Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə120/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   116   117   118   119   120   121   122   123   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

243 


Hətta gözlərini açandan sonra da Uinston harada olduğunu dərhal anlaya bilmədi. Onda elə 

təəssürat vardı ki, bu otağa tamamilə fərqli dünyadan, çox-cox uzaqlarda yerləşən sualtı aləmdən 

üzə-üzə gəlib. Həmin xəyali aləmdə də nə qədər qaldığının isə fərqində deyildi. Həbs edildiyi 

andan nə gün işığı, nə də qaranlıq görmüşdü. Üstəlik xatirələrində də qırıqlıq yaranmışdı. Bəzi 

hallarda şüuru, -hətta yatmış vəziyyətdə olan şüur belə,-öz yerini boşluğa buraxaraq onu tamam 

tərk edirdi. Aradakı boşluğun bir gün, bir həftə, yoxsa cəmisi bir neçə saniyə çəkdiyini isə heç 

cür bilmək olmurdu.  

Dirsəyinə ilk zərbə endirilən gündən həyatı cəhənnəmə çevrilmişdi. Başına açılan oyunların 

yalnız başlanğıc, bütün dustaqların keçdiyi ilkin istintaq hərəkətləri olduğunu sonradan 

anlamışdı. Hamı ənənəvi siyahı üzrə təqdim edilən cinayətlərdə iştirakını boynuna almalı idi. 

Bura casusluq, ziyankarlıq və digər oxşar cinayət əməlləri daxil idi. Etiraf tamamilə formal 

səciyyə daşıyırdı. Çünki istənilən halda işgəncə verilirdi. Uinston neçə dəfə döyüldüyünü, hər 

döyülmə mərasiminin nə qədər davam etdiyini yadına sala bilmirdi. Hər dəfə onunla beş, yaxud 

altı nəfər qara uniformalı nəzarətçi məşğul olurdu. Bəzən yumruqla, bəzən dəyənəklə, bəzən 

dəmir çubuqla döyürdülər. Bəzən isə sadəcə təpiklərinin altına salırdılar. Elə anlar olurdu ki

Uinston utanc hissini tamam itirərək döşəmədə uzanıb heyvan kimi bağırır, ilan kimi qıvrılaraq 

bitib-tükənmək bilməyən təpik zərbələrindən yayınmağa çalışırdı. Əvəzində isə daha çox təpik 

yeyirdi. Ağına-bozuna baxmadan hara gəldi vururdular. Qabırğasına, qarnına, dirsəklərinə, 

topuqlarına, qasığına, xayalarına, onurğa sütununa dəyən təpiklərdən az qala ağlını itirmək 

dərəcəsinə gəlirdi. Bəzən proses o qədər uzun çəkirdi ki, Uinston onu belə qəddar, amansız 

üsullarla döydüklərinə görə nəzarətçilərə deyil, bütün bu müddət ərzində huşunu itirib 

bayılmadığına görə özünə əsəbiləşirdi. Bəzən əsəbləri elə tarıma çəkilirdi ki, hələ çırtma 

toxunmamış qışqırıb-yalvarır, aman diləyirdi. Belə hallarda nəzarətçinin zərbə endirmək üçün 

düyümlənən yumruğunu görməsi ağla gələn və gəlməyən bütün cinayətləri boynuna almasına 

kifayət edirdi. Bəzən heç nəyi boynuna almayacağına qəti qərar verirdi. Belə hallarda 

Uinstondan hər sözü kəlbətinlə çəkir, etiraflarını ağrının yaratdığı fəryadlar altında dinləyirdilər. 

Bəzən isə Uinston öz-özü ilə alverə girişir, əvvəlcədən şərt qoyurdu: “Boynuma alacağam, amma 

dərhal yox! Ağrı dözülməz həddə çatana qədər müqavimət göstərəcəyəm. Qoy üç zərbə, yox, iki 

zərbə də vursunlar. Sonra istədiklərinmin hamısını deyəcəyəm”. Bəzən tərsliyinə salıb ayaq üstə 

qalmaq istədiyindən onu yıxılana qədər döyürdülər, sonra isə kartof kisəsi kimi kameranın daş 

döşəməsinə atırdılar. Özünə gəlməsi üçün bir neçə saat ara verəndən sonra təzədən döyməyə 

aparırdılar. Arada uzun fasilələr də olurdu. Amma belə fasilələri çətinliklə xatırlayırdı. Çünki ya 

bütün vaxtı yatır, ya da huşa getmiş vəziyyətdə olurdu. Yatacaq yeri ensiz taxtalardan düzəldilən, 

çox vaxt divara bağlı vəziyyətdə saxlanan kameranı, balaca çuqun əlüzyuyanı yaxşı xatırlayırdı. 

Yemək də yadında idi. İsti şorba ilə çörək verirdilər. Bəzən qəhvə də olurdu. Küt ülgüclə üzünü 

qırxan, arabir də saçlarını qayçılayan dəlləyin gəlişi də yaxşı yadında idi. İşgüzar görkəmli, 

amma hər şeyə laqeyd nəzərlərlə baxan ağ xalatlı adamların nəbzini yoxlamaları, təzyiqini 

ölçmələri, göz qapaqlarını qaldırıb baxmaları, kobud əlləri ilə bədəninin hər yerini əlləşdirib 

sınmış sümük axtarmaları, qollarına yuxu iynəsi vurmaları da yadında idi.  

İndi nisbətən az döyürdülər. Amma çox hədələyirdilər. Deyirdilər ki, cavabları onları razı 

salmadığı andan etibarən bütün dəhşətlər daha pis formada yenidən təkrarlana bilər. İndi onu 

sorğu-suala tutanlar qara uniformalı quldurlar deyil, şüşələri parıldayan eynəklər taxmış cəld 

hərəkətli, balaca boylu, yup-yumri Partiya intellektualları idi. Onlar bir-birlərini əvəz edərək hər 

məhbusla on, bəzən hətta on iki saat fasiləsiz işləyirdilər. Uinston vaxt barəsində səhv də edə 

bilərdi. Amma sorğu-sualın uzunluğuna şübhə yox idi. Partiya araşdırıcıları onun həmişə az da 

olsa ağrı hissinin qorxusu altında yaşamasında maraqlı idilər. Amma ağrı əsas iş üsulları deyildi. 

Doğrudur, onlar da Uinstonun şapalaqlayır, qulaqlarını çəkir, saçını dartır, bir ayağı üstə 

dayanmağa məcbur edir, tualetə buraxmır, gözləri sulanana qədər üzünə gur işıq salırdılar. Lakin 

bütün bunlar fiziki ağrı verməkdən daha çox onu alçaltmaq, etiraz, yaxud mübahisə niyyətinin 

qarşısını almaq məqsədi güdürdü. Onların əsl silahı saatlarla arası kəsilmədən davam edən 

amansız istintaq idi. Uinston əsəb gərginliyindən daha çox xəcalətdən zar-zar ağlayana qədər onu 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

244 


dolaşdırırdılar, dilindən tutub tələyə salırdılar, sözlərini istədikləri şəkildə yozurdular, yalanlarını 

üzə çıxarırdılar, özü-özünə zidd getdiyini sübuta yetirirdilər. Bəzən bir istintaq ərzində beş-altı 

dəfə ağladığı vaxtlar olurdu. Çox vaxt kobudluqla üstünə qışqırır, cavab verərkən azacıq 

duruxduğu, yaxud tərəddüd etdiyi anlarda təzədən qara uniformalı nəzarətçilərin yanına 

göndərəcəkləri ilə hədələyirdilər. Bəzən isə gözlənilmədən rəftarlarını dəyişirdilər. Uinstona 

“yoldaş” deyirdilər, İngsos prinsiplərinə və Böyük Qardaşın adına and verərək kədərli ahənglə 

başına bunca müsibətlər gələndən sonra da Partiyaya sədaqətini dilə gətirməməsinin, vurduğu 

ziyanı anlamamasının səbəblərini soruşurdular. Saatlarla çəkən istintaqın üzüb əldən saldığı 

əsəbləri davam gətirmirdi. Nəticədə Uinston yenə də göz yaşları axıtmaqdan özünü saxlaya 

bilmirdi. Sonda beynini deşən bu aramsız səslər onu nəzarətçilərin yumruq və təpiklərindən daha 

pis sındırdılar. Tələb olunan hər sözü danışan ağıza, istənilən hər kağızı imzalayan ələ çevrildi. 

Yeganə qayğısı onların hansı etirafı gözlədiklərini qabaqcadan fikirləşib tapmaq, tənə və 

töhmətlər başlanmamışdan əvvəl hər şeyi boynuna almaq idi. Artıq Partiyanın görkəmli 

xadimlərini qətlə yetirdiyini, təxribat xarakterli kitabçalar yaydığını, ictimai fondları taladığını, 

hərbi sirləri düşmənə satdığını, ziyankarlıq əməlləri törətdiyini və s. boynuna almışdı. Hələ 

1968-ci ildən əvvəl İstasiya hökumətinə muzdlu casusluq etdiyini, dinə inandığını, kapitalizm 

heyranı olduğunu və pozğun həyat tərzi keçirdiyini bildirmişdi. Arvadının yaşadığını və Partiya 

müstəntiqlərinin də bundan xəbəri olduqlarını bildiyi halda Ketrini öldürdüyünü etiraf etmişdi. 

Boynuna almışdı ki, uzun illərdən bəri Qoldsteynlə şəxsi əlaqə saxlayır, onun yaratdığı gizli 

cəmiyyətin üzvüdür, tanıdığı adamları da həmin cəmiyyətin üzvləri sırasına daxil olmağa təşviq 

edib. Ən asan yol hər şeyi boynuna almaq, hamını ələ vermək idi. Əslində ortada hansısa 

yanlışlıqdan da söhbət gedə bilməzdi. O, həqiqətən Partiyanın düşməni olmuşdu. Partiya isə 

fikirlə əməl arasında heç bir fərq görmürdü.  

Başqa xatirələri də vardı. Amma düşüncəsində onları bir-birləri ilə bağlaya bilmirdi. Qara 

dairələrə alınmış adda-budda şəkillərə bənzəyirdilər.  

Saxlandığı kameranın işıqlı, yoxsa qaranlıq olduğunun fərqində deyildi. Çünki bir cüt gözdən 

başq heç nə görmürdü. Yaxınlığında hansısa cihaz asta-asta və aramsız çıqqıldayırdı. Gözlər get-

gedə böyüyür və işıqlanırdı. Birdən oturduğu yerdən havaya qalxdı, gözlərin dərinliyinə baş 

vurdu. Gözlər onu dərhal uddular.  

Gözqamaşdırıcı işığın altında hər tərəfi siferblatlarla dolu kresloya bağlanmışdı. Ağ xalatlı adam 

diqqətlə siferblatların göstəricilərini öyrənirdi. Bayırdan ağır çəkmələrin tappıltısı eşidildi. Qapı 

cingilti ilə açıldı. Mum sifətli cavan zabit iki nəzarətçinin əhatəsində içəri girdi.  

-101-ci otağa!-deyə zabit əmr verdi. 

Ağ xalatlı adam çevrilib onlara baxmadı. Heç Uinstona da baxmadı. O, yalnız sferblatın 

əqrəblərinə baxırdı.  

Uinstonun kreslosunu azı bir kilometr enliliyində, ecazkar qızılımtıl işıq seli ilə dolmuş nəhəng 

koridorla aparırdılar. O isə qəhqəhə ilə gülür və var səsi ilə cinayətlərini etiraf edirdi. Hər şeyi, 

hətta işgəncə altında demədiklərini də boynuna alırdı. Hamının hər şeydən xəbəri olsa da, başına 

toplaşmış adamlara həyat tarixçəsini əvvəldən axıra qədər danışırdı. Nəzarətçilər, Partiya 

müstəntiqləri, ağ xalatlı adamlar, O`Brayen, Culiya, mister Çarrinqton-hamısı koridora 

toplaşmışdılar, bərkdən danışıb gülürdülər. Gələcəkdə maneə kimi qarşısını kəsəcək hansısa 

çətinliyi dəf edə bilmiş, ona qarşı hazırlanan bəd niyyətlər baş tutmamışdı. Hər şey qaydasında 

idi. Daha ağrı yox idi. Həyatının sonuncu təfərrüatı da aydınlaşmışdı, aşkarlanmışdı. O, əfv 

edilmişdi! 

Uinston O`Brayenin səsini eşitdiyini güman edib kreslodan qalxmağa çalışdı. İstintaq 

müddətində O`Brayeni heç vaxt görməsə də, onun həmişə gözə görünmədən lap yaxınlıqda 

olduğunu hiss edirdi. Nəzatərçiləri Uinstonun üstünə salan da, sonda öldürülməsinin qarşısını 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə