Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə54/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   50   51   52   53   54   55   56   57   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

109 


nohura soxurdular; heyvanlar nə qədər su içsələr də, onları buralardan qovan olmurdu, çünki 

inəklərin hər birinin boynunda prezident möhürünün izləri gözə dəyirdi; hamı bu heyvanlara, 

müqəddəs canlılar kimi baxırdı, hətta əsgərlər belə, ən dar, qızğın alver gedən küçələrdə onlara 

yol verirdilər. 

Küçə, həmişəki şən karnaval ovqatını, öz iblisanə cəlbediciliyini çoxdannan itirmiş, buşpritlər 

dövründən bu yana zaman-zaman gəmirilərək, sınıq qabırğaya bənzəməyə başlayan şpanqout və 

dorların, bir vaxtlar, dənizimiz olanda, gəmilərin, az qala alver piştaxtaları arasında lövbər 

saldığı, təzə balıq və tərəvəz satılan ərazilərdə yaranmış üfunətli bataqlıqlarda çürüməkdə olan 

lazımsız avadanlıqların zibilliyinə çevrilmişdi; onun prezidentliyinin ilk illəri, hind bazarının, 

çevik alış-veriş aparıldığı boş pavilyonlardan axan qatı üfunəti havadan asılı qalmışdı; sonra 

hindlilər də buralardan çıxıb getdilər, ona heç «sağ ol» da demədilər; – «Bunlara bir bax!» - deyə 

o, onların ardınca, qocasayağı, səbrsiz hikkəylə çığırdı: - «İtilin, ingilislərin yanına, onların zir-

zibilini təmizləməyə!» Hindlilər onun sözlərini eşitmədilər, onlardan sonra bazarda, birdən-birə 

hardansa - tilsimli boyunbağılar, ilan zəhərinə qarşı təmrinlər satan alverçilər peyda oldu, 

çürüntüdən, zir-zibildən münbitləşmiş yaxın torpaqlarda isə, bir-birinin ardınca – isi, nazik 

arakəsmələrlə bölünən, gecə-gündüz yeyilmiş patefon vallarının zəhlətökən xırıltısı altında eşq 

macəraları altında cırıldayan çarpayıların səsi eşidilən xırda komalar bitməyə başladı; bu 

çarpayılar, kilsə zəngləri milli matəmin başlanmasını elan edənəcən, əsgər qundaqları altında 

darmadağın olub getdi. Bəli, kim nə deyir-desin, bu, əsl matəm idi… və kədər də saxta deyildi, 

çünki onun, uzun müddətdən bəri həsrətlə gözlədiyimiz ölümü, bizim özümüzdə də çox şeyi 

aşkar eləmişdi və hər şeydən əvvəl, onun tutulduğu hansısa monarx mərəzindən gəbərəcəyini, 

dəfələrlə ağızdan-ağıza gəzən, hər dəfə də yalan çıxan ölüm xəbərinin, nəhayət ki, həqiqət 

olacağını ümidsizliklə gözləyirdik ki, bunu gözləyə-gözləyə, özümüz az qala öldük, quruyub 

qaxaca döndük və indi biz, onun son gedişinə, bunun, yenə həqiqət olmadığına görə yox, ona 

görə inanmırdıq ki, daha buna, özümüz inanmaq istəmirdik, çünki artıq qəlbimizin dərinliyində 

onun ölümünü istəmirdik; biz artıq təsəvvürümüzə belə gətirmirdik ki, ondan sonra necə 

yaşayacağıq, ümumiyyətlə, onun əsaslı yer tutduğu həyatımız, onsuz necə davam edəcək. - «O, 

mənim üçün hər şey idi… bu adam mənə, heç bir kişinin verə bilmədiyi, on iki illik xoşbəxtlik 

bəxş etmişdi! Onu lap çoxdannan – fermanın xırda pəncərəsindən şorgöz-şorgöz bizlərə – saat 

beşdə məktəbdən qayıdan mavi paltarlı qızlara baxıb: «Ah, anam mənim, Bendisyon Alvarado

bu sütül bədənlər necə də gözəldi!?» - dediyi vaxtlardan yadımda saxlamışam. Biz onun ac 

gözlərini, səfir Fourbisin göndərdiyi nabatların cingiltisini qızlara eşitdirmək üçün, içi nabatla 

dolu yaraşıqlı bankanı cındır əlcəkli əlində oynada-oynada atıb-tutduğunu görürdük və çönüb 

qaça-qaça, ordan uzaqlaşırdıq; tək bircə dəfə - heç kəsin görmədiyini dəqiqləşdirib, oğrun-oğrun 

pəncərəyə yaxınlaşdım, əlimi güllü bankaya uzatdım, nabatların səsi çox cəlbedici idi; o, mənim 

əllərimi möhkəmcə, eyni zamanda incə-incə sıxdı, məni, yumşaq pələng hərəkətləriylə havaya 

qaldırdı, heç bir ağrı vermədən, pəncərədən içəri elə saldı ki, formamın bircə qırçını belə 

əzilmədi; sonra məni, qatı sidik iyi verən samanlığa uzadıb, mənə nə isə demək üçün ağzını 

açdısa da danışa bilmədi; onun dili, elə bil damağına yapışmışdı, mənə elə gəldi ki, o, məndən 

çox qorxuya düşüb; ürəyi elə vururdu ki, hər döyüntüsü, sinəsinə yapışmış köynəyindən hiss 

olunurdu; rəngi ağappaq ağarmışdı, gözləri yaşarmışdı; bu göz yaşlarını, sonralar mənimlə yatan 

heç bir kişinin gözündə görmədim; o, qırmaq kimi iti barmaqlarıyla mənim titrək bədənimi 

dinməz-söyləməz, elə qüvvətlə, elə ehtiras və incəliklə əlləşdirirdi ki, bu həzzi mən bir daha heç 

kimdən duymadım; barmaqları qarnım boyu üzüyuxarı sürüşür, arada bir, qıcolmuş kimi gərilirdi 

və mən, bu əllərin altında döşlərimin gilələrinin böyüyüb qönçə kimi açıldığını hiss edir, 

samanlığın içində ağnaya-ağnaya, yad kişi təri qoxuyan nəm köynəyə bir az da bərk sıxılırdım; 

daha ona səfir Beyldriçin nabatları lazım olmadı – indi daha mən özüm, samanlıqda məni əlində, 

içi yeməklə dolu zənbillə gözləyən qəmli, lakin, sağlam ürəkli bu adamın qucağına yetişmək 

dəqiqələrini bir daha yaşamaq xoşbəxtliyi ilə tövlənin pəncərəsindən içəri soxulurdum; o, mənim 

bədənimin iylərini çox sevirdi, mənə də bu iyləri sevməyi öyrətmişdi; o, bizim yediyimiz 

yeməklərə də, iyimin hopmasını istəyirdi: «Ləzzətlisən, - o pıçıldayırdı – əcəb dizin var… sənin 

öz şirəndə bişmiş böyrəklərini, tərinin duzuna batırıb elə yeyərdim ki...» O, sabahı olmayan hər 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

110 


eşq axşamı, bədənimi başdan-ayağa ehtirasının acı istiotuyla, dəfnə yarpaqlarıyla ədvalayır, 

yalvarışlarının aram odunda bişirirdi; məni səxavətlə yedirdib doyuzdurur, özü də yeyirdi; 

sonralar daha mən, nə bu şəhvəti, nə bu səxəvəti heç bir kişidə görmədim; yeyib doyandan sonra

sulu tikanlı dilləriylə bizi yalamaq istəyən inəkləri qovub, özü haqqında, arada bir ürəyinin 

sıxıldığından, hər şeyə tüpürüb, baş götürüb, buralardan getmək istədiyindən danışardı; özü də 

bu barədə sakitcə, taleyindən şikayətlənmədən, heç nədən umub-küsmədən, yalnız ümidsiz bir 

çığırtının poza biləcəyi təmkinlə, elə bil öz-özüylə danışırdı; səsi aram idi, dırnaqlı barmaqları 

yenə bədənimə toxunurdu; bir sözlə, o, mərd və yenilməz idi – mənim həyatımın yeganə mənası 

idi. On dörd yaşım yenicə tamam olmuşdu ki, evimizə, paqonlarında çoxlu ulduz parlayan iki 

hərbçi gəldi; onlar, içi qızıl dublonlardan* şişib ağırlaşmış çamadanlarla gəldilər; məni 

valideynlərimlə birgə, gecənin bir yarısı hansısa əcnəbi gəmiyə oturtdular və mən beləcə, 

qürbətdə yaşamalı oldum. Onun ölüm xəbərini eşidənəcən - onun ağuşunu öz darıxdırıcı, miskin 

həyatım boyu xatırladıqca, gündə yüz dəfə ölüb-dirilməyimdən, hər qarşıma çıxanla yata-yata, 

bu dünyada ondan yaxşı kişinin olub-olmadığını yoxlayaraq, bir adam kimi hamıdan üz 

çevirdiyimdən xəbərsiz öldüyünü eşidən günəcən, uzun-uzadı illər elə orda da qaldım; vətənə - 

qocalıb qartımış vəziyyətdə, müxtəlif kişilərdən doğduğum bir düjün uşaqla, onun, ölüm 

ayağında, dumanlı xatirələrlə də olsa, məni xatırlayacağı ümdlə qayıtdım...» Lakin general onu, 

fermanın pəncərəsində görmədiyi günün səhərisi unudub, ayrı birisini, sonra daha bir ayrısını ələ 

keçirdi... beləliklə, hər axşam, bir-birindən seçilməyən, eyni formalı məktəbli qızlarla məşğul 

oldu; bu qızların hamısı, elə bil bir-birinə bənzəyirdi, böyründən mavi sürüylə ötdükcə, ona iti 

dillərini göstərir, «Qoca kaftar!» - deyə çqışqırışıb, şən-şən gülüşür, səfir Rimpelmeyerin hədiyə 

verdiyi nabat şüşəsinə əyri-əyri baxırdılar; o isə işindən qalmırdı, qızları bir-bir pəncərəyə 

çağırır, əlinə keçənin, dünənki, yaxud təzəsi olduğuyla heç maraqlanmır, onların hamısını, 

dənizçi yaxalıqlı, mavi paltarlı, vahid canlı şəklində təsəvvür edirdi; bu təsəvvür - gün-gündən 

artıb çoxalan borcunun əvəzinə, ərazi sularının verilməsi tələbini eşitməmək üçün, ona elektron 

gücləndiricili qrammofon ruporu bağışlayan səfir Ştreymberqin zəhlətökən, yeqnəsəq 

mülahizələrini, mürgüləyə-mürgüləyə qulaqardına vurduğu dəqiqələr ruhunu şirin-şirin 

oxşayırdı. O, bu tələbi və bu tələbin böyür-başındakıları əzbər bilirdisə də, yenə melanxolik bir 

yeqnəsəqliklə: «Qətiyyən, əzizim Stivenson! Dənizdən başqa nə istəyirsən, götür.» - deyir və 

metal səsli gücləndiricini söndürürdü ki, onun, iqtisadiyyatdan az-çox başı çıxan iqtisadçılarının, 

çoxdannan bəri: «Biz lütük, mənim generalım, qəpiyimiz belə yoxdu.» - deyə-deyə ona başa 

salmağa çalışdıqlarını bir də, dönə-dönə təkrar eləməsin. Amma o, onsuz da, bilirdi ki, xəzinə 

bomboşdu, bilirdi ki, ehtiyatlar çoxdannan dağıdılıb, ölkə borc hesabına yaşayır; yaxşı 

yadındaydı ki, müstəqillik uğrunda müharibələr dövründən bu yana yığılan borcları ödəməkdən 

ötrü ilk əvvəl istiqraz almışdı, sonra gecikdirilmiş ödənişin faizlərini ödəmək üçün ayrı 

istiqrazlar gəldi, sonra faizlərin ödənişi xirtdəyə dirəndi, sonra pul çatışmazlığından qəzəblənmiş 

kreditorları sakitləşdirmək üçün, pulun əvəzinə, nələrisə vermək məcburiyyəti ortaya çıxdı, kinə 

ağacı və tütünü ingilislərə, kauçuk və kakaonu hollandlara, dəmir yolu tikintisi konsepsiyasını və 

su yollarını almanlara, bir sözlə, hər şeyi, gizli, ya açıq şəkildə – əsasən əlbəttə ki, gizlicə – bu 

yadelli qrinqolara verməli olduq; bəzən bu işlər o qədər gizli gedirdi ki, bunlar barədə o, özü 

sonradan - Xose İqnasio de la Barranın biabırçı ifşasından və ictimai şəkildə qətlindən sonra 

xəbər tuturdu. – Allah onu, əbədi olaraq, cəhənnəm odunda yandırsın! Buna baxmayaraq, həmin 

o çətin ildən başlayaraq, Hamburq bankirlərinə – xirtdəyinə keçən bu xəsislərə ödəniləcək 

haqqın təxirə salınması barədə əmr verdiyi həmin o çətin ildən başlayaraq o, yenə hər maliyyə 

nazirindən: «Bizim ayrı yolumuz yoxdu, mənim generalım!» - sözünü eşidirdi; bu, alaman 

eksadrilyasının limanı mühasirəyə aldığı dövrlər idi; qəfildən reydə çıxan ingilis zirehli gəmisi 

xəbərdarlıq atəşi açmışdı və mərmiylə kilsənin qülləsini dağıtmışdı; lakin bu top atəşləri də onu 

qorxutmadı. O: «İngilis kralının lap belə... Rədd olsun kayzer! Ölərəm, təslim olmaram!» - deyə 

bağırdı və onun kimi ehtiraslı domino həvəskarı olan səfir Çarlz U.Treykolerin köməyi ilə, lap 

axır məqam - hər şeyin bitdiyi güman edilən son anda xilas edildi; səfirin təmsil etdiyi bu dövlət 

özünü, generalın Avropa üzrə məsuliyyətlərinin təminatçısı elan edərək, əvəzində, bizim təbii 

sərvətləri istismar etmək hüququ qazandı. Həmin bu məsələdən sonra ölkə müflis vəziyyətə 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə