Uinston onlara 

nifrətlə baxırdı. Amma az öncə bir neçə yüz boğazdan gələn qışqırtılarda necə qorxuducu 

qüvvənin gizləndiyini də unutmurdu. Nədən onlar daha böyük istək naminə toplaşıb səslərini 

belə yüksəltməsinlər?  

Uinston fikirlərini kağıza köçürdü: 

Onlar şüurlu olmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə, heç vaxt şüurlu 

olmayacaqlar.  

Sözlərinin lap partiya dərsliklərindən götürülmüş ifdələrə oxşadığını düşündü. Partiya, təbii ki, 

həmişə prolları əsarət zəncirindən qurtardığını bəyan edirdi. Inqilaba qədər kapitalistlərin 

dəhşətli zülmü altında imişlər. Kapitalistlər onları söyüb-döyür, ac-susuz saxlayır, qadınları daş 

kömür şaxtalarında işləməyə məcbur edir (yeri gəlmişkən, qadınlar yenə də şaxtalarda 

işləyirdilər), uşaqları altı yaşından fabriklərə satırmışlar. Eyni zamanda ikifikirlilik təlimindən 

çıxış edən Partiya həm də prolları öz təbiətləri etibarı ilə aşağı təbəqə sayır, bir neçə sadə 

prinsipə əsaslanaraq, onları həmişə heyvan kimi itaətdə saxlamağın zəruriliyini bildirirdi. 

Əslində, prollarla bağlı məlumatlar çox məhdud idi. Onları yaxından tanımağa xüsusi ehtiyac da 

duyulmurdu. Işlədikləri və doğub törədikləri bütün müddət ərzində bu adamların hər hansı digər 

fəaliyyətlərinə lüzum qalmırdı. Argentina düzənliklərindəki başlı-başına buraxılmış qaramal 

sürüləri kimi, prollar da həmişə öz təbii həyat tərzlərinə qayıdır, ata-babalarının yolu ilə 

gedirdilər. Onlar doğub-törəyir, çirkab içərisində boy atıb böyüyürdülər. On-on iki yaşında 

işləməyə gedirdilər. Fiziki çiçəklənmə və seksual fəallıq dövrləri çox qısa çəkirdi. İyirmi yaşları 

olanda evlənirdilər. Otuza çatanda artıq orta yaşlı adam təsiri bağışlayırdılar. Altmışa yetişəndə 

isə milçək kimi qırılmağa başlayırdılar. Ağır fiziki əmək, ev və ailə qayğıları, qonum-qonşularla 

fasiləsiz boğuşmalar, kino, futbol, pivə, ən başlıcası isə, qumar – məhdud dünyalarının sərhədləri 

bunlarla məhdudlaşırdı. Prolları nəzarət altında saxlamaq çətin deyildi. Aralarında həmişə Fikir 

Polisinin adamları dolaşırdı. Onlar saxta şayiələr yayır, təhlükəli görünən adamları göz altına alır 

və aradan götürürdülər. Prolların Partiyanın ideologiyasına cəlb edilmələri ilə bağlı heç bir 

təşəbbüs göstərilmirdi. Siyasətlə maraqlanmaları ümumən arzuedilməz sayılırdı. Onlardan tələb 

olunan yeganə şey iş gününün uzadılması, yaxud ərzaq normasının azaldılması zamanı bəsit 

vətənpərvərlik nümunəsi göstərmək idi. Hətta bəzən aralarında narazılıq yarananda da bunun heç 

bir nəticəsi olmurdu. Çünki vahid ideya ətrafında birləşə bilmədiklərindən meydana çıxan 

narazılıq xırda, ikinci dərəcəli məsələlərə yönəldilirdi. Böyük problemlər həmişə onların 

diqqətindən kənarda qalırdı. Əksəriyyətinin mənzilində heç teleekran da yox idi. Adi polis 

prollara çox az diqqət yetirirdi. Londonda cinayətkarlıq baş alıb gedirdi. Cinayətkarlar dövlət 

içərisində dövlət qurmuşdular. Oğrular, quldurlar, fahişələr, narkotika alverçiləri, fırıldaq və 

reketlə məşğul olanlar açıq-aşkar meydan sulayırdılar. Lakin bütün bu hallar yalnız prolların öz 

arasında baş verdiyindən, Partiyanı o qədər də narahat etmirdi. Əxlaq məsələlərində onlara ata-

baba qaydaları ilə yaşamağa izin verilirdi. Partiya üzvlərinə tətbiq olunan seksual 

məhdudiyyətlərin prollara heç bir dəxli yox idi. Əxlaqsız həyat tərzinə görə onları 

cəzalandırmırdılar. Boşanmalarına icazə verilirdi. Dinə ciddi meyl və maraq göstərsəydilər, 

yəqin, ibadət niyyətləri də etirazla qarşılanmazdı. Bir sözlə, onlar hər cür şübhənin fövqündə 

dayanırdılar. Partiya şüarlarından birində deyildiyi kimi, "Prollar və heyvanlar azad idilər". 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə