Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə88/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   84   85   86   87   88   89   90   91   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

178 


Uinstona köməksizlik hissi hakim kəsilmişdi. Qocanın yaddaşı ancaq xırda, vecsiz detalların 

qorunub saxlandığı anbarı xatırladırdı. Heç bir əhəmiyyətli məlumat almadan onu bütün günü 

sorğu-suala tutmaq olardı. Yəqin Partiyanın tarixi müəyyən mənada həqiqidir, hətta tam həqiqət 

ola bilər. Uinston sonuncu cəhdə əl atdı.  

- Bəlkə fikirlərimi aydın ifadə edə bilmirəm, - dedi. -Diqqətlə qulaq asın, görün nə demək 

istəyirəm. Siz uzun ömür yaşamısınız, həyatınızın yarısı Inqilabdan əvvəlki dövrə təsadüf edib. 

Məsələn, 1925-ci ildə artıq ağlı kəsən adam idiniz. Yadınızda qalanlara əsasən deyə bilərsinizmi 

ki, həyat 1925-ci ildə yaxşı idi, yoxsa indi yaxşı, yaxud pisdir? Əgər seçim imkanınız olsaydı o 

dövrdə, yoxsa indi yaşamağı daha üstün tutardınız?  

Qoca diqqətlə oyunçuların ox atdıqları hədəfə baxırdı. Pivəsini bayaqkından fərqli olaraq asta-

asta içib qurtardı. Içki onu xumarlandırdığından söhbətləri daha barışdırıcı və fəlsəfi ahəng 

almışdı.  

- Məndən hansı cavabı gözlədiyinizi bilirəm. Yəqin fikirləşirsiniz ki, təzədən cavan olmaq 

istədiyimi deyəcəyəm. Adamların çoxu təzədən cavanlıq illərinə qayıtmaq arzusundan danışırlar. 

Cavan olanda həm güclü, həm də sağlamsan. Mən yaşa çatanda isə xəstəliklər yaxandan əl 

çəkmir. Ayaqlarımın ağrısı çox əziyyət verir. Sidik kisəm isə dəhşətli vəziyyətdədir. Hər gecə 

altı-yeddi dəfə yerimdən durub tualetə qaçmalı oluram. Amma qocalığın da öz üstünlükləri var. 

Bəzi məsələlərdən canın qurtarır. Qadınlardan birdəfəlik əlini üzürsən. Bunun özü böyük işdir. 

Inanırsan ki, son otuz ildə qadınla olmamışam? Hec vecimə də deyil. Əsas budur.  

Uinston kürəyini pəncərənin çərçivəsinə söykədi. Söhbəti davam etdirməyin mənası yox idi. 

Yenə pivə götürmək istəyirdi. Amma qoca qəfil ayağa qalxıb cəld özünü yan tərəfdəki 

ayaqyoluna saldı. Normasından artıq içdiyi yarım litr öz təsirini göstərmişdi. Uinston bir-iki 

dəqiqə oturub qarşısındakı boş pivə parçına baxdı, sonra ayaqlarının onu küçəyə necə çəkib 

aparmağından heç özünün də xəbəri olmadı. Fikirləşirdi ki, ən çoxu iyirmi ildən sonra böyük və 

sadə bir suala - "Həyat Inqilabdan əvvəl yaxşı idi, yoxsa indi daha yaxşıdır?"sualına cavab 

tapmaq, ümumiyyətlə, mümkün olmayacaq. Əslində, indi də bu sualın cavabı yoxdur, çünki 

köhnə dövrün tək-tük şahidləri iki epoxa arasında müqayisə aparmaq qabiliyyətindən 

məhrumdurlar. Onlar iş yoldaşları ilə boş mübahisə, itmiş velosiped nasosunun axtarılması, 

çoxdan ölmüş bacısının sifətindəki ifadə, yetmiş il bundan əvvəl səhər çağı qopan dəhşətli 

tozanaq və s. kimi minlərlə mənasız təfərrüatı xatırlayırlar, amma həyati əhəmiyyətli məsələlər 

diqqətlərindən kənarda qalır. Onlar kiçiyi görən, böyüyün isə fərqinə vara bilməyən qarışqalara 

bənzəyirlər. Əgər yaddaş pozulubsa, yazılı mənbələr saxtalaşdırılıbsa, o zaman Partiyanın 

insanların həyatını yaxşılaşdırması ilə bağlı irəli sürdüyü iddiaları qəbul etmək lazımdır. Çünki 

ilkin vəziyyəti yoxlamaq, müqayisə aparmaq üçün əldə heç bir qaynaq yoxdur və bundan sonra 

heç zaman olmayacaq.  

Burada fikirlərinin ardıcıllığı qəflətən pozuldu. Ayaq saxlayıb ətrafına baxdı. Yaşayış evlərinin 

arasına girmiş bir neçə balaca, qaranlıq dükanın yerləşdiyi dar küçədə dayanmışdı. Düz başının 

üstündə artıq bozarmış, amma bir zamanlar, yəqin ki, qızılı rəngə çalan üç metal şar asılmışdı. 

Buralar ona tanış gəlirdi. Əlbəttə! Qeyd kitabçası aldığı xırdavat dükanının bir neçə addımlığında 

dayanmışdı.  

Canından bir qorxu keçdi. Hər şeydən əvvəl, qeyd kitabçasını almağın özü ağılsız hərəkət idi. 

Uinston and içmişdi ki, bir də buralara hərlənməsin. Amma bir az fikrə dalan kimi ayaqları onu 

yenə çəkib yerə gətirmişdi. Əslində gündəlik yazmağa başlamaqla özünü intihara bərabər olan 

belə addımlardan çəkindirmək istəyirdi. Axşam saat doqquza az qalmasına baxmayaraq dükanın 

hələ də açıq olması gözündən yayınmadı. Küçədə boş-boş avaralanmaqdansa, dükanda diqqəti 

daha az cəlb edəcəyini düşünüb içəri girdi. Soruşan olsa, ülgüc almaq istədiyini deyə bilərdi.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

179 


Dükan sahibi divardan asılmış kerosin lampasını təzəcə yandırmışdı. Lampadan tutqun, amma 

insana rahatlıq gətirən xəfif işıq yayılırdı. Dükan sahibi təxminən altmış yaşlarında, arıq, beli 

azacıq bükülmüş, uzun burunlu adam idi. Qalın şüşəli eynək arxasındakı gözlərinin xeyirxah 

ifadəsi vardı. Saçları demək olar ki, tamam ağarmışdı, qaşları isə sıx və qara idi. Eynəyi, yumşaq 

və nəcib davranışı, qara məxmərdən olan nimdaş pencəyi ona ziyalı, ədəbiyyat, yaxud musiqi 

sahəsində çalışan adam görkəmi verirdi. Səsi bir az batıq çıxsa da, məlahətli idi. Prolların 

əksəriyyətindən fərqli olaraq, danışığında ləhcə hiss edilmirdi. 

"Əgər tək ümid varsa, o da prollara olan ümiddir"-gündəliyində belə yazmışdı. Mistik inancın və 

gözgörəsi səfehliyin qarışığı olan bu ifadə bayaqdan beynində fırlanırdı. Deyəsən bir vaxtlar 

Sent-Pankras vağzalının yerləşdiyi şimal-şərq səmtinə, yoxsullar məhəlləsinə gəlib çıxmışdı. 

Əyri-üyrü qapıları olan kiçik ikimərtəbəli evlərin sıralandığı, daş döşənmiş küçə ilə gedirdi. 

Qapılar hamısı səkiyə açılırdı və bəlkə bu səbəbdən də adama siçovul yuvalarını xatırladırdı. 

Küçə boyu orada-burada çirkab gölməçələrinə təsadüf olunurdu. Həm giriş qapılarının önündə 

və içərisində, həm də hər iki tərəfə açılan dar dalanlarda xeyli adam gözə dəyirdi. Dodaqlarını 

bayağı tərzdə rəngləyib qızartmış gənc qızlar, onların dalınca sülənən ərgən oğlanlar, qızların on-

on beş ildən sonrakı vəziyyətlərinin əyani nümunəsi adlandırıla bilən iri dallı, şişman qadınlar, 

ayaqlarını bir-bir götürüb qoyan beli bükülmüş qarılar, çirkli gölməçələrdə oynayan, analarının 

qışqırtısını eşidən kimi qaçıb dağılışan ayaqyalın, başıaçıq, çirkli-paslı uşaqlar ətrafı bürümüşdü. 

Az qala hər üç-dörd pəncərədən biri sınıq idi, çalın-çarpaz taxtalarla mıxlanmışdı. Uinstona, 

demək olar ki, bir kimsə diqqət yetirmirdi. Amma arada onu ehtiyat qarışıq maraqla süzən tək-

tük adamlar da tapılırdı. Qapıların birinin qarşısında eni ilə uzunu eyni olan iki qadın qırmızı 

əllərini önlüklərinin üstündə çarpazlayıb oturmuşdu. Yaxınlaşanda danışıqlarının bir neçə 

cümləsi qulağına çatdı.  

- Hə, deyirəm, bunlar hamısı çox yaxşıdır, deyirəm. Mənim yerimdə olsaydın sən də eyni şeyi 

eləyərdin, deyirəm. Kənarda durub danışmaq asandır, mənim çəkdiklərimi sən də çəksəydin 

deyirəm...  

- Elədir, - deyə o birisi təsdiqləyirdi. - Elə məsələ də bundadır.  

Səslər qəfildən kəsildi. Tuşlarına çatanda qadınlar məkrli halda susub diqqətlə ona baxdılar. 

Düşmən kimi baxmırdılar, sanki qarşılarına indiyə qədər görmədikləri qəribə bir heyvan 

çıxıbmış kimi, qorxu və ehtiyatla gözdən keçirirdilər. Partiya üzvünün göy kombinezonu bu 

küçələrdə nadir hallarda görünürdü. Konkret bir işin olmadan belə yerlərə gəlməyin özü 

ağılsızlıq idi. Patrullarla rastlaşsaydı, mütləq saxlayacaqdılar. "Sizin sənədlərinizə baxa 

bilərikmi, yoldaş? Burada nə edirsiniz? Işdən saat neçədə çıxmısınız? Evə həmişə bu yolla 

gedirsiniz?" - və buna bənzəyən digər suallar. Evə hər dəfə fərqli yolla getmək qadağan 

edilməmişdi. Lakin Fikir Polisi hər gün yolunu dəyişməyindən xəbər tutsaydı, nəzarətə 

götürülməyin üçün kifayət idi.  

Birdən bütün küçə hərəkətə gəldi. Hər tərəfdən xəbərdarlıq çığırtıları eşidildi. Adamlar dovşan 

kimi qaçıb özlərini içəri saldılar. Uinstonun bir neçə addımlığındakı qapıdan cavan bir qadın 

küçəyə sıçradı, gölməçədə oynayan oğlan uşağının golundan yapışıb ani hərəkətlə önlüyünə 

bükdü, təzədən geri qaçdı. Eyni anda tində əyninə qarmonabənzər qara kostyum geyinmiş kişi 

göründü, Uinstona tərəf qaçıb əli ilə yuxarını göstərərək: 

- Parovoz! - deyə qışqırdı.-Yuxarı bax, komandir! Parovoz gəlir. Indicə düz başına düşəcək. Tez, 

tez ol yerə uzan.  

Prollar nədənsə raket mərmisinə parovoz deyirdilər. Uinston bir göz qırpımında üzü üstə yerə 

sərildi. Prollar belə təsadüflərdə heç vaxt yanılmırdılar. Mərminin səsdən sürətli hərəkət 

etməsinə baxmayaraq, elə bil hansısa bir instinkt düşmə istiqamətini bir neçə saniyə əvvəl onlara 

xəbər verirdi. Uinston əlləri ilə başını tutmuşdu. Partlayış səsi bütün küçəni lərzəyə saldı. Belinə 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə