Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə80/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   76   77   78   79   80   81   82   83   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

162 


yapışqan kimi idi. Qəhvə yaxantı dadı verirdi. Çay nadir hallarda ələ düşürdü. Siqareti dənə ilə 

verirdilər. Ucuz heç nə tapılmırdı. Sintetik cindən başqa ucuz və bol heç nə yox idi. Insanın 

bədəninin yaşlaşdıqca qocalması yalnız təbiət qanunları ilə izah oluna bilməzdi. Buna həm də 

cirkli, yarıac, səksəkəli yaşayış, bitmək bilməyən qışlar, corablarının və pal-paltarının yırtıq-

yamağı, işləməyən liftlər, buz kimi soyuq su, adamın dərisini dalayan sabun, tütünü ovulub-

tökülən siqaretlər, qəribə və əcayib tamlı yeməklər səbəb olurdu. Əgər irsi yaddaş əvvəllər hər 

şeyin indikindən tamamilə fərqləndiyini pıçıldayırdısa, niyə insanlar indiki həyat tərzini məqbul 

saymalı idilər?  

Uinston bir də yeməkxanaya göz gəzdirdi. Adamların demək olar ki, hamısı eybəcər idilər. Hətta 

bu göy rəngli kombinezonları dəyişib başqa paltar geysələr də yenə əvvəlki kimi eybəcər 

görünəcəkdilər. Otağın uzaq küncündə balaca boylu, heyrətamiz dərəcədə böcəyi xatırladan bir 

nəfər təkcə oturub qəhvə içir və xırda gözləri ilə ətrafı şübhəli nəzərlərlə süzürdü. Uinston 

fikirləşdi ki, əgər hər gün dörd bir yanına baxıb bu eybəcər məxluqları görməsəydi, Partiyanın 

təbliğ etdiyi ideal insan tipinin-ucaboylu, əzələli gənclərin, dolu sinəli, saman saçlı, qayğısız, şən 

və cazibədar qızların mövcudluğuna, həm də cəmiyyətdə üstünlük təşkil etdiklərinə nə qədər 

asanlıqla inanmaq olardı! Əslində isə çox fikirləşirdikcə, Birinci Uçuş Zolağının əksər 

sakinlərinin balacaboy, qarayanız və xəstə görünüşlü olduqlarına daha çox inanırdı. Maraqlıdır, 

Nazirliklərdə bu böcəyəbənzər insan tipi necə formalaşmışdı? Erkən yaşda kökəlmiş bütün 

kişilər özlərinin əyri, yerə yapışan ayaqları, əsəbi əl-qol hərəkətləri, piy basmış sifətləri və xırda, 

ifadəsiz gözləri ilə sanki biri-birinin eyni idilər. Partiyanın hakimiyyəti altında bu insan tipinin 

daha geniş yayıldığını görməmək mümkün deyildi.  

Rifah Nazirliyinin məlumatı şeypur sədaları ilə tamamlandı. Indi teleekrandan başqa gurultulu 

musiqi eşidilirdi. Üzərinə yağan rəqəm yağışından xeyli fərəhlənmiş Parsons qəlyanını ağzından 

çıxarıb masa arxasında oturanlara baxdı.  

- Həqiqətən də, Rifah Nazirliyi bu il yaxşı işləyib, - deyə məmnun halda başını tərpətdi. -Yeri 

gəlmişkən, Smit, dostum, sizdə artıq ülgüc tapılmaz ki?  

- Bir dənəsi də yoxdur. Özüm də ay yarımdır ki, eyni ülgüclə təraş olunuram.  

- Hmm. Fikirləşdim ki, elə-belə, hər ehtimala qarşı səndən də soruşum.  

- Gərək üzrlü sayasan.  

Rifah Nazirliyinin məlumatı oxunan zaman qonşu masada bir müddət kəsilən ördək qaqqıltısına 

bənzər səs indi əvvəlkindən də bərk eşidilirdi. Uinston qəflətən missis Parsonsu, onun dağınıq, 

seyrək saçlarını, qırışlarının arasına toz dolmuş sifətini xatırladı. Uzağı iki-üç ilə öz uşaqları onu 

Fikir Polisinə şeytanlayacaqdılar. Zavallı qadını buxara çevirəcəklər. Saymı da buxara 

çevirəcəklər. Uinstonu özünü də buxara çevirəcəklər. O`Brayeni də buxara çevirəcəklər. 

Parsonsu isə, əksinə, heç vaxt buxara çevirməyəcəklər. Ördək səsi ilə qaqqıldayan gözsüz 

məxluqu da heç vaxt buxara çevirməyəcəklər. Nazirıliyin labirintə bənzər koridorlarında o baş-

bu başa şütüyən balacaboy, böcəyəbənzər adamları da heç vaxt buxara çevirməyəcəklər. 

Ədəbiyyat Departamentindəki qara saçlı qızı da heç vaxt buxara çevirməyəcəklər. Uinstona elə 

gəlirdi ki, intuitiv şəkildə kimin məhv ediləcəyini, kimin salamat qalacağını bilir. Lakin xilas 

olmaq üçün nə etmək lazım gəldiyi heç kəsə bəlli deyildi.  

Gözlənilməz kobud müdaxilə Uinstonu fikrindən ayırdı. Qonşu masadakı qız boynunu yarıya 

qədər əyib ona tamaşa edirdi. Həmin qara saçlı qız idi. Uinstona yanakı, lakin diqqətlə baxırdı. 

Nəzərləri rastlaşan kimi gözlərini yayındırdı.  

Uinstonun belinin tini ilə tər axmağa başladı. Dəhşətli qorxu hissi canını bürüdü. Düzdür, qorxu 

tez keçib getdi, amma üzücü narahatlıq hissi hələ də qalırdı. Qız ona niyə belə baxırdı? Niyə hər 

yerdə onu təqib edirdi? Bədbəxtlikdən qızın əvvəldən həmin masada əyləşdiyini, yoxsa sonra 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

163 


gəldiyini heç cür xatırlaya bilmirdi. Amma dünən Nifrət Ikidəqiqəliyi zamanı da həmin qız 

xüsusi ehtiyac olmadan gəlib düz onun arxasında oturmuşdu. Yəqin səsinə qulaq asmaq, nə 

qədər ucadan və ürəklə qışqırdığını dəqiqləşdirmək tapşırığı almışdı. 

Yenə keçən dəfəki fikrinin üstünə gəldi. Yəqin ki, qız Fikir Polisinin əməkdaşı deyil, sadəcə, 

könüllü casusluq edir. Amma könüllülər bəzən peşəkarlardan da təhlükəli olurlar. Qızın onu nə 

vaxtdan güddüyünü də bilmirdi. Bəlkə beş dəqiqədir gözünü zilləyib baxır və bu müddət ərzində 

sifətinin ifadəsini nəzarətdə saxlayıb? Ictimai yerdə, yaxud teleekranın əhatə dairəsində səni 

fikirli görürlərsə, bu çox təhlükəlidir. Əhəmiyyətsiz bir mimika adamı ələ verə bilər. Üzün əsəbi 

dartılması, özündən xəbərsiz həyəcan əlaməti, burnun altında nə isə mızıldanmaq-bunların 

hamısı nədənsə narazılıq, yaxud nəyi isə gizlətmək cəhdi kimi mənalandırıla bilər. İstənilən 

halda, üzün qeyri-adekvat ifadəsinin özü (məsələn, qələbə haqqında məlumat veriləndə sifətində 

inamsızlıq sezilməsi kimi) artıq cinayət sayılır. Yenidildə hətta bunu ifadə edən üzcinayəti 

istilahı da mövcuddur.  

İndi qızın arxası Uinstona tərəf idi. Bəlkə heç əvvəldən ona göz qoymurmuş, bəlkə dünən 

yaxınlığında oturması da adi təsadüf imiş? Siqareti sönmüşdü. Onu ehmalca masanın kənarına 

qoydu. Tütünü dağılmasa işdən sonra çəkə bilərdi. Çox ola bilsin ki, qonşu masadakı qız Fikir 

Polisinin casusudur, çox ola bilsin ki, üç gün sonra Həqiqət Nazirliyinin zirzəmisinə düşəcək, 

amma istənilən halda siqaret zay olmamalıdır. Saym kağızlarını büküb cibinə qoydu. Parsons 

təzədən danışmağa başlamışdı. 

- Bilmirəm, bazardakı alverçi qadın kolbasanı Böyük Qardaşın şəkli olan plakata büküb satdığına 

görə bizim balacaların onun tumanını yandırdıqlarını sizə demişəm, yoxsa yox? - o, qəlyanından 

havaya dairəvi tüstülər buraxaraq həvəslə danışırdı. - Arxadan yavaşca yaxınlaşıb od vurublar. 

Deyəsən, yaxşıca yanıb, çünki qışqırığı göyə çıxıbmış. Görürsünüz yaramazları! Tula kimi iy 

bilirlər. Kəşfiyyatçılar dərnəyində onları bizim vaxtdakından qat-qat yaxşı yetişdirirlər. 

Bilirsiniz, axırıncı dəfə onlara nə veriblər? Danışıqları açar dəliyindən dinləmək üçün qulaq 

borusu! Qızım dünən gətirmişdi, bizim otağın qapısında sınaqdan keçirirdi. Deyir, borunun 

köməyi ilə səsi sadəcə qulaq dayamaqdan iki dəfə yaxşı eşitmək olur. Əlbəttə, bu adi oyuncaqdır. 

Amma uşaqlara düzgün istiqamət vermək baxımından yaxşı tapıntıdır.  

Teleekrandan qulaqbatırıcı fit səsi eşidildi. Işə qayıtmaq vaxtı idi. Üçü də liftə minmək uğrunda 

mübarizəyə qoşulmaq üçün dərhal yerlərindən sıçradılar. Aradakı qarışıqda Uinstonun 

siqaretinin tütünü dağılıb döşəməyə səpələndi.  

 

VI fəsil 



 

Uinston yenə gündəliyini yazırdı: 

Bu, üç il əvvəl olmuşdu. Axşamın qaranlıq vaxtı, böyük vağzal binasının yan tərəfindəki dar 

küçədə. Qadın ətrafa güclə işıq salan küçə fanarının altında, binanın girişində dayanmışdı. 

Sifətdən gənc görünürdü, amma üzünə xeyli boya çəkmişdi. Sifətinin maskaya bənzəyən ağlığı, 

bu fondakı al-qırmızı dodaqları diqqətimi cəlb etdi. Partiya üzvü olan qadınlar heç vaxt üzlərinə 

boya sürtmürlər. Küçədə kimsə gözə dəymirdi. Teleekran yox idi. Yaxınlaşdım. O, asta səslə "Iki 

dollar"-dedi. Mən... 

Bir an hadisənin davamını yazmaq Uinstona çox çətin gəldi. Indi də təsəvvüründə aydın 

canlandırdığı səhnəni özündən kənar etmək üçün gözlərini yumdu, barmaqlarını göz qapaqlarının 

üstünə qoydu. Ürəyindən var səsi ilə uzun və yağlı bir söyüş söymək istəyi keçdi. O da mümkün 

olmasa, başını divara vupmaq, stulu təpikləyib aşırmaq, mürəkkəb qabını pəncərəyə çırpmaq 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə