Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə84/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   80   81   82   83   84   85   86   87   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

170 


yenə ara-sıra Tayms-da yeni karikaturalaru görünürdü. Amma keçmiş mövzu və üslubun zəif 

təkrarı olan indiki şəkillər həyatdan məhrum, inandırıcılıqdan uzaq idi. Mövzular da köhnə idi-

yoxsul məhəllələri, miskin daxmalar, ac uşaqlar, küçə döyüşləri, hətta barrikadalarda da 

silindrlərini başlarından çıxarmayan kapitalistlər, keçmişi qaytarmaq üçün göstərilən hədər 

cəhdlər şəkildən-şəkilə təkrarlanırdı. Rezerford nəhəng və eybəcər adam idi. Bozarmış yağlı 

saçları çiyninə tökülmüşdü, şişkin sifəti qırışlarla dolu idi, zənci dodaqlarına bənzəyən dodaqları 

qəribə tərzdə qabağa uzanmışdı. Yəqin ki, bir vaxtlar son dərəcə güclü adam olmuşdu, indi isə iri 

bədəni şişmiş, əyilmiş, əti hər tərəfə sallanmışdı. O, göz qabağında uçulub tökülən dağı 

xatırladırdı.  

Günorta saat üç idi. Hər tərəfə sakitlik çökmüşdü. Uinston belə vaxtda kafeyə necə gəlib 

çıxdığını özü də xatırlamırdı. İçəri boş idi. Teleekrandan şaqraq musiqi eşidilirdi. Üç nəfər isə öz 

künclərində sakit, dinməz-söyləməz oturmuşdular. Ofisiant sifariş gözləmədən hərəsinə təzədən 

bir stəkan cin süzdü. Masada fiqurları düzülmüş şahmat taxtası vardı. Lakin heç kim oynamırdı. 

Birdən təxminən yarım dəqiqəliyinə teleekrana nə isə oldu. Melodiya da, musiqinin ahəngi də 

dəyişdi. Anlaşılmaz şeylər baş verirdi. Araya nə isə qəribə, hay-küylü, qulağı deşən musiqi 

düşmüşdü. Sonra isə teleekrandakı səs oxumağa başladı: 

Şabalıd kölgəsində 

Sən məni ələ verdin, 

Mən səni ələ verdim. 

Şabalıd kölgəsində, 

Bir yanda sənin qəbrin, 

Bir yanda mənim qəbrim.  

Üç nəfər yenə də qımıldanmırdı. Amma Uinston bir də Rzerfordun cizgiləri bir-birinə qarışmış 

sifətinə baxanda onun gözlərində yaş damlası gördü. Yalnız həmin anda bütün bədənindən keçən 

və səbəbini indi də anlaya bilmədiyi üşütmə içərisində Aronsonla Rezerfordun burunlarının 

sındırıldığının fərqinə vardı.  

Bir müddət sonra üçünü də təzədən həbs etdilər. Azadlığa çıxan kimi yenidən gizli fəaliyyətə 

qoşulduqları bəlli olmuşdu. Ikinci məhkəmə zamanı həm köhnə cinayətlərini bir də etiraf etdilər, 

həm də çoxlu təzə cinayətlər törətdiklərini boyunlarına aldılar. Təbii ki, üçü də edam cəzasına 

məhkum edildi. Törətdikləri əməllər isə, gələcək nəsillərə ibrət olmaq üçün Partiyanın tarixində 

öz yerini tutdu. Bu hadisədən təxminən beş il sonra, 1973-cü ildə Uinston pnevmatik borunun 

masasının üstünə atdığı kağız bürmələrini açıb hamarlayarkən gözü təsadüfən materialların 

arasına düşən və unudulan qəzet parçasına sataşdı. Yalnız yaxına çəkib diqqətlə baxanda əlinə 

necə mühüm bir sənəd düşdüyünün fərqinə vardı. Bu, Tayms-ın on il əvvəlki saylarından 

birindən cırılmış yarım səhifə idi. Həm də səhifənin yuxarı hissəsi idi-orada qəzetin çap tarixi və 

sayı göstərilmişdi. Burada Nyu-Yorkda keçirilmiş hansısa tədbirdə nümayəndə qismində iştirak 

edən Partiya üzvlərinin foto-şəkilləri verilmişdi. Qrup üzvləri içərisində Cons, Aronson və 

Rezerford aydınca seçilirdi. Hər hansı səhvdən söhbət gedə bilməzdi. Üstəlik, şəklin altında 

onların adları və soyadları da yazılmışdı.  

Məsələ belə idi ki, həm köhnə, həm də yeni məhkəmə prosesində üçü də şəklin çəkildiyi gün 

Avrasiya ərazisində olduqlarını boyunlarına almışdılar. Kanadadakı gizli aeroportdan Sibirə 

aparılmış, orada Avrasiya Baş Qərargahının əməkdaşları tərəfindən sorğu-suala tutulmuşdular. 

Söhbət zamanı mühüm hərbi sirləri düşmənə çatdırmışdılar. Tarix Uinstonun yadında dəqiq 

qaldı. Çünki yay fəslinin girdiyi gün idi. Bir də ki, məhkəmənin materiallarını hər yerdə tapmaq 

olardı. Ortalıqda yalnız bir mümkün nəticə vardı: onların etirafları, sadəcə, özünə şər atmaq idi! 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

171 


Əlbəttə, bu elə böyük kəşf deyildi. Hətta o vaxtlar da Uinston təmizləmələr zamanı məhv 

edilənlərin məhkəmədə boyunlarına aldıqları cinayətləri törətdiklərinə inanmırdı. Indi isə dəlil-

sübutu vardı, əlində həmişəlik ləğv olunan keçmişin bir parçasını tutmuşdu. Arxeoloji qazıntı 

zamanı güman edilməyən qatdan tapılan sümük qırığı səhv başlanğıca təkan verdiyi və bütün 

geoloji nəzəriyyəni puça çıxardığı kimi, bu qəzet səhifəsi də Partiyanın saxtakarlıqlarını faş edir, 

yalanla dolu tarixini ortaya qoyurdu. Əgər onu yenidən çap edib dünayaya yaymaq, əhəmiyyətini 

anlatmaq mümkün olsaydı, bəlkə də Partiyanın daşı daş üstündə qalmazdı.  

Uinston ayıq tərpəndi. Foto-şəkli görüb nə olduğunu başa düşən kimi üstünü başqa kağızla örtdü. 

Xoşbəxtlikdən, qəzet bürməsini açanda mətn ekrana tərsinə düşdüyündən, bir anda hər şeyin 

fərqinə varmaq mümkün deyildi.  

Qeyd dəftərçəsini dizinin üstünə qoyub bacardığı qədər stul qarışıq teleekrandan kənara çəkildi. 

Sifətini ifadəsiz saxlamaq o qədər də çətin deyildi. Hətta bir az səy göstərəndə, nəfəsi də 

tənzimləmək mümkün idi. Lakin ürək döyüntüsü ilə heç cür bacarmaq olmurdu. Teleekran isə 

həssasdır, hər şeyi dərhal tuturdu. Uinston öz hesablamalarına görə təxminən on dəqiqə dözüb 

dayandı. Amma bu on dəqiqənin hər anı qorxu içərisində keçdi. Çünki adi bir təsadüf- məsələn, 

kabinəyə dolan yüngül meh foto-şəklin üstünə qoyduğu vərəqi yerindən oynadıb bir kənara ata 

bilərdi. Yetərincə vaxt keçdiyinə əmin olandan sonra şəkli lazımsız kağızlarla birlikdə üstünü 

açmadan yaddaş yuvasına atdı. Bir dəqiqə sonra mühüm tarixi sənəd artıq yanıb külə dönmüşdü. 

Bu on-on bir il əvvəl olmuşdu. Indi əlinə düşsəydi, yəqin ki, Uinston qəzet parçasını özündə 

saxlayardı. Maraqlıdır, həm foto-şəkil özü, həm də əks etdirdiyi fakt artıq xatirəyə çevrilsə də bir 

zamanlar bu sənədi barmaqları arasında tutması Uinstona hələ də qeyri-adi görünürdü. 

Düşünürdü ki, bəlkə indi həmişəlik ləğv edilən bəzi xırda-para şahidliklər nə vaxtsa həqiqətən də 

mövcud olduğuna görə partiyanın keçmiş üzərindəki nəzarəti zəifləyib? 

Hətta bu gün həmin foto-şəkli yenidən ortaya çıxarmaq imkanı yaransaydı belə, təbii ki, ondan 

dəlil-sübut kimi istifadə etmək mümkün olmayacaqdı. Uinston şəkli görəndə Okeaniya artıq 

Avrasiya ilə müharibə aparmırdı. Məhkum olunmuş adamlar isə öz ölkələrinə xəyanət etmək 

istəsəydilər, onun sirlərini Istasiyaya satmalı idilər. O vaxtdan sonra digər dəyişikliklər də baş 

vemişdi. Iki, ya üç dəfə, - Uinston bunu dəqiq xatırlamırdı, - rəqib və müttəfiq dəyişmişdi. Yəqin 

üç nəfərin məhkəmədəki etirafları da müvafiq şəkildə yenidən dəyişdirilmiş, baş verən hadisələrə 

uyğunlaşdırılmışdı. Bu baxımdan həqiqi faktların və tarixlərin heç bir əhəmiyyəti yox idi. 

Keçmiş tək bir dəfə dəyişdirilmir, o, aramsız olaraq yenilənir. Uinstonun ən böyük əndişəsi, nə 

qədər çalışsa da, dəhşətli saxtakarlığın hansı məqsəd güddüyünü özü üçün aydınlaşdıra 

bilməməsi idi. Keçmişin saxtalaşdırılmasının cari faydaları aydın idi. Son məqsəd isə müəmma 

olaraq qalırdı. Qələmi götürüb yazdı: 

NECƏ edildiyini başa düşürəm, amma NƏ ÜÇÜN edildiyini anlamıram. 

Uinston yenidən və artıq neçənci dəfə özünün dəli olub-olmaması üzərində düşünməyə başladı. 

Azlıqda, daha doğrusu, təklikdə qalanlar dəlidir. Bir vaxtlar Yerin Günəş ətrafında fırlandığını 

fikirləşmək dəlilik sayılırdı. Bu gün keçmişin dəyişməzliyi fikrinə düşənlər dəli hesab olunurlar. 

Yəqin bu fikirdə olan tək adam Uinstondur. Əgər təkdirsə, demək, dəlidir. Lakin dəli sayılmaq 

ehtimalı Uinstonu qətiyyən qorxutmurdu. Ən dəhşətlisi həm tək qalmaq, həm də yanlış yolda 

olmaq idi.  

Uşaqlar üçün tarix kitabını götürüb Böyük Qardaşın ilk səhifədəki portretinə baxdı. Əfsunlayıcı 

nəzərlər düz gözünün içinə zillənmişdi. Elə bil hansısa nəhəng qüvvə onu əzirdi; kəllə 

sümüyünün içinə nüfuz edir, beynini iradəsinə zidd fikirlərlə doldurur, qorxunun təsiri ilə 

inanclarını əlindən alır, hisslərinin şahidliyinə inanmamağa vadar edirdi. Sonda Partiya iki vuraq 

ikinin beş olduğunu bəyan edəcək və buna inanmaq lazım gələcək. Tez və ya gec, belə bir 

qərarın veriləcəyinə şübhə üçün heç bir əsas yox idi. Partiya mövqeyinin məntiqi bunu tələb 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə