“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
289
baĢlasa, vəhĢilik hər yanı baĢına götürsə, bütün dünya Vinetaya çevrilməyəcəkmi?
(Katrin hiss olunmadan gəlib) Ancaq bütün bunlar mənim fantaziyamdır, elə deyilmi,
qızım? Əgər fantaziya olmasaydı, çox pis olardı... Düz demirəm, qızım? Onda gərək biz
var gücümüzlə çalıĢaq ki, bu tufan qopmasın. Özü də tələsmək lazımdır, çünki onun nə
vaxt qopacağını heç kəs bilmir. Bəlkə də lap yaxındadır, bu iyrənc meyxananın qapısı
ağzındadır... Bu qorxulu deyilmi, qızım?
KATRĠN: Elədir, Conni! Sən haqlısan, Conni! O da çox alçaq adam imiĢ.
CONNĠ: Kimi deyirsən?
KATRĠN: Ġkinci otaqda yaĢayan cənab Detyeni! Lap bitinin ətini yeyəndir... Lənətə
gəlsin onu...
PƏRDƏ
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
290
Rabindranat Taqor
Poçt
Üçpərdəli pyes
İngilis dilindən tərcümə edəni: Vilayət Quliyev
TƏRCÜMƏÇİDƏN
Böyük hind yazıçısı, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor
(1861-1941) benqal milli mədəniyyəti tarixinə ensiklopedist Ģəxsiyyət kimi daxil
olmuĢdur. O, nasir, Ģair, dramaturq, rəssam, bəstəkar, filosof və ictimai xadim idi.
Hindistanın və Benqaliyanın (BanqladeĢ) milli himnlərini qələmə almıĢ, dövrünün böyük
filantropu kimi tanınmıĢdı.
Taqor teatra böyük maraq göstərirdi və çoxsaylı dram əsərlərinin müəllifidir. Yüz il
bundan əvvəl qələmə alınan üç pərdəli “Poçt” pyesi (benqal dilindəki orijinalı
“Dakqhar”) onun dram yaradıcılığında xüsusi yer tutur. Ölüm ərəfəsində olan
yeniyetmənin həyata və insanlara münasibətini incə Ģtrixlərlə canlandıran əsər öz
humanist qayəsi və bəĢəri fikirlərinin dərinliyi ilə seçilir.
Dünyanın müxtəlif dillərinə tərcümə olunan və səhnələĢdirilən “Poçt” pyesinin ən qəribə,
gözlənilməz tamaĢalarından biri 1942-ci ildə VarĢava gettosunda göstərilib. Yetim və
sahibsiz uĢaqların himayəsi ilə məĢğul olan yəhudi əsilli polyak həkim, yazıçı YanuĢ
Korçak (1878-1942) əsarət həyatında da ayrılmadığı yetirmələrinin iĢtirakı ilə Taqorun
əsərini dünya ilə, ətraf aləmlə əlaqənin bir simvolu kimi gettoda tamaĢaya qoyub.
Pyesdə racadan məktub gözləyən balaca Amalın taleyi müəmmalı qalır. Balaca VarĢava
artistləri isə talelərinə yazılan dəhĢətli hökmlə çox tez tanıĢ olmuĢdular. TamaĢadan bir
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
291
neçə ay sonra onların hamısı (rolların ifaçıları və tamaĢaçılar, bütünlükdə 192 uĢaq) qaz
sobasında yandırılmaq üçün Treblinka həbs düĢərgəsinə göndərilmiĢdi. YanuĢ Korçak da
yetirmələrindən ayrılmaq istəməmiĢdi. FaĢistlər hökmün ona aid olmadığını dönə-dönə
bildirsələr də, fədakar yazıçı-həkim son dəqiqələrini də balacalarla birlikdə olmağı, bu
talesizlərin və dəhĢətli sonluğunu onlarla bölüĢməyi üstün tutmuĢdur.
Hər dəfə VarĢavada YanuĢ Korçakın yetim uĢaqların əhatəsindəki son dərəcə baxımlı və
təsirli abidəsinin yanından keçərkən Taqorun bu pyesi haqqında da düĢünürdüm.
Əsərin yazılmasının 100, VarĢava gettosundakı tarixi tamaĢasının 70 illiyinin tamam
olduğu bir vaxtda onu Azərbaycan oxucularına təqdim etmək zənnimcə, yerinə düĢər...
Vilayət QULĠYEV
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
292
İŞTİRAK EDİRLƏR
MADHAB DOTTO
AMAL -onun oğulluğu
HƏKĠM
QOCA (eyni zamanda SEHRBAZ)
ġORSATAN
KEġĠKÇĠ
KƏNDXUDA
QIZ (ġUDXA)
BĠRĠNCĠ UġAQ
ĠKĠNCĠ UġAQ
QASĠD
SARAY HƏKĠMĠ
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
293
BİRİNCİ PƏRDƏ
MADHAB DOTTO - Hər qarĢıdan gələn gün daha da dözülməz olur. Aman allah,
həyatım necə də ağır keçir! Nə qədər ki, bu uĢaq yox idi, qayğının, dərd-sərin nə
olduğunu bilmirdim. O, evimə ayaq basan gündən hər Ģey dəyiĢdi. Hər Ģey gözəlləĢdi.
Əgər birdən o bizi tərk etsə, ürəyim də, evim də bir anda boĢalacaq. Hər Ģey donub buza
dönəcək. Cənab həkim, siz necə bilirsiniz, o....
HƏKĠM - Əgər taleyinə yazılıbsa, uzun ömür sürəcək. Lakin bizim ən qədim tibb
traktatımız olan “Ayurverda”...
MADHAB DOTTO - Axı “Ayurverda”nın mətləbə nə dəxli var?
HƏKĠM - “Ayurverda”da deyilir: “Orqanizmin üç əsas substansiyası arasındakı
tənasübün pozulması nəticəsində baĢ verən xəstəliklər...”
MADHAB DOTTO - Bəsdir! Bəsdir! Daha bu barədə eĢitmək istəmirəm. Alimanə
sözlərinizi özünüzə saxlayın. Onlar yalnız qoca arvadları vahiməyə salmaq üçün iĢə
yarayar. YaxĢısı budur, deyin görüm nə etmək lazımdır?
HƏKĠM - (Burunotu iyləyir) Gərək onu qoruyasınız.
MADHAB DOTTO - Bunu mən də bilirəm. Amma necə?
HƏKĠM - UĢağı qorumağın yolunu sizə dəfələrlə izah etmiĢəm. Onu küçəyə buraxmaq
olmaz!
MADHAB DOTTO - Axı o, balacadır. Bütün günü evdə oturmaq istəmir. Bu yaĢda
uĢaqlar hamısı küçədə oynamaq istəyirlər.
HƏKĠM - Amma günəĢ və külək onun orqanizminə çox pis təsir göstərir. Qulaq asın,
görün, “Ayurverda” nə deyir: “Bayılma, qızdırma və qara ciyər iltihabı zamanı...”
MADHAB DOTTO - Sizə dedim axı, “Ayurverda”nı bir tərəfə qoyun. Deməli, uĢağı
daim evdə, dörd divar arasında saxlamaq lazımdır? Bəs baĢqa çıxıĢ yolu yoxdur?
HƏKĠM - Yox! Çünki “Ayurverda”da deyilir: “GünəĢin və küləkli havanın təsiri
altında....”
MADHAB DOTTO - Cənab həkim! Axı dərddən baĢımı itirdiyim belə bir vaxtda
“Ayurverda”nın hikmətləri nəyimə gərəkdir? Siz yaxĢısı budur mənə məsləhət verin, yol
göstərin- nə edim, uĢağa necə kömək eləyim? Əslində məsləhətinizə də elə bir ehtiyac
yoxdur. Çünki dediklərinizi eləmək çox çətindir. Yazıq uĢaq o qədər əziyyət çəkir ki!
Üstəlik də, yazdığınız dərmanları içmək ondan ötəri əsl cəhənnəm əzabıdır. UĢağa
baxanda ürəyim ağrıyır.
Dostları ilə paylaş: |