Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə87/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   83   84   85   86   87   88   89   90   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

176 


Barmen iki yarım litrlik parçı piştaxtanın altındakı çəlləkdə yaxaladı, qara-qəhvəyi rəngə çalan 

pivə ilə doldurub onlara tərəf itələdi. Prolların pablarında pivədən başqa heç nə vermirdilər. 

Amma onlara cin satılmasa da, tünd içki tapmaq elə də çətin deyildi. Ox atanlar təzədən 

qızışmışdlar. Piştaxtanın qabağına toplaşan adamlar isə yenə Lotereya biletlərindən danışırdılar. 

Uinstonun burada olması deyəsən hamının yadından çıxmışdı. Qoca ilə pəncərənin qarşısındakı 

masada üzbəüz oturmuşdular. Heç kəsin söhbətlərini eşidəcəyindən qorxmadan arxayın danışa 

bilərdilər. Bura gəlməklə özünü böyük təhlükə qarşısında qoymuşdu. Amma xoşbəxtlikdən, 

pivəxanada teleekran yox idi. Buna içəri girən kimi diqqət yetirmişdi.  

- Mənə bir pint də süzə bilərdi, - deyə parçın arxasından sifəti güclə görünən qoca yenə 

deyinirdi. - Yarım litr azdır. Heç pivənin dadını əməlli-başlı hiss etmirsən. Bir litr isə çoxdur. 

Sonra tualetin yolunda qalırsan. Hələ qiymətini demirəm.  

- Siz cavanlıq illərindən bəri yəqin çoxlu dəyişikliklərin şahidi olmusunuz, - deyə Uinston 

ehtiyatla söhbətə başladı.  

Qoca nurunu itirmiş göy gözləri ilə əvvəlcə oxatanların hədəfinə, sonra piştaxtaya, sonda isə 

ayaqyolunun qapısına baxdı. Sanki Uinstonun soruşduğu dəyişiklikləri bu pivəxanada axtarırdı.  

- Əla pivə olurdu, - deyə, nəhayət, dilləndi. - Qiyməti də ucuz idi. Mən cavan olanda yaxşı aşağı 

dərəcəli pivələr vardı. Pintini dörd pensə satırdılar. Söhbət, əlbəttə, müharibədən əvvəlki vaxtdan 

gedir.  


- Hansı müharibədən? - Uinston dəqiqləşdirmək istədi. 

- Müharibə elə həmişə müharibədir,-qoca öz aləmində suala aydınlıq gətirdi. Parçı götürüb 

sinəsini qabağa verdi, çiyinlərini düzəltdi.  

- Sizin sağlığınıza içirəm, - dedi. 

Nazik boğazındakı hülqumu bir neçə dəfə sürətlə qalxıb endi. Parçdakı pivə son damlasına qədər 

içilmişdi. Uinston piştaxtaya yaxınlaşıb iki yarımlitrlik parçla geri qayıtdı. Deyəsən qoca özünün 

bir litrə qarşı bayaqkı etirazını yaddan çıxarmışdı. 

 

- Siz yaşda məndən çox böyük olarsınız, - Uinston söhbəti təzələdi. -Yəqin mən doğulanda artıq 



yaşa dolmuş insan idiniz. Ona görə də köhnə dövrü, Inqilabdan əvvəlki illəri yaxşı 

xarıtlamalısınız. Mən yaşda olan adamların o dövr haqqında, əslində, heç bir təsəvvürü yoxdur. 

Bu barədə biz yalnız kitablardan oxuya bilərik. Kitablarda yazılanlar isə doğru olmaya da bilər. 

Ona görə sizin fikirlərinizi eşitmək istərdim. Tarix kitablarında Inqilabdan əvvəlki həyatın 

indikindən tamamilə fərqli olduğu göstərilir. Təsəvvürümüzə gətirmədiyimiz dəhşətli zülm, 

haqsızlıq, dilənçilik hökm sürürmüş. Elə burada, Londonda adamların çoxu doğulandan ölənə 

qədər qarın dolusu yeməyə möhtac qalırmışlar. Camaatın yarısı ayaqyalın gəzirmiş. Gündə on iki 

saat işləyirmişlər. Doqquz yaşında məktəbi atırmışlar. On adam bir otaqda yatırmış. Kiçik bir 

azlıq-adlarına kapitalist deyilən bir neçə min adam isə bütün sərvət və hakimiyyəti öz əllərinə 

keçiribmişlər. Gözə dəyən hər şey onların imiş. Zəngin evlərdə yaşayır, qapılarında otuz 

qulluqçu saxlayır, avtomobillərdə, yaxud dörd at qoşulmuş güzgülü karetalarda gəzirmişlər, 

şampan şərabları içir, başlarına silindr qoyurmuşlar. 

Qoca birdən-birə dirçəldi. 

- Silindir? - deyə soruşdu. -Yaxşı oldu ki, bu sözü yada saldınız. Elə mən də dünən silindr 

barəsində fikirləşirdim. Səbəbini özüm də bilmirəm. Fikirləşirdim ki, gör, neçə ildir ki, silindr 

görmürəm. Haqlısınız, silindr vardı. Mən özüm axırıncı dəfə gəlinimin dəfnində başıma silindr 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

177 


qoymuşdum. Hələ o vaxtlar... Ilini deyə bilməyəcəyəm. Azı əlli il bundan qabaq olardı. Əlbəttə, 

yəqin başa düşürsünüz ki, həmin silindri dəfn mərasimi üçün birovuz götürmüşdüm. 

- Silindrin heç bir əhəmiyyəti yoxdur, bunu elə-belə dedim,-Uinston tələsik söhbətin yönünü 

dəyişməyə çalışdı. -Əsas məsələ kapitalistlərdir. Deyilənə görə kapitalistlər, ruhanilər, 

hüquqşünaslar, vəkillər, onların böyür-başında fırlanan adamlar dünyaya ağalıq edirmişlər. Hər 

şey onların xeyrinə işləyirmiş. Siz, sadə fəhlələr isə bu adamların qulu, köləsi imişsiniz. Sizinlə 

istədikləri kimi rəftar edirmişlər. Məsələn, istəsələr qaramal kimi gəmiyə yükləyib Kanadaya 

göndərə bilərmişlər. Istəsələr, arvadlarınızla, qızlarınızla yata bilərmişlər. Sizi doqquz dilli 

qırmancla döydürə bilərmişlər. Siz onlarla üzbəüz gələndə mütləq papağınızı çıxarıb təzim 

etməli idiniz. Hər kapitalistin əhatəsində bir dəstə lakey olurmuş. 

Qoca yenidən canlandı. 

- Lakey! Gör bu sözü neçə illərdir eşitməmişəm. Lakey! Adam doğrudan da cavanlıq çağlarını 

xatırlayır. Bazar günləri günortadan sonra bəzən natiqlərə qulaq asmaq üçün Hayd-Parka 

gedirdim. O vaxtlar bu parkda kimlər olmurdu -Xilas Ordusu, Roma katolikləri, yəhudilər, 

induslar...Orada bir nəfər də vardı. Indi adını yadıma sala bilmirəm. Çox güclü natiq idi. Oh, nə 

sözlər deyirdi! Lakeylər deyirdi, burjuaziyanın lakeyləri! Hakim təbəqənin əlaltıları! Tüfeylilər... 

bir gör sözü hara gətirib çıxarırdı. Hə, bir də goreşənlər. Dəqiq yadımdadır, onlara goreşən 

deyirdi. Əlbəttə, yəqin başa düşürsünüz ki, bütün bunlar leyboristlərə aid idi.  

Uinston qoca ilə söhbətin alınmadığını hiss etdi. 

- Bilirsiniz, mən nəyi öyrənmək istəyirdim? - deyə bir də maraqlandığı mövzuya qayıtmağa 

çalışdı. -Necə fikirləşirsiniz, o zaman özünüzü daha azad sayırdınız, yoxsa indi? O zaman bir 

insan kimi sizə bəslənilən münasibət necə idi? Keçmiş vaxtlarda, hakimiyyətdə varlı adamların 

olduqları dövrdə... 

- Lordlar Palatasının, - qoca nəyi isə xatırlayıbmış kimi əlavə etdi.  

- Lap elə Lordlar Palatası olsun. Bilmək istərdim ki, siz kasıb, onlar isə varlı olduqlarına görə 

sizinlə aşağı təbəqənin adamları kimi rəftar edirdilər? Doğrudurmu ki, siz onlara "ser" deməli və 

qarşılaşanda papağınızı çıxarmalı idiniz? 

Qoca dərin fikrə getdi. Yalnız parçdakı pivənin dörddə birini içəndən sonra suala cavab verdi.  

-Elədir, -dedi. -Onları görən kimi əlimizi papağımıza atmağımız xoşlarına gəlirdi. Belə hərəkətlə 

öz ehtiramını bildirirdin. Əslinə baxsan, bu mənim çox da ürəyimdən deyildi. Amma tez-tez 

papağımı çıxarmalı olurdum. Başqa yol yox idi.  

- Sizdən soruşduqlarımın hamısını tarix kitablarından oxumuşam. Ona görə də maraqlıdır: elə 

olurdumu ki, bu zəngin adamlar, yaxud onların nökərləri sizi itələyib səkinin kənarındakı su 

arxına yıxsınlar? 

- Bir dəfə məni itələmişdilər,-deyə qoca cavab verdi. - Lap dünənin hadisəsi kimi yadımdadır. 

Avarçəkmə yarışmalarından sonra... Bu yarışmalardan sonra yamanca şuluqluq salırdılar. Mən 

Şaftsberi-avenyuda təsadüfən cavan bir oğlanla qarşılaşdım. Görkəminə baxırsan, çox nəcib 

adamdır, əla kostyum, qara palto geyib, başına silindr qoyub. Səki ilə gedir, amma küçəyə 

sığmır. Təsadüfən ona toxundum. "Korsan, - dedi,- yolu görmürsən?" "Olmaya səkini satın 

almısan?" - deyə soruşuram. "Qudurmusan? - mənə deyir. - Bu dəqiqə sənin boş başını yerindən 

qopararam". "Görürəm, sərxoşsan,-deyirəm. - Polis çağıraram, nəfəsini də çəkə bilməzsən". 

Bəlkə də inanmayacaqsınız, yaxamdan yapışıb elə zərblə itələdi ki, az qaldım avtobusun təkərləri 

altına düşüm. Onda mən də cavan idim. Cavabını verə bilərdim. Amma nə edəsən, olmurdu. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə