“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
311
QOCA - Əlbəttə, yaxĢı olar. FikirləĢirəm ki, saraya birlikdə getsək, mənim də payıma bir
Ģey düĢər.
AMAL - Racaya deyəcəyəmki, “Məni özünə poçtalyon götür! Çiynimə çanta keçirib,
əlimə fanar alıb sənin məktublarını daĢımaq istəyirəm. Qulaq as, sehrbaz. Burada bir
adam var. Söz verib ki, sağalandan sonra mənə sədəqə istəməyi öyrədəcək. Onunla
birlikdə gəzib sədəqə toplayacağıq.
QOCA - Kimi deyirsən?
AMAL - Dilənçi Çxidanı.
QOCA - Hansı dilənçi Çxidan?
AMAL -Həm kor, həm də Ģikəst olan o yaĢlı kiĢi yoxdur? Onu deyirəm. Hər gün cavan
bir oğlan əlil arabasında Çxidanı pəncərəmizin qabağından keçirib aparır. Bir dəfə onu
pəncərədən görüb dedim: “Sağalan kimi səni arabada özüm gəzdirəcəyəm”.
QOCA - Çox yaxĢı olardı.
AMAL - O da yaxĢılığımın əvəzində mənə sədəqə istəməyi öyrətməyə söz verdi. Tez-tez
dayımdan xahiĢ eləyirəm ki, ona bir Ģey versin. Dayım isə deyir ki, o, nə kordur, nə də
Ģikəst, özünü bicliyə vurur. YaxĢı, deyək ki, o, adamların baĢını aldadır. Yeriyə
bilmədiyini bəhanə edib daim əlil arabasında gəzir. Bəs gözləri? Axı o doğrudan da heç
nə görmür. Düz demirəm?
QOCA - Düz deyirsən, oğlum. Əgər heç nə görə bilmirsə, deməli kordur. Bəs sənin
yanına niyə gəlir?
AMAL - Söhbətə. Yazıq doğrudan da heç nə görmür. Səndən eĢitdiklərimi ona nağıl
edləyirəm. Dünən ona bircə addıma hündür dağlardan aĢmağın mümkün olduğu
Çəkisizlik ölkəsi haqqında danıĢdım. Bu ölkə, xüsusən də belə asan hərəkət eləmək
Çxidona yaman ləzzət elədi. Sehrbaz, sən o ölkəyə necə getməyin yolunu bilirsən?
QOCA - O yol bizim hər birimizin içindən keçir. Amma onu tapmaq olduqca çətindir.
AMAL - Əlbəttə, kor adam bu cür çətin iĢin öhdəsindən gələ bilməz. Mən də Çxidona
elə-belə dedim. Sözlərimi eĢidəndə çox kədərləndi. Ancaq onu sakitləĢdirdim. Dedim ki,
“nahaq yerə kefini pozursan. Sənin gözlərin görməsə də, rahatca çöldə gəzib-dolana
bilirsən. Amma elə adamlar var ki, bütün günü evdə, dörd divar arasında qalmalı olurlar”.
QOCA - Evdə oturmaq səni çox darıxdırır?
AMAL - Əvvəllər çox darıxırdım. Ancaq bizim racanın təzə poçtunu görəndən sonra vaxt
çox tez ötüb keçir. Pəncərənin qabağında oturub poçta baxmaqsa, mənə ayrı ləzzət eləyir.
Bilirsən, tezliklə racanın özündən məktub gözləyirəm. Elə sevinirəm ki! Ancaq
təsəvvürümə də gətirə bilmirəm ki, həmin məktubda raca mənə nə yaza bilər?
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
312
QOCA - Nə yazmasının elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, zərfin üstündə sənin
adın olacaq.
(Madhab Dotto içəri girir)
MADHAB DOTTO - Siz nə iĢ görmüsünüz? Nə oyun çıxarmısınız?
QOCA - Nə olub ki?
MADHAB DOTTO - Necə nə olub? Hər yana söz yaymısınız ki, guya raca təzə poçtu
sizə məktub göndərmək üçün tikdirib.
QOCA - Burda nə var ki?
MADHAB DOTTO - Kəndxuda Poncanon bu barədə racaya məlumat verib.
QOCA - Raca özü hər Ģeyi bilir. Ondan heç nə gizlətmək mümkün deyil.
MADHAB DOTTO - Axı niyə durduğunuz yerdə belə ehtiyatsızlıq eləyibsiniz? Götürüb
racanın adını çəkibsiniz? Ağlınıza gələni danıĢıbsınız? Ġndi sizin əvəzinizə mən cavab
verməliyəm.
AMAL - Sehrbaz, necə bilirsən, raca bizə çox hirslənəcək?
QOCA - Nə danıĢırsan? Raca heç vaxt belə iĢ görməz. UĢaqlara və sehrbazlara
hirslənmək onun hökmdarlıq ləyaqətinə kölgə sala bilər.
AMAL - Bu səhər güzgüyə baxanda gözlərimin altında qara kölgələr gördüm. Səhər
açılandan özümü yuxulu kimi hiss edirəm. Bəlkə birdən heç racadan məktub gəlmədi?
Əgər bu dəqiqə otağın divarları uçsa, əgər...
QOCA - (onun üzünü yelləyir) Məktub gələcək. Sən bu gün mütləq racadan məktub
alacaqsan.
(Həkim içəri girir)
HƏKĠM - Hə, özünü necə hiss eləyirsən?
AMAL - Çox yaxĢı, cənab həkim. Deyəsən daha heç yerim ağrımır.
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
313
HƏKĠM - (Madhab Dottonu bir tərəfə çəkərək) Onun üzünün ifadəsi, yalandan
gülümsəməsi heç xoğuma gəlmir. Bizi inandırmağa çalıĢır ki, guya özünü çox yaxĢı hiss
edir, əslində isə bu, olduqca pis əlamətdir. Çaxrodxor Dotto yazır ki...
MADHAB DOTTO - Cənab həkim, sizə yalvarıram, Çaxrodxor Dottonun yazdıqlarını
bir kənara qoyun. YaxĢısı budur acı da olsa, mənə həqiqəti deyin: uĢağın vəziyyəti
necədir?
HƏKĠM - Həqiqəti deyəcəyəm. Qorxuram daha oğlunuzu xilas etmək mümkün olmasın.
Axı dönə-dönə tapĢırmıĢdım ki, uĢağı yelçəkəndən qoruyun. Amma sözümə qulaq
asmamısınız. Görünür, onu yenə hava vurub.
MADHAB DOTTO - Cənab həkim, onu bağlı otaqda saxlamıĢam.
HƏKĠM - Deyirsiniz, bağlı yerdə saxlamısınız. Amma bax budur, otaq yenə də yel çəkir.
Özü də deyəsən, külək küçə qapısı tərəfdən gəlir. Vıyıltını eĢitmirsiniz? Bu çox
təhlükəlidir. Küçə qapısını bərk-bərk qıfıllayın. Bir neçə gün arxa qapıdan istifadə edin.
Pəncərələri də bağlayın. Qoy oradan düĢən iĢıq xəstəyə mane olmasın.
MADHAB DOTTO - Omal gözlərini yumub. Deyəsən yatır. Onun sifətinə baxanda mənə
elə gəlir ki... Cənab həkim, bilirsiniz ki, o, doğma övladım deyil. Sadəcə bu son vaxtlarda
oğulluğa götürmüĢəm. Heç özüm də hiss etmədim ki, onu necə çox istəməyə baĢladım.
Amma gör nə oldu...
HƏKĠM - Bu nədir? Deyəsən, kəndxuda bura gəlir. Onun gəliĢi heç vaxt xeyirliyə olmur.
Əzizim, daha mən gedirəm. Siz isə küçə qapısını elə indidən bərk-bərk qıfıllayın.
Dərmanları evdən göndərəcəyəm. Kim bilir, bəlkə də gec deyil. Ümid edirəm ki, hələ də
dərmanların köməyi dəyə bilər...
(Madhab Dotto və həkim gedirlər. Kəndxuda içəri girir)
KƏNDXUDA - Ey, oğlan!
QOCA - (Tələsik onun qabağına qaçır) Sakit! Tss!
AMAL - Narahat olma, sehrbaz. Yəqin fikirləĢirdin ki, yatmıĢam? Yox, hər Ģeyi
eĢidirəm. Lap uzaqda danıĢılan sözlər də qulağıma çatır. Hərdən mənə elə gəlir ki, atamla
anam çarpayının baĢ tərəfində oturub yavaĢdan söhbət edirlər.
(Madhab Dotto otağa qayıdır)
Dostları ilə paylaş: |