www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri
291
keçirmək üçün yüzlərlə müxtəlif metodlardan istifadə edə
bilərlər. Bu ən bahalı xidmətdir. Əlbəttə seçkilərin təhrif
olunması bizə məxsus deyildir, o mənimsənilmiĢ ixtiradır.
2000-ci il prezident seçki-ləri vaxtı Floridada maraqlı hadisə
baĢ vermiĢdir. AxĢam burada da elan olundu ki, seçkini A.Qor
udmuĢdur, ancaq məlum olanda ki, bu Ģtatın nəticələri həlledici
ola bilər, onda elan etdilər ki, BuĢ qalib gəlib. Qeyd edək ki,
ABġ-ın bu Ģtatının qubernatoru BuĢun qardaĢı Ceb BuĢdur.
Qərb ölkələrində nəticələrin hesablanması vaxtı müĢahidəçilər
içəri buraxılmır. Bir çox Qərb ekspertləri öz ölkələrində
seçkilər zamanı olan təhriflərdən açıq danıĢırlar, Qərb
mütəxəssislərinə baĢqa ölkələrdə seçkiləri təhrif etməkləri ilə
bağlı deyilənlərə Ģübhə etməyə dəyməz. Qərb istənilən ölkədə
keçirilən seçkilərə müdaxilə etməyə vərdiĢ edib və bu
seçkilərlə bağlı hesabat hazırlanır, Avropa Ġttifaqının
yığıncağında bu nəticələr haqqında məruzələr dinlənilir.
Qəribədir ki, Avropa nümayəndəsi seçki keçirilən ölkədə
verdiyi bəyanatla Avropa Ġttifaqında verdiyi bəyanat çox vaxt
üst-üstə düĢmür. Bəzən avropalılar bu
və ya digər ölkəyə təzyiq
etmək üçün seçkilərin nəticələri ilə bağlı bəyanatdan istifadə
edirlər. Özlərində olan təhriflərə göz yuman avropalılar bu və
ya digər ölkələrə “seçki dərsi” keçir, onlara məsləhətlər
verirlər, həmin ölkə ilə münasibətlərini seçkinin nəticələrinə
uyğun quracaqlarını bəyan edirlər. Burada da ikili standartlar
özünü göstərir.
Alyendanın nümunəsi göstərdi ki, əgər bütün metodlar tükənsə
-nə qara piar, nə də namizəd-oxĢar, nə təhrif, nə haqqı ödənilən
mitinqlər kömək etməyəndə onda müxalifət lideri sadəcə