Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə79/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   75   76   77   78   79   80   81   82   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

160 


"Hello! Hello!"- deyə səmimiyyətlə onları salamladı, stulu çəkib oturdu. Dərhal da ətrafa kəsif 

tər iyi yayıldı. Çəhrayı sifətində də tər damlaları muncuqlanmışdı. Parsonsun qeyri-adi tərləmək 

qabiliyyəti vardı. Raketkanın islanmış tutacağından yapışan kimi Ictimai Mərkəzdə sonuncu dəfə 

kimin tennis oynadığını səhvsiz müəyyənləşdirmək olurdu. Saym barmaqları arasında kimyəvi 

karandaş tutaraq sözlərin uzun sütunlarla alt-alta yazıldığı kağızlarını çıxarıb oxumağa 

başlamışdı.  

- Nahar vaxtı da işləyir, -deyə Parsons başı ilə Sayma işarə etdi. - Siz o kağızlarda nə 

görmüsünüz, dostum? Hər halda mənim başım çıxan məsələ deyil. Smit, bilirsiniz, niyə dalınızca 

düşmüşəm? Pul verməyi unutmusunuz.  

- Nə pul?- Uinston soruşdu, dərhal da özündən asılı olmayaraq əlini cibinə atdı. Maaşın təxminən 

dörddə biri müxtəlif könüllü abunələrə gedirdi. Sayları o qədər çox idi ki, yadda saxlamaq da 

olmurdu.  

- Nifrət Həftəsi üçün yaşayış yerləri üzrə pul toplayırıq. Bizim binanın xəzinədarı mənəm. Gərək 

əsl bayram əhvalı yaranması üçün əlimizdən gələni eləyək. Açıq deyirəm, əgər köhnə "Qələbə" 

binası meydana başqalarından az bayraqla çıxsa, daha bu mənim günahım deyil. Iki dollar vəd 

etmişdiniz.  

Uinston iki əzilmiş, yağımsov əskinas çıxarıb Parsonsa uzatdı. O, savadsız, amma səliqəli xətlə 

dəftərçəsində qeydiyyat apardı.  

-Yeri gəlmişkən, dostum, eşitdim dünən bizim balaca yaramaz quşatanla sizi əməlli-başlı atəşə 

tutub. Ona möhkəm təpindim. Hətta dedim ki, bir də belə iş görsə, tutub quşatanını əlindən 

alacağam.  

- Mənə elə gəldi ki, uşaqları edama baxmağa aparmadığınıza görə bir az kefləri pozulmuşdu,-

deyə Uinston dilləndi.  

- Elədir. Bilirsiniz... Amma baxan kimi düzgün tərbiyə aldıqları hiss olunur, elə deyilmi? Ikisi də 

çox dəcəl və yaramzdırlar, amma nələr danışmırlar! Bütün vaxtı ya Kəşfiyyatçılar, ya da 

müharibə haqqında fikirləşirlər. Heç xəbəriniz var ki, keçən şənbə günü, Berkampestdə yürüşdə 

olarkən balaca qızım nə edib? Orada iki başqa qızcığazı da yanına alıb, dəstədən ayrılıblar və az 

qala yarım gün tanımadıqları bir nəfəri təqib ediblər. Iki saat meşə ilə arxasınca gediblər, 

nəhayət, Amerşemdə patrula təhvil veriblər. 

- Bunu nə üçün ediblər? - bir balaca özünü itirən Uinston soruşdu. 

Parsons qalib ədası ilə sözünə davam etdi. 

- Qızım fikirləşib ki, o, düşmən casusudur, bəlkə əraziyə paraşütlə atıblar. Məsələ belə olub, 

dostum. Heç bilirsiniz, o, birinci nədən şübhələnib? Qızım həmin adamın ayaqqabılarının 

qəribəliyinə diqqət yetirib. Deyirdi ki, heç vaxt belə ayaqqabı geyən adam görməmişəm. Bəlkə 

xaricidir? Yeddi yaşı var, amma gör nələr fikirləşir! 

- Bəs o adamın axırı nə oldu?-bunu da Uinston soruşdu. 

- Daha bu mənlik deyil. Qətiyyən təəccüblənmərəm, eşitsəm ki,..? Parsons əlini tapança kimi 

irəli uzadıb damağını şaqqıldatdı.  

- Əla!- Saym gözünü oxuduğu kağızlardan çəkmədən fikri dağınıq halda dilləndi. 

- Biz heç bir imkanı əldən verə bilmərik! - Uinston da vəzifəsini yerinə yetirirmiş kimi 

təqdiredici ahənglə başını tərpətdi.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

161 


- Özünüz görürsünüz, müharibədir - deyə Parsons söhbətə yekun vurdu. 

Onun sözlərinin təsdiqi kimi başlarının üstündəki teleekrandan da şeypur səsləri eşidildi. Lakin 

bu dəfə hərbi uğurlardan danışılımırdı. Rifah Nazirliyinin məlumatı oxunurdu.  

- Yoldaşlar! - deyə enerjili, cavan səs ekrandan qışqırırdı.-Diqqət, yoldaşlar! Indi sizə çox 

mühüm xəbərlər çatdıracağıq. Istehsalat cəbhəsində yeni qələbələr qazanılmışdır! Bütün növlər 

üzrə istehlak malları istehsalı haqqında yekun məlumatlar ötən illə müqayisədə həyat 

səviyyəsinin azı iyirmi faiz yüksəldiyini göstərir. Bu gün səhərdən başlayaraq bütün Okeaniyanı 

qarşısıalınmaz kortəbii nümayişlər dalğası bürümüşdür. Zəhmətkeşlər Böyük Qardaşın müdrik 

rəhbərliyi altında yeni, xoşbəxt həyata qovuşduqlarına görə öz minnətdarlıq hisslərini bildirmək 

üçün bayraqlar və şüarlarla zavodlardan, müəssisələrdən küçələrə axışmışlar. Sizi bəzi 

göstəricilərlə tanış edirik. Istehlak mallarının istehsalı... 

"Bizim yeni xoşbəxt həyatımız" sözləri bir neçə dəfə təkrarlandı. Son vaxtlar Rifah Nazirliyinin 

bu ifadədən yaman xoşu gəlirdi. Əvvəlcə şeypur səsindən diqqəti bir qədər yayınan Parsons indi 

bütün sifətinə yayılmış təntənəli ifadə ilə ağzını açıb hayıl-mayıl teleekrana baxırdı. Rəqəmləri 

ardıcıl izləyə bilmirdi, amma onlara sevinmək lazım olduğunu başa düşürdü. Bərkiyib kömürə 

dönmüş tütünlə yarıya qədər doldurulmuş iri, çirkli qəlyanını cibindən çıxardı. Həftədə tütün 

normasının yüz qram olduğu şəraitdə çəkən adamlar qəlyanlarını nadir hallarda tam doldura 

bilirdilər. Uinston "Qələbə" siqareti çəkirdi. Tütünün dağılmaması üçün onu həmişə dik tutmağa 

çalışırdı. Yeni talonlarla yalnız sabahdan mal buraxılacaqdı. Uinstonun isə cəmisi dörd siqareti 

qalmışdı. Teleekranda deyilənləri daha yaxşı eşitmək üçün indi özünü ətrafdakı səs-küydən 

tamam təcrid etməyə çalışırdı. Deyəsən, guya həftəlik şokolad normasını iyirmi qrama qədər 

artırdığına görə bəzi yerlərdə hətta Böyük Qardaşa minnətdarlıq bildirmək üçün mitinqlər də 

keçirilmişdi. Uinston düşündü ki, axı elə dünən şokolad normasının azaldılaraq həftədə iyirmi 

qrama endirildiyi elan olunub. Doğrudanmı aradan vur-tut bir gün, vur-tut iyirmi dörd saat 

keçəndən sonra adamlar bu yalanı həzm edəcəklər? Əlbəttə, həzm edəcəklər! Gözünün 

qarşısında Parsons şüursuz heyvan kütlüyü ilə həyasız yalanı çox asanlıqla həzm etdi. Qonşu 

masada oturub ördək kimi qaqqıldayan gözsüz adam da həvəslə, fanatikcəsinə həzm etdi. Indi 

onlar şokolad normasının hələ keçən həftə otuz qram olduğunu iddia edən hər kəsi tapıb üzə 

çıxarmağa, xüsusi amansızlıqla tapdalayıb əzməyə, buxara çevirməyə hazırdırlar! Yəqin ki, 

Saym da yalanı həzm etmişdi. Amma buna daha mürəkkəb yolla-ikifikirliliyin tətbiqi sayəsində 

nail olmuşdu. Belə çıxırdı ki, o, Uinston yaddaş hissini qoruyub saxlayan yeganə adamdır?  

Teleekrandan hələ də statistika nağılı eşidilirdi. Ötən illə müqayisədə yemək, paltar, mənzil, 

mebel, qazança, istilik, gəmi, helikopter, kitab, yeni doğulan körpələr-hər şey, hər şey artmışdı. 

Xəstəliklər, cinayətlər, ruhi pozuntular isə qat-qat azalmışdı. Dəqiqəbədəqiqə, ilbəil hər kəs və 

hər şey sürətlə, gurultu ilə inkişaf edirdi. Uinston da bir az əvvəl Saymın elədiyi kimi, qaşığın 

ucu ilə masaya dağılmış sousda xətlər çəkməyə, daha doğrusu, axarı bir səmtə yönəltməyə 

başladı. Həyatının maddi tərəfi ilə bağlı qəzəb dolu fikirlər sinəsini deşirdi. Görəsən, həmişə belə 

olmuşdu? Ərzaqların dadı həmişə indikinə bənzəmişdi? Çevrilib yeməkxanaya baxdı. Alçaq 

tavanlı basabas otaq, sürtünməkdən yeyilib-çirklənmiş divarlar, çox yaxın düzüldüklərindən 

adamların az qala biri-birlərinin qarınlarına girdikləri yağlı dəmir masa və stullar, əyri qaşıqlar, 

çirkli podnoslar, yağlovça kasalar, ağ və kobud qədəhlər-hər gün gördükləri mənzərə bu idi. Hər 

tərəfə pis iyli yağ hopmuşdu, hər dəlmə-deşik hislə, tozla dolmuşdu. Bütün bunlara turşumuş 

cinin, keyfiyyətsiz qəhvənin, dəmir tamı verən şorbanın, köhnə, tərli paltarların qoxusu 

qarışmışdı. Görəsən, insanın mədəsində və duyğu orqanlarında həmişə belə etiraz yaşanmışdı? 

Görəsən, insana həmişə haqqı çatan bir şeyin aldadılaraq əlindən alınması hissi hakim 

kəsilmişdi? Əslində, Uinston xatırlaya bildiyi bütün şüurlu həyatı boyu indikindən fərqli 

vəziyyətin şahidi olmamışdı. Yadına düşəsi yemək bolluğu görməmişdi, corabları, pal-paltarları 

həmişə yırtıq-yamaq, nimdaş olmuşdu. Köhnə, sürtülmüş mebellər daim laxlayırdı. Mənzillər 

heç zaman qızdırılmırdı. Metro qatarları basa-bas idi. Binalar çatlayıb uçulurdu. Çörək qara və 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə